Məhkəmə qərarları › İş №e-2(3-6)-1611/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1611/2026

08.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1611/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh xxxx MTK-ya qarşı ilk iddiası; iddiaçı xxxx MTK-nın cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına dair mülki iş (Açar sözlər: «müqavilə öhdəliklərinin yerinə yetirilməsi, müqavilənin birtərəfli qaydada ləğvi, dəbbə pulu, mənzildən çıxarılma») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh Cavabdeh MTK-nın nümayəndəsi nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh MTK-nın apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları: 1.Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış ## ######## 2022-ci il tarixli, *** saylı koorperativ mənzil tikintisi haqqında müqaviləyə əsasən, kooperativ Bakı şəh, Yasamal ray, Yeni Yasamal y/m, Kənar Dairəvi yol ünvanında inşa edilmiş yaşayış kompleksində giriş 6, mərtəbə 15, ümumi tikinti sahəsi 76.7 kv.m. olan 1 otaqdan ibarət *** saylı mənzili payçı İddiaçı təhvil verməyi, payçı isə bunun qarşılığında Kooperativə razılaşdırılmış pu vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür. Müqavilə: 2.2-ci bəndi: müqavilədə göstərilən qiymətin 31000 manatı Payçının şəxsi vəsaiti hesabına ilkin ödəniş kimi edildi, qalan məbləğ isə müqaviləyə əlavə edilmiş cədvəl üzrə (ilkin faiz ödənilmək şərti ilə) öhdəlik üçün nəzərdə tutulmuş müddətdə ödənilməlidir; 2.3-cü bəndi: Müqavilədən imtina edildiyi (mənzilin geri qaytarılması) hallarında Payçı müqavilənin 2.1-ci bəndində razılaşdırılmış məbləğin 20 %-i həcmində Kooperativə dəbbə pulu (cərimə, penya) ödəyəcək; Mənzilin müqavilədə qeyd edilən ümumi dəyərinin 20%-i həcmində. 2.4-cü bənd: Mənzil geri qaytarıldıqda, imtina edildiyi halda, aylıq 800 (səkkiz yüz manat) kooperativ tərəfindən Payçıdan kirayə haqqı kimi tutulacaq və mənzil 3-cü şəxsə satılaraq qalan məbləğ xxxx qaytarılır. 2.5-ci bəndi: Payçı müqaviləyə əsasən aylıq ödənişi gecikdirdikdə və gecikmə 2 aydan çox olarsa, gecikmiş hər günə görə gecikən məbləğin 2%-i dəyərində cərimələnəcəkdir. Gecikmə 2 ay çəkərsə bənd 4.5 qüvvəyə minir. 2.5.1-ci bəndi:, 2 (iki) aydan çox gecikməyə görə müqavilənin bəndlərinə görə cərimələnərək müqaviləyə təktərəfli xitam veriləcək.

2. ##.##.2023-cü il tarixdə Cavabdeh MTK tərəfindən verilmiş arayışda göstərilib ki, həqiqətən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi, 9 B ünvanında inşa edilmiş yaşayış kompleksinin 6-cı giriş, 15-ci mərtəbəsində olan, 1 otaqlı, *** saylı mənzil İddiaçı məxsusdur və həmin mənzildə yaşayır.

3. İddiaçı Cavabdeh MTK-ya ünvanladığı ##.##.2025-ci il tarixli pretenziya məktubunda göstərib ki, 2025-ci ilin may ayı üçün ödənilməli olan məbləğin ödənilməsi ilə bağlı Kooperativə yaxınlaşmış lakin ödəniş qəbul edilməyərək yalnız İsfəndiyar müəllim dediyi təqdirdə ödənişin qəbul ediləcəyi bildirilmişdir. Bunu da «qeyd edim ki, qanunsuzluqla üzləşdiyi və bilərəkdən ona qarşı qeyd olunan hərəkətlərin edildiyini hiss edib, hətta yerdə qalan məbləğin tam ödəmək istəyir, əks təqdirdə, bununla bağlı müvafiq orqanlara və ya məhkəməyə müraciət olunacağı barədə xəbərdar etmişdir.

4. Cavabdeh MTK İddiaçı ünvanlandığı ##.##.2025-ci il tarixli pretenziya məktubunda göstərib ki, İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməməklə müqaviləni əhəmiyyətli dərəcədə pozmaqla MTK-nı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etdiyindən, müqavilənin 5.5-ci bəndinə əsasən mənzili 10 gün müddətində yeni qiyməti ilə alması payçı X1 təklif edilmiş, əks təqdirdə müqavilənin MTK tərəfindən birtərəfli qaydada pozulacağı (ləğv ediləcəyi) və mənzilin dəyərinin 20%-i məbləğində “dəbbə pulu” və mənzildə yaşadığı müddətdə hər ay üçün 800 manat kirayə haqqı çıxıldıqdan sonra vəsaitin qaytarılacağı və mənzilin başqa şəxsə satılacağı barədə xəbərdar edilmişdir;

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı İddiaçı cavabdeh xxxx MTK-ya qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi ilə aralarında bağlanmış mənzil tikintisi haqqında ## ######## 2022-ci il tarixli, *** saylı müqavilə üzrə ödənilməli olan məbləğlərin qəbul edilməsi vəzifəsinin Cavabdeh Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi, mənzil tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqı tam ödənildikdən sonra maliyyə arayışının ona verilməsi öhdəliyinin cavabdeh Cavabdeh MTK-nın üzərinə qoyulması, ödədiyi 100 manat dövlət rüsumunun və hüquqi xidmətə görə ödədiyi 520 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

6. İlk iddiada göstərilib ki, müqavilənin şərtlərinə görə ödənilməli olan 31000 (otuz bir min) manat məbləğ cavabdehə nağd olaraq ödənilmiş, məbləğin qalan hissəsi isə hissə-hissə ##.##.2025-ci il tarixinə qədər ödənilməlidir. Cavabdehə hissə-hissə ödənilməli olan məbləğlər cavabdehin tələb etdiyi kimi ödənilsə də, 2025-ci ilin may ayı üçün ödənişlə bağlı Kooperativə yaxınlaşmış, lakin ödəniş qəbul edilməmişdir. Kooperativin əməkdaşı ödənişin qəbul edilməməsini yalnız İsfəndiyar müəllimin dediyi təqdirdə qəbul edəcəyini bildirmişdir. Bundan sonra binada yaşayan qonşularla əlaqə saxlamış və bu hadisənin bütün sakinlərin başına gəldiyi ona məlum olmuşdur. Beləliklə, bilərəkdən ödəniş qəbul edilmir və sonradan isə bunu gecikmə kimi qeyd edib, artıq məbləğ tələb olunur. Qanunsuz hərəkətlə üzləşdiyini və bilərəkdən ona qarşı qeyd olunan hüquqazidd hərəkətlərin edildiyini bilib, hətta yerdə qalan məbləği tam ödəmək istədiyini bildirsə də, yenə də həmin məbləğ qəbul olunmamışdır. Bundan sonra, cavabdehə pretenziya verərək, aylıq ödənilməli olan məbləğin ödənilməsi üçün MTK-nın bank hesabının təqdim edilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən məbləğ qəbul edilməmiş və əlavə olaraq 25000 manat ödəməli olduğunu ona şifahi olaraq bildirilmişdir. Mənzil tam təmir olunmuş və orada yaşayır. Müqavilə müddətinin bitməsinə isə bir neçə ay qalmışdır. Məhz buna görə də, MTK-nın işçiləri rəhbərlərinin göstərişi ilə gələcəkdə daha artıq məbləğ tələb etməkdən ötrü bilərəkdən ondan aylıq ödənişləri qəbul etmir ki, bunu müqavilə öhdəliklərinin pozulması kimi qəbul etsin. Həmçinin, cavabdeh bu hərəkətləri əksər sakinlərə qarşı etmiş, hazırda da həmin mübahisələrə müxtəlif instansiyalarda baxılmaqdadır və bəzi mübahisələr üzrə isə qanuni qüvvəsini almış məhkəmə qərarları vardır.

7. İddiaçı xxxx MTK cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi, dəyən zərərin əvəzinin ödənilməsi və mənzildən çıxarılma barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə bağlanmış ##.##.2022-ci il tarixli *** nömrəli müqavilənin ləğv edilməsi və mənzilin ümumi dəyərinin 20%-i məbləğində 21476 manat dəbbə pulu məbləğinin və 19200 manat kirayə haqqı məbləğinin və 213 manat dövlət rüsumu məbləğinin tutulub kooperativə ödənilməsi və həmin mənzildən cavabdeh və digər şəxslərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edib.

8. Qarşılıqlı iddiada göstərilib ki, müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin dəyəri olaraq payçı tərəfindən müqavilə bağlanan gün 31.000 manat ilk ödəniş edilmişdir. Qalan 76.380 manat borcun isə 36 ay müddətinə aylıq 2221,3 manat olmaqla ödənilməsi razılaşdırılmışdır. Lakin götürülmüş öhdəlik payçı tərəfindən tam yerinə yetirilməmiş və müqavilə ilə müəyyən edilmiş aylıq ödənişlər tam ödənilməyərək öhdəliyin icrası gecikdirilmişdir. Bununla bağlı ##.##.2025-ci il tarixli *** nömrəli pretenziya məktubu ilə xəbərdarlıq edilmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 9.1-ci bəndinə əsasən “Payçı” tərəfindən müqavilə şərtləri pozularsa kooperativ tərəfindən müqavilə bir tərəfli olaraq pozulur, həmin mənzil başqa şəxsə satılır. Göründüyü kimi müqavilə üzrə üzərinə düşən öhdəliklər payçı tərəfindən yerinə yetirilməməklə müqavilə əhəmiyyətli dərəcədə pozulmuş nəticədə Kooperativ müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Lakin iddiaçı hazırki qrafik üzrə də ödənişləri müntəzəm olaraq qeyri stabil icra etmişdir. Müqavilə üzrə öhdəlik kobud şəkildə pozulduğundan sonda müqavilədən irəli gələn tədbirlər həyata keçirilərək müqavilənin ləğv edilməsi zərurəti yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 9.2-ci bəndində Kooperativ tərəfindən birtərəfli qaydada pozulacağı (ləğv ediləcəyi) və mənzilin dəyərinin 20%-i məbləğində “dəbbə pulu” çıxıldıqdan sonra vəsaitin qaytarılacağı və mənzilin başqa şəxsə satılacağı əks edilmişdir. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən müqavilə birtərəfli qaydada pozulduqda mənzilin dəyərinin 20%-i məbləğində “dəbbə pulu” və mənzildə yaşadığı müddətdə hər ay üçün 800 manat kirayə haqqı tutulur və mənzil boşaldılır. Göründüyü kimi cavabdeh öhdəliyini yerinə yetirmədiyindən dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə kooperativ haqlı olmuşdur.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Elnarə Vəliyeva) ilk iddia tələbinin təmin edilərək cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış Mənzil tikintisi haqqında ## ######## 2022-ci il tarixli, *** saylı müqavilə üzrə ödənilməli olan məbləğlərin qəbul edilməsi vəzifəsinin Cavabdeh Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi; mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqı tam ödənildikdən sonra maliyyə arayışının İddiaçı verilməsi öhdəliyinin cavabdeh Cavabdeh MTK-nın üzərinə qoyulması; hüquqi yardımın göstərilməsi üçün ödənilmiş pulun 520 (beş yüz iyirmi) manat və 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin ilk iddia üzrə cavabdeh xxxx MTK-dan tutularaq İddiaçı ödənilməsi; qarşılıqlı iddia üzrə iddiaçı xxxx MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi, dəyən zərərin əvəzinin ödənilməsi və mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi və qarşılıqlı iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qənaətində göstərdi ki, məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi ilk iddia tələbini müdafiə edərək qarşılıqlı iddia tələbinə etiraz etdi və bildirdi ki, cavabdeh tərəfin qarşılıqlı iddia ərizəsi qanunsuz və əsassızdır. Məhkəmədən ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin, qeyd etdi ki, sonuncu məhkəmə iclasında ilkin iddia tələbi üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfindən 99.700 (doxsan doqquz min yeddi yüz) manat məbləğində pul vəsaitinin MTK-ya ödənilməsini qəbul etsə də, aylıq ödənişlərin gecikdirilməsini əsaslandırmaqdan ötrü bir neçə anlaşılmayan arqumentlər gətirərək, mübahisə yaranan vaxtdadək, yəni 2025-ci ilin may ayı daxil olmaqla iddiaçının 12 000 manat gecikməsi olmasını qeyd etdi. Müqavilə üzrə MTK-ya ödənilməli olan məbləğ 110964.02 manat təşkil edir, iddiaçı tərəfindən MTK-ya ##.##.2025-ci il tarixdə sonuncu ödəniş edilmiş və həmin tarixdə cavabdehə ümumilikdə 99700 manat ödəniş olur və sonuncu ödəniş ediləndə müqavilə müddətinin bitməsinə 4 ay qalır. Həmin mənzilin dəyəri olan 110964.02 manatdan ödənilmiş 99700 manat çıxıldıqda - 11264.02 manat qalır, yəni iddiaçının MTK-ya müqavilə müddəti bitənədək ümumilikdə 11264.02 manat borcu qalır və aylıq ödənilməli olan məbləğin 2221.30 manat olmasını və qalan 4 ayı nəzərə alınsa həmin məbləğ 8885.2 manat təşkil edir. Həmçinin müqavilə müddəti bitənədək ödənilməli olan 11264.02 manat puldan 8885.2 manat çıxıldıqda, iddiaçının gecikdirdiyi və yaxud da vaxtında ödəmədiyi məbləğ 2378.82 manat təşkil edir. Yəni, müqavilə bağlanan andan mübahisə yaranan anadək iddiaçının gecikdirdiyi məbləğ cəmi 2378.82 manat (iki min üç yüz yetmiş səkkiz manat 82 qəp) təşkil edir. Bu isə müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması kimi qəbul edilə bilməz. İddiaçı tərəfindən iyun ayında isə ödəniş etməyə cəhd edilsə də, ödəniş qəbul edilməmişdir. Ümumiyyətlə tərəflər arasında müqavilə bağlanmışdır. İlkin olaraq iddiaçı tərəfindən müəyyən məbləğdə ilkin ödəniş edilir və qalan məbləğlər isə aylar üzrə ödəməyə davam etdirlir. Müqavilənin müddəti isə sentyabr ayında başa çatmışdır. May ayından gələndən sonra həmin pul vəsaitlər qəbul edilmir. Ümumi olaraq MTK-larda müqavilər bağlanır. Ödənişlər bank hesabına ödənilir və ƏDV məbləği alıcıya ödənilir. Lakin xxxx MTK tərəfindən daxili kredit müqaviləsi bağlanır, ödənişlər yalnız nağd şəkildə qəbul edilir. Lakin kreditin müddətinə az qalmış, belə mane yaradılır və ödənişlər qəbul edilmir, nəticədə yalnız İsfəndiyar müəllim dediyi təqdirdə ödəniş ondan qəbul ediləcəyi tələbi irəli sürülür. Bundan sonra hüquqularını müdafiə etdiyi şəxs binada yaşayan qonşularla əlaqə saxlayır və məsələnin səbəbləri məlum olur. Nəzərə alınmalıdır ki, may ayından sonra ödəmələrə məhdudiyyət qoyulmuşdur, əgər may ayından sonraki aylarda ödəməyə icazə verildiyi halda hal-hazırda iddiaçının heç bir borcu qalmamalı idi, yəni nə nağd ödəniş qəbul etmədiyini və bank rekvizitlərini təqdim etmədiyindən 11263 manat borclu qalıb. Bundan başqa artıq müqavilənin müddəti bitmişdir. Cavabdeh tərəfindən edilmiş hərəkətlər nəticəsində fiziki olaraq vətəndaşın ödəniş edilməməsinə maneə yaradılmışdır. Hesab edir ki, ilk iddia tələbi əsaslıdır və belə olan halda qarşılıqlı iddia tələbinin əsaslılığı aradan qalxır. Məhkəmədən ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi nümayəndə2 qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin qeyd etdi ki, ## ### 2025-ci il tarixdə 1500 manat ödəniş olunmuşdur. Qrafikdə ödənilməli ona məbləğlərlə qarşı tərəfin ödədiyi ödəmələr arasında kəsirlər olmuşdur. Həmin ödənişlərlə bağlı hansı müddətə və nə qədər gecikmələrin olması hesablanması ilə bağlı mütəxəssis rəyi lazımdır. Belə ki, ilk iddia üzrə iddiaçı tərəfindən hər ay ödənişlər olsa da, qrafik üzrə aylıq ödənilməsi tələb edilən məbləğ tam ödənilməmiş, kəsrlə ödənilmişdir. Bununla da nəticədə gecikdirilmiş kifayət qədər böyük məbləğ var. 2022-ci ildən başlayaraq 36 ay müddətində gecikmələrlə ödənişlər edilmiş, ## #### 2025-ci il tarixdə pretenziya məktubu göndərilmişdir. 2022-ci ildən gecikmələrin ödənilməsi ilə bağlı əvvəllər hərəkətsizlik olsa da, ## #### 2025-ci ildə müraciət etmişlər. Qarşı tərəfin rekvizitlərin tələb edilməsi ilə bağlı bildirmişlər ki, müqqavilənin müvafiq bəndində göstərilir ki, 10 gündən artıq ödənişlərinin gecikdirilyi halda 2% həcmində dəbbə pulu tətbiq olunur. Bu barədə müqavilə tərəfinə şifahi qaydada məlumat verilmişdir. Buna baxmayaraq davamlı olaraq ödənişləri qəbul etmişlər. Tərəflər arasında olan müqaviləyə əsasən müəyyən qrafik əsasında, müəyyən vaxt ərzində, müəyyən məbləğdə ödənişlərin edilməsi nəzərdə tutlmuşdur. Lakin hər ay ödənişlər kəsirlə ödənilmişdir. Müqavilə şərtlərini pozduğuna görə həmin gecikmələrin dəbbə pulunu tələb etmək hüquqları vardır. Müqavilə üzrə öhdəlik kobud şəkildə pozulduğundan sonda müqavilədən irəli gələn tədbirlər həyata keçirilərək müqavilənin ləğv edilməsi zərurəti yaranmışdır. Yəni may ayında 1 dəfə ödəniş olunmuşdur. Bu da müavilə şərtlərində pozmuşdur. Müqavilə üzrə şərtlər may ayında və may ayınadək gecikməsi olmuşdur. Müqavilə şərtinin pozulması davamlı olaraq iki ay ödəniş etmədikdə deyil, ümumi müqavilə üzrə gecikmələr nəzərdə tutulmuşdur. Yəni şəxs may ayında olan 1500 manat ödənişi şəxsin əvvəlki ayda olan kəsirlərinə bölünür. Aprel ayında olan ödənişlə bağlı kəsirinin olması ilə bağlı rəsmi bildiriş tərəfindən verilməmişdir. Onlar yalnız müqavilədə göstərmişlər ki, hər ay 2221 manat ödənilməldir. Gecikmələrlə bağlı vətəndaşa məlumat vermək məcburiyyətləri yoxdur. Müqavilənin 4.5 bəndinə qeyd etdikləri kimi, onlar vətəndaş tərəfindən hər ay ödənilən məbləğləri müqavilə şərti üzrə ödənilməli olan məbləğlərdən çıxıb yerdə qalan məbləği hesablayıb və aylara bölünüb neçə ay gecikməsi olduğunu bildirirlər. İlk iddia tələbi üzrə iddiaçı qrafiq üzrə ödənişlər etsə də, öhdəliyi tam icra etməmiş, ilkin ödənişi çıxmaqla 70000 manat məbləğində ödənişlər edilmişdir. 2022-ci il sentyabr ayında 2025-ci il sentyabr ayına qədər 79963 manat ödənişin qarşılığında cəmi 11263 manat kəsirlə ödəniş etmişdir. Bu isə ümumilikdə 5 ay müddətində ödənişlərin olmadığına əsas verir. Bu da müqavilə müvafiq bəndinə əsasən əgər payçı tərəfindən 10 gün ərzində gecikdiyi halda 2% cərimə tutulacağını, 2 aydan artıq olarsa müqavilə üzrə bütün hüquqlar kooperativə keçirilməsi qeyd olunur, yəni tərəflər arasındaki müqavilə xitam verilir. Sahib Elləzova pretenziya göndərildiyindən artıq iddiaçı müqavilə üzrə öhdəliklərini 4 ay idi ki yerinə yetirmirdi. Məhkəmədən ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi nümayəndə1 qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin qeyd etdi ki, 11263 manat may ayınadək kəsir olmuşdur. İlkin ödənişləri çıxanda 68700 manat ödəniş etmişdir. Lakin 79956 manat ödənməli olsa da, ## #### 2025-ci il tarixdə vətəndaşı müraciəti ilə əlaqədar bu günə kimi rekvizitlə ödəniş etməmişdir. Müqavilə şərtlərində belə nağd ödənişlər olması qeyd olunmuşdur. ## #### 2025-ci il tarixdə ilk iddia tələbi üzrə iddiaçıya pretenziya məktubu göndəriləndə artıq 2 ay müddətinə ödənişlərdə gecikmə olmuşdur. Bu gecikmələri hesablayan başqa şöbə hesablayır daha sonra onlara bildirilir. İddiaçı sonuncu dəfə may ayında 1500 manat ödəniş etmiş, digər aylarda da kəsirlə ödəniş etmişdir. Məhkəmədən ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında ##.##.2022-ci il tarixdə *** saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən satıcı Cavabdeh MTK Bakı şəhəri, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi, 9 B ünvanında inşa edilmiş yaşayış kompleksinin 6-cı giriş, 15-ci mərtəbəsində olan, 1 otaqlı, *** saylı mənzili payçı İddiaçı verməyi, Sahib Əzimov isə ilkin 31.000 manat və 76.380 (yetmiş altı min üç yüz səksən) manat 36 ay, aylıq 2.221 (iki min iki yüz iyirmi bir) manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Payçı 2025-ci ilin may ayınadək aylıq ödənişlərini qeyri-sabit məbləğdə və bir sıra hallarda müəyyən kəsirlə icra etmiş, ötən 3 ilə yaxın müddətdə bu hal tərəflər arasında mübahisə doğurmamışdır. Bununla belə MTK, həmin ilin may ayında payçı İddiaçı həyata keçirmək istədiyi ödənişi qəbul etməkdən imtina etmişdir. Bundan sonra, payçı İddiaçı əskik ödənilmiş ödəniş məbləğinə dair rəsmi arayışın və həmin məbləğin ödənilməsi üçün MTK-nın bank hesabının ona verilməsi xahişini özündə əks etdirən ##.##.2025-ci il tarixdə pretenziya məktubu ilə Cavabdeh MTK-ya müraciət etmiş, MTK isə onun həmin xahişini təmin etməmiş (əskik ödənişin məbləğinə dair arayışı və ödənişin icra edilməsi üçün bank hesabına dair məlumatları təqdim etməmiş), əksinə xxxx ##.##.2025-ci il tarixli pretenziya ünvanlayaraq mənzili müqavilənin 5.5-ci bəndinə əsasən 10 gün müddətində yeni qiyməti ilə alması təklif edilmiş, əks təqdirdə müqavilənin birtərəfli qaydada pozulacağı (ləğv ediləcəyi) və mənzilin dəyərinin 20%-i məbləğində “dəbbə pulu” və mənzildə yaşadığı müddətdə hər ay üçün 800 manat kirayə haqqı çıxıldıqdan sonra qalan vəsaitin qaytarılacağı və mənzilin başqa şəxsə satılacağı barədə onu (payçını) xəbərdar etmişdir. İddiaçı ##.##.2025-ci il tarixdə hazırkı mülki iş üzrə məhkəmə icraatının başlanmasına əsas olmuş iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edib ki, hazırkı mübahisənin obyektiv həlli üçün ilk növbədə ##.##.2022-ci il tarixdə *** nömrəli müqavilənin MTK tərəfindən təktərəfli qaydada ləğv edilməsinin düzgün olub-olmamasına hüquqi qiymət verilməlidir. Belə ki, həmin xüsusatın aydınlaşdırılması ilkin iddianın əsaslı və ya əsassız olduğunu müəyyən etməyə imkan verəcəkdir. Digər tərəfdən qarşılıqlı iddiada göstərilən tələblərin irəli sürülməsi məhz müqavilənin MTK tərəfindən bir tərəfli qaydada pozulması şərti ilə mümkündür (müqavilənin 5.5ci bəndinə əsasən). Hazırkı işdə payçı müqaviləni əhəmiyyətli dərəcədə pozması halı müəyyən edilmir. Belə ki, işin mübahisəsiz hallarından da göründüyü kimi, payçı 2025-ci ilin may ayınadək aylıq ödənişlərini qeyri-sabit məbləğdə və bir sıra hallarda müəyyən kəsirlə olsa belə, aybaay icra etmiş, Cavabdeh MTK isə həmin ödənişləri qəbul etmiş, qeyd edilən hala dair xxxx hər hansısa irad bildirməsi və ya ödənişlərin natamam icra etdiyi məqamda payçıdan cərimə tələb etməsi müəyyən edilmir. Beləliklə, ötən 3 ilə yaxın müddətdə bu hal tərəflər arasında mübahisə doğurmamış və tərəflər arasında münasibətlər uzun müddət qeyd olunan aspektdə davam etmişdir. Cavabdeh MTK yalnız 2025-ci ilin may ayında qabaqcadan hər hansı xəbərdarlıq etmədən payçının həyata keçirmək istədiyi ödənişi qəbul etməkdən imtina etmişdir. Tərəflər arasında bağlanmış müqavilədə onun birtərəfli iradə ifadəsi ilə ləğvini nəzərdə tutan bənd mövcuddur. Belə ki, müqavilənin 5.2-ci bəndinə əsasən, payçı müqavilənin 3.2-ci bəndində qeyd olunan ödənişi 10 gündən artıq gecikdirdikdə, mənzilin ümumi dəyərinin 2% məbləğində cərimə tətbiq olunur, 2 ay gecikdirdikdə, "xxxx" xəbərdarlıq edilmədən MTK tərəfindən müqavilə birtərəfli olaraq pozulur, həmin mənzil başqa şəxsə satılır. İlk növbədə qeyd olunmalıdır ki, istehlakçı ilə bağlanmış müqavilənin həmin şərti Mülki Məcəllənin 420.2-ci maddəsinin tələblərinə uyğun olaraq etibarsızdır. Belə ki, həmin maddəyə əsasən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Müqavilənin həmin şərti etibarlı şərt kimi qəbul edilsə belə, yuxarıda qeyd edildiyi kimi, ötən 3 ilə yaxın müddətdə MTK-nın həmin hala dair xxxx hər hansısa irad bildirməsi, ödənişlərin natamam icra etdiyi ilə əlaqədar payçıdan cərimə tələb etməsi və ya müqaviləni birtərəfli olaraq pozması müəyyən olunmur. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 529-cu maddəsi öhdəliyin icrasının qəbulu qaydalarını müəyyən edir. Məcəllənin 529.2, 529.4 və 529.5-ci maddələrinə uyğun olaraq, öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki, ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. İşin halından da görünür ki, hazırki işdə kreditor hər hansı bir etiraz irəli sürmədən əvvəlki dövrlər üzrə öhdəliyin icrasını qəbul etmişdir. Sonradan isə həmin ödənişlərin lazımi qaydada həyata keçirlmədiyinə istinad edərək sonrakı ödənişlərin qəbulundan imtina etmişdir. Bununla da Mülki Məcəllənin qeyd olunan tələblərini pozmuşdur. Bununla da Cavabdeh MTK-nın göstərilən hərəkətləri digər tərəfin güvəndiyi əvvəlki rəftara zidd olmuşdur. Eyni zamanda adı çəkilən kooperativin payçıdan ödəniş qəbul etməməsi Mülki Məcəllənin 446.1-ci maddəsində nəzərdə tutulan kreditorun icranı gecikdirməsi halına uyğun gəlir. Göstərilənlərə əsasən, xüsusilə Cavabdeh MTK-nın ##.##.2022-ci il tarixli *** saylı müqaviləni payçı pretenziya məktubu göndərdikdən sonra ləğv etməsini ağlabatan mühakimə əsasında nəzərdən keçirərək məhkəmə belə hesab edib ki, Cavabdeh MTK mülki qanunvericiliyin “xxxx”na dair tələbini pozmuşdur və buna görə də o (MTK), müqavilədə nəzərdə tutulsa belə, müqaviləni birtərəfli qaydada aradan qaldırılmağa (ləğv etməyə) haqlı olmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və xxxx haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Bir şəxsin öz üzərinə düşən vəzifəni kobudcasına pozduğu halda hüququnu həyata keçirməsi və ya öz davranışı ilə qarşı tərəfdə qorunmağa layiq və əsaslı bir güvən oyandırdıqdan sonra bu davranışa və oyandırdığı güvənə zidd davranması hüquqdan sui-istifadə sayılır və qanunla qorunmur. Yəni, sui-istifadə edilən hüquqa söykənən tələblər müdafiə oluna bilməz. Dolayısı ilə, hər hansı iddia irəli sürülərkən bu, hüquqdan sui-istifadə təşkil edirsə həmin tələb nəzərə alınmır. Məhkəmə yuxarıda şərh edilənlərə əsasən qeyd edib ki, iddiaçının iddia tələbi mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqı tam ödənildikdən sonra maliyyə arayışının ona verilməsi öhdəliyinin cavabdeh Cavabdeh MTK-nın üzərinə qoyulması hissəsində tam əsaslıdır. Belə ki, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı pay haqqının tam ödənilməsi şərtilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur (Mülki Məcəllə m. 139-1.1.6; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu m. 8.0.6.). Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri şərt pay haqqının tam ödənilməsidir. Hazırki işdən ilkin iddiaçının müqavilə üzrə mənzilin dəyərini tam ödəmiş olduğu müəyyən edilmir. O, mənzilin dəyərini tam ödədikdən sonra Cavabdeh MTK-dan maliyyə arayışının (pay haqqının tam ödənilməsi haqqında sənədin) verilməsini tələb edə bilər. Məhkəmə həmçinin hesab edib ki, ilkin iddianın “cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə müqavilə öhdəliklərini yerinə yetirmək vəzifəsinin qoyularaq, aylıq ödənilməli olan məbləğin qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsi də əsaslıdır. Belə ki, qeyd olunduğu kimi, MTK-nın payçı İddiaçı ödənişlərini qəbul etməməsi Mülki Məcəllənin kreditorun icranı gecikdirməsini nəzərdə tutan 446.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlir. Həmin maddəyə əsasən, kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Həmin Məcəllənin 425.1 və 425.2-ci maddələrinə görə isə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (425.1). Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Qarşılıqlı iddia ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qarşılıqlı iddia ərizəsindən göründüyü kimi, qarşılıqlı iddia “pul” tələbindən ibarətdir. Qarşılıqlı iddiaçı tələb edir ki, İddiaçı ilə bağlanmış ##.##.2022-ci il tarixli *** nömrəli müqavilənin ləğv edilməsi və mənzilin ümumi dəyərinin 20%-i məbləğində 21476 manat dəbbə pulu məbləğinin və 19200 manat kirayə haqqı məbləğinin və 213 manat dövlət rüsumu məbləğinin tutulub kooperativə ödənilməsi və həmin mənzildən cavabdeh və digər şəxslərin çıxarılmasına dair qarşılıqlı iddianı əsassız hesab edərək, prosessual qənaət prinsipi baxımından bununla bağlı əlavə əsaslandırmaya ehtiyac olmadığını vurğulayır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh Cavabdeh MTK apellyasiya şikayətində qətnamənin ləğv, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş edib göstərir ki, İddiaçı tərəfindən edilmiş ödənişlərə nəzər yetirdikdə görünür ki, şəxs ödənişləri ##.##.2025-ci il tarixədək müxtəlif məbləğlərdə ödəsə də, həmin vaxtadək bəzi aylarda artıq məbləğlərdə ödənişlər etməsi səbəbindən müqavilədə nəzərdə tutulan 2 aylıq gecikmə müddəti ötməmişdir. Lakin şəxs tərəfindən növbəti aylarda aylıq ödənişin 2221,3 manat olmasına baxmayaraq İddiaçı ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərdə 1000 manat, ##.##.2025-ci il tarixə 900 manat, ##.##.2025-ci ildə 1700 manat və ##.##.2025-ci il tarixdə isə 1500 manat məbləğində ödəniş etmişdir. Göründüyü kimi, İddiaçı tərəfindən ödənişlər qeyri-stabil icra edilmişdir. Eyni zamanda, ##.##.2025-ci il tarixədək də İddiaçı tərəfindən bəzi aylarda (2024-cü ilin may və noyabr ayları, 2025-ci ilin yanvar ayı) ödəniş edilmədiyindən İddiaçı tərəfindən həmin ərəfələrdə ödənilmiş artıq məbləğlər həmin ayların ödənişinə hesablandığından 2 aylıq möhlət hüququ ötürülməmişdir. Məhkəmə öz qətnaməsində İddiaçı tərəfindən 3 il ərzində ödənişlərin kəsrlə edildiyi halda MTK tərəfindən ödənişlərin qəbul edildiyi göstərilsə də, bu fakt tamamilə əsassızdır. Çünki İddiaçı tərəfindən ödənişlər ##.##.2025-ci il tarixədək qeyri-sabit və kəsrlə ödənilməsinə baxmayaraq şəxs tərəfindən bəzi aylarda artıq ödənilmiş məbləğlər ödəniş edilməyən aylara keçərək ödənişləri tamamlamışdır. Lakin ##.##.2025-ci il tarixdən etibarən isə şəxs tərəfindən ödənişlər 2221 manatdan çox aşağı məbləğdə ödənildiyindən 2 aylıq gecikmə səbəbindən şəxsin ödənişinin qəbulundan haqlı olaraq imtina edilmişdir. Bu faktlar məhkəmə tərəfindən ətraflı və hərtərəfli araşdırılmadan yekun məhkəmə aktı qəbul edilmişdir. İddiaçı ödəniş etmək istəməsi, lakin MTK tərəfindən ödənişin qəbul edilməsindən imtina etməsinə dair heç bir mötəbər sübut təqdim edilmədiyi təqdirdə, məhkəmə İddiaçı tərəfindən ödənişin gecikdirilməməsi və nəticədə müqavilə şərtlərinin pozulmaması qənaətinə gəlmişdir. İddiaçı tərəfindən gecikmə 2 aydan çox olduğuna görə MTK müqavilənin ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Bundan əlavə, AR MM-nin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Tərəflər arasında bağlanmış müqavilədə göstərilən həmin bənd tərəflərin iradə ifadəsinə uyğun olmuş, borclu tərəfindən öhdəliyinin vaxtında icrasının təmin edilməsi məqsədi ilə müqaviləyə həmin bənd daxil edilmişdir. Borclu İddiaçı tərəfindən müqavilə öhdəliklərinin gecikdirilməsi nəticəsində MTK müqavilə bağlanarkən əldə edəcəyi gəlir və faydadan məhrum olacağı təqdirdə tərəflər arasında bağlanmış müqaviləyə ödənişlərin gecikdirilməsi nəticəsində müqaviləyə xitam verilməsinə dair şərtin daxil edilməsi tərəflərin mənafeyinə uyğun olmaması və ya bərabərlik prinsipinin pozulmasına əsasən etibarsız hesab edilə bilməz. Məhkəmə tərəfindən yekun məhkəmə aktı qəbul edilərkən yalnız ilkin iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət verilməsindən əlavə, həmin sübutların ilkin iddia tələbini deyil, əksinə qarşılıqlı iddia tələbi üzrə halları sübut etməsi belə nəzərə alınmamışdır. Belə ki, ilkin iddia tələbi üzrə iddiaçı İddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzləri və pretenziya məktubunun çatdırılmasına dair sübutdan görünür ki, şəxs tərəfindən sonuncu ödəniş ##.##.2025-ci il tarixdə edilmiş, bundan sonra Cavabdeh MTK-ya pretenziya göndərilənədək, yəni ##.##.2025-ci il tarixədək heç bir ödəniş edilməmişdir. Bu fakt da İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərinin 2 aydan artıq müddətdə gecikdirilməsini, müqavilə şərtlərinin İddiaçı tərəfindən pozulmasını və nəticədə də qarşılıqlı iddia tələbinin əsaslı olmasını sübut edir. Lakin məhkəmə iddiaçının mülahizələrinə əsaslanan qətnamə qəbul edərək ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən Cavabdeh MTK-nın ödənişləri qəbul etməməsi ilə əlaqədar heç bir mötəbər sübut təqdim edilmədiyi halda, ilkin iddia tələbini təmin etmişdir. Əgər həqiqətən də, MTK tərəfindən ödənişlər qəbul edilməmişdirsə, şəxs pretenziya məktubunu daha öncədən - ödənişlərin qəbulundan imtina edildiyi vaxtdan göndərərdi. Lakin göründüyü kimi, pretenziya məktubu sonuncu ödənişdən 2 ay sonra göndərilmişdir. Bu fakt da İddiaçı sonuncu ödənişdən 2 ay sonra ödəniş etmək üçün MTK-ya yaxınlaşdığını, MTK tərəfindən haqlı olaraq ödənişlərin İddiaçı aylıq ödənişlər üzrə əvvəldən başlayaraq gecikməsi olması səbəbindən qəbul edilməməsini sübut edir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

12. Məhkəmə iclasında cavabdeh Cavabdeh MTK-nın nümayəndəsi nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.

13. İddiaçı İddiaçı məhkəməyə təqdim etdiyi ərizədə Gənəc şəhərində olduğu üçün məhkəmə iclasında iştirak edə bilmədiyini, cavabdehin apellyasiya şikayətinin dəlillərinin həqiqəti əks etdirmədiyini, qətnamənin ləğvi üçün əsas olmadığını bildirib və iştirakı olmadan işə baxılıb qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Maddə 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Maddə 446.1. Kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.3. Aşağıdakı hallarda müqavilədən imtina yolverilməzdir: 447.3.1. öhdəliyin pozuntusu cüzi olduqda; 447.3.2. öhdəliyin pozulması üçün tamamilə və ya əsasən kreditorun özü məsuliyyət daşıdıqda; 447.3.3. öhdəliyin qarşısında borclu tərəfindən artıq irəli sürülmüş və ya müqavilədən imtina edildikdən dərhal sonra irəli sürüləcək qarşılıqlı tələb olduqda. Maddə 447.6. Əgər ikitərəfli müqaviləyə görə borclu onun üzərinə qoyulmuş öhdəliklərdən imtina edə bilərsə, ona bu hüququ verən hal isə kreditorun təqsiri üzündən yaranmışsa, o, cavab icrası almaq hüququnu saxlayır. Əgər cavab icrası üçün əsas kreditorun icranı almağı ləngitdiyi vaxt əmələ gələrsə, bu qayda tətbiq edilmir. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Maddə 529.4. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. Maddə 529.5. Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinn Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2023-cü il tarixli qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.

3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi üçün əsas ola bilməz.

18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, ilk iddia təmin, qarşılıqlı iddia isə rədd edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

22. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, lakin qarşılıqlı iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

23. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından haqlı sayılır, lakin qarşılıqlı iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından qarşılıqlı iddia haqlı sayılmır.

24. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

25. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

26. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.

27. Əvvəla, Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2023-cü il tarixli Qərarında da Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsinin həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verdiyi, iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilənin ləğv edilmiş hesab edilməsi və bunun ləğvetmənin həyata keçirilməsinin ümumi forması olduğu təsdiqlənmişdir. Qərarda həmçinin ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında da kreditorun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilməsi, müqavilədən imtina barədə iradə ifadəsinin də qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayıldığı göstərildi.

28. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2023-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, nəzəriyyədə “müqavilədən imtina” əsasən öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilələrdə öhdəliklərin icrasının gecikdirilməsi səbəbilə kreditorun müqaviləyə onun bağlandığı andan, yəni geriyə şamil olunan şəkildə (ex tunc) xitam verməsi hallarını ehtiva edir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. ... Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

29. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər (MM.m.447.1). Bu normadan göründüyü kimi, müqavilədən imtina, ləğvetmədən fərqli olaraq öz hüquqi nəticələrini həyata keçirilən andan etibarən deyil, müqavilənin bağlandığı andan əmələ gətirir. Müqavilənin ləğv olunması hallarında isə ləğvetmənin baş verdiyi andan sonra üçün hüquq münasibətinə xitam verilir. Buna görə də ləğvetməyə qədər əmələ gələn hüquq və vəzifələr öz qüvvəsində qalır. Lakin müqavilədən imtinada isə müqavilə üzrə öhdəliklər bağlandığı andan etibarən aradan qalxmış olur. İmtina olunan müqavilə üzrə öhdəliklər heç icra olunmamışsa, onda imtina ilə bərabər öhdəliklərə də xitam verilir. Ancaq imtina olunan müqavilə üzrə öhdəliklər birtərəfli qaydada tam və ya qismən icra olunmuşsa, ya da hər iki tərəfdən qismən icra olunmuşsa onda icra edilən öhdəliklərin geriyə qaytarılması tələb olunur. Demək ki, icra olunmuş müqavilə öhdəlikləri baxımından ləğvetmədən söhbət gedə bilməz. Başqa sözlə ləğvetmənin daha öncə icra olunmuş müqavilə öhdəliklərinə təsiri ola bilməz. Lakin müqavilədən imtinada əvvəl icra olunmuş müqavilə öhdəliklərinə təsir göstərərək onların geriyə qaytarılmasının hüquqi əsasını təşkil edir. Bu hala görə də müqavilədən imtina müqavilənin etibarsızlığı ilə oxşarlıq təşkil edir. Lakin etibarsızlıqdan fərqli olaraq müqavilədən imtinada əvvəldən hüquqi əsas olur, lakin imtinadan sonra əvvəldən olan hüquqi əsas aradan qalxır. 30.Göründüyü kimi, cavabdehin(qarşılıqlı iddiaçının) 12 sentyabr 2022-ci ildə bağlanan müqavilənin bitməsinə 1 ay qalmış mənzilin dəyərinin tam ödənilməməsinə görə ləğvinin tələb eməsi anlaşılan deyil. Əvvəla, yuxarıda qeyd olunan hüquq normalarına və Konstitusiya Məhkəməsinin formalaşdırdığı mövqeyə görə cavabdeh(qarşılıqlı iddiaçı) sözügedən müqavilənin ləğv edilməsinə dair tələblə məhkəməyə müraciət etməkdə haqlı olmayıb. Çünki bu cür tələblə məhkəməyə müraciət etməklə bir təsbit iddiasının təmin olunmasına nail olmaq görüntüsü yaratmağa çalışsa belə onlar arasında müqavilə münasibətləri davam etdiyi üçün öhdəliyinin icrasından imtina etməsi belə, müqavilə üzrə iddiaçı qarşısında olan öhdəliyini aradan qaldırmır.

31. Bundan əlavə, cavabdehdən(qarşılıqlı iddiaçıdan) fərqli olaraq iddiaçı tərəf müqavilə üzrə öhdəliklərinin 90 %-dən çox hissəsini icra edib, üstəlik müqavilənin müddətinin bitməsinə 4 ay qalsa da, qalan ödənişləri birdəfəyə etməyə razı olduğunu məhkəmə iclasında da bəyan edib, ancaq cavabdeh nə həmin ödənişləri qəbul etməyib, nə də iddiaçının tələb etdiyi sənədləri ona hansısa xoş olmayan səbəblərə görə vermək istəmir. Ona görə də bu cür tələbin əvəzinə, əsas olduğu halda başqa məzmunlu iddia ilə də məhkəmə müdafiəsi hüququndan istifadə edə bilərdi. Ən azından ona görə ki, iddiaçının öhdəliyini pozması baş verməyib, olubsa belə cüzi olub, işin hallarına görə də öhdəliyin bu və ya digər formada pozulması üçün cavabdeh tamamilə özü məsuliyyət daşıyır.Başqa sözlə, cavabdeh iddiaçının müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməyib. Demək ki, cavabdeh(qarşılıqlı iddiaçı) iddiaçını öhdəliklərini lazımı qaydada icra etməmədə qınamaqda da haqlı olmayıb. Çünki əsas yaransa idi, iddiaçıdan öhdəliyinin qalan hissəsinin icrasını tələb edə bilərdi, ancaq etməyib, yaxud öhdəlik pozulmadığı üçün etmək istəməyib. Belə çıxır ki, iddiaçının aylıq ödənişlər zamanı öhdəliyini gecikdirməsi həm də cavabdehin maraqlarına uyğun olmuş, yəni bu cür vəziyyət ona sərf etmiş, çünki sonradan özünün öhdəliklərini icra etməməsi, yəni müqavilədə nəzərdə tutulan sənədləri iddiaçıya təhvil verməmək üçün “əlverişli əsas” olmuşdur.

32. Göstərilənlərlə yanaşı, cavabdeh iddiaçının 36 aylıq müddət ərzində üzərinə götürdüyü öhdəliyini 2025-ci ilin fevral ayından başlayaraq aylar üzrə qeyri-sabit icra etməsini, yəni 2 aylıq gecikmə səbəbini əsas gətirib 2025-ci ilin may ayında iddiaçının müqavilə üzrə öhdəliyini tam icrasından, başqa sözlə ödənişinin qəbulundan imtina etməkdə də haqlı ola bilməzdi. Çünki bu cür davranın vicdanlılığın tələb etdiyi tərz sayılmamaqla, açıq-aşkar hüquqdan sui-istifadə etməklə iddiaçıya zərər vurmaq məqsədi daşıyıb. Ən azından 2 aylıq gecikməyə görə müqavilənin ləğvini tələb etməkdə vicdanlı davranışın ağlabatan izahı olmalıdır. Belə bir izahı isə cavabdeh tərəf nə apellyasiya şikayətində göstərməyib, nə də apellyasiya baxışı zamanı məhkəmə tərkibinin diqqətinə çatdıra bilmədi.

33. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən cavabdeh(qarşılıqlı iddiaçı) üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin, qarşılıqlı iddianın rədd olunması həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan başqalarına zərər vurmaq üçün pis niyyətlə sui-istifadə etmə institutunun yaranmasına da zərurət və əsas olmazdı.

34. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar