Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1659/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh İmamverdi oğluna qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, # ###### 2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh İmamverdi oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün tələb olunan 6.998,18 manat məbləğində pul vəsaitinin və iddianın qaldırılması üçün ödənilmiş 90 manat dövlət rüsumunun, cavabdeh Cavabdeh İmamverdi oğlundan tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh İmamverdi oğlundan 6.998,16 (altı min doqquz yüz doxsan səkkiz manat, on altı qəpik) manat məbləğində dəymiş ziyan və 90 (doxsan) manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. ##.##.2025-ci il tarixdə cavabdeh Cavabdeh İmamverdi oğlu apellyasiya şikayəti və şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair vəsatət verərək, prosessual müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsini və Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə müvafiq olaraq bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən şikayət vermək üçüı Mülk Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən nəzərdə tutulmuş bir aylıq müddət tərəfindən buraxılmışdır ki, bunun da səbəbi səhhətində yaranan problemlərə görə həmin dövrdə məhkəmə sisteminə vaxtında nəzarət etmək və hüquqi prosedurları yerinə yetirmək imkanının olmaması ilə izah olunur. Bu səbəbdən də tərəfindən sözügedən qətnamədən şikayət vaxtında verilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, # ###### 2025-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh İmamverdi oğluna qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair cavabdeh Cavabdeh İmamverdi oğlunun ərizəsinin təmin edilməməsi, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh İmamverdi oğluna qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh İmamverdi oğlu tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş apellyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ##.##.2025-ci il tarixdə cavabdeh Cavabdeh İmamverdi oğluna məxsus şəxsi elektron kabinetə göndərilmişdir. Bundan sonra cavabdeh ##.##.2025-ci il tarixdə apellyasiya şikayəti və müddətin buraxılmamış hesab edilməsinə dair ərizə ilə müraciət etmişdir. Cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin səbəblərini xəstə olması ilə əlaqələndirsə də, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etmədiyindən ərizə əsaslı hesab edilə bilməz. Həmin qərardaddan cavabdeh Cavabdeh İmamverdi oğlu şikayət verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadının ləğv edilərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək ondan 6.998,16 (altı min doqquz yüz doxsan səkkiz manat, on altı qəpik) manat məbləğində dəymiş ziyan və 90 (doxsan) manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədə onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsini Mülki Kollegiyasına apelyasiya şikayəti verilə biləcəyi qeyd edilmişdir. Buna uyğun olaraq tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin müvafi qətnaməsindən ## ###### 2025-ci il tarixində apelyasiya şikayəti verilmişdir. Qeyd edir ki, elektron məhkəmə sistemi üzərindən qətnamənin sistemə rəsmi qaydada yükləndiyi tarix ##.##.2025-ci il tarixində olmuşdur. Müddət qısa müddət ötürüldüyünə görə, tərəfindən müddətin ötürülməsinin səbəbləri izah edilməklə, məhkəməyə apellyasiya şikayəti ilə birlikdə müddətin bərpası haqqında ərizə təqdim edilmişdir. Tərəfindən bildirilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən şikayət vermə üçün Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən nəzərdə tutulmuş bir aylıq müddət tərəfindən buraxılmışdır ki, bunun da səbəbi səhhətində yaranan problemlərə görə həmin dövrdə məhkəmə sisteminə vaxtında nəzarət etmək və hüquqi prosedurları yerinə yetirmək imkanının olmaması ilə izah olunur, bu səbəbdən də tərəfindən sözügedən qətnamədən şikayət vaxtında verilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin elektron sistem vasitəsilə##.##.2025-ci ildə təqdim edildiyi məhkəmə tərəfindən müəyyən edilmişdir. Apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə ##.##.2025-ci ildə təqdim edilmişdir. Beləliklə, prosessual müddət cüzi - təxminən bir neçə gün ötürülmüşdür. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, # ###### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 360.1-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Bu Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi “AZEMİS” Elektron Məhkəmə informasiya sistemi vasitəsilə cavabdeh Cavabdeh İmamverdi oğlunun elektron kabinetinə ##.##.2025-ci il tarixdə yerləşdirilmiş, qətnamənin onun elektron kabinetinə yerləşdirilməsi barədə müvafiq çıxarış mövcuddur ( iş mat. səh 60). Hazırkı apellyasiya şikayəti isə prosessual qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ötürülməklə ##.##.2025-ci il tarixdə verilmişdir. Şikayətin dəlilləri əlaqədar isə qeyd edilməlidir ki, qanunvericilikdə prosessual müddətin bərpa edilməsi üçün üzrlü hesab edilən hallar, o cümlədən, şəxsin xəstəliyi, xəstə ailə üzvlərinə qulluq etməsi, müddətli xidməti ezamiyyətdə olması və s. hazırkı iş üzrə müəyyən edilməmişdir. İddiaçı prosessual müddətin bərpa olunması barədə ərizəsində istinad etdiyi halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bu baxımdan, iddiaçının hazırkı şikayətində göstərdiyi dəlillər qərardadın ləğvi üçün əsas hesab oluna bilməz. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № *****/**, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaəti düzgün olmuş, iddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Şikayətdə göstərilənlər isə bu mövqeyi əks etdirən qərardadın ləğv olunması üçün əsas olan hallar deyildir. Beləliklə də kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Cavabdeh İmamverdi oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı # ###### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №e-2(3-6)-1659/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1659/2026
05.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver