Məhkəmə qərarları › İş №e-2(3-6)-1764/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1764/2026

12.05.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1764/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı “əmək haqqının tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-də işlədiyi müddətdə hər növbədə artıq işlədiyi iş saatına görə 1.180 manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 300 manat, habelə ödənilmiş mediasiya haqqının və hüquqi yardımın göstərilməsinə görə çəkilmiş xərcin əvəzinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. İddiaçı İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və işin birinci instansiya məhkəməsinə göndərilərək, iddianın icraata qəbul edilməsinin təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan MPM-nin 153.2-ci maddəsinə əsasən imtina edilmişdir. Belə ki, məhkəmə iddianın əvvəlki işlərlə eyni əsaslara söykəndiyini göstərmişdir. Lakin hazırkı iddia əvvəlki işlərdən fərqlənir və yeni hüquqi əsaslara malikdir. Belə k, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən ##.##.2025-ci və ##.##.2026-cı il tarixli məktublarla İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin pozulması müəyyən edilmişdir. Bu fakt əvvəlki məhkəmə araşdırmalarında mövcud olmamışdır. ##.##.2024-cü il tarixdə cavabdeh tərəfindən əlavə 48.51 manat ödəniş edilmişdir ki, bu hal əvvəlki qətnamələrdə araşdırılmamışdır. İşəgötürən tərəfindən iş vaxtının uçotu sənədlərinin təqdim edilməməsi dövlət orqanı tərəfindən təsdiq olunmuşdur. İnzibati məsuliyyətə cəlb edilmə müddətinin keçməsi pozuntunun olmaması demək deyil və mülki-hüquqi məsuliyyəti aradan qaldırmır. Bu səbəbdən hazırkı iddia əvvəlki işlərlə tam eynilik təşkil etmir və MPM-nin 153.2-ci maddəsinin tətbiqi üçün əsas yoxdur. Məhkəmə yeni sübutları araşdırmadan və “eyni əsaslar” anlayışını əsaslandırmadan iddianın icraata qəbulundan imtina etmişdir ki, bu da məhkəməyə çıxış hüququnun məhdudlaşdırılmasıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(*-**)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı artıq iş saatlarına cəlb edildiyi üçün həmin iş saatlarının, bayram günlərinin, maddi yardımın, məzuniyyət və gecə növbələrinin pulunun cavabdehdən tutularaq ona ödənilməsi, son haqq-hesab pul məbləgində ödənildikdən sonra əmək kitabçasının xxxx ASCnin Gəncə şəhərində ##.##.2023-cü ildən fəaliyyət göstərən filialında ona təhvil verilməsi barədə iddiası rədd edilmişdir. Bundan sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı ##.##.2022-ci il tarixdən bugünə qədər ona ödənilməyən gecə növbəsinin və artıq iş saatlarının haqqı olaraq cəmi 7.036 manat pulun və Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən ümumilikdə 32.717 manat pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bu qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamələr artıq qanuni qüvvəsini almışdır. Bununla belə, iddiaçı məhkəmə qaydasında cavabdehdən iş vaxtından artıq vaxtda işə cəlb olunduğuna görə əlavə əmək haqqının verilməsini tələb etmiş, lakin məhkəmələr onun iddiasını əsaslı hesab etməyərək, rədd etmişdilər. Buna baxmayaraq, iddiaçı hazırda da həmin cavabdehə qarşı eyni tələb irəli sürmüşdür ki, bu da öz növbəsində yolverilməzliyinə görə iddianı qəbul etməkdən imtina edilməsini şərtləndirir. Belə ki, hüquqi nəticə etibarı ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri mövcuddur. İddiaçının irəli sürdüyü dəlillər, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin ##.##.2025-ci və ##.##.2026-cı il tarixli məktublarında göstərilənlər, habelə ##.##.2024-cü il tarixdə cavabdeh tərəfindən əlavə 48,51 manat ödənişin edilməsi iddianın icraata götürülməsi üçün əsas yaratmır, o cümlədən iddiaçının eyni əsaslardan çıxış etməməsi kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsi ilə iddiaçının iddiasını yolverilməzliyinə görə qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar