Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1795/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlak bölgüsü” barədə iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: birgə nikah dövründə yaranmış passivin bölünməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X6 oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları: 1.Tərəflər ##.##.1995-ci il tarixdə nikaha daxil olmuşlar, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(008)- ***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. 2.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh cavabdeh Səfərəliyeva (Tərlanova) Sevinc Xasay qızına qarşı iş üzrə qətnaməsindən görünür ki, Apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni ünvan 3 ünvanında yerləşən bağ evinə ½ payın tanınması ilə bağlı iddianın rədd edildiyi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmış, iddia tələbi həmin hissədə təmin olunmuş, ünvan 3 ünvanında yerləşən bağ evi üzərində iddiaçı Cavabdeh ½ hissədə və cavabdeh Səfərəliyeva (Tərlanova) Sevinc Xasay qızının ½ hissədə payları müəyyən edilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. 3.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 80000 (səksən min) manat borc pul və 299,55 (iki yüz doxsan doqquz manat əlli beş qəpik) manat dövlət rüsumu tutularaq, iddiaçı X5 ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, X5 ilə Sevinc Səfərəliyeva arasında ## ###### 2021-ci il tarixli “Borc” müqaviləsi bağlanmış, X5 ## ###### 2022-ci il tarixədək qaytarmaq şərtilə Səfərəliyeva Sevinc Xasay qızına 115000 (yüz on beş min) manat borc pul vermişdir. Həmin qətnamə ilə həmçinin müəyyən olunmuşdur ki, İddiaçı 35.000 manat pulu qaytarmış, 80.000 manat borcu qalmış, Cavabdeh borc pul götürdüyündən xəbəri olmamışdır. Iş üzə qəbul olunmuş məhkəmə aktları
4. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi mülkiyyətləri kimi tanınmış və ½ hissədə payları tanınmış ünvan 1 ünvanlı evin təmirinə xərclənmiş 80.000 manat borc məbləğinin 40.000 manatının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə ##.##.1995-ci ildə rəsmi nikaha daxil olmuşdur. Nikah Nizami rayon məhkəməsinin ##.##.2023-tarixli e-*(***)-***/**** saylı qətnaməsi ilə pozulmuşdur. Nardaran qəsəbəsi, Bağlar massivi 598 ünvanlı ev 2007-ci ildə iddiaçı tərəfindən əldə olunmuş şəxsi vəsaiti ilə inşa olunmuşdur. 2021-ci ildə təmirsiz olmaqla tam yararsız hala düşmüşdü. Bu səbəbdən 80.000 manat pulu X5 borc olaraq almış və həmin borc vəsaiti hesabına Nardaran qəsəbəsi, Bağlar massivi 598 ünvanlı evi tam təmir etmişdir, evin dəyərini bir neçə dəfə artırmışdır. Bütün əmlaklar onun tərəfindən və 25 illik zəhmət çəkərək (müxtəlif şirkətlərdə maliyə direktoru) qazandığı pullarla əldə edilmişdir. Bütün bu dövrdə cavabdeh üzrsüz səbəbdən heç bir yerdə işləməmiş buna səbəb isə onun içki düşkünü və qumar aludəçisi olması ilə əlaqələndirmişdir və evdə birgə kəbindən doğulan qızına da baxmamışdır. 2021-ci ilin noyabr ayında ünvan 5 saylı ünvanda yerləşən bağ evi 2007-ci ildə inşa olduğundan və ilk dəfə Cavabdeh tikintidə birbaşa iştirak etmişdir. Təssüflər olsun ki, uzun illər sonra aydınlaşdırmışdır ki, evin tikintisində təxmini 45000 manat dəyərində pulu mənimsəmiş və keyfiyyətsiz tikinti materiallarından istifadə edilmişdir. Hovuz tikintisi zamanı guya həyətə düzülən tamet styajka olunmuşdur və evakuator həyətə girən zaman bütün tametler qırılmışdır və onun daha bir yalanı, bir daha ailəsinə xəyanət etməsi və pullarını mənimsəməsi məlum olmuşdur. Satmaq istərkən satışa yararsız olması səbəbi ilə alıcı tələbatı olmadığından həmin evi təmir etmək, avadanlıqlar almaq, əlavə olaraq basseyn və yay mətbəxi də tikdirmək qərarını vermişdir. Lakin tikinti bitənə yaxın birlikdə iş ortağı olan X2 pullarını mənimsəyrək ölkəni tərk etdiyi üçün (bu barədə Yasamal rayon polis idarəsinə müraciət edərək cinayət işi açılıb), daha pulu qalmadığından tanışı X5 115000 (bir yüz on beş min) manat borc müqaviləsi əsasında pul götürmüşdür. Hazırda həmin məbləğin cəmi 20000 (iyirmi min) manatını qaytarmışdır və öhdəliyi yerinə yetirə bilmədiyinə görə Abuzərov Abuzər ondan Binəqədi rayon polis idarəsinə şikayət etmişdir və mülki məsələ olaraq məhkəməyə müraciət olunması barədə qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni ünvan 3 ünvanında yerləşən bağ evinə ½ payın tanınması ilə bağlı iddia rədd edildiyi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmış, iddia tələbinin həmin hissədə təmin olunmuş, ünvan 3 ünvanında yerləşən bağ evi üzərində iddiaçı Cavabdeh ½ hissədə və cavabdeh Səfərəliyeva (Tərlanova) Sevinc Xasay qızının ½ hissədə payları müəyyən edilmişdir. Ali Məhkəmənin MK-nın ##.##.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı X5 cavabdehlər İddiaçı və Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh İddiaçı 80000 (səksən min) manat borc pul və 299,55 (iki yüz doxsan doqquz manat əlli beş qəpik) manat dövlət rüsumunun tutularaq, iddiaçı X5 ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, icra olunması üçün göndərilmişdir. Birgə nikah dövründə əldə etdikləri fərdi yaşayış-bağ evinin tam təmirinə xərclənmiş, dəyəri dəfələrlə artırılmış ümumi mülkiyyəti kimi bölünərək ½ hissədə paylar müəyyən olunduğundan, həmin evin yarxşılaşdırılmasına sərf edilmiş borc məbləğinin ödənilməsi də bərabər şəkildə bölünməlidir.
6. Cavabdeh Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı İddiaçı ona qarşı irəli sürdüyü "birgə nikah dövründə yaranmış borca dair payın müəyyən ediləsi tələbinə dair" iddia tələbi tamamilə əsassızdır və bunu qəbul etmir. Iddia tələbi məhkəmə tərəfindən araşdırıldıqda məlum olacaq ki, tələb əsassızdır və rədd edilməlidir. Çünki onun tələbi ilə bağlı eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslar üzrə bir neçə məhkəmə qərarları mövcuddur. Iddiaçı tərəfindən də təqdim edilən Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı da bu iddianın rədd edilməsinə əsasdır. Iddiaçı öz iddia tələbində ünvan 4 saylı ünvanda yerləşən bağ evində aparılan tikintiyə sərf edilən 80000 (səksən min) manat pulun yarısının 40000 (qırx min) manatın cavabdehdən alınaraq iddiaçıya veriləsini məhkəmədən xahiş etmişdir. 2007-ci il dən tərəflərin boşandıqları günədək, yəni 2023-cü ilədək tərəflər 16 il bir evdə ailə olaraq yaşamışdırlar. Bu illər ərzində cavabdeh də müəyyən işlərdə işləmişdir. Təmir işlərini də birgə nikah dövründə əldə edilən ümumi gəlirlərlər hesabına birlikdə etmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə də qeyd edilən bağ evi tərəflər arasında ½ pay hissəsində tanınmışdır. Bununla da qeyd edilən ünvanla bağlı bütün mübahisələr öz həllini tapmışdır. Əgər iddiaçının təmirə sərf etdiyi vəsaitin hamısının onun olduğunu sübut edən hər hansı bir fakt, dəlil varsa məhkəməyə təqdim edə bilər. Sonda cavabdeh qeyd edilənləri və iddia tələbinin əsassız olduğunu nəzərə alaraq bu iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı “ümumi mülkiyyətləri kimi tanınmış və ½ hissədə payları tanınmış ünvan 2 ünvanlı evin təmirinə xərclənmiş 80.000 manat borc məbləğinin 40.000 manatının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair” iddia tələbinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. Hazırki iş üzrə də bu cür hal mövcuddur, belə ki, cavabdehin iddiaçının bağladığı ##.##.2021-ci il tarixli “Borc” müqaviləsindən xəbərdar olmaması iddiaçı tərəfindən etiraf edilmişdir (Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş fakt). Bu səbəbdən borc öhdəliyin tərəfi olan iddiaçı İddiaçı öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etməlidir.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı ##.##.2021-ci il tarixli “Borc” müqaviləsi üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunması barədə sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin bu cür hallar məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə iddiaçının dəlillərinə - şahid ifadələrinə münasibətdə qeyd etmişdir ki, şahid ifadələri ilə bağ evinin təmiri üçün xərclərin çəkilməsi müəyyən olunsa da, həmin xərclərin bilavasitə ##.##.2021-ci il tarixli “Borc” müqaviləsi üzrə əldə edilmiş vəsait olduğu müəyyən edilmir.
10. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəllənin 32.1, 32.3, 33.1, 34.1, 35, 36.3, 36.4, 36.5, 37.1-ci; Mülki Məcəllənin 157.1, 157.2, 225.1, 1091.1, 1091.2, 1092.2, 1092.3, 1093.1-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair” 2021-ci il ## #### tarixli qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ##### 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2018-ci il qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli qərarı; “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli, */**** nömrəli qərarına və Mülki Prosesual Məcəllənin 119, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Iddiaçı İddiaçı apellyasiya şikayətini iddia ərizəsində qeyd edilən dəlillərlə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə, iddia tələbinə münasibətdə qeyd etmişdir ki, ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Məhkəmənin gəldiyi bu nəticədə tam əsassızdır. Məhkəmə onun dəlillərinə - şahid ifadələrinə münasibətdə qeyd etmişdir ki, şahid ifadələri ilə bağ evinin təmiri üçün xərclərin çəkilməsi müəyyən olunsa da, həmin xərclərin bilavasitə ##.##.2021-ci il tarixli “Borc” müqaviləsi üzrə əldə edilmiş vəsait olduğu müəyyən edilmir. Məhkəmənin gədiyi bu nəticə də tam əsassız və qanunsuzdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdehin nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında qeyd etdi ki, bütün lazımi sənəd və sübutları Bakı Apellyasiya Məhkəməsində baxılmış *(***)-***/**** saylı mülki işin materiallarına əlavə edilməsi üçün təqdim etmişdir. Cavabdehin onun gördüyü işlərdən, biznesindən xəbəri olmayıb, heç nə ilə maraqlanmayıb. Onun qızı da məhkəmədə bildirib ki, atası onun üçün heç bir şey etməyib, qızının boşanmağında da atasının günahı var. O, əvvəlki ərizəsində də, evin və torpağın 2/3 hissəsini tələb etmişdir. Çünkü daha çox o işləmiş və əziyyət çəkmişdir. O, evin əvvəlki və yeni halını göstərən fotoşəkilləri məhkəməyə təqdim etmişdir, şahidlər dəvət etmiş və onlar məhkəmədə dindirilmişdir. Bütün bunlar iddianın əsaslılığını sübut edir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.
15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək izahatında qeyd etdi ki, 80 min manat pulun həqiqətən də evin təmirinə xərclənməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Iddiaçının qızı da bildirmişdir ki, anası ona 25 min manata avtomobil almışdır. Iddiaçının özü etiraf edir ki, onun biznesi olub, cavabdehin bundan məlumatı olmayıb. Apellyasiya şikayəti əsassız olduğundan rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: Maddə 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); Maddə 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Maddə 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Tərəflər ##.##.1995-ci il tarixdə nikaha daxil olmuşlar, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(008)- ***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. 23.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)***/**** nömrəli, ##.##.2025ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh cavabdeh Səfərəliyeva (Tərlanova) Sevinc Xasay qızına qarşı iş üzrə qətnaməsindən görünür ki, Apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni ünvan 3 ünvanında yerləşən bağ evinə ½ payın tanınması ilə bağlı iddianın rədd edildiyi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmış, iddia tələbi həmin hissədə təmin olunmuş, ünvan 3 ünvanında yerləşən bağ evi üzərində iddiaçı Cavabdeh ½ hissədə və cavabdeh Səfərəliyeva (Tərlanova) Sevinc Xasay qızının ½ hissədə payları müəyyən edilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. 24.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 80000 (səksən min) manat borc pul və 299,55 (iki yüz doxsan doqquz manat əlli beş qəpik) manat dövlət rüsumu tutularaq, iddiaçı X5 ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, X5 ilə Sevinc Səfərəliyeva arasında ## ###### 2021-ci il tarixli “Borc” müqaviləsi bağlanmış, X5 ## ###### 2022-ci il tarixədək qaytarmaq şərtilə Səfərəliyeva Sevinc Xasay qızına 115000 (yüz on beş min) manat borc pul vermişdir. Həmin qətnamə ilə həmçinin müəyyən olunmuşdur ki, İddiaçı 35.000 manat pulu qaytarmış, 80.000 manat borcu qalmış, Cavabdeh borc pul götürdüyündən xəbəri olmamışdır.
25. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi mülkiyyətləri kimi tanınmış və ½ hissədə payları tanınmış ünvan 1 ünvanlı evin təmirinə xərclənmiş 80.000 manat borc məbləğinin 40.000 manatının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
26. Mübahisə ilə bağlı kollegiya qeyd edir ki, ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, */**** nömrəli qərarının 3.14-cü bəndinə şərd olunan mövqeyə görə ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun.
27. Həmin Qərarın 3.15-ci bəndində qeyd olunur ki, qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür.
28. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddiaçı borc müqaviləsi üzrə əldə etdiyi vəsaiti cavabdehlə birgə nikah dövründə əldə edilmiş ümumi əmlakın təmiri üçün xərclədiyini iddia edərək götürdüyü öhdəliyin ümumi öhdəlik olduğunu iddia etdiyindən həmin vəsaitin məhz birgə nikah dövründə evin təmirinə, ailənin ümumi ehtiyacları üçün xərclədiyini sübutetmə öhdəliyi daşıyır.
29. Lakin, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar iş materiallarının tədqiqi ilə öz təsdiqini tapmamışdır.
30. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən də müəyyən edilir ki, cavabdehin iddiaçının bağladığı ##.##.2021-ci il tarixli “Borc” müqaviləsindən xəbərdar belə olmamışdır.
31. Iddiaçı tələbinin əsası kimi şahidlərin ifadələrinə istinad etsə də, məhkəmə düzgün olaraq qeyd etmişdir ki, şahid ifadələri ilə bağ evinin təmiri üçün xərc çəkilməsi müəyyən olunsa da, həmin xərclərin bilavasitə ##.##.2021-ci il tarixli “Borc” müqaviləsi üzrə əldə edilmiş vəsait olduğu müəyyən edilmir.
32. Digər tərəfdən, ünvan 3 ünvanında yerləşən bağ evi üzərində payların müəyyən edilməsi barədə məhkəmə mübahisəsi getdiyi dövrdə həmin iş üzrə cavabdeh olan İddiaçı 80000 manat borcun bağ evin təmirinə xərclənməsi barədə hər hansı bir dəlil irəli sürməmişdir.
33. Belə ki, həmin mülki iş üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səfərəliyeva Sevinc Xasay qızı ilə birgə nikahda əldə olunmuş “X1” markalı, “** FJ ***” nömrə nişanlı avtomobil və “Hyunday İ-40” markalı, “** RH ***” nömrə nişanlı avtomobil, Nardaran qəsəbəsi, Bağlar massivi 598 ünvanlı evə ½ payının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) e-*(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçınun birgə nikah dövründə əldə etmiş olduğu, cavabdeh İddiaçı mülkiyyətində olan ** RH *** dövlət qeydiyyat nişanlı, Hyundai I40 minik markalı avtomobilin ½ hissəsinə iddiaçı Cavabdeh pay hüququnun tanınması, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
35. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni ünvan 3 ünvanında yerləşən bağ evinə ½ payın tanınması ilə bağlı iddianın rədd edildiyi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə təmin olunmuş, Sabunçu rayonu, Nardaran bağ massivi, 598 ünvanında yerləşən bağ evi üzərində iddiaçı Cavabdeh ½ hissədə və cavabdeh Səfərəliyeva (Tərlanova) Sevinc Xasay qızının ½ hissədə paylarının müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
36. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
37. Həmin iş materiallarının araşdırılması ilə müəyyən edildi ki, İddiaçı ünvan 3 ünvanında yerləşən bağ evinin birgə əmlak statusunu inkar etsə də, diqqətəlayiq haldır ki, o, mülki işin baxılması gedişatında (istər birinci instansiya, istər apellyasiya, istərsə də kassasiya mərhələsində) əmlakın təmiri və ya yenidən qurulması üçün ##.##.2021-ci il tarixli "Borc" müqaviləsi üzrə şəxsi öhdəlik götürdüyünü, bu vəsaitin ailə ehtiyaclarına yönəldildiyini və həmin öhdəliyin də birgə mülkiyyətin bölünməsi çərçivəsində nəzərə alınmalı olduğunu heç bir prosessual mərhələdə bəyan etməmişdir.
38. Həmin iş üzrə cavabdeh İddiaçı yalnız kassasiya şikayətində qeyd etmişdir ki, mübahisə predmeti olan 598 ünvanlı evi Abuzər adlı şəxsdən aldığı borc hesabına almışdır. 39.Kollegiya qeyd edir ki, İddiaçı Abuzər adlı şəxsdən aldığı borc hesabına bağ evinin alınması barədə dəlilləri əsassız hesab edilərək onun tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Qanuni qüvvəsini almış məhkəmə qərarı ilə İddiaçı istinad etdiyi digər hallar, yəni qarşı tərəflə faktiki münasibətlərinin olmaması, qarşı tərəfin işləməməsi kimi dəlilləri araşdırılmış, yekunda mübahisə predmeti olan əmlakda tərəflərin bərabər payı müəyyən edilmişdir. 40.Bundan əlavə, kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, tikinti bitənə yaxın birlikdə iş ortağı olan X2 pullarını mənimsəyərək ölkəni tərk etdiyi üçün (bu barədə Yasamal rayon polis idarəsinə müraciət edərək cinayət işi açılıb), daha pulu qalmadığından tanışı X5 115000 (bir yüz on beş min) manat borc müqaviləsi əsasında pul götürmüşdür. 41.Əvvəlki məhkəmə iclasında iddiaçı izahatında qeyd etmişdir ki, o, borcun 30000 manatını cavabdehin xəstəliyinin müalicəsinə xərcləmişdir. Cavabdeh qızının qaynatasından borc almışdı, iddiaçı onun borcunu da bağlamışdır.
42. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X5 80000 manat pul tələbini həm İddiaçı, həm də Cavabdeh qarşı irəli sürmüş, İddiaçı izahatında iddianı qəbul etdiyini, Cavabdeh borc pul götürməsindən xəbəri olmadığını bildirmişdir. Həmin qətnamə ilə pul tələbi Cavabdeh qarşı təmin edilməmişdir.
43. Göründüyü kimi iddiaçı bir tərəfdən iş ortağının onun pulunu mənimsəməsi nəticəsində borc götürdüyünü, digər tərəfdən həmin vəsaiti Cavabdeh məlumatsız olmasını, digər tərəfdən isə həmin vəsait hesabına bağ evinin alınması, təmiri, cavabdehin xəstəliyinin müalicəsi, qızının qaynatasından cavabdehin götürdüyü borcun bağlanması ilə əlaqədar xərcləməsini bildirmişdir.
44. Kollegiya işə baxan məhkəmənin mövqeyi ilə razılaşır ki, iddiaçının iddia tələbi mötəbər sübutla təsdiq edilmir.
45. Kollegiya əlavə olaraq qeyd edir ki, ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, */**** nömrəli qərarının 4.18-ci bəndinə əsasən məhkəmə təcrübəsində bəzən ər-arvadın ümumi əmlakının bölünməsi qaydasında birgə nikah dövründə müxtəlif ehtiyaclar üçün xərclənmiş (məsələn, səyahətə çıxma, istirahət mərkəzlərində dincəlmə və sair) pul vəsaitinin bir hissəsinin tutulması barədə iddiaların təmin edilməsi hallarına rast gəlinir. Lakin birgə nikah dövründə xərclənmiş vəsait artıq ər-arvadın aktivindən çıxdığı üçün onlar arasında bölgünün predmeti ola bilməz.
46. Şərh olunanlara əsasən kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli