Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1815/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimləri X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçı İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil, cavabdeh «xxxx» MTK-nın nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh «xxxx» MTK-ya qarşı «müqavilə üzrə artıq ödənilmiş pul vəsaitinin tutulması və s.» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh «xxxx» MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2017-ci il tarixli müqavilə üzrə onun tərəfindən artıq ödənilmiş 20.000 manat pul vəsaiti, həmin məbləğin ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5 % olmaqla 7.000 manat pul vəsaiti və ödənilmiş 171 manat məbləğində dövlət rüsumunun cavabdeh «xxxx» MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e2(006)- ***/**** saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, sonradan həmin qiyabi qətnamə ləğv edilmiş, sonrakı prosessual hərəkətlər icra olunmuşdur Sonradan, ##.##.2025-ci il tarixdə iddiaçı İddiaçı Azərbaycan Respublikası MPM-nin 53cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, artıq alınmış (əsassız varlanma nəticəsində) 18.969 manat məbləğində real zərər, 32.216 manat məbləğində əldən çıxmış fayda, 9 illik gecikdirililmiş müddətə (illik 5 faiz olmaqla) 8.536 manat əldən çıxmış fayda, ümumilikdə maddi zərərin əvəzi olaraq 59.121 manat məbləğində vəsait və 367 manat məbləğində dövlət rüsumunun cavabdeh «xxxx» MTK-dan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 11.901,6 manat məbləğində artıq ödənilmiş pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 126 manatının cavabdeh «xxxx» MTKdan iddiaçı İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün # #### 2026-cı il tarixə təyin edilmişdir. Bununla belə, işə apellyasiya qaydasında baxılarkən “AZEMİS” vasitəsilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## ###### 2026cı il tarixli qətnaməsindən cavabdeh «xxxx» MTK tərəfindən # ##### 2026-cı il tarixdə apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil və cavabdeh «xxxx» MTK-nın nümayəndəsi-vəkili Nümayəndə işin apellyasiya baxışından çıxarılmasına etiraz etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh «xxxx» MTK tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğun olub-olmamasının yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2026-cı il tarixli qərardadı ləğv edilməklə mülki iş apellyasiya baxışından çıxarılmalı və qeyd edilən məsələlərin həll edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2026-cı il tarixli *(*-*)- ****/**** saylı qərardadı ləğv edilməklə, mülki iş apellyasiya baxışından çıxarılsın və cavabdeh «xxxx» MTK-nın birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinə münasibət bildirilməsi məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №e-2(3-6)-1815/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1815/2026
02.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver