Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1832/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixdən başlayaraq, yetkinlik yaşına çatmayan ##.##.2013-cü il tarixdə anadan olmuş X1, ##.##.2016-cı il tarixdə anadan olmuş X2 və ##.##.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Cavabdeh onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.65 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsinə sonradan texniki düzəliş edilmişdir). Cavabdehin nümayəndəsi və vəkili vəkil1 tərəfindən məhkəməyə vəsatət ünvanlanıb qeyd edilmişdir ki, iddiaçı İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır və orada yaşayır, iddiaçının cavabdeh Cavabdeh yaşayış yeri ilə bağlı məhkəməyə təqdim etmiş olduğu arayış həqiqəti əks etdirmir. Cavabdeh ünvan 3 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. Qeyd edilənlərin nəzərə alınıb işin ərazi aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə mülki işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair vəsatət təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair vəsatətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Mülki Prosessual Məcəllənin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Indiki halda iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır və orada yaşayır, iddiaçının sərhəd keçmə məlumatlarını yoxlamaqla da onun Rusiya Federasiyasında yaşadığını müəyyən etmək mümkündür. Iddiaçının yaşayış yerinin Rusiya Federasiyası olmasına baxmayaraq, məhkəmə qanunsuz və əsassız olaraq mülki işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair vəsatətin təmin edilməməsi barədə qərardad qəbul etmişdir. Rayon məhkəməsinin eyni saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli, *-*/**** saylı Qərarının 8-ci bəndinə əsasən məhkəmələr nəzərə alsınlar ki, aliment tutulması və alimentin miqdarının artırılması tələbinə dair iddialar iddiaçının seçməsinə görə onun yaşadığı yerə görə də verilə bilər (MPM-nin 36.3-cü maddəsi). Aliment ödəyən şəxs tərəfindən alimentin miqdarının azaldılması barədə iddia isə MPM-nin 35.1-ci maddəsinin tələbinə müvafiq olaraq yalnız cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hazırkı iş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 93,8 kv.metr olan mənzil üzərində İddiaçının ##.##.2022-ci tarixdə mülkiyyət hüququ qeydə alınmışdır. “xxxx” MTK tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışa əsasən Cavabdeh Bakı şəhəri Nərimanov rayonu Ağa Neymətulla küçəsi ev 70A ünvanında inşa edilmiş yaşayış binasının ** saylı mənzilində yaşayır. Elektron Məhkəmə Informasiya Sistemində edilmiş sorğu məlumatına əsasən Nəcəfov Rifad Isa oğlu Şəmkir rayonu Təbriz küçəsi ev 68 ünvanında qeydiyyatdadır. Elektron Məhkəmə Informasiya Sistemində edilmiş sorğu məlumatına əsasən İddiaçıya müvəqqəti yaşamaq üçün ##.##.2024-cü il tarixdə icazə vəsiqəsi verilmişdir və o, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və Informasiya Təminatı Baş Idarəsinin ##.##.2026-cı il tarixli məktubuna əsasən Rusiya Federasiyasının vətəndaşı, ##.##.1991-ci il təvəllüdlü İddiaçıya sonuncu dəfə ##.##.2026-cı il tarixdən etibarlılıq müddəti ##.##.2027-ci il tarixədək olan müvəqqəti yaşamaq üçün icazə verilmiş (MYI: 871789) və ünvan 2 ünvanına qeydiyyata alınmışdır. Bakı * saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyası (IMS) barədə bildirişlə müəyyən olunur ki, bildiriş nikahın pozulması və əmlak bölgüsü tələbi üzrə göndərilmişdir. IMS üçün müraciət edən tərəfin adı, atasının adı, soyadı, ünvanı və s. – Cavabdeh (ünvan: ünvan 3 və s.); bildiriş göndərilən tərəfin adı, atasının adı, soyadı, ünvanı və s. - İddiaçıdır (ünvan: ünvan 1 və s.). Məhkəmə qeyd edir ki, hazırkı işin faktiki hallarından göründüyü kimi iddia tələbi alimentin tutulması barədədir. Mülki iş materiallarından müəyyən olduğu kimi iddiaçı yaşayış yerinin Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşdiyinə istinad edib, iddia tələbi ilə həmin ərazinin məhkəməsinə müraciət etmiş və cavabdehdən aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, işdə olan sənədlərlə iddiaçının bundan öncəki illərdə olduğu kimi 2026-cı il üçün də müvəqqəti yaşayış üçün icazə vəsiqəsi aldığı, onun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyata alındığı, buna müvafiq olaraq da mülki prosessual qanunvericiliyin “iddiaçının seçməsinə görə aidiyyət” qaydalarına əməl edib aliment tələbi ilə məhz özünün yaşadığı yerin məhkəməsinə, yəni aidiyyəti üzrə düzgün olaraq Nərimanov Rayon Məhkəməsinə müraciət etdiyi müəyyən olunur. Odur ki, cavabdehin şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz. Belə olan halda Məhkəmə hesab edir ki, rayon məhkəməsi düzgün nəticəyə gələrək mülki işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair vəsatəti təmin etməmişdir, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.3, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Cavabdeh tərəfindən verilən şikayət təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə hazırkı qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №e-2(3-6)-1832/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1832/2026
12.05.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver