Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1867/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı mülki iş (Açar sözlər: «əsassız varlanma») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Cavabdeh ƏIəpkar oğlu və iddiaçı1 arasında ##.##.2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Təzə Məhəllə adlanan ərazidə yerləşən, ümumi qiyməti 108000 manat qiymətləndirilən fərdi yaşayış evini almaq üçün iddiaçı1 tərəfindən 10000 manat məbləğində beh ödənilmişdir.
2. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin təhqiqatçısı, R Akşın Vəliyev tərəfindən ##.##.2024-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən material üzrə cinayət işinin başlanması rədd edilmiş və ərizəçi X1 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı X1 cavabdeh Cavabdeh qarşı maddi zərər tələbinə dair iddiası subyektiv hüququ olmadığı əsasına görə rədd edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, 2(103)- ****/**** nömrəli qətnaməsi ilə iddiaçı X1 apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 4500 manatın, vəkilə 330 manat və dövlət rüsumuna görə 65 manat ödənilmiş xərcin əvəzi tutularaq onlara ödənilməsini xahiş edib.
6. İddiada göstərilib ki, onlar ev almaq istədikləri üçün makler işləyən İbrahimov Samir Alkişi oğlu onlara zəng edərək dostu Rasim adlı şəxsin özünə məxsus Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində evi olduğunu və həmin evi 108000 manata satdığını demişdir. Bu zaman iddiaçı iddiaçı1 qardaşı Samir İbrahimovla birlikdə gedərək, həmin evə baxmış və evi bəyənmişdir. Daha sonra onlar yenidən ##.##.2024-cü il tarixdə həmin ünvana getmiş və ünvanda olan zaman evin yan pəncərəsinin dəmir lövhə ilə bağlandığını görmüşlər. Onlar Rasimdən həmin pəncərənin niyə bağlandığını soruşduqda, o, aldadaraq bildirmişdir ki, guya pəncərə qonşunun həyətinə baxdığı üçün bağlanıbdır. Yəni arxa hissəsi tamamilə boşdur. Onlar həmin vaxt buna inanmış və qiymətdə razılaşdıqdan sonra pulun bir qismini, yəni 10000 manatını sənədləşmə məqsədilə Rasim adlı şəxsə vermişlər. Rasim onlara bildirmişdir ki, evə kombi çəkdirəcəkdir. Təxminən 5 gün sonra, ##.##.2024-cü il tarixdə kombini çəkdiribçəkdirməməsini yoxlamaq məqsədilə yenidən həmin ünvana getdikdə onlara məlum olmuşdur ki, cavabdeh onları aldadıb, yəni evin qəbiristanlığa bitişik olduğunu gizlədərək evi onlara satmaq istəmişdir. Pəncərə qəbiristanlığa baxdığı üçün dəmir lövhə bağlamışlar ki, alan adam bunu görməsin. Onlar həmin vaxt aldandıqlarını başa düşmüş və verdikləri 10000 manat pulu Rasimdən geri tələb etmişlər. Rasim adlı şəxs isə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etdiyi üçün iddiaçı iddiaçı1 əri Rahim Məmmədov bu barədə Suraxanı RPİnin 31-ci PB-yə şikayət etmişdir. Bölmədə şikayətləri araşdırılmış və cavabdeh izahat verərək onlardan 10000 manat almasını etiraf etmişdir. Lakin Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı Akşin Vəliyevin ##.##.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə material üzrə cinayət işinin başlanması rədd edilmiş, onlara mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Göründüyü kimi, cavabdeh onları aldadaraq, heç bir sənədi olmayan evi onlara satmaq adı ilə 10000 manat məbləğində pul vəsaiti almış, bununla da ona 10000 manat zərər vurmuşdur. Lakin cavabdeh sonradan həmin məbləğin 5500 manat hissəsini onlara hissə-hissə qaytarmış, cavabdehin onlara ödənilməmiş 4500 manat borcu qalmışdır. Göründüyü kimi, cavabdeh heç bir əsas olmadan onlara məxsus 4500 manatı ələ keçirsə də həmin pul vəsaitini qaytarmaqdan imtina etdiyinə görə onların bu məbləği cavabdehdən tələb etmək hüquqları yaranmışdır. X1 iddiaçı iddiaçı1 əri, iddiaçı iddiaçı2 isə atasıdır. Yəni ailə başçısı X1 olduğuna görə iddiaçı X1 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 6000 manatın alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı işin faktiki hallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi təzə məhəllə adlanan ərazidə yerləşən özbaşına tikilinin sahibliyə və istifadəyə verilməsi ilə bağlı münasibətlər sözügedən özbaşına tikilinin 108000 manat müqabilində sahibliyə və istifadəyə verilməsi ilə bağlı razılığa gəlinməsi, həmin məbləğdən 10000 manat verilməsi, müəyyən hissənin geri qaytarılması və s. iddiaçının oğlu iddiaçı2 və cavabdeh Cavabdeh arasında yaranmışdır. Göründüyü kimi, məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh 10000 manatın verilməsi iddiaçı2 tərəfindən həyata keçirilmişdir. Həmin evin alınması ilə əlaqədar ##.##.2024-cü il tarixdə Cavabdeh ilə iddiaçı1 arasında müqavilə bağlanmışdır. Həmin müqavilədən görünür ki, Cavabdeh iddiaçı1 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi təzə məhəllə adlanan ərazidə yerləşən 108000 manat dəyərində olan iki mərtəbəli mənzili 10000 manat ilkin ödəniş almaqla satmışdır. Müqaviləni satıcı kimi Cavabdeh, alıcı kimi iddiaçı1, şahidlər olaraq isə İbrahimov A.Cavad oğlu, İbrahimov Samir Cavad oğlu və iddiaçı2 imzalamışdır.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Səlimə Miriyeva) iddia tələbinin qismən təmin edilib cavabdeh Cavabdeh 4500 (dörd min beş yüz) manat və 330 (üç yüz otuz) manat vəkilə ödənilmiş hüquqi yardım xərcinin tutularaq iddiaçı iddiaçı1 ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçı iddiaçı1 və cavabdeh Cavabdeh arasında ##.##.2024-cü il tarixli müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, cavabdeh Cavabdeh özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, təzə məhəllə ünvanında yerləşən fərdi yaşayış evini 108000 manata iddiaçı iddiaçı1 satması razılaşdırılmışdır. Bu satış üçün iddiaçı1 tərəfindən 10000 manat məbləğində beh ödənilmişdir. Lakin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış bu evin satışı sonradan baş tutmamışdır. İşin yuxarıda qeyd edilmiş hallarını, eləcə də ödənilmiş 10000 manat məbləğində vəsaitin məhz beh kimi ödənilmiş olmasını hər iki tərəf mübahisələndirmədən qəbul etmişdir. Tərəflər arasındakı əsas mübahisəli məsələ evin satışı ilə bağlı ödənilmiş behin qaytarılması ilə bağlıdır. Belə ki, iddiaçı tərəfə görə cavabdeh Cavabdeh satılması nəzərdə tutulan evin pəncərəsinin qəbiristanlığa açılması barədə onlara məlumat verməmiş, bu halı gizlətmiş, dolayısı ilə alqısatqının baş tutmamasında təqsirli olmuş, bununla belə aldığı 10000 manat məbləğində behdən 5500 manatı qaytarmış, qalan 4500 manat hissəni qaytarmaqdan imtina etmişdir. Öz növbəsində cavabdeh Cavabdeh isə evə gedən yolun qəbiristanlıqdan keçdiyini, dolayısı ilə evin pəncərəsinin qəbiristanlığa açılması ilə bağlı iddiaçı tərəfə əlavə məlumat verməsinə ehtiyac olmadığını, bunu onların onsuz da bilməli olduğunu iddia etmiş, bununla belə aldığı behdən 5500 manatı qaytardığını, iddiaçı tərəfin evi almaqdan imtina etməsi nəticəsində çəkdiyi ümumilikdə 3000 manat məbləğində zərər çıxılmaqla qalan 1500 manat məbləğində behi ödəməyə etiraz etmədiyini qeyd etmişdir. Mübahisəli məsələ ilə bağlı məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında alğısatqının baş tutmamasında hansı tərəfin təqsirli olması onlar arasında mübahisəli olsa da bu alğı-satqının predmetinin daşınmaz əmlak olduğu, yuxarıda istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491.2-ci maddəsinin tələbi baxımından bu cür əmlakın alğısatqısı ilə bağlı beh müqaviləsinin notariat qaydasında təsdiq edilmiş yazılı müqavilə formasında bağlanmalı olduğu, buna baxmayaraq, tərəflər arasında belə bir müqavilə bağlanmadığı mübahisəsizdir. Lakin mübahisə predmeti olan pulun məhz yuxarıda qeyd edilmiş alqı-satqı ilə bağlı, məhz beh kimi verilməsi ilə əlaqədar hər iki mübahisə tərəfi eyni mövqedə olduqlarından məhkəmə müqavilənin formasına riayət edilməməsi ilə bağlı halı sözügedən vəsaitin beh olmasına şübhə yaradan hal kimi qiymətləndirmir. Bu baxımdan məhkəmə mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491.3-cü maddəsinin tətbiq edilməsini və verilən vəsaitin avans kimi qəbul edilməsini mümkün hesab etmir. Bununla belə nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış beh müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491.2-ci maddəsində müəyyən edilmiş forma tələbinə riayət etmədən bağlanmışdır. Forma tələbinə riayət etmədən bağlanmış bu əqd etibarsız (əhəmiyyətsiz) əqd olmuşdur. Belə olan halda, iddiaçı tərəf bu əqd üzrə cavabdehə ödədiyi vəsaiti cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Lakin bu zaman nəzərə alınmalıdır ki, əhəmiyyətsiz əqd üzrə beh kimi ödənilmiş 10000 manat məbləğində pulun 5500 manatı cavabdeh tərəfindən qaytarılmış, bu səbəbdən iddia tələbi yalnız ödənilmədiyi iddia edilən 4500 manat məbləğində vəsaitə yönəlmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh də öz növbəsində aldığı 10000 manat məbləğində behdən 5500 manatı qaytardığını qəbul etmiş, bununla belə iddianı qismən - 1500 manat məbləğində pulun qaytarılması hissəsində qəbul etdiyini bildirmişdir. Cavabdeh bu mövqeyini onunla əsaslandırmışdır ki, aralarındakı alğısatqı baş tutmadığına görə 3000 manat məbləğində zərərə məruz qalmışdır. Belə ki, o, iddiaçı tərəfin xahişi ilə evə sayğac düzəltmək üçün 1000 manat məbləğində xərc çəkmiş, evin satılacağına güvənərək özünə alacağı avtomobilə görə 2000 manat məbləğində beh vermiş, lakin alqı-satqı baş tutmadığına görə ödədiyi beh “batmışdır”. Cavabdeh bu xərcləri baş tutmamış alğı-satqı müqaviləsi üzrə özünə dəyən zərər kimi qiymətləndirmiş, bu alqı-satqının baş tutmamasında öz təqsiri olmadığını hesab etdiyinə görə həmin xərcin iddiaçı tərəfin ödədiyi behdən çıxılmalı olduğunu iddia etmişdir. Məhkəmə isə cavabdehin yuxarıda qeyd edilmiş mövqeyi ilə razılaşmır. İlk növbədə ona görə ki, məhkəmə sözügedən beh məbləğinin əhəmiyyətsiz əqd üzrə verildiyi nəticəsinə gəldiyindən cavabdeh istənilən halda bu əqd üzrə əldə etdiyi vəsaiti tam şəkildə geri qaytarılmalıdır. Bununla belə əgər cavabdehin bu əhəmiyyətsiz əqd üzrə özünə dəymiş zərərlə bağlı hansısa iddia varsa, bununla bağlı müstəqil iddia ilə məhkəməyə müraciət edə bilər. Lakin hazırkı mərhələdə heç bir mötəbər sübutla dəstəklənməyən bu hallar iddianın təmin edilməsinə mane ola bilməz. Son olaraq, məhkəmə iddia tələbinin yalnız alğı-satqı müqaviləsi üzrə alıcı iddiaçı1 tərəfindən deyil, həm də onun oğlu iddiaçı2 tərəfindən qaldırılmış olmasını nəzərə alaraq, sonuncunun subyektiv hüququ ilə bağlı məsələyə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, tərəflərin məhkəmə iclasında verdiyi izahatlar, eləcə də iş materiallarında olan və yenə tərəflərin mötəbərliyini mübahisələndirmədiyi alğı-satqı müqaviləsi əsasında müəyyən olunmuşdur ki, mübahisəli beh məbləğinin təminat kimi verildiyi alğı-satqı müqaviləsi iddiaçı iddiaçı1 və cavabdeh Cavabdeh arasında bağlanmış, digər iddiaçı iddiaçı2 öz izahatında qəbul etdiyi kimi o, bu alğı-satqıda yalnız övladı kimi anasının yanında iştirak etmiş, onun tapşırığı ilə pul alınıb-verilməsi məsələlərində iştirak etmişdir. Beh kimi ödənilmiş vəsaitin iddiaçı iddiaçı1 ev almaq üçün onun vəsaiti hesabına ödənildiyi hazırkı vəziyyətdə digər iddiaçı iddiaçı2 hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri ümumiləşdirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış əhəmiyyətsiz əqd üzrə iddiaçı iddiaçı1 tərəfindən cavabdeh Cavabdeh ödənilmiş behin qaytarılmamış hissəsi olan 4500 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi Mülki Məcəllənin 5.3, 425.1-ci maddələrinin tələbləri nəzərə almamış, tərəflərin real davranışını və onların münasibətlərinin həqiqi məzmununu qiymətləndirməmişdir. İşin materiallarından və tərəflərin ifadələrindən görünür ki, iddiaçı tərəf vicdanlı davranmamış və faktiki vəziyyətə uyğun hərəkət etməmişdir. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, təzə məhəllə ərazisində yerləşən evə aparan yolun birbaşa qəbiristanlıqdan keçdiyi açıq-aydın görünmüşdür və bu hal obyektiv olaraq hər kəs üçün müşahidə edilə bilən olmuşdur. İddiaçılar həmin ünvana dəfələrlə getmiş, ərazini yerində görmüş və vəziyyəti qiymətləndirmək imkanı əldə etmişlər. Bu baxımdan, evin qəbiristanlığa bitişik olması barədə “məlumatlandırılmadıqları” iddiası faktiki reallığa uyğun deyil və vicdanlı davranış meyarlarına ziddir. Eyni zamanda, birinci instansiya məhkəməsinə təqdim edilmiş video ilə həmin evə gedişgəlişin birbaşa qəbiristanlığın yanından keçdiyi təsdiq olunur. Bundan əlavə, iddiaçı tərəfin “pəncərənin gizlədilməsi” ilə bağlı irəli sürdüyü arqument də əsassızdır. Mübahisəli pəncərə digər qonşunun həyətinə bitişik olduğu üçün təhlükəsizlik və məxfilik baxımından dəmir lövhə ilə bağlanmışdır. Bu, tikilinin konstruktiv xüsusiyyəti ilə bağlı zəruri tədbir olmuş, alıcı tərəfi aldatmaq məqsədi daşımamışdır. Üstəlik, işin faktiki hallarından görünür ki, iddiaçı tərəf evlə bağlı mövqeyini sabit saxlamamış, dəfələrlə fikrindən daşınmış, daha sonra isə evi yenidən almaq niyyətini ifadə etmişdir. Bu davranış göstərir ki, iddiaçı tərəf evin yerləşdiyi ərazi və şəraiti əvvəldən bilmiş, lakin sonradan subyektiv səbəblərlə mövqeyini dəyişmişdir. Bu isə “aldadılma” iddiasının səmimiliyini və əsaslılığını şübhə altına alır. Beləliklə, tərəflərin “aldadılma” barədə ifadələri obyektiv sübutlarla təsdiqlənmir və işin həqiqi hallarına uyğun deyil. Bundan əlavə, tərəflər arasında Suraxanı RPİ-nin 31-ci Polis Bölməsində aparılmış müzakirə zamanı iddiaçı tərəf Cavabdeh zərər vurduqlarını faktiki olaraq qəbul etmişdir. Həmin müzakirələrdə iddiaçı tərəf yazılı şəkildə etiraf etmişdir ki, cavabdehə dəymiş zərər kimi 3000 manat çıxılmaqla qalan hissəsi qaytarılsın. Hazırkı işdə tərəflərin qarşılıqlı münasibətlərinin həqiqi məzmununu müəyyən etmək üçün bu hal mühüm əhəmiyyət kəsb edir. Xüsusilə, iddiaçı tərəfin öz xətti ilə yazdığı sənəddə 3000 manat məbləğində zərərin vurulduğunu açıq şəkildə qəbul etməsi, eyni zamanda “7000 manat qaytarılsın, 3000 manat cavabdehdə qalsın” kimi mövqe bildirməsi təsadüfi deyil. Bildirilir ki, bu sənəd birinci instansiya məhkəməsində Cavabdeh Ələpkar oğlu tərəfidən təqdim edilməsinə baxmayaraq qətnamədə hər hansı münasibət bildirilməmişdir. Dəyən zərər 3000 manatla kifayətlənməmiş, tərəfə inam əsasında hüquqi münasibətlərə girildiyindən Cavabdeh Ələpkar oğlunun digər xərclərində çıxmışdır. Əgər Cavabdeh Ələpkar oğlu şəxsə inanmadan münasibətə girsəydi, hər hansı öz xərcində olmazdı. Halbuki münasibətlər qarşılıqlı inam əsasında qurulur. Bu etiraf birbaşa göstərir ki, mübahisəli ev üzrə işlər iddiaçı tərəfin tapşırığı ilə görülmüşdür; cavabdeh real xərclər çəkmişdir; iddiaçı tərəf bu xərclərin mövcudluğunu və məbləğini qəbul etmişdir; tərəflər arasında faktiki olaraq xərclərin kompensasiyası ilə bağlı razılaşma məzmunlu mövqe formalaşmışdır. Belə olan halda, birinci instansiya məhkəməsi yalnız formal hüquqi nəticələrlə kifayətlənməməli, tərəflər arasındakı həqiqi mülki hüquq münasibətlərini və davranışlarını nəzərə almalı idi. Qətnamə yalnız abstrakt norma tətbiqi ilə məhdudlaşmamalı, real münasibətləri əks etdirməli və vicdanlılıq prinsipinə uyğun qiymətləndirmə aparmalı idi. Məhkəmə isə Mülki Məcəllənin 5.3-cü və 425.1-ci maddələrinin tələblərini nəzərə almadan, iddiaçı tərəfin vicdansız davranışını və tərəflərin qarşılıqlı öhdəliklərini lazımi şəkildə araşdırmamışdır ki, bu da maddi hüquq normalarının düzgün tətbiq edilməməsi kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 491.3-cü maddəsi imperativ xarakter daşıyır və birbaşa müəyyən edir ki, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə,avans kimi ödənilmiş sayılır. Hazırkı işdə isə belə şübhələr obyektiv olaraq mövcuddur, çünki: daşınmaz əmlaka dair “beh” razılaşması notariat qaydasında təsdiq edilməmişdir; mübahisəli ev dövlət reyestrində qeydiyyata alınmamışdır; tərəflər arasında daşınmaz əmlakın alğı-satqısına dair rəsmi müqavilə bağlanmamışdır; Verilən ilkin ödənişlə evdə müxtəlif işlər icra olunmuşdur. Bu hallar təkbaşına 491.3-cü maddənin tətbiqi üçün kifayət edən hüquqi əsasdır. Bundan əlavə, məhkəmənin mövqeyi daxili ziddiyyət təşkil edir. Belə ki, məhkəmə tərəflər arasında bağlanmış “beh müqaviləsi” forma tələbinə riayət edilmədiyi üçün əhəmiyyətsiz hesab edir, lakin eyni zamanda həmin məbləği hüquqi nəticə doğuran “beh” kimi qiymətləndirir. Belə olan halda, bir əqd eyni zamanda həm “əhəmiyyətsiz”, həm də “beh müqaviləsi” kimi qəbul edilə bilməz. Əgər əqd əhəmiyyətsizdirsə, o, hüquqi baxımdan mövcud deyil və onun əsasında “beh” institutunun tətbiqi mümkün deyil. Qanun açıq şəkildə deyir ki, forma pozuntusu nəticəsində şübhə yaranarsa, verilmiş məbləğ avans hesab edilir. Cavabdeh hesab edir ki, bir müqavilə eyni zamanda həm “mövcud”, həm də “mövcud olmayan” ola bilməz. Əgər məhkəmə əqdi əhəmiyyətsiz sayırsa, o zaman onun hüquqi kvalifikasiyası tamamilə fərqli olmalı və 491.3-cü maddənin mexanizmi işə düşməli idi. Bundan əlavə, verilmiş məbləğin hüquqi mahiyyəti tərəflərin real davranışı və münasibətlərinin məzmunu nəzərə alınmaqla qiymətləndirilməli idi. Cavabdeh və iddiaçı tərəf öz aralarında bu məbləği gündəlik mülki dövriyyədə qəbul edilmiş terminologiyailə “beh” adlandırmışlar. Lakin bu adlandırma hüquqi kvalifikasiyanı avtomatik müəyyən etmir. Mülki dövriyyədə bir çox hallarda ev alarkən əvvəlcədən ödənilən məbləğ şərti olaraq “beh” adlandırılır, halbuki hüquqi baxımdan həmin ödəniş çox vaxt avans mahiyyəti daşıyır. Məhz bu məntiqlə həmin ödənişi “beh” adlandırmışıq, lakin bu, onun hüquqi mahiyyətini dəyişdirmir. Məhkəmə tərəflərin istifadə etdiyi terminə formal şəkildə bağlanmamalı, ödənişin real məqsədini və funksiyasını araşdırmalı idi. Cavabdehin mövqeyinə görə, əgər məhkəmə 491.3-cü maddəni düzgün tətbiq etsəydi, verilmiş 10.000 manat məbləğini avans kimi qiymətləndirməli idi. Avans isə hüquqi təbiətinə görə behdən fərqlənir. Beh - öhdəliyin icrasını təmin edən təminat üsuludur; Avans - müqavilənin icrası çərçivəsində işlərin görülməsi, xərclərin qarşılanması və ya ilkin tədbirlərin həyata keçirilməsi üçün verilən əvvəlcədən ödənişdir. İşin materiallarından görünür ki, iddiaçı tərəf ##.##.2024-cü il tarixdə evə kombi çəkilibçəkilmədiyini yoxlamaq üçün yenidən ünvana gəlmişdir. Bu fakt birbaşa göstərir ki, verilmiş məbləğ yalnız razılaşmanın təsdiqi məqsədi daşımamış, həm də evdə müəyyən işlərin görülməsi üçün ilkin maliyyə təminatı rolunu oynamışdır. Bu isə həmin məbləğin avans xarakteri daşıdığını açıq şəkildə sübut edir. Avansın hüquqi xüsusiyyəti ondan ibarətdir ki, müqavilə baş tutmadığı halda qaytarıla bilər, lakin avans hesabına görülmüş işlər və çəkilmiş xərclər mütləq nəzərə alınmalıdır. Yəni avans mexaniki şəkildə tam geri qaytarıla bilməz – real xərclər çıxılmalıdır. Hazırkı işdə isə avans hesabına evdə sayğac çəkilmiş, kombinin yeri dəyişdirilmiş, hasar ilə bağlı işlər görülmüş və digər müəyyən hazırlıq işləri görülmüşdür. Bununla da cavabdeh real xərclər çəkmişdir. Həmin xərcləri təsdiq edən bir sıra sənədlər digər iddiaçı tərəfindən qaldırılan işə baxılan zaman məhkəməyə təqdim edilmişdir. Daha sonra bu xərclər iddiaçı tərəfin də iştirakı və razılığı ilə həyata keçirilmişdir. Hətta iddiaçı tərəf öz xətti ilə yazdığı sənəddə 3000 manat məbləğində zərərin vurulduğunu qəbul etmiş və 3000 manat məbləğində zərərin vurulduğunu qəbul etmiş və “7000 manat qaytarılsın, 3000 manat Rasimdə qalsın” kimi mövqe bildirmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etdi.
11. İddiaçılar iddiaçı2 və iddiaçı1 nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə təqdim etdiyi ərizədə iddiaçıların üzrlü səbəblərdən iştirak edə bilməyəcəklərinə görə hazırki məhkəmə iclasının qısa vaxta təxirə salınmasını xahiş edib, lakin üzrlü səbəbi təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə idddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 460.2. Öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Maddə 460.3. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Maddə 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Maddə 492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Maddə 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin qeyd olunan hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
20. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
21. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
22. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
23. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
24. Əvvəla, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (MM.m. 329).Əqdin notariat qaydasında təsdiqlənməsi onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış yazılı sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir (MM.m. 331 və 334).Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alqısatqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir.
25. Cavabdeh məhkəmənin Mülki Məcəllənin 5.3, 425.1-ci maddələrinin tələblərini nəzərə almadığını, tərəflərin real davranışını və onların münasibətlərinin həqiqi məzmununu qiymətləndirmədiyini göstərsə də, əvvəla, iddiaçı tərəfin mülki hüquq münasibətlərinin subyektləri kimi öz hüquq və vəzifələrini vicdanla həyata keçirmədiyi yaxud vicdanlılığın tələb etdiyi tərzdə davranmadıqları təsdiq olunmalıdır. Başqa sözlə, cavabdeh bu halları bəyan edərək iddiaya bu formada etiraz edirsə istinad etdiyi halları sübut etmək yükü də onun üzərinə düşür, ancaq sübut edə bilmir. Əksinə iddiaçı tərəf cavabdehi onlara satmaq istədiyi özbaşına tikili barədə düzgün məlumatlandırmamaqda qınayır və məhz bununla əlaqədar qanuna uyğun olmasa da sözügedən özbaşına tikilini almaqdan imtina etdiyini göstərir.
26. Buna görə də, evə gediş-gəliş yolunun qəbiristanlığın yanından keçməsi də cavabdehin mövqeyinin haqlı olduğuna dəlalət etmir. Çünki evə gedən yolun qəbiristanlığın yanından keçməsi onun pəncərəsinin bilavasitə qəbiristanlığa bitişik olması barədə alıcıya məlumat verməmək yaxud bunu gizlətmək üçün əsas ola bilməzdi. Demək ki, cavabdeh də öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə yaxud vicdanlılığın tələb etdiyi tərzdə davranmağa borclu idi.
27. Bundan əlavə, iddiaçı tərəfin cavabdehə bu əməliyyatlar zamanı zərər vurmasını faktiki qəbul etmələrinə baxmayaraq məhkəmənin qətnamədə bu hallara münasibət bildirməməsi barədə dəlillər də əsaslı deyil. Çünki birinci instansiya məhkəməsi qətnaməsinin 22-ci bəndində bu məsələyə aydın və müfəssəl şəkildə münasibət bildirmişdir. Başqa sözlə birinci instansiya məhkəməsi cavabdehə izah edib ki,.. bu əhəmiyyətsiz əqd üzrə özünə dəymiş zərərlə bağlı hansısa iddia varsa, bununla bağlı müstəqil iddia ilə məhkəməyə müraciət edə bilər. Lakin hazırkı mərhələdə heç bir mötəbər sübutla dəstəklənməyən bu hallar iddianın təmin edilməsinə mane ola bilməz. Məhkəmə tərkibi də bu mövqe ilə razılaşır və cavabdehin ona zərər dəyməsi ilə bağlı dəlilləri üzrə hazırkı işdə əlavə hüquqi dəyərləndirmə aparılmasına lüzum görmür.
28. Bundan başqa, birinci instansiya məhkəməsinin hazırkı mübahisənin mahiyyəti və xarakteri baxımından Mülki Məcəllənin 491-ci maddəsi üzrə apardığı hüquqi dəyərləndirməsi də düzgün olmuşdur. Belə ki, iddiaçının cavabdehə sözügedən əhəmiyyətsiz əqdin bağlanacağı ilə əlaqədar verdiyi 10000 manatın “beh” yaxud “avans” kimi qiymətləndirilməsindən asılı olmayaraq onlar apellyasiya şikayətini onsuz da əsaslı etmir. Çünki istər beh, istərsə də avans olsun əhəmiyyətsiz əqd üzrə verilmişdirsə hər bir halda geri qaytarılmasını tələb etməkdə iddiaçı haqlı olub. Başqa sözlə, birinci instansiya məhkəməsinin mübahisəyə Mülki Məcəllənin 491.3-cü maddəsini tətbiq etməsi yaxud etməməsi heç nəyi dəyişmir.
29. Göstərilənlərdən başqa, apellyasiya baxışı zamanı cavabdeh qeyd olunan özbaşına tikilinin artıq başqa şəxsə satıldığını da bəyan etdi. Bununla əlaqədar qeyd olunur ki, cavabdeh iddiaçının ona verdiyi, avans adlandırdığı vəsaitin bir hissəsi hesabına evə sayğac çəkdiyini, kombinin yerini dəyişdirdiyini, hasar ilə bağlı və digər müəyyən hazırlıq işləri gördüyünü, bununla da real xərclər çəkdiyini bildirsə də, hər bir halda həmin halların həqiqi olması belə sözügedən evin iqtisadi dəyərini real artırmış olub. Başqa sözlə, evin başqa şəxsə satılması bu cür işlərin sırf iddiaçının mənafeyi üçün edilməsi halını da aradan qaldırmış olur. Bu cür vəziyyət isə iddianın mübahisələndirilən hissədə rədd edilməsini istisna edən hal sayılır.
30. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda əhəmiyyətsiz əqdlər və onların nəticələri, əsassız varlanmadan əmələ gələn öhdəliklər, eləcə də hüquqdan sui-istifadə etmə institutunun yaranmasına da zərurət və əsas olmazdı.
31. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.