Məhkəmə qərarları › İş №e-2(3-6)-1869/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1869/2026

03.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1869/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: aliment məbləğinin azaldılması) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, Işin halları

1. Iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından ##.##.2011-ci il təvəllüdlü X1 adlı uşaqları doğulmuşdur. Hazırda tərəflərin nikahı pozulmuşdur.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, alimentin miqdarının dəyişidirilməsi, cavabdeh İddiaçı ##.##.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat məbləğində alimentin tutulması və iddiaçı (anası)Cavabdeh verilməsi, alimentin tutulmasının əvvəlinin ##.##.2018-ci il tarixdən hesablanması qət edilmişdir.

3. Daha sonra ərizəçi Cavabdeh ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, ##.##.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin məbləği indeksasiya olunaraq, ##.##.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,19 misli həddində sabit pul məbləğində müəyyən edilməsi qərara alınmışdır.

4. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ****)- ***/**** saylı, ##.##.2025-ci il qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.

5. Iddia ərizəsinə əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə olunmuş iddiaçının iş yeri haqqında arayışdan görünür ki, İddiaçı Mərkəzləşdirilmiş elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi ilə bağlı məlumat mövcud deyildir.

6. Iddiaçının hazırki nikahından ##.##.2016-cı il təvəllüdlü X5 və ##.##.2018-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur.

7. Iddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, Bakı * saylı Mediasiya Təşkilatının MŞB/*/****- ***** saylı ##.##.2025-ci il tarixli “Ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" arayışı tərtib olunmuşdur. Iddiaçı tərəfindən 60 manat mediasiya xərci çəkilmiş, 50 manat dövlət rüsumu ödənilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan cavabdehin xeyrinə tutulan aliment məbləğinin azaldılaraq 2025-ci ilin uşaqların yaşayış minimumuna uyğun (246 manat) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və birgə nikahdan onların ##.##.2011-ci il təvəllüdlü X1 adlı bir övladı vardır. Onların cavabdehlə nikahları Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş və övladı yetkinlik yaşına çatanadək anasının himayəsində saxlanılmış, ondan uşaqlarının saxlanılması üçün aliment tutulmağa başlanılmışdır. Cavabdeh ödənilən alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçının tələbi təmin olunaraq ondan tutulan alimentin məbləği 154 manat müəyyən edilmişdir. O, hər ay öhdəliklərini vaxtı-vaxtında etmişdir. Daha sonra, Cavabdeh yenidən ərizə ilə məhkəməyə müraciət edərək alimentin 2025-ci il üçün müəyyən edilmiş minimum aliment məbləğinə uyğun olaraq indeksasiya edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilərək, alimentin məbləği indeksasiya olunaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,19 misli həddində sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Hazırda onun ödədiyi aliment məbləğ hədsiz çoxdur. Belə ki, onun maddi imkanı buna yol vermir. 2025-ci ildə bir uşaqların yaşayış minimumu 246 manat müəyyən edildiyi halda ondan heç bir rəsmi gəliri və işi olmadan hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,19 misli həddində sabit pul məbləğində tutulması müəyyən edilmişdir. O, hazırda 500 manata yaxın aliment ödəyir və demək olar ki, ancaq borc taparaq ödəyir. Hesab edir ki, alimentin məbləği azaldılmasa bu onu çıxılmaz vəziyyətə salacaqdır. Onun rəsmi işi yoxdur və o, gündəlik işlərdə çalışaraq dolanmağa çalışır. Əks halda bu onun hüquqlarının pozulması ilə nəticələnir. O, hər zaman ailənin qayğısına qalmış, istər sərt pandemiya dövründə, istərsə də daha sonradan onların maddi və mənəvi bütün xərclərini qarşılamışdır. Cavabdeh hansı yolla olursa olsun ona ziyan vurmağa çalışır. O, məhkəmədən əvvəl məsələnin qarşılıqlı razılaşma əsasında həll edilməsi ilə bağlı müraciət etsə də, heç bir nəticə əldə edilməmişdir. Bununla bağlı ##.##.2025-ci il tarixində ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış əldə etmişdir. Işin faktiki hallarından və qanunvericiliyin tələblərindən göründüyü kimi onun iddia tələbi qanuni və əsaslıdır. Onun iddiasını təsdiq edən kifayət qədər sübutu vardır.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia tələbinin qismən təmin edilməsi, ##.##.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı İddiaçı cavabdeh Cavabdeh xeyrinə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarının azaldılması, ##.##.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən çəkilmiş 60 manat məbləğində mediasiya xərcinin və ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13 və 19-cu maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.2, 78.1, 112.1-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2016-cı il tarixli Qərarına, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024cü il tarixli, ** nömrəli Qərarına, Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli Qərarına, Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2016-cı il tarixli *-*/**** nömrəli Qərarının 8.2, 8.7, 8.12, 8.14-cü bəndlərinə, "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamına, 2026-cı il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və 9.1.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək alimentin 2025- ci il üçün müəyyən edilmiş minimum aliment məbləğinə uyğun olaraq indeksasiya edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilərək, alimentin məbləği indeksasiya olunaraq hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,19 misli həddində sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Belə ki, tərəflərin birgə nikahından olan ##.##.2011-ci il təvəllüdlü X1 hazırda 9-cu sinifdə oxuyur, Azərbaycan Tibb Universitetinə hazırlaşır, ingilis və çin dilindən hazırlığa gedir və həmin dilləri səlis bilir, bunların hamısı isə xərcdir. Həmçinin, universitetə hazırlıq üçün müəllimlərin yanına gedir. Uşağın hazırda xərcləri çoxdur, alimentin azaldılması uşağın təhsil hüququnu da məhdudlaşdıracaqdır. Bir neçə ildən sonra alimentin ödənilməsi kəsiləcəkdir, uşağa hər iki valideyn dəstək olmalıdır. Qarşı tərəf aliment təyin ediləndən (Səbail rayon Məhkəməsinin indeksasiya qərardadı ilə) hazırki vaxta kimi alimenti ödəmişdir. Bu fakt ona əsas verir ki, iddiaçının bu alimenti ödəmək üçün kifayət qədər imkanı vardır. Qarşı tərəf özü də o dövrdə minimumdan çox aliment ilə razılaşmışdır. Iddiaçının gəlirinin azalması ağlabatan deyildir. Iddiaçı işləmirsə, təyin edilən alimenti verə bilirsə deməli işləsə daha çox aliment ödəyə bilər. Səbail Rayon Məhkəməsinin qərardadı ilə artırılmış alimenti iddiaçı guya borc olub ödədiyini bildirmişdir. Təbii ki, bu həqiqəti əks etdirmir və iddiaçı bununla bağlı heç bir sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsində vəkili uşağın xərclərinə görə sadəcə vəkil orderi üçün cəmi 100 manat ödəniş almışdır. Belə ki, Ailə Məcəlləsinin müddəalarına görə alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Beləliklə, məhkəmənin qətnaməsi ilə təyin olunan alimentin miqdarı cavabdehin gəlirlərinə açıq-aşkar uyğun olmamaqla həm cavabdehin, həm də uşağın mənafeyini (təhsil, istirahət hüququn və s.) ciddi təhdid altına almışdır. Qəbul edilmiş məhkəmə aktı AR Konstitusiyası, AR Ailə Məcəlləsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası ilə ziddiyyət təşkil edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin

17. Maddə 76.2. Valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

18. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

19. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun

20. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

21. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

22. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, ... eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.

“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024cü il tarixli, ** nömrəli Qərarı

23. 1.2.1-cü bəndinə əsasən 8.11-ci bəndə əsasən aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilmişdir:

24. “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.”

25. 1.2.4-cü bəndə əsasən 8.13-cü bəndin birinci cümləsi ikinci cümlə hesab edilmiş və həmin bəndə aşağıdakı məzmunda birinci cümlə əlavə edilmişdir: “Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.41-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.”; 1.2.5. 8.14-cü bənddə “dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən)” sözləri “azaldılarkən” sözü ilə, “dəyişdirilmiş” sözü “azaldılmış” sözü ilə əvəz edilsin.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2016-cı il tarixli *-*/**** nömrəli Qərarının

26. 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

27. 8.7-ci bəndinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

28. 8.12-ci bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

29. 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

30. "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli sərəncamı: 2025-ci il üçün minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir.

31. 2026-cı il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 260 manat məbləğində müəyyən edilmişdir.

32. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).

33. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Maddə 384.0.1 apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

41. Hazırki halda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilsə də, qətnamə iddianın təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından ##.##.2011-ci il təvəllüdlü X1 adlı uşaqları doğulmuşdur. Hazırda tərəflərin nikahı pozulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, alimentin miqdarının dəyişidirilməsi, cavabdeh İddiaçı ##.##.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat məbləğində alimentin tutulması və iddiaçı (anası) Cavabdeh verilməsi, alimentin tutulmasının əvvəlinin ##.##.2018-ci il tarixdən hesablanması qət edilmişdir. Daha sonra ərizəçi Cavabdeh ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, ##.##.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin məbləği indeksasiya olunaraq, ##.##.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,19 misli həddində sabit pul məbləğində müəyyən edilməsi qərara alınmışdır. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ****)-***/**** saylı, ##.##.2025ci il qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə olunmuş iddiaçının iş yeri haqqında arayışdan görünür ki, İddiaçı Mərkəzləşdirilmiş elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi ilə bağlı məlumat mövcud deyildir. Iddiaçının hazırki nikahından ##.##.2016-cı il təvəllüdlü X5 və ##.##.2018-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur.

44. Hazırda cavabdeh apellyasiya şikayətində uşağın hazırda xərclərinin çox olduğunu, universitetə qəbul olmaq üçün hazırlıq kursuna getdiyini, alimentin azaldılmasının uşağın təhsil hüququnu məhdudlaşdırdığını, iddiaçının aliment təyin ediləndən hazırki vaxta kimi alimenti ödədiyini, iddiaçının alimenti ödəmək üçün kifayət qədər imkanının olduğunu qeyd etməklə qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş edir.

45. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

46. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

47. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, ... eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.

48. Göründüyü kimi, ailə qanunvericiliyi aliment miqdarı müəyyən olunduqdan sonra alimentin dəyişdirilməsi imkanını tərəflərin ailə və maddi vəziyyətində baş verən dəyişikliklə əlaqələndirmişdir. Tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik özündə tərəflərin ailə tərkibinin sayını, eləcə də qazancında baş verən dəyişikliyi ehtiva edir. Bu normada təsbit olunmuş hal - tərəflərin maddi vəziyyətlərinin dəyişməsi - onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Aliment ödəyən şəxsin gəlirləri azaldığı halda, onun alimentin miqdarının azaldılmasını, gəlirləri çoxaldığı halda isə, aliment alan şəxsin alimentin miqdarının artırılmasını tələb etmək hüququ yaranır.

49. O da, nəzərə alınmalıdır ki, hər kəs qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində ondan (qanundan) irəli gələn hüququn daşıyıcısı olmaqla qanuni gözlənti hüququna malikdir. Bu baxımdan, hər bir şəxsin məhkəmə müdafiəsi hüququndan yararlanarkən qanunvericinin verdiyi imkan daxilində hüquqlarının təmin olunmasına münasibətdə etimad hüququ qorunmalıdır. Həmçinin, qanunvericilik aliment tutularkən ilk növbədə uşağın mənafeyinin, onun təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi vurğulayır.

50. Qeyd edilməlidir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səy göstərməlidirlər. Qüvvədə olan qanunvericiliyə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.

51. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, ailə qanunvericiliyi aliment miqdarı müəyyən olunduqdan sonra alimentin dəyişdirilməsi imkanını tərəflərin ailə və maddi vəziyyətində baş verən dəyişikliklə əlaqələndirmişdir. Iş materiallarından göründüyü kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə olunmuş iddiaçının iş yeri haqqında arayışa əsasən İddiaçı Mərkəzləşdirilmiş elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi ilə bağlı məlumat mövcud deyildir. Həmçinin, iddiaçının digər nikahından ##.##.2016-cı il təvəllüdlü X6 və ##.##.2018-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Kollegiya qeyd edir ki, uşaqların saxlanılmasının hər iki valideynin vəzifəsi olmasını, hüquqların məhkəmə müdafiəsinin təmin edilməsi üçün real icrası mümkün olan məhkəmə qətnaməsinin qəbul edilməsinin zəruriliyini, eyni zamanda, uşağın mənafeyi, yaşayış minimumu həddinin artaraq hazırkı iqtisadi şəraitdə uşağın saxlanılması üçün xərclərin miqdarının dəyişməsi nəzərə alınaraq və tərəflərin birgə nikahından olan uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması prinsipi rəhbər tutularaq birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmaqla aliment məbləğinin birinci instansiya məhkəməsinin müəyyən etdiyi miqdarda tutulması Ailə Məcəlləsinin 78.2-ci maddəsinin göstərişinə uyğundur.

52. Belə ki, Ailə Məcəlləsinin 56-cı maddəsinin tələblərinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Habelə məhkəmə qərar qəbul edərkən nəzərə almalıdır ki, onun icrası mümkün olsun.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

54. Məhkəmə kollegiyası həmçinin izah edir ki, apellyasiya şikayəti ilə mübahisələndirilən hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar