Məhkəmə qərarları › İş №e-2(3-6)-1956/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1956/2026

08.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan̆Respublikası̆adından Qətnamə Bakı̆şəhəri İş̆№̆e-2(3-6)-1956/2026 08.06.2026 BAKĬAPELLYASIYĂMƏHKƏMƏSI İddiac̆ı̆İddiaçı̆oğlunun̆cavabdeh̆Cavabdeh̆Els̆ən̆qızına ̆qars̆ı̆işĭüzrə Açar sözlər: (“əlavə xərcin ləğv edilməsi“) hakimlər X10 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən̆etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş ##.##.2014-cü il təvəllüdlü X4 müalicəsi ilə bağlı hər ay 140 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsində ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə məhkəmə qətnaməsinə əsasən ##.##.2014-cü il təvəllüdlü X4 müalicəsi ilə bağlı hər ay 140 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı əlavə xərc kimi tutulması faktiki olaraq X4 qanında şəkər miqdarının ölçülməsi ilə bağlı cihazın öz hesabına alınması ilə əlaqədar olmuşdur. İddiaçı Klemeşova Mariya Yuryevna ilə faktiki nikah münasibətində olan zaman ##.##.2025-ci il təvəllüdlü bir övladı X9 doğulmuşdur. Hazırda iddiaçı işsizdir və eyni zamanda digər övladına da maddi köməklik göstərir. Bundan əlavə qeyd edir ki, ##.##.2014-cü il təvəllüdlü X4 2 dərəcəli əlilik və 370 manat pensiya ödənilməsi müəyyən edilmişdir. Davamlı qlükoza monitorinq cihazı ödənişsiz dövlət tərəfindən verilməsi ilə əlaqədar olaraq iddiaçıdan tutulan əlavə xərcin ləğv edilməsĭmümkündür.

2. Cavabdeh iddia tələbinə qarşı etirazla məhkəməyə müraciət edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Etirazın əsaslarına görə övladı insulindən asılı şəkərli diabet xəstəliyindən əziyyət çəkir. O, həkim tərəfindən təyin edilmiş xüsusi pəhrizlə qidalanır və xəstəliyi ilə əlaqədar zəruri dərmanlar qəbul edir. X4 qan şəkərinin davamlı izlənməsi üçün freestyle libre sensor aparatından istifadə edilir. Belə ki, şəkərli diabet tip 1 diaqnozu ilə xəstə olan uşaqlarda qlikemiyaya nəzarətin tezliyi mühüm olduğu üçün gün ərzində minimum 5-7 dəfə qanda şəkər ölçülməlidir. Lakin bunun üçün hər dəfə xüsusi iynə ilə uşağın barmağının deşilməsi fiziki və psixoloji travmaya səbəb olurdu. O da, azyaşlı uşağın gün ərzində ən azından 6-7 dəfə bu ağrıya məruz qalmaması məqsədilə qandakı şəkəri ölçə bilmək üçün iynəsiz freestyle libre sensor aparatından istifadə etməyə başladı. Belə ki, Freestyle Libre aparatı şəkər xəstəliyin əziyyət çəkən şəxsə qoşulan zaman pasientin qan məlumatları, qandakı şəkərin hərəkətliliyi aparatın telefondakı tətbiqi və internet vasitəsi ilə həmin aparatı istehsal edən şirkətin məlumat bazasına ötürülür. Xəstə rəsmi website-da şəxsi kabinet yaratmaqla gündəlik, həftəlik, aylıq və illik olmaqla mütəmadi qandakı şəkərin vəziyyətini izləyə bilir. Sözügedən aparatla günlük 20 dəfə skan etməklə qandakı şəkəri asanlıqla və dəqiq ölçmək olur. Lakin təəssüf ki, Camalın sağlamlıq vəziyyəti çox daha ağırdır. Belə ki, Camalın qan şəkərinin hətta bəzi günlər gündəlik 50 dəfədən artıq ölçüldüyü müşahidə edilir. Buradan isə belə nəticəyə gəlmək olar ki, əgər Camal freestyle libre aparatını istifadə etməsə, azyaşlının barmaqları gün ərzində 50 dəfə deşilməli idi. Onsuz da fiziki və psixoloji mübarizə aparan, cəmi 11 yaşı olan azyaşlının əlavə olaraq da bu ağrıya mənəvi-fıziki baxımdan dözməsi qeyrimümkündür. Camalın həm də disleksiyası mövcuddur. Göründüyü kimi övladının xəstəliyi ilə bağlı meydana gələn əlavə xərclərin öhdəsindən təkbaşına gəlməyi qeyri-mümkün idi. Buna görə də 2023-cü ildə alimentin artırılması, əlavə xərclərə cəlb edilmə tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdi. İddiaçının mövqeyi tamamilə əsassızdır. Çünki X4 həm şəkərli diabet tip 1, həm də diqqət çatişmazlığının hiperaktiv pozuntusu F90.1 tibbi diaqnozlu xəstəlikdən əziyyət çəkir. Bu isə onun aylıq maddi xərclərinin olduqca çox olduğunu və əlilliyə görə verilən pensiyanın uşağın həkim və dərman xərclərinin heç bir hissəsini belə qarşılamaması deməkdir. İddiaçının sonuncu, yəni başqa övladının olması əsası ilə əlavə xərclərdən azad olmasına münasibətdə bu nə mövcud qanunvericiliyin tələblərinə, nə də mənəviyyata sığmayan bir arqumentdir. Belə ki, mövcud qanunvericiliyin heç bir yerində qeyd olunmayıb ki, bir valideynin iki övladı olarsa, o, ancaq onlardan birinin saxlanması ilə və ya taleyi ilə maraqlana bilər. İddiaçı qəsdən işləmir. Çünki o, özü dəfələrlə bildirib ki, Nərgiz mən işləməyəcəm və bununla da əlavə xərclərdən xilas olacam”. Hansı ki, o, dediyini edib və öz doğma övladının saxlanması üçün məhkəmə tərəfindən müəyyən olunan alimenti belə ödəməkdən bir neçə ay boyun qaçırıb. Nəticədə o icra məmuruna ərizə yazaraq 6 aydır ödənilməyən̆alimentin̆heç̆olmasăiddiaçıdan̆hissə-hissə̆alınmasını̆xahiş̆etmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki: - Bakı şəhəri Yasamal Rayon məhkəməsinin ##.##.2023-cü il tarixli, 2(004)- ****/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2020-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, ##.##.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay 250 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi, ##.##.2014-cü il təvəllüdlü X4 müalicəsi ilə bağlı hər ay 140 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh verilməsi, alimentin tutulma (dəyişdirilmə) vaxtının məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsinə əsasən, Bakı şəhəri Yasamal Rayon məhkəməsinin *(***)-****/**** nömrəli ## ####### 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. - Azərbaycan Respulikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “xxxx” X1 ##.##.2025-ci il tarixli məktubuna əsasən ##.##.2014-cü il təvəllüdlü X4 ##.##.2022-ci il tarixdən “xxxx” X1ndə şəkərli diabet tip 1 diaqnozu ilə qeydiyyatdadır. Xəstə, İnsulin Aparat və İnsulin Deqludek preparatları ilə təmin olunur. ##.##.2024-cü il tarixdən Sibionics davamlı qlükoza monitorinq cihazı təmin olunur. Dərman preparatları və davamlı qlükoza monitorinq cihazı hər ay dövlət tərəfindən ödənişsiz təmin olunur; - Azərbaycan Respulikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X1 “xxxx” X1 tərəfindən “İnnovsasiya və Təchizatı Mərkəzi” X1 göndərilən ##.##.2025ci il tarixli məktubuna əsasən ümumilikdə ölkə üzrə qeydiyyatda olan ŞD tip 1 uşaqların sayı 2099 nəfərdir. Bunlardan 18 yaşına çatmamış 1240 uşaq xxxx X1ndə (bundan sonra - Mərkəz), şəkərli diabet (ŞD) tip 1 diaqnozu ilə qeydiyyatdadır. ŞD tip 1 diaqnozu olan uşaqlar Mərkəz vasitəsilə ilə dövlət hesabına davamlı qlükoza monitorinq cihazları (SIBIONICS GS1) ilə təmin olunurlar. Hazırda ŞD tip 1 diaqnozlu uşaqların təxminən 58,8%-i (1234 nəfər: 1020 nəfər Bakı qeydiyyatı + 214 nəfər rayon qeydiyyatı) davamlı qlükoza monitorinq cihazı ilə təmin edilir. Regiondan olan uşaqlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) rəsmi müraciət etdikdə, eyni zamanda Respublika Pediatriya Mərkəzindən stasionar müalicədən evə yazılan rayon qeydiyyatlı xəstələr də Mərkəzə cihazla təmin olunması üçün göndərilir. Son üç ayda rayon qeydiyatlı ŞD tip 1 diaqnozlu 18 yaşa qədər olan 34 uşaq TƏBİB-ə rəsmi müraciət əsasında cihazla təmin olunmuşdur. Onu da qeyd edək ki, cihazla təmin olunan uşaqlar arasında 3-15 yaş intervalında olan uşaq sayı 806 nəfər təşkil etmiş, onlardan Bakı şəhəri üzrə olanlar 748 nəfər, 58 nəfər isə region qeydiyyatında olanlardır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, cihazın yeni uşaqlara verilməsi mümkün olmayacaqdır. Bunun üçün Mərkəz tərəfindən 3-15 yaş arasında olan ŞD tip 1 diaqnozlu uşaqlar; ancaq hal- hazırda cihazla təmin olunan xəstələr (yeni müraciətlər təmin oluna bilməməsi səbəbindən); ayda iki dəfə deyil, bir dəfə olmaqla təmin ediləcəkdir. Hal-hazırda rəsmi müraciətlərin artmasını və təminatda olan məhdudiyyəti və daha öncədən olunan müraciəti (Əlavə 1) nəzərə alaraq ŞD tip 1 diaqnozu olan uşaqların dövlət hesabına davamlı qlükoza monitorinq cihazları (SIBIONICS GS1) ilə təminatının artırılmasına dəstək göstərməyini xahiş edilmişdir; - Azərbaycan Respulikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X1 “xxxx” X1 tərəfidnən məhkəmə sorğusuna verilmiş ##.##.2026-cı il tarixli cavabdan görünür ki, ##.##.2014-cü il təvəllüdlü X4 ##.##.2022-ci ildən etibarən “xxxx” X1 Şəkərli diabet Tip-1 diaqnozu ilə qeydiyyatdadır. Qeydiyyata düşdüyü gündən dövlət tərəfindən dövlət proqramına əsasən ayrılmış dərman preparatları ilə təmin olunub. Bu müddət ərzində xəstə insulin Aspart, insulin Deqludek, ucluq, test çubuqları ilə təmin olunub. ##.##.2024-cü il tarixdən etibarən xəstə dövlət tərəfindən ayrılmış Sibionics (GS1) davamlı qlükoza monitorinq cihazı (gün ərzində qanda şəkərin miqdarına nəzarət etmək üçün cihaz) ilə təmin olunub. Məktubda yazılanların əksinə olaraq xəstə 2024-cü ildə iyul ayından dekabr ayına kimi, 2025-ci ildə isə bütün aylarda cihazla təmin olunub. Hətta 1ədəd Sibionics cihazı yararsız vəziyyətə düşdüyü üçün cihaz (akt əsasında) yenisi ilə əvəz olunmuşdur. Qeyd olunanların təsdiqləyici sənədləri məktuba əlavə olaraq təqdim olunur; - Azərbaycan Respulikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X1 “xxxx” X1 tərəfidnən məhkəmə sorğusuna verilmiş ##.##.2026-cı il tarixli cavabdan görünür ki, araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçı 2024-cü ilin avqust ayından dekabr ayınadək mütəmadi olaraq qlükoza monitorinq cihazları ilə təmin olunmuşdur. 2025-ci il üzrə təminat aşağıdakı qaydada həyata keçirilmişdir: ##.##.2025 – 2 qutu ##.##.2025 – 3 qutu. ##.##.2025 – 3 qutu ##.##.2025 – 1 qutu ##.##.2025 – ##.##.2025 -##.##.2025 - 1 qutu + 1 qutu + 1 qutu ##.##.2025 – 2 qutu ##.##.2025 – 2 qutu ##.##.2025 – ##.##.2025 1 qutu + 1 qutu ##.##.2025 – 2 qutu ##.##.2025 – 2 qutu. ##.##.2025 – 2 qutu. Beləliklə, 2025-ci il ərzində iddiaçıya ümumilikdə 24 qutu qlükoza monitorinq cihazı təqdim edilmişdir. Cihazın qoyulmasına təlabatın ayda 2 dəfə olunmasını nəzərə alaraq, il ərzində iddiaçı cihazla tam təmin olunmuşdur. Eyni zamanda bildiririk ki, 2025-ci ilin dekabr ayından hazırkı tarixədək qeyd olunan cihaz üzrə Mərkəzə yeni təminat daxil olmadığından iddiaçının yenidən təmin olunması mümkün olmamışdır. Hazırda cihaz üzrə növbəti təminatın 2026-cı ilin aprel ayından etibarən daxil olacağı̆gözlənilir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 81.1, 81.2, 81.3; Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119, 217.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə qətnaməsi ilə tutulmuş 140 manat əlavə xərcin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Davamlı qlükoza monitorinq cihazının verilməsi ilə bağlı dövlət proqramı mövcud olsa da, hazırkı vaxtda – 2025-ci ilin yanvar ayından etibarən cihazla təminatın dayandırıldığı və aprel ayına qədər təminatın gözlənilmədiyi Azərbaycan Respulikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X1 “xxxx” X1 məhkəmə sorğusuna verdiyi ##.##.2026-cı il tarixli cavabla müəyyən olunur. Digər tərəfdən, cavabdehin məhkəmə iclaslarında israrla bildirdiyinə görə cihazlar 2025-ci ilin bəzi aylarında da (may ayına qədər) verilməmişdir. “xxxx” X1 isə bütün məlumatlarında və sorğuya cavablarında cihazın 2025-ci ilin bütün aylarında verildiyini bildirmiş, lakin bu barədə müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Cihaz və dərman vasitələrinin verilməsi üzrə müvafiq sistem məlumatlarından çıxarışlar məhkəməyə təqdim olunsa da, həmin çıxarışlar 2025-ci ilin iyun ayından etibarən növbəti aylar üzrə məlumatları özündə əks etdirmişdir. Yəni, cavabdehin bildirdiyi cihazın verilmədiyi 2025-ci ilin yanvar-may ayları, Mərkəz tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə əksini tapmayan aylarla üst-üstə düşür. Göründüyü kimi davamlı qlükoza monitorinq cihazının təminatında qeyri- sabitliyin olduğu iş materialları ilə təsdiqini tapır və bu fonda 140 manat əlavə xərcin ləğv edilməsi xüsusi qulluğa ehtiyacı olan azyaşlının mənafeyĭbaxımından̆yolverilməzdir.̆ Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət Azərbaycan Respubliklası Ailə Məcəlləsinin 81.2, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1-ci maddələrinə istinadən onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh məhkəməyə iddia ərizəsinə dair etiraz təqdim etsə də, lakin etirazda qeyd etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. 1-ci instansiya məhkəməsi baxmayaraq ki, cavabdeh Cavabdeh sübutların tələb olunması ilə bağlı heç bir vəsatət verilmədən məhkəmə baxışı zamanı öz təşəbbüsü ilə «xxxx» X1 sorğu göndərmiş, ## ###### 2026-cı il tarixli, 18-1-6/2-41/2026 No-li «xxxx» X1 tərəfindən verilmiş məktubda göstərilmişdir ki, «... xəstə qeydiyyatda düşdüyü gündən dövlət tərəfindən dövlət proqramına əsasən ayrılmış dərman preparatları ilə təmin olunub. Bu müddət ərzində xəstə insulin Aspart, insulin Deqludek ucluq, test çubuqları ilə təmin olunub. ## #### 2024-cü il tarixdən etibarən xəstə dövlət tərəfindən ayrılmış Sibionics (GS1) davamlı qlükoza monitorinq cihazı (gün ərzində qandaşəkərin miqdarına nəzərət etmək üçün cihaz) ilə təmin olunub. Məktubda yazılanların əksinə olaraq xəstə 2024-cü ildə iyul ayından dekabr ayına kimi, 2025ci ildə isə bütün aylarda cihazla təmin olunub. Hətta 1 ədəd Sibionics cihazı yararsız vəziyyətdə düşdüyü üçün cihaz (akt əsasında) yenisi ilə əvəz olunmuşdur.» 1-ci instansiya məhkəməsi təkrarən növbəti məhkəmə baxış zamanı «xxxx» X1 sorğu göndərmiş, ## #### 2026-cı il tarixli, 18-1-6/2-82/2026 No-li məktubda göstərilmişdir ki, «... xəstə 2024-cü ilin avqust ayından dekabr ayınadək mütəmadi olaraq qlükoza monitorinq cihazları ilə təmin olunmuşdur. ... 2025ci il ərzində ümumilikdə 24 qutu qlükoza monitorinq cihazı təqdim edilmişdir. Cihazın qoyulmasınva təlabatın ayda 2 dəfə olunmasını nəzərə alaraq, il ərzində cihazla tam təmin olunmuşdur. ... Hazırda cihaz üzrə növbəti təminatın 2026-cı ilin aprel ayından etibarən daxil olacağı gözlənilir.» Həmin məktubda tam ətraflı göstərilir ki, 2025-ci ilin bütün aylar üzrə xəstə monitorinq cihazı ilə dövlət tərəfindən tam təmin olunmuş, 2026-cı ilin aprel ayından da həmin cihazla təmin olunacaq. Məlumata görə, artıq həmin cihazlar «xxxx» X1 daxil olmuş və cavabdehə təqdim edilmişdir. 1-ci instansiya məhkəməsi tərəflərin birgə nikahdan ## ###### 2014-cü il təvəllüdlü X4 baxmayaraq ki, dövlət tərəfindən monitorinq cihazı ilə təmin olunsa da, eyni zamanda iddiaçının maddi vəziyyətini (işsiz olduğunu) nəzərə almadan əsassız olaraq iddia tələbinitəmin etməmişdir. 1-ci instansiya məhkəməsi iddiaçının diqqətəlayiq olan maddi vəziyyətini, yəni işsiz olduğunu, eyni zamanda bir övladının anadan olması, heç bir halını nəzərə almamışdır. Halbuki, qeyd etdiyi maddədə göstərilir ki, valideyinin maddi vəziyyəti nəzərə alınmalıdır. Bundan başqa qeyd edir ki, tərəflərin birgə nikahdan anadan olmuş ## ###### 2014-cü il təvəllüdlü Camal Ələsgərov əlliliyinəgörə 370 manat pensiya təyin olunmuş, həmin pensiya cavabdeh tərəfindən alınır, bundan əlavə cavabdehə uşağın baxımına görə də müavinət verilir. Beləliklə, qeyd etdiyi bütün hallardan görünür ki, 1-ci instansiya məhkəməsi işə baxarkən yuxarıda göstərilən mülki-prosessual qanunvericiliyinin tələblərini və maddi hüquq̆normalarını̆pozmuşdur.̆

6. Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etmiş, iddiaçı - İddiaçı tərəfindən verilən apellyasiya şikayətinin əsassız olduğu üçün rədd edilməsi və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(004)- ****/**** saylı Qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etməklə etiraz ərizəsində qeyd etmişdir ki, apellyasiya şikayətinin forma olmasına dair: iddiaçı tərəfindən verilən apellyasiya şikayəti qanunamüvafiq şəkildə verilmədiyinə görə əslində geri qaytarılmalı idi. Çünki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə - MPM adlandırılacaq) 361-ci maddəsi özündə təsbit edib. Maddə 361. Apellyasiya şikayətinin məzmununu 361.1. bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; Apellyasiya şikayətinin məzmununa nəzər saldıqda bariz şəkildə görünür ki, bəzi maddi və prosessual hüquq normaları sırf FORMAL olaraq ard-arda qeyd olunub.Yəni bu şikayətdən müəyyən etmək mümkün deyil ki, iddiaçı hansı əsaslarla sözügedən qətnamə ilə razı deyil. Halbuki, qanunvericilik imperativ şəkildə müəyyən edib ki, şikayət verən şəxs məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları, istinad etdiyi konkret fakt və halları habelə onları təsdiq edən sübutları öz şikayətində göstərməlidir. Beləliklə, qanunvericilikdə təsbit olunan bu qaydanın pozulması apellyasiya şikayətinin qaytarılması üçün əsaslardan biridir. Belə ki, MPM-nin 363.1.1-1-ci maddəsinin tələblərinə əsasən,apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılmalıdır. Apellyasiya şikayətinin mahiyyəti üzrə əks arqumentlər: Əgər işə baxan məhkəmə kollegiyası hesab edirsə ki, apellyasiya şikayəti geri qaytarılmasın və baxılmasına davam edilsin, bu zaman da aşağıda qeyd olunan hallar və qanunvericilik normaları nöqteyinəzərindən bu şikayət əsassızdır. Ümumiyyətlə, birinci instansiya məhkəməsinin qətnaməsində işin halları və ona verilən hüquqi qiymət ətraflı qeyd edilib, buna görə də onları təkrarən dilə alıb məhkəmənin iş yükünü artırmaq niyyətində deyil. Sadəcə həmin araşdırmanın nəzdində aşağıdakı faktları iddiaçının şikayətində təkidlə üzərindən keçdiyi hallara münasibətdə məhkəmənin diqqətinə çatdırmaq zəruri hesab edir. İddiaçı apellyasiya şikayətində aşağıdakı “arqumentləri” irəli sürüb: a ) ## ####### 2025-ci il tarixli, 18-1-6/2-***/**** №-li “xxxx” X1(bundan sonra mətndə - Mərkəz adlandırılacaq) tərəfindən verilən məktuba əsasən guya dərman preparatları və davamlı qlükoza monitorinq cihazı hər ay dövlət tərəfindən ödənişsiz təmin olunması; b ) Cavabdehin vəsatəti olmadan birinci instansiya məhkəməsinin sorğu verərək işi araşdırması; c ) İş birinci instansiya məhkəməsinin icraatında olarkən cavabdehin iddia ərizəsinə dair etirazında işin halları ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməməsi; d ) İddiaçının Klemeşova Mariya Yuryevna ilə faktiki nikah münasibətində olan zaman ##.##.2025-ci il təvəllüdlü - X11 adında bir övladının olması. Mərkəz tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli, 18-1-6/2- 464/2025 məktuba münasibətdə iddiaçının “arqumentlərinin” əsassızlığına dair: İddiaçı apellyasiya şikayətində bildirib ki, “…«xxxx» X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **- *-*/*-***/**** saylı məktubda göstərilmişdir ki, «##.##.2014-cü il təvəllüdlü - X4 ##.##.2022-ci il tarixdən «xxxx» X1 şəkərli Diabet tip 1 (insulindən asılı) diaqnozu ilə qeydiyyatdadır. Xəstə, İnsulin Aspart və İnsulin Deqlubek preparatları ilə təmin olunur. ##.##.2024-cü il tarixdən Sibionics (GS1) davamlı qlükoza monitorinq cihazı (gün ərzində qanda şəkərin miqdarına nəzərət etmək üçün cihaz) ilə təmin olunur. Yuxarıda qeyd olunan dərman və preparatlarla və davamlı qlükoza monitorinq cihazı ilə hər ay dövlət tərəfindən ödənişsiz təmin olunur. Davamlı qlükoza monitorinq cihazının verilməsi ilə bağlı dövlət proqramı mövcud olsa da, 2025-ci ilin yanvar - iyun aylarında, həmçinin 2026-ci ilin yanvar ayından etibarən cihazla təminatın dayandırıldığı və aprel ayına qədər təminatın gözlənilmədiyi Mərkəzin məhkəmə sorğusuna verdiyi ##.##.2026-cı il tarixli cavabı ilə müəyyən olunur. Bu fakt cavabdehin məhkəmə iclaslarında verdiyi izahatları ilə də öz təsdiqini tapıb. Belə ki, o, dəfələrlə bildirib ki, cihazlar 2025-ci ilin bəzi aylarında da (yanvar - may) verilməyib. Mərkəz isə bütün məlumatlarinda və birinci instansiya məhkəməsinin sorğularina cavablarinda cihazin 2025-ci ilin bütün aylarinda verildiyini bildirib, lakin mərkəz tərəfindən bu barədə müvafiq sənədlər məhkəməyə təqdim edilməyib. Cihaz və dərman vasitələrinin verilməsi üzrə müvafiq sistem məlumatlarindan çixarişlar məhkəməyə təqdim olunsa da, həmin çixarişlar 2025- ci ilin iyun ayindan etibarən növbəti aylar üzrə məlumatlari özündə əks etdirib. Yəni, cavabdehin bildirdiyi kimi cihazin verilmədiyi 2025-ci ilin yanvar-may aylari, mərkəz tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə əksini tapmayan aylarla üst-üstə düşür. Bu hal uşağın həyati əhəmiyyətli tibbi vasitələrlə təminatının qeyri-sabit xarakter daşıdığını bir daha təsdiq edir. Bu dövrdə cavabdeh cihazı yaxınlarının dəstəyi ilə alıb. Yeri gəlmişkən, apellyasiya məhkəməsində olan zaman iddiaçı tərəfindən elektron məhkəmə sisteminə Mərkəzdən əldə edilən 2 ədəd məktub yüklənib. ##.##.2026-cı il tarixli, **-*-*/*-***/**** nömrəli məktubda qeyd olunur ki, “...Sorğu ilə bağlı bildiririk ki, ##.##.2014-cü il təvəllüdlü X4 2026 cı ilin yanvar, fevral və mart aylarında davamlı qlükoza monitorinq cihazı (Sibionics GS1) ilə təmin olunması dövlət təminatı proqramı çərçivəsində mövcud ehtiyatların tükənməsi səbəbindən mümkün olmamışdır. Qeyd olunan cihazların təchizatı 2026-cı ilin aprel ayından etibarən bərpa edilmiş və X4 ##.##.2026-cı il tarixində 2 (iki) ədəd Sibionics (GS1) davamlı qlükoza monitorinq cihazı ilə təmin olunmuşdur”. ##.##.2026-cı il tarixli, **-*-*/*-***/**** nömrəli məktubda qeyd olunur ki, “...Sorğu ilə bağlı bildirir ki, xxxx” X1ndə 18 yaşadək şəkərli diabetli uşaqlar qeydiyyatda olduğu üçün ##.##.2014-cü il təvəllüdlü X4 18 yaşınadək insulin preparatları ilə təmin olunacaq, bununla yanaşı 15 yaşınadək hər ay 2 ədəd Sibionics (GS1) davamlı qlükoza monitorinq cihazı ilə, 15 yaşı tamam olandan 18 yaşınadək isə hər ay 1 ədəd Sibionics (GS1) davamlı qlükoza monitorinq cihazı ilə təmin olunacaqdır”. Hər şeydən öncə, ##.##.2026-cı il tarixli, **-*-*/*-***/**** nömrəli məktubda qeyd olunan məlumatlardan bir daha məlum olur ki, qlükoza monitorinq cihazının təminatı qeyrisabitdir. Digər tərəfdən, Mərkəzin ##.##.2026-cı il tarixli, **-*-*/*-***/**** nömrəli məktubu ilə ##.##.2025-ci il tarixli, **-*-*/*-***/**** nömrəli məktubu mahiyyət etibarılə bir-birinə ziddiyyət təşkil etməkdədir. Çünki ##.##.2025-ci il tarixli, **-*-*/*-***/**** nömrəli məktubda Mərkəz tərəfindən SIBIONICS GS1 cihazının limitlə verilməsi məqsədilə aşağıdakı meyarlar müəyyənləşdirilib: · 3-15 yaş arasında olan ŞD tip 1 diaqnozlu uşaqlar; · ancaq hal-hazırda cihazla təmin olunan xəstələr (yeni müraciətlər təmin oluna bilməməsi səbəbindən); · ayda iki dəfə deyil, bir dəfə olmaqla təmin ediləcəkdir. · ayda iki dəfə deyil, bir dəfə olmaqla təmin ediləcəkdir.. Haqli olaraq sual olunur ki, 15 yaşinadək hər ay 2 ədəd sibionics (gs1) davamli qlükoza monitorinq cihazi ilə təmin olunma imkani varsa, mərkəz ##.##.2025-ci il tarixli, **-*- */*-***/**** nömrəli məktubunda niyə bunu 1 ədəd olaraq müəyyən edib?! Əslində iddiaçı - İddiaçı anası, yəni cavabdehin keçmiş qaynanası Mərkəzdə baş tibb bacısı kimi işləyir. Ehtimal edilir ki, o, əlaqələrindən istifadə edərək iddiaçının mövqeyini əsaslandıra bilmək üçün birbirinə zidd məktubları məhkəməyə təqdim edə bilməsi üçün iddiçıya köməklik göstərmiş olsun. Göründüyü kimi, davamli qlükoza monitorinq cihazinin təminatinda qeyri sabitliyin olduğu iş materiallari ilə təsdiqini tapir və bu fonda 140 (bir yüz qırx) manat əlavə xərcin ləğv edilməsi xüsusi qulluğa ehtiyaci olan azyaşlının mənafeyi baxımından yolverilməzdir. İddiaçının cavabdehin vəsatəti olmadan məhkəmənin sorğu verərək işi araşdırmasına dair mövqeyinin əsassızlığına dair: İddiaçı apellyasiya şikayətində qeyd edib ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfdən heç bir vəsatət verilmədən məhkəmə baxışı zamanı öz təşəbbüsü ilə “xxxx” PHŞ-nə sorğu göndərib. Hal-hazırda iddiaçı sanki birinci instansiya məhkəməsinin ona aid olmayan bir səlahiyyəti icra etməsinə dair təəssüratı yaratmağa çalışır. Lakin iddiaçının bu mövqeyi də olduqca əsassızdır. Çünki mövcud qanunvericilik işin faktiki hallarının araşdırılmasını məhkəmənin vəzifəsi kimi müəyyən edib. Həmin vəzifənin icrası üçün işə baxan məhkəmə qanunvericiliyin ona verdiyi səlahiyyətlərdən istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qeyd edilir ki, “...Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir”. Belə ki, yuxarıda deyilənləri nəzərə alaraq qənaətə gələ bilərik ki, məhkəmənin sorğu göndərməsi işin qərəsiz, hərtərəfli və tam araşdırılması üçündür. Sübutlar məhkəmə tərəfindən qiymətləndirilərkən tam və qərəzsiz təqiq edilməlidir. İddiaçı tərəfin təqdim etdiyi cavabda cihazın bəzi aylarda verildiyini təsdiqləyən sənədlərin olmaması işin hallarının dəqiq müəyyən edilməsĭüçün̆məhkəmənin̆Mərkəzə̆sorğŭgöndərməsinə̆səbəb̆olub.̆Beləliklə,̆iddiaçının gətirdiyi bu “arqument” də tamamilə əsassızdır. · İddiaçının cavabdehin iddia ərizəsinə dair etirazında işin halları ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməməsinə dair mövqeyinin əsassızlığına dair: İddiaçı şikayətində bildirir ki, iş birinci instansiya məhkəməsinin icraatında olarkən cavabdeh iddia ərizəsinə etiraz təqdim edib lakin etirazda qeyd etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməyib. İddiaçının bu mövqeyi də olduqca əsassızdır. Əgər cavabdeh tərəfindən verilmiş iddia tələbinə qarşı etiraza və təqdim etdiyi sübutlara baxsaq görərik ki, işin halları ətraflı şəkildə izah edilib və sübutlarla əsaslandırılıb. Həmçinin həmin sübutların aidiyyəti və mötəbərliyi qətnamə ilə təsdiq olunub. Belə ki, birincisi,hələ mərkəz tərəfindən cavabdehin vəkilinin sorğusuna ünvanlanan ## ### 2023-cü il tarixli, ** nömrəli cavab məktubunda aşağıdakı məlumatlar öz əksini tapıb: - Şəkərli diabet tip 1 diaqnozu ilə xəstə olan uşaqlarda qlikemiyaya nəzarətin tezliyi mühüm olduğu üçün gün ərzində minimum 5-7 dəfə qanda şəkər ölçülməlidir. Lakin hər dəfə uşağın barmağının deşilməsi pasiyent üçün mənəvi və psixoloji travma deməkdir. Libranın əhəmiyyəti barmaq deşilmədən istənilən miqdarda ölçüm aparıb qlikemiyaları nəzarətdə saxlamaqdır. - Bizim ölkədə rəsmi satışda yoxdur, xarici ölkələrdən gətizdirilir (kargo, poçt vasitəsilə). Qonşu ölkədən sifariş edərkən 1229 TL- 110 AZN. Satıcılardan alınma qiyməti 140 AZN. - Rəsmi olaraq 14 gün, xüsusi proqramlar var ki, 8 gün əlavə vaxtını uzatmaq olur. - Əhəmiyyətli və vacibdir. - Şəkərli diabet xəstələri üçün vacib olan tibbi ləvazimatların siyahısına salınması çox böyük əhəmiyyət kəsb etmiş olar. Ikincisi, ayda 2 dəfə istifadə olunan freestyle libre sensor aparatının yalnız 1 ədədi dövlət tərəfindən qarşılanır. Bu o dəməkdir ki, yerdə qalan 2-ci aparat X4 valideynləri tərəfindən qarşılanmalıdır. Lakin uşağın mütəmadi olaraq baxıma ehtiyacı olduğu üçün cavabdeh hardasa daimi olaraq işləyə və qazanc əldə edə bilmir. Beləliklə də, uşağın sağlamlığı üçün vacib olan ikinci aparatın alınması onun maddi imkanları xaricindədir. Çünki belə bir vəziyyətdə olan uşağı təkbaşına qoymağı qeyri-mümkündür. Üçüncüsü, Mərkəz ##.##.2025-ci il tarixli, **-*-*/*-***/**** nömrəli məktubla “Diabet tip 1 (insulindən asılı) diaqnozu ilə” qeydiyyatda olan uşaqların valideynlərinə bildirib ki, “...ümumilikdə ölkə üzrə qeydiyyatda olan ŞD tip 1 uşaqların sayı 2099 nəfərdir. Bunlardan 18 yaşına çatmamış 1240 uşaq xxxx X1ndə (bundan sonra – Mərkəz), şəkərli diabet (ŞD) tip 1 diaqnozu ilə qeydiyyatdadır. ŞD tip 1 diaqnozu olan uşaqlar Mərkəz vasitəsilə ilə dövlət hesabına davamlı qlükoza monitorinq cihazları (SIBIONICS GS1) ilə təmin olunurlar. Hal-hazırda ŞD tip 1 diaqnozlu uşaqların təxminən 58,8%-i (1234 nəfər: 1020 nəfər Bakı qeydiyyatı + 214 nəfər rayon qeydiyyatı) davamlı qlükoza monitorinq cihazı ilə təmin edilir. Regiondan olan uşaqlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) rəsmi müraciət etdikdə, eyni zamanda Respublika Pediatriya Mərkəzindən stasionar müalicədən evə yazılan rayon qeydiyyatlı xəstələr də Mərkəzə cihazla təmin olunması üçün göndərilir. Son üç ayda rayon qeydiyatlı ŞD tip 1 diaqnozlu 18 yaşa qədər olan 34 uşaq TƏBİB-ə rəsmi müraciət əsasında cihazla təmin olunmuşdur. Onu da qeyd edir ki, cihazla təmin olunan uşaqlar arasında 3-15 yaş intervalında olan uşaq sayı 806 nəfər təşkil etmiş, onlardan Bakı şəhəri üzrə olanlar 748 nəfər, 58 nəfər isə region qeydiyyatında olanlardır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, cihazın yeni uşaqlara verilməsi mümkün olmayacaqdır. Bunun üçün Mərkəz tərəfindən SIBIONICS GS1 cihazının limitlə verilməsi məqsədilə aşağıdakı meyarlar müəyyənləşdirilmişdir: 1. 3-15 yaş arasında olan ŞD tip 1 diaqnozlu uşaqlar; 2 . ancaq halhazırda cihazla təmin olunan xəstələr (yeni müraciətlər təmin oluna bilməməsi səbəbindən); 3. Ayda iki dəfə deyil, bir dəfə olmaqla təmin ediləcəkdir. Hal-hazırda rəsmi müraciətlərin artmasını və təminatda olan məhdudiyyəti və daha öncədən olunan müraciəti (Əlavə 1) nəzərə alaraq ŞD tip 1 diaqnozu olan uşaqların dövlət hesabına davamlı qlükoza monitorinq cihazları (SIBIONICS GS1) ilə təminatının artırılmasına dəstək göstərməyinizi Sizdən xahiş edirik”. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən sübutlar qanunauyğun olaraq əldə edilib və məhkəməyə təqdim edilib. Odur ki, iddiaçı tərəfin iddia etdiyi kimi sübutların təqdim olunmaması bağlı fikri tamamilə əsassızdır. Çünki cavabdeh MPM-in 77.1-ci maddəsinin tələbinə əsasən, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edib. · İddiaçının Klemeşova Mariya Yuryevna ilə faktiki nikah münasibətində olan zaman ##.##.2025-ci il təvəllüdlü - X9 adında bir övladının olması, həmçinin işsiz və maddi vəziyyətinin aşağı olmasına görə əlavə xərclərdən azad olmasına dair mövqeyinin əsassızlığına dair: İddiaçı qeyd edib ki, “...birinci instansiya məhkəməsi iddiaçının diqqətəlayiq olan maddi vəziyyətini, yəni işsiz olduğunu, eyni zamanda bir övladının daha anadan olması halını nəzərə almayıb.̆Halbuki,̆qeyd̆etdiyimizmaddədə̆göstərilir̆ki,̆valideyinin̆maddĭvəziyyətĭnəzərə alınmalıdır.” Lakin iddiaçının bu mövqeyi nə qanunvericiliyin tələblərinə, nə də mənəviyyata sığmayan bir arqumentdir. Belə ki, mövcud qanunvericiliyin heç bir yerində qeyd olunmayıb ki, bir valideynin iki övladı olarsa, o, ancaq onlardan birinin saxlanması ilə və ya taleyi ilə maraqlana bilər. İddiaçı qəsdən işləmir. Çünki o, özü cavabdehə dəfələrlə bildirib ki, “...Nərgiz mən işləməyəcəm və bununla da əlavə xərclərdən xilas olacam”. Hansı ki, o, dediyini edib və öz doğma övladının saxlanması üçün məhkəmə tərəfindən müəyyən olunan alimenti belə ödəməkdən boyun qaçırıb. Belə ki, iddiaçı 2025-ci ilin sentyabr ayından etibarən məhkəmə qərarını icra etmir. Belə ki, o, nə aliment ödəmir, nə də Camal üçün zəruri olan tibbi avadanlıqların alınması ilə bağlı əlavə xərcləri qarşılamır. Bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı icra məmuruna ünvanlanan çoxsaylı müraciətlər də cavabsız qalıb. Nəticədə, 8 aydır ki, uşağın saxlanılması ilə bağlı bütün xərclər yenə də cavabdehin üzərində qalıb. daşıyır. İşin acınacaqlı məqamlarından biri budur ki, iddiaçı uşağı üçün həyati əhəmiyyət daşıyan cihazın alınması üçün vəsait ayırmasa da, hüquqi xidmətlərin göstərilməsi üçün ödəniş edə bilir. Əlavə olaraq , 2 aydan sonra Camalın 12 yaşı olacaq. Bu yaşda uşaqlar çox aktiv olur və təəssüf ki, dəfələrlə tibbi cihazların zədələnməsi halları baş verib ki, bu da onların təcili dəyişdirilməsini bir daha zəruri edir. Bundan əlavə, praktikada qüsurlu cihazların verilməsi halları da az deyil. Onların dəyişdirilməsi prosesi adətən ən azı iki həftə çəkir. Bu müddət ərzində cavabdeh qlükoza səviyyəsinin nəzarətsiz qalmaması üçün sistemləri öz hesabına almalı və ehtiyat yaratmalıdır ki, bu da birbaşa uşağın sağlamlığı ilə bağlıdır. Digər tərəfdən, işin acınacaqlı məqamlarından biri digəri də budur ki, iddiaçı 2-ci dərəcəli əlil olan övladının aldığı pensiya məbləğinidə araşdırıb və bununla da əlavə xərclərdən qurtulmağa çalışıb. Belə ki, iddiaçı şikayətdə qeyd edib ki, “...##.##.2014-cü il təvəllüdlü - X4 2 dərəcəli əlillik və 370 (üç yüz yetmiş) manat pensiya ödənilməsi müəyyən edilmişdir”. Halbuki, onun bu mövqeyi də tamamilə əsassızdır. Çünki X4 həm şəkərli diabet tip 1, həm də diqqət çatmamazlığın hiperaktiv pozuntusu F90.1 tibbi diaqnozlu xəstəlikdən əziyyət çəkir. Bu isə onun aylıq maddi xərclərinin olduqca çox olduğunu və əlilliyə görə verilən pensiyanın uşağın həkim və dərman xərclərinin heç bir hissəsini belə qarşılamaması deməkdir. Bundan başqa o, maddi vəziyyətinin pis olduğunu vurğulayır, lakin bu barədə birinci instansya məhkəməsinə heç bir məlumat və sübut təqdim̆etməyib.̆ Apellyasiya icraatında müəyyən edilən hallar

7. Azərbaycan Respulikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X1 “xxxx” X1 ## ##### 2026-cı il tarixli Bakı şəhəri ** saylı Vəkil Bürosuna ünvanladığı sorğuya cavab məktubuna əsasən müəyyən olunur ki, Sorğu ilə bağlı bildiririk ki, ##.##.2014-cü il təvəllüdlü X4 2026 cı ilin yanvar, fevral və mart aylarında davamlı qlükoza monitorinq cihazı (Sibionics GS1) ilə təmin olunması dövlət təminatı proqramı çərçivəsində mövcud ehtiyatların tükənməsi səbəbindən mümkün olmamışdır. Qeyd olunan cihazların təchizatı 2026-cı ilin aprel ayından etibarən bərpa edilmiş və X4 ##.##.2026-cı il tarixində 2 (iki) ədəd Sibionics (GS1) davamlı qlükozămonitorinq̆cihazı̆ilə̆təmin̆olunmuşdur”.̆

8. Azərbaycan Respulikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X1 “xxxx” X1 ## ### 2026-cı il tarixli Bakı şəhəri ** saylı Vəkil Bürosuna ünvanladığı sorğuya cavab məktubuna əsasən müəyyən olunur ki, xxxx” X1ndə 18 yaşadək şəkərli diabetli uşaqlar qeydiyyatda olduğu üçün ##.##.2014-cü il təvəllüdlü X4 18 yaşınadək insulin preparatları ilə təmin olunacaq, bununla yanaşı 15 yaşınadək hər ay 2 ədəd Sibionics (GS1) davamlı qlükoza monitorinq cihazı ilə, 15 yaşı tamam olandan 18 yaşınadək isə hər ay 1 ədəd Sibionics (GS1) davamlı qlükoza monitorinq̆cihazı̆ilə̆təmin̆olunacaqdır”.

9. Azərbaycan Respulikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X1 “xxxx” X1 ## ### 2023-cü il tarixli Bakı şəhəri * saylı Vəkil Bürosuna ünvanladığı məktubda qeyd edilmişdir ki, Şəkərli diabet tip 1 diaqnozu ilə xəstə olan uşaqlarda qlikemiyaya nəzarətin tezliyi mühüm olduğu üçün gün ərzində min. 5-7 dəfə qanda şəkər ölçülməlidir. Lakin hər dəfə uşağın barmağının deşilməsi pasiyent üçün mənəvi və psixoloji travma deməkdir. Libranın əhəmiyyəti barmaq deşilmədən istənilən miqdarda ölçüm aparıb qlikemiyaları nəzarətdə saxlamaqdır. Bizim ölkədə rəsmi satışda yoxdur, xarici ölkələrdən gətızdırılır (kargo, poçt vasitəsilə). Qonşu ölkədən sifariş edərkən 1229TL-110 azn. Satıcılardan alınma qiyməti 140 azn. Rəsmi olaraq 14 gün, xüsusi proqramlar var ki, 8 gün əlavə vaxtını uzatmaq olur. Əhəmiyyətli və vacibdir. Şəkərli diabet xəstələri üçün vacib olan tibbi ləvazimatların siyahısına salınması çox böyük əhəmiyyət̆kəsb̆etmiş̆olar.

10. Azərbaycan Respulikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X1 tərəfindən Bakı şəhəri * saylı Vəkil Bürosuna ünvanlanmış ## #### 2023-cü il tarixli məktuba əsasən müəyyən olunur ki, şəkərli diabet xəstələrinin dərman vasitələri və tibbi ləvazimatlarla pulsuz təmin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2005-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası” ilə tənzimlənir. Qeyd olunan “Freestyle Libre” sensor aparatı "Şəkərli diabet üzrə Dövlət Proqramı” çərçivəsində təmin edilməsi nəzərdə tutulan vasitələr siyahısına daxi olmadığından dövlət hesabına pulsuz təmin edilməsi mümkün deyildir. Əlavə olaraq bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz aparatla bağlı ünvanladığınız suallar TƏBİB-ın fəaliyyət istiqamətlərinə aid olmadığından̆cavablandırılması̆mümkünsüzdür.

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 tərəfindən Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkilu nümayəndə1 ünvanlanmış ## #### 2023-cü il tarixli məktuba əsasən müəyyən edilir ki, “Treestyle Libre” sensor aparatı qan şəkərinin davamlı izlənilməsi üçün istifadə olunur. Orqanizmin hüceyrə və toxuma arasındakı mayedə davamlı olaraq qlükozanınn səviyyəsini ölçməyə imkan verir. Hər dəqiqə nəticələri yeniləyir və bu göstəriciləri 15 dəqiqəlik fasilələrlə 8 saata qədər saxlayır. 14 günə qədər elektrik şəbəkəsində qala bilər və suya davamlıdır. Tibbi cihazların, aparatların, avadanlıqların qiyməti dövlət tərəfindən tənzimlənmir. Nasazlıq olmadığı təqdirdə uzunmüddətli istifadəyə uyğundur. Şəkərli diabet xəstələrində qan şəkərini nəzarətdə saxlamaq və xəstəliyin ağırlaşmasının qarşısını almaq üçün əhəmiyyətli hesab olunur. Yeni nəsil aparatlar dövrümüzdə xəstəliklərin ağırlaşma riskini azaltmaqda əhəmiyyətli rol oynadığına görə “Treestyle Libre” sensor aparatını şəkərli diabet xəstələri üçün vacib̆olan̆tibb̆vasitələrinə̆daxil̆etmək̆dar.

12. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vermədiyindən̆̆tərəflərin̆̆iştirakı̆olmadan̆işə̆baxılması̆mümkün̆hesab̆edilmişdir. Apellyasiya baxışının hədləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə̆edilən̆hissədə̆yoxlanılmalıdır.̆̆ Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 17. II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 17. VI. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı̆göstərmək,̆onları̆tərbiyə̆etmək̆valideynlərin̆həm̆hüququ,̆həm̆də̆borcudur.

15. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Qeyd edilən Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin̆etməyə̆görə̆əsas̆məsuliyyətĭdaşıyırlar.

16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il ## ### tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə əsasən : 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar. 80.1. valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də̆gələcəkdə̆çəkilməsĭzərurĭolan̆xərclərə̆cəlb̆edə̆bilər.

18. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli, *- */**** saylı qərarı : 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır ("Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı̆ödəmək̆vəzifəsindən̆azad̆etmir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan̆səbəblərə̆görə̆mümkün̆olmadığını̆əsaslandırsın.

20. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayətinin mübahisələndirilən dəlillərinə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən birinci instansiya məhkəməsinin araşdırma predmeti olan hallara dair dəlil əks edilməmiş və münasibətləri tənzimləyən mülki qanunvericiliyin tələblərinə müvafiq təkzibedici sübutlar araşdırmaya təqdim edilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək və uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq uşağın aylıq müalicəsi üşün zəruri olan əlavə xərcin ləğv edilməsi xüsusi qulluğa ehtiyacı olan azyaşlının mənafeyinə ziddir. Qeyd edilməlidir ki, qanuni qüvvəsini almış əlavə xərclərdə zərurətin aradan qalxması halı dayanıqlı sübutlarla müəyyən edilməmiş, uşağın yaşının artması, müalicənin aparılmasında zəruri olan maddi təminat üçün iqtisadi indeksin azalmasına doğru dəyişikliklərin olmaması isə sübuta ehtiyacı olmayan hamıya bəlli olan haldır. Lakin kimin haqlı və haqsız olması ilə bağlı kənar dəyərləndirmələrdən asılı olmayaraq valideynlər uşaqların yüksək mənafeylərinin təminatı baxımından münaqişəli vəziyyətlərdən yayınmalı və mübahisəli məsələləri qarşılıqlı razılıq əsasında həll etməyə çalışmalı, övladlarının̆sağlam̆və̆firavan̆mühitdə̆hərtərəflĭinkişafınăyaxından̆dəstək̆olmalıdırlar.

21. Diqqətə çatdırılmalıdır ki, apellyasiya icraatı zamanı təqdim edilmiş yeni sübutların qiymətləndirilməsi hazırki prosessual mərhələdə mümkün deyil. Belə ki, tərəf sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamış və buna cəhd də etməmişdir. Bununla belə izah edilməlidir ki, şəraitin və əsasların dəyişdiyi təqdirdə uşağın təminatına yönəlik xərclərdə valideynlərin iştirakı ilə bağlı onların yeni (dəyişən şəraitə müvafiq sübutlar təqdim etməklə) əsaslarla iddia tələblərĭirəlĭsürmək̆hüquqlarınămalikdirlər.

22. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Əsassız apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün̆məhkəmə̆xərclərĭonŭödəyən̆şəxsə̆aid̆edilməlidir.̆

23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin ̆384,̆392,̆393̆və̆402-406-cı̆maddələrinĭrəhbər̆tutaraq,̆məhkəmə̆kollegiyası q ə t e t d i: İddiac̆ı İddiaçı oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.̆

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar