Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1979/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (Aliment və aliment borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. Almaniya Federativ Respublikasının Essen Ərazi məhkəməsi Ailə məhkəməsinin ##.##.2021-ci il tarixli qərarından görünür ki, tərəflərin Bakı/Azərbaycan * saylı ASAN Xidmət Mərkəzindəki Qeydiyyat Idarəsində ##.##.2015-ci il tarixində bağlanmış, reyestri nömrəsi *** olan nikahı pozulmuş, boşanma zamanı nikah dövründə (qocalıqda təminat üçün) məvacibdən asılı olmayaraq tərəflərin paylarının bərabərləşdirilməsi həyata keçirilməmişdir.
2. “Mediasiya Şurası” Bakı ** saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli MŞB/**/****-***** nömrəli “ilkin mediasiya sessiyasından (IMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı nümayəndəsi X1 mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, **(***)-**/**** saylı qərardadından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulmasına dair Almaniya Federativ Respublikasının Essen ərazi Ailə Məhkəməsinin ##.##.2020ci il tarixli qərarı Azərbaycan Respublikasında tanınması qərara alınmışdır.
4. “Essen” vətəndaşlıq vəziyyətinin qeydiyyat aktları şöbəsində, G 247/2019 qeydiyyat nömrəsi ilə qeydə alınmış “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Rəhimova Yasmin (Jasmin) ##.##.2018-ci il tarixdə Essendə anadan olmuşdur. Atası Cavabdeh, anası Rəhimova Nəbiyeva RənaN izami qızıdır.
5. AZE seriyalı, ******** nömrəli şəxsittəy vəsiqəsinin surətindən görünür ki, Rəhimov Yusif ##.##.2015-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası Rəhimova Rənadır.
6. Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçi barədə ##.##.2026-ci il tarixli məlumatından görünür ki, Cavabdeh “xxxx” MMC-də proqram təminatı işləri üzrə mütəxəssis işləyir və əmək haqqı məbləği 430 manat təşkil edir.
a)Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh Cavabdeh ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2018-ci il təvəllüdlü X5 üçün hər uşağa ölkə üzrə müəyyən edilmiş minimal əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı İddiaçı ödənilməsi, cavabdeh Cavabdeh ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2018-ci il təvəllüdlü X5 üçün ##.##.2023-##.##.2026-cı il tarixləri aralığında hər uşağa 220 manat olmaqla, cəmi 15840 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və cavabdeh Cavabdeh arasında * saylı ASAN Xidmət Mərkəzində ##.##.2015-ci il tarixdə bağlanmış, *** reyestr nömrəli nikah ##.##.2021ci il tarixdə Almaniya Federativ Respublikasının Essen Ərazi Məhkəməsi tərəfindən pozulmuşdur. Həmin Məhkəmə qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının ərazisində tanınmışdır. Tərəflərin nikahı dövründə iki övladı anadan olmuşdur: ##.##.2015-ci il doğum tarixli X2 və ##.##.2018-ci il doğum tarixli X5. Cavabdeh tərəfindən uşaqlara heç bir aliment ödənilməmişdir. Iddiaçı (hazırda Almaniyada yaşayır) tərəfindən dəfələrlə uşaqların saxlanması üçün aliment istəməsinə baxmayaraq, cavabdeh tərəfindən yalnız bir cavab gəlmişdir- “dövlət uşağlara müavinət verir, o heç nə verməyəcdir”. Bu ifadələri cavabdeh mediasiya və ondan əvvəl ölkədən çıxmaq və geri gəlmək üçün ərizə verərkən də vurğulamışdır. Qeyd edir ki, iddiaçı Almaniyada ailə zorakılığı ilə üzləşmişdir və ona məhkəmə tərəfindən mühafizə orderi verilmişdir. Cavabdeh isə bu səbəblərdən Almaniyanı tərk etmişdir. Uşaqların saxlanması və onların bütün xərclərinin ödənilməsi yalnız iddiaçı tərəfindən həyata keçirilmişdir.
9. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə iddia tələbinin dəlillərinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən alimentin yalnız iddia tarixindən etibarən hesablanmasını, keçmiş dövr üçün aliment tələbinin qanunsuz hissədə rədd edilməsini xahiş etmişdir.
10. Etiraz ərizəsi onunla əsaslandırılmışdır, o, uşaqlarından imtina etmir və ata kimi aliment ödəmək öhdəliyini anlayır, lakin alimentin məbləği müəyyən edilərkən real maddi imkanları və qanunvericiliyin tələbləri nəzərə alınmalıdır. Onun rəsmi aylıq gəliri 430 manat təşkil edir. Başqa daimi və sabit gəlir mənbəyi yoxdur. Bu barədə maaş arayışını məhkəməyə təqdim edir. Qarşı tərəf iddia edir ki, o bir neçə dəfə alimentdən yayınmışdır, bunuqəbuletmir. ##.##.2025-ci il tarixdə LCG vəkil bürosunun vəkili Vəkil tərəfindən göndərilən bildirişə əsasən görüşə getmiş və uşaqların ölkədən çıxması üçün tələb olunan icazəni təmin etmişdir. Vəkil həmin görüşdə ona aliment istəmədiklərini bildirmiş və Azərbaycan Respublikasından kənara istənilən xarici ölkələrə gedib qayıtmasına, eləcə də onun ümumvətəndaş pasport almasına heç bir etiraz etmədiyi barədə razılıq ərizəsi yazmasını istəmişdir. ##.##.2025-ci il tarixdə mediasiyaya dəvət olunmuş və mediator yanında eyni faktı bildirmişdir. Bu müddət ərzində o alimentdən imtina etməmiş və öhdəliyi davam etdirmək niyyətindədir. Buna görə də keçmiş dövr üçün iddia olunan alimenti qanun çərçivəsində və sübut əsasında hesablanmasını xahiş edir. Uşaqlar hal-hazırda Almaniya Federativ Respublikasında yaşayırlar və Almaniya dövləti tərəfindən sosial yardımla təmin olunurlar. Bu yardım onların minimum yaşayış ehtiyaclarını qarşılayır. Manat-euro məzənnəsi fərqi nəzərə alınmadan təyin edilən aliment məbləği onun üçün həddən artıq maliyyə yükü yarada bilər.
11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qətnaməsi ilə (sədrlik edən-Əliyeva Starə) iddianın qismən təmin edilməsi, ##.##.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçının ödəməkdən azad edildiyi 19.52 manat məbləğində dövlət rüsumunun cavabdeh Rəhimov Fərid Şaiq oğlundan tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.
12. Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində və əvvəli 3 illik müddət üçün aliment tutulması tələbini irəli sürmüşdür. Cavabdeh isə iddia tələbini uşaqların yetkinlik yaşına çatanadək aliment tutulması hissəsində qəbul etmiş, lakin əvvəlki 3 illik müddət üçün aliment tutulması hissəsində isə qəbul etməmişdir. Cavabdeh etiraz ərizəsində uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan alimentin təyin edilməsi zamanı onun aldığı əmək haqqı miqdarı və uşaqlara Almaniya dövləti tərəfindən sosial yardım təyin edilməsinin nəzərə alınmasını xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsi yetkinlik yaşına çatmayan uşaqların təhsili, inkişafı üçün zəruri olan digər xərclərə tələbatını, uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnu, tərəflərin maddi və ailə vəziyyətini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq hesab etmişdir ki, ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində aliment təyin edilməsi qanuni və əsaslıdır.
14. Məhkəmə alimentin sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən alimentin sabit məbləğində tutulması məhkəmənin öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında deyil, yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkün olduğundan və iddiaçı alimentin sabit pul məbləğində müəyyən edilməsini xahiş etdiyindən, ailə qanunvericiliyinin tələbləri nəzərə alınmaqla cavabdehdən iddiaçının xeyrinə uşaqların yetikinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
15. Məhkəmə iddia tələbinin əvvəlki 3 illik müddət üçün (##.##.2023-##.##.2026) aliment tutulması hissəsini qismən əsaslı hesab edərək qeyd etmişdir ki, ilə Ailə Məcəlləsinin 100.3.-cü maddəsinin məzmunundan aydın olur ki, əvvəlki dövr üçün aliment o halda təyin edilə bilər ki, iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünə baxmayaraq, aliment ödəməli olan şəxs onu verməkdən boyun qaçırmış olsun. Lakin hazırkı mülki iş üzrə iddiaçı tələb irəli sürdüyü ##.##.2023-cü il tarixdən cavabdehdən aliment tələb etməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bununla belə məhkəmə icraatı zamanı cavabdehin izahatına əsasən müəyyən edilmişdir ki, cavabdeh iddiaçının aliment tələbi barədə ##.##.2025-ci il tarixində keçirilmiş mediasiya sessiyası zamanı məlumatlı olmuş, lakin həmin tarixdən sonra aliment ödənişi etməmişdir. Buna görə də məhəmə hesab etmişdir ki, alimentin tutulma müddətinin əvvəli, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, ##.##.2025-ci il tarixindən hesablanmalıdır. 16.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4, 78.1, 78.2, 100.2, 100.3-cü; Uşaq hüquqları haqqında 1989-cu il BMT Konvensiyasının 27-ci; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5, 13 və 19-cu; “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” ## ###### 2024-cü il tarixli Azərbaycan Respublikası Qanunu; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” ## #### 2016-cı il tarixli qərarı; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli, *-*/**** saylı qərarı; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli ** nömrəli qərarı; “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1, 9.1.2, 8.1.2 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 218.3, 107, 119.1, 234.2.1, 112.1.3cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri
17.Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin alimentin miqdarı hissəsində dəyişdirilməsini, ondan tutulan aliment miqdarının rəsmi gəlirinə mütənasib olaraq (qanuni 70% həddi nəzərə alınmaqla) cəmi 300 AZN məbləğində müəyyən edilməsini, apellyasiya şikayəti üzrə yekun qərar qəbul edilənədək qətnamənin icraasının dayandırılmasını xahiş etmişdir. 18.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, onun yeganə gəlir mənbəyi olan rəsmi aylıq əməkhaqqısı cəmi 430 AZN təşkil edir. Lakin məhkəmə ondan 496 AZN aliment tutulmasına qərar vermişdir. Bu məbləğ onun toplam gəlirinin 115%-ni təşkil edir. Gəlirdən daha çox borc yükünün müəyyən edilməsi həm məntiqi, həm də hüquqi cəhətdən əsassızdır və onu yaşayış vasitələrindən tamamilə məhrum edir. "Icra haqqında" Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə görə, borclunun əməkhaqqından tutulmaların ümumi məbləği 70 faizdən artıq ola bilməz. Hazırkı qərar bu qanuni həddi kobud şəkildə aşaraq icrası qeyrimümkün olan bir tələb yaratmışdır. Uşaqlar hazırda Almaniya Federativ Respublikasında yaşayırlar və orada dövlət tərəfindən sosial yardım (Kindergeld) ilə təmin olunurlar. Bu fakt uşaqların maddi ehtiyaclarının Almaniya dövləti tərəfindən minimum səviyyədə qarşılandığını göstərir. Bütün maddi yükün yalnız onun üzərinə qoyulması valideynlərin bərabər vəzifəsi prinsipinə ziddir. O, valideynlik məsuliyyətini dərk edir və uşaqlarının saxlanılmasında maksimum dərəcədə iştirak etmək istəyir. Bu məqsədlə, rəsmi gəlirinin qanunla icazə verilən maksimal həddini (təxminən 70%-ni) - aylıq 300 AZN məbləğində alimenti könüllü ödəməyə hazır olduğunu bəyan edir. Bu təklif həm uşaqların maraqlarını qoruyur, həm də qanunvericiliyin tələblərinə tam uyğundur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh izahatında qeyd etdi ki, Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malikdirlər. Bu da o deməkdir ki, uşaqların saxlanılması hər iki valideynin borcudur. Hesab edirəm ki, uşaqların saxlanılması üçün mənim üzərimə düşən yük çoxdur. Uşaqlar Almaniyada yaşayırlar, onların sosial xərcləri dövlət tərəfindən təmin edilir. Bundan əlavə, qətnamənin alimentin ##.##.2025-ci il tarixindən, yəni mediasiya sessiyasının keçirildiyi vaxtdan tutulması ilə bağlı hissəsi ilə də razı deyil. Çünkü Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment məhkəməyə iddia verildiyi andan hesablanmalıdır. Aliment tutularkən valideynlərin gəlirləri nəzərə alınmalı, 2 uşağa görə ümumi gəlirin 1/3 hissəsi tutulmalıdır. Onun aylıq gəliri 500 manat təşkil edir. Bu qədər alimentin tutulmağı onun üçün ciddi bir yükdür. Yeni ailə qurduğu üçün yeni öhdəlikləri də yaranıb. O, maaşının yarısını ailment kimi ödəməyə hazırdır. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.
21. Işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq normaları:
22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17-ci maddə II hissə.Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
23. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
24. Uşaq Hüquqları haqqında Qanun. Maddə 5.Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
25. “Uşaq hüquqları haqqında” ##.##.1959-cu il tarixli Bəyannamə. 33.Maddə 6.Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin ##.##.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” ## #### 2016-cı il tarixli qərarı. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 112.1. Iddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə; Maddə 217.2.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 234.2.1.Alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 29.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilən, alimetin məbləği ilə bağlı hissəsində yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası cavabdehi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh ##.##.2015-ci il tarixdə nikaha daxil olmuşlar. Tərəflərin nikahından ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2018-ci il təvəllüdlü X5 anadan olmuşdur. Tərəflərin nikahları ##.##.2021-ci il tarixdə Almaniya Federativ Respublikasının Essen Ərazi Ailə Məhkəməsi tərəfindən pozulmuşdur. Iddiaçı hazırda birgə nikahdan anadan olmuş uşaqlar ilə birlikdə Almaniyada, cavabdeh Azərbaycanda, Bakı şəhərində yaşayır.
32. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində və əvvəli 3 illik müddət üçün aliment tutulması tələbini irəli sürmüşdür. Cavabdeh isə iddia tələbini uşaqların yetkinlik yaşına çatanadək aliment tutulması hissəsində qəbul etmiş, lakin əvvəlki 3 illik müddət üçün aliment tutulması hissəsində isə qəbul etməmişdir.
33. Cavabden etiraz ərizəsində uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan alimentin təyin edilməsi zamanı onun aldığı əmək haqqı miqdarı və uşaqlara Almaniya dövləti tərəfindən sosial yardım təyin edilməsinin nəzərə alınmasını xahiş etmişdir.
34. Birinci instansiya məhkəməsi yetkinlik yaşına çatmayan uşaqların təhsili, inkişafı üçün zəruri olan digər xərclərə tələbatını, uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnu, tərəflərin maddi və ailə vəziyyətini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində aliment tutulmasını qət etmişdir.
35. Hazırda alimentin məbləği ilə razılaşmayan cavabdeh alimentin 300 AZN məbləğində tutulmasına razı olduğunu bildirərək mövqeyinin əsası kimi təyin edilmiş aliment məbləğinin onun aylıq gəlirindən çox olduğunu, uşaqların Almaniya Federativ Respublikasında dövlət tərəfindən sosial yardım (Kindergeld) ilə təmin olunduğunu irəli sürür.
36. Şikayətin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericilikdə, istər beynəlxaq konvensiyalarda, eləcə də Avropa Məhkəməsinin çoxsaylı qərarlarında da uşaqlarla bağlı mübahisələrə baxılarkən hər şeydən öncə uşaqların üstün maraqlarının təmin edilməsi təsbit olunmuşdur.
37. BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların qayğı obyektidir.
38. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
39. Bu baxımdan qeyd edilməlidir ki, az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar.
40. X13 Respublikasında yaşaması və sosial yardım alması ilə bağlı şikayətin dəlillərini də əsassız hesab edən kollegiya qeyd edir ki, qanunverici ilk növbədə uşaqların saxlanması, onların zəruri ehtiyaclarını qarşılmaq üçün zəruri olan vəsaiti ödəmək öhdəliyini valideynlərin üzərinə qoymuşdur. Yəni cavabdeh ilk növbədə aldığı əmək haqqının miqdarından, başqa dövlət tərəfindən onun övladları üçün təyin edilmiş sosial yardımdan asılı olmayaraq öz övladlarının zəruri ehtiyaclarını qarşılamaq öhdəliyi daşıyır. 41.Azərbаycаn Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarında qeyd olunur ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsində müəyyən edilən əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.
42. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. MPM-in 402.1-ci maddəsinin tələblərinə əsasən kollegiya qeyd edir ki, birinci instasniya məhkəməsinin qətnaməsi ilə aliment məbləği hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində təyin edildiyi üçün bir il ərzində ödəmənin məcmusu manat (496x12=5952) təşkil edir. Hazırda cavabdeh alimentin 300 manat miqdarında təyin edilməsini xahiş etdiyindən mübahisələndirilən hissədə iddianın qiyməti 2352 manat (496-300=196; 196x12=2352) təşkil etməklə beş min manatı keçmədiyindən tərəflərin hazırkı qətnamədən kassasiya şikayəti vermək hüquq istisna olunur.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.