Məhkəmə qərarları › İş №e-2(3-6)-1992/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1992/2026

07.07.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1992/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamədən iş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, iddiaçı İddiaçı vəkili (nümayəndəsi) vəkil1 və cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: a) iddia haqqında məlumat

1. Iddiaçı, cavabdeh ASC-yə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, işə buraxılmadığı dövr üzrə, yəni ##.##.2021-ci il tarixdən ##.##.2023-cü il tarixədək ona ödənilməmiş əmək haqqının cavabdeh ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, ##.##.2016-cı il tarixdən cavabdeh ASC ilə əmək münasibətlərində olmuş, son olaraq “Qərb RETSI”-nin Göygöl Elektrik Şəbəkəsinin rəisi vəzifəsində çalışmışdır. Iddiaçı səhhəti ilə əlaqədar müəyyən müddət işdən kənarda qaldıqdan sonra əmək fəaliyyətini davam etdirmək istəsə də, əvvəlki vəzifəsinin icrasına faktiki olaraq buraxılmamışdır. Bununla əlaqədar iddiaçı əvvəllər məhkəməyə müraciət etmiş, həmin iş üzrə qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə onun əmək funksiyalarının icrasına maneələrin aradan qaldırılması və müvafiq əmək şəraitinin yaradılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Buna baxmayaraq, iddiaçının bildirdiyinə görə həmin məhkəmə aktının icrası vaxtında təmin edilməmiş və o yalnız ##.##.2023-cü il tarixdən başqa vəzifədə əmək fəaliyyətinə başlamışdır. Əvvəlki məhkəmə aktının icra edilməməsi və onun əmək funksiyalarını faktiki icra etməsinə maneələrin davam etməsi cavabdehin təqsiri ilə baş verdiyindən, həmin müddət ərzində əldə edə bilmədiyi əmək haqqı cavabdeh ASC tərəfindən iddiaçıya ödənilməlidir. b) birinci instansiya məhkəməsində verilmiş izahatlar haqqında məlumat

3. Iddiaçının vəkili (nümayəndəsi) vəkil1 məhkəmə iclaslarında iştirak edərək, Rayon Məhkəməsinə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, qarşı tərəfin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi hazırki mübahisədə tətbiq edilə bilməz, iddiaçı hüquqlarının pozulmasını aşkar etdiyi ilk gündən etibarən hüquqlarının bərpası üçün müraciət etmişdir, əvvəlki məhkəmə qətnaməsində də göstərilmişdir ki, iddiaçıya əmək haqqı hesablanaraq ödənilməlidir.

4. Cavabdeh ASC-nin nümayəndəsi X1 məhkəmə iclasında iştirak edərək, iddia tələbinə etiraz etmiş və tələbin təmin edilməməsini Rayon Məhkəməsindən xahiş etmişdir. Nümayəndə əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən hazırkı mübahisə ilə əlaqədar ilkin Mediasiya Sessiyasına ##.##.2023-cü il tarixdə müraciət edilmişdir. Halbuki, iddiaçı ##.##.2023-cü il tarixində ASC-nin “Qərb RETSI” üzrə baş mütəxəssis vəzifəsinə keçirilmiş, ##.##.2023-cü il tarixdə iddiaçının xahişi ilə onunla bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi əvvəla iddiaçı öz ərizəsi əsasında əmək müqaviləsinə xitam verilməsini bildiyi halda işə buraxılmadığı aylar üzrə əmək haqqının ödənilməsi tələbi ilə qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürməklə mediasiya təşkilatına müraciət etmişdir. Bundan əlavə, iddia ərizəsindən də görünür ki, iddiaçı ##.##.2021-ci il tarixdən ##.##.2023-cü il tarixədək ödənilməmiş illər üzrə əmək haqqını tələb edir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Əvvəlki iş üzrə Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2021-ci il tarixli qətnamə ilə iddiaçı İddiaçı cavabdeh ASC-nin Göygöl Rayon EŞ-nin rəisi vəzifəsinə bərpa edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh ASC həmin qətnamədən apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli qətnaməsi ilə şikayətin qismən təmin edilməsi, Rayon Məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində dəyişdirilməsi, iddiaçının ASCnin Göygöl Rayon EŞ-nin rəisi kimi əmək müqaviləsi üzrə əmək funksiyalarının icrasının həyata keçirilməsinə maneələrin aradan qaldırılaraq vəzifəsinin icrasının davam etdirilməsinə müvafiq əmək şəraitinin yaradılması vəzifəsinin cavabdeh ASC-nin üzərinə qoyulması qət edilmişdir. ASC həmin qətnamədən kassasiya şikayəti versə də şikayət təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icra edilməsi üçün Nəsimi Rayon Icra Şöbəsinə göndərilmişdir. Işlə əlaqədar icra məmuru bildirmişdir ki, iddiaçının işə buraxılmasına cavabdeh ASC tərəfindən hər hansı maneələr törədilmir, iddiaçı özü işə çıxmaqdan imtina edir. Bu səbəbdən icra işi aidiyyəti üzrə Göygöl Rayon Icra Şöbəsinə göndərilmiş və Göygöl Rayon Icra Şöbəsi tərəfindən də müəyyən edilmişdir ki, iddiaçının işə buraxılması barədə maneələr müəyyən edilməmişdir. Göründüyü kimi, iddiaçının bu müddət ərzində əmək haqqının ödənilməsi barədə hər hansı müraciəti olmamış, lakin ##.##.2023-cü ildə ödənilməmiş əmək haqqı tələbi ilə məhkəməyə müraciət etmişdir ki, bu halda da, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il keçdikdən sonra mediasiya təşkilatına müraciət etmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, iddiaçının iddia tələbinə dair iddia müddəti şamil edilməli və iddia rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. Işə baxmış Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçının ##.##.2023-cü il tarixindən işdən (“Qərb RETSI”-nin Göygöl Elektrik Şəbəkəsinin rəisi vəzifəsindən) azad olunduğu ##.##.2023-cü il tarixədək ödənilməmiş əmək haqqının cavabdeh ASC tərəfindən hesablanaraq iddiaçıya ödənilməsini, iddia tələbinin qalan hissədə təmin edilməməsini, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat xərcin cavabdeh ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında əmək münasibətlərinin mövcud olması, iddiaçının əmək funksiyalarının icrasına buraxılması ilə bağlı əvvəllər məhkəmə mübahisəsinin olması və həmin mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə cavabdehin üzərinə iddiaçının Göygöl Elektrik Şəbəkəsinin rəisi kimi əmək funksiyalarının icrasına maneələrin aradan qaldırılması və ona müvafiq əmək şəraitinin yaradılması vəzifəsinin qoyulması iş materialları ilə müəyyən edilir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin nəzərə alınmalıdır ki, əvvəlki məhkəmə mübahisəsi çərçivəsində iddiaçının əmək haqqının ödənilməsi barədə tələbi rədd edilmiş olsa da, həmin nəticə iddiaçının ümumiyyətlə əmək haqqı almaq hüququnun olmaması ilə deyil, işəgötürən tərəfindən müvafiq əmək haqqının məhkəmədənkənar qaydada hesablanaraq ödənilməli olması ilə əsaslandırılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası ilə əlaqədar icra tədbirləri həyata keçirilmiş, ##.##.2023-cü il tarixli icra aktı tərtib edilmiş, iddiaçı isə ##.##.2023-cü il tarixdən başqa vəzifəyə keçirilərək əmək fəaliyyətini davam etdirmiş, sonradan – ##.##.2023-cü il tarixdə iddiaçının ərizəsi əsasında əmək münasibətlərinə xitam verilmişdir. Odur ki, qeyd edilənlər nəzərə alındıqda belə nəticəyə gəlmək olar ki, iddiaçının tələb etdiyi bütün dövr üzrə əmək haqqının tutulması üçün hüquqi əsaslar mövcud olmasa da, ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək olan dövr üzrə tələbi əsaslıdır və həmin hissədə iddia təmin edilməlidir. Qalan hissədə tələb təmin edilməməlidir. d) apellyasiya şikayətləri haqqında məlumat

7. Iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin təmin edilməmiş hissədə ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.

8. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh ASC iddiaçının əmək funksiyalarının icrasını davam etdirməsinə qəsdən mane olmuş, bununla belə sonradan iddia müddətinin tətbiq edilməsini tələb etmişdir. “Iddia tələbinə iddia müddətinin tətbiq edilməsi haqqında” ərizəsi əsaslı olmadığı halda Rayon Məhkəməsi buna düzgün hüquqi qiymət verməmiş, habelə iddianın təmin edilməmiş hissəsinin rədd edilməsini kifayət qədər əsaslandırmamışdır.

9. Cavabdeh ASC də öz növbəsində Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam həcmdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi qanunvericiliyin tələblərinə əməl etməmiş, iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verməmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi tərəflər arasında əvvəllər baxılmış mülki iş üzrə artıq məhkəmə araşdırmasının predmeti olmuşdur. Nəsimi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsi ilə həmin tələb rədd edilmiş və iddiaçı qətnamənin həmin hissəsindən apellyasiya şikayəti vermədiyindən bu hissə qanuni qüvvəyə minmişdir. Buna görə də iddiaçının əmək haqqının ödənilməsi tələbini yenidən məhkəmə qaydasında irəli sürməsi yolverilməzdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat

10. Iddiaçı vəkili (nümayəndəsi) apellyasiya baxışı iclaslarında iştirak edərək, cavabdeh ASC-nin verdiyi apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu şikayətin məzmununa uyğun izahat verdi. Vəkil əlavə olaraq bildirdi ki, məhkəmə aktları ilə hazırkı iş üzrə iddiaçı işlə təmin olunmalı idi, lakin Göygöl Rayon Icra Şöbəsində akt tərtib edilmişdir ki, iddiaçının bərpa edilməli olduğu vəzifədə hazırda başqası işləyir, buna görə də iddiaçını işə bərpa etmək mümkün deyil.

11. Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, iddiaçının apellyasiya şikayətinə etiraz etdi və təmsil etdiyi ASC-nin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu şikayətin məzmununa uyğun izahat verdi. O əlavə olaraq qeyd etdi ki, iddiaçıya başqa yerdə, başqa vəzifədə iş təklif edilmiş, lakin iddiaçı təklifi qəbul etməmiş, məhz həmin vəzifəni istəmişdir ki, bu da mümkün deyil, çünki həmin vəzifədə də artıq başqa şəxs işləyir. ASC tərəfindən iddiaçıya heç bir maneə yaradılmamışdır, iddiaçı, özü işə çıxmamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi

12. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan görünür ki, tərəflər arasında əmək münasibətləri mövcud olmuş, iddiaçı əmək müqaviləsinə xitam verilmədən cavabdeh ASC-də işlədiyi vəzifədən uzaqlaşdırılmış, daha sonra məhkəmə qətnaməsinə əsasən onun işlədiyi vəzifədə əmək funksiyalarının icrasının həyata keçirilməsinə maneələrin aradan qaldırılması və iddiaçının vəzifəsinin icrasının davam etdirilməsinə müvafiq əmək şəraitinin yaradılması vəzifəsi cavabdeh ASC-nin üzərinə qoyulmuşdur. Bundan sonra ##.##.2023-cü il tarixdə iddiaçı həmin ASC-də baş mütəxəssis vəzifəsinə keçirilmiş, ##.##.2023-cü il tarixdə isə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Iddiaçı hazırda onun ASC tərəfindən işə buraxılmadığı ##.##.2021-ci il tarixdən ##.##.2023-cü il tarixədək ödənilməmiş əmək haqqının ödənilməsini tələb etmişdir. Cavabdeh isə iddiaya etiraz mövqeyində olmuş, eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizə verərək iddianın rədd edilməsini xahiş etmişdir.

14. Eyni zamanda müəyyən edilir ki, tərəflər arasında əmək münasibətləri ilə bağlı əvvəllər məhkəmə mübahisəsi olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh üzərinə hazırkı iş üzrə iddiaçının Göygöl Rayon Elektrik Şəbəkəsinin rəisi kimi əmək müqaviləsi üzrə əmək funksiyalarının icrasına maneələrin aradan qaldırılması və vəzifəsinin icrasını davam etdirməsi üçün müvafiq əmək şəraitinin yaradılması vəzifəsi qoyulmuş, həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ######## 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

15. Qanuni qüvvəyə minmiş həmin məhkəmə aktının icrası ilə əlaqədar icra tədbirlərinin həyata keçirildiyi, Göygöl Rayon Icra Şöbəsi tərəfindən ##.##.2023-cü il tarixdə maneələrin aradan qaldırılması barədə akt tərtib edildiyi, iddiaçının isə ##.##.2023-cü il tarixdən “Qərb RETSI” üzrə baş mütəxəssis vəzifəsinə keçirildiyi iş materialları ilə müəyyən olunur. Iddiaçı həmin vəzifədə müəyyən müddət işlədikdən sonra ##.##.2023-cü il tarixdə öz ərizəsi əsasında əmək münasibətlərinə xitam verilmişdir.

16. Məhkəmə, ilk növbədə, cavabdeh ASC-nin MPM-in 82.3-cü maddəsinə istinadla irəli sürdüyü, iddiaçının əmək haqqı tələbinin əvvəlki məhkəmə işi üzrə artıq həll edilməsi və buna görə hazırkı mübahisədə həmin tələbin yenidən irəli sürülməsinin yolverilməz olması barədə dəlilini əsaslı hesab etmir.

17. Cavabdeh ASC-nin əvvəlki məhkəmə aktına istinadla hazırkı tələbin ümumiyyətlə yolverilməz olması barədə dəlili əsaslı deyil. Əvvəlki məhkəmə aktı ilə müəyyən edilmiş faktlar hazırkı iş üçün məcburi olsa da, hazırkı iddianın təmin edilmiş hissəsi həmin məhkəmə aktından sonra davam etmiş icra edilməmə halına və ##.##.2023-cü il tarixdən ##.##.2023cü ilədək yaranmış ayrıca pul tələbinə aiddir. Buna görə əvvəlki və hazırkı tələblərin faktiki əsasları və aid olduqları dövrlər eyni deyildir.

18. Deməli, əvvəlki məhkəmə aktında əmək haqqı tələbinin rədd edilməsi iddiaçının müvafiq əmək haqqını almaq hüququnun mövcud olmaması nəticəsinə əsaslanmamışdır. Əksinə, həmin məhkəmə aktının əsaslandırmasından işəgötürənin müvafiq ödənişi məhkəmədənkənar qaydada hesablayıb ödəməli olduğu müəyyən edilir. Bundan başqa, sonradan qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə cavabdehin üzərinə iddiaçının əmək funksiyalarının icrasına maneələrin aradan qaldırılması və ona müvafiq əmək şəraitinin yaradılması vəzifəsi qoyulmuşdur.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 261.0.2-ci maddəsində nəzərdə tutulan prosessual maneə yalnız eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş qətnamə olduqda yaranır. Hazırkı işdə təmin edilmiş tələb əvvəlki məhkəmə baxışından sonra yaranmış və məhkəmə aktının icra edilməməsi ilə davam etmiş hüquq pozuntusuna aid olduğundan həmin şərtlər mövcud deyildir.

20. Buna görə də cavabdeh ASC-nin müzakirə edilən dəlili əsaslı hesab edilə bilməz.

21. Daha sonra Məhkəmə qeyd edir ki, iddia ərizəsində və iş üzrə tərəflərin verdikləri izahatlarda istinad edilən Məhkəmə aktları iş materiallarında var və bu səbəbdən Məhkəmə onları bir daha sadalamağa lüzum görmür.

22. Göygöl Elektrik Şəbəkəsinin bir sıra əməkdaşları tərəfindən tərtib edilmiş ##.##.2021-ci il tarixli aktdan görünür ki, iddiaçı üzürsüz səbəbdən 2021-ci ilin aprel ayında cəmi 22 iş günü ərzində işdə olmayıb. Tərtib edilmiş ##.##.2021-ci il tarixli aktdan görünür ki, iddiaçı üzürsüz səbəbdən 2021ci ilin may ayında cəmi 17 iş günü ərzində işdə olmayıb. Tərtib edilmiş ##.##.2021-ci il tarixli aktda qeyd edilib ki, iddiaçı üzürsüz səbəbdən 2021-ci ilin iyun ayında cəmi 20 iş günü ərzində işdə olmayıb. Tərtib edilmiş ##.##.2021-ci il tarixli aktda qeyd edilib ki, iddiaçı üzürsüz səbəbdən 2021-ci ilin iyul ayında cəmi 20 iş günü ərzində işdə olmayıb. Tərtib edilmiş ##.##.2021-ci il tarixli aktda qeyd edilib ki, iddiaçı üzürsüz səbəbdən 2021-ci ilin avqust ayında cəmi 22 iş günü ərzində işdə olmayıb. Tərtib edilmiş ##.##.2021-ci il tarixli aktda qeyd edilib ki, iddiaçı üzürsüz səbəbdən 2021-ci ilin sentyabr ayında cəmi 22 iş günü ərzində işdə olmayıb. Tərtib edilmiş ##.##.2021-ci il tarixli aktda qeyd edilib ki, iddiaçı üzürsüz səbəbdən 2021-ci ilin oktyabr ayında cəmi 21 iş günü ərzində işdə olmayıb. Tərtib edilmiş ##.##.2021-ci il tarixli aktda qeyd edilib ki, iddiaçı üzürsüz səbəbdən 2021-ci ilin noyabr ayında cəmi 20 iş günü ərzində işdə olmayıb. Tərtib edilmiş ##.##.2021-ci il tarixli aktda qeyd edilib ki, iddiaçı üzürsüz səbəbdən 2021-ci ilin dekabr ayında cəmi 22 iş günü ərzində işdə olmayıb. Tərtib edilmiş ##.##.2022-ci il tarixli aktda qeyd edilib ki, iddiaçı üzrsüz səbəbdən 2022ci ilin Yanvar ayında cəmi 18 iş günü ərzində işdə olmayıb. Tərtib edilmiş ##.##.2022-ci il tarixli aktda qeyd edilib ki, iddiaçı üzrsüz səbəbdən 2022ci ilin fevral ayında cəmi 20 iş günü ərzində işdə olmayıb. Tərtib edilmiş ##.##.2022-ci il tarixli aktda qeyd edilib ki, iddiaçı üzrsüz səbəbdən 2022ci ilin mart ayında cəmi 17 iş günü ərzində işdə olmayıb. Tərtib edilmiş ##.##.2022-ci il tarixli aktda qeyd edilib ki, iddiaçı üzrsüz səbəbdən 2022ci ilin aprel ayında cəmi 20 iş günü ərzində işdə olmayıb. Tərtib edilmiş ##.##.2022-ci il tarixli aktda qeyd edilib ki, iddiaçı üzrsüz səbəbdən 2022ci ilin may ayında cəmi 18 iş günü ərzində işdə olmayıb. Tərtib edilmiş ##.##.2022-ci il tarixli aktda qeyd edilib ki, iddiaçı üzrsüz səbəbdən 2022ci ilin iyun ayında cəmi 20 iş günü ərzində işdə olmayıb. Tərtib edilmiş ##.##.2022-ci il tarixli aktda qeyd edilib ki, iddiaçı üzrsüz səbəbdən 2022ci ilin iyul ayında cəmi 19 iş günü ərzində işdə olmayıb. Tərtib edilmiş ##.##.2022-ci il tarixli aktda qeyd edilib ki, iddiaçı üzrsüz səbəbdən 2022ci ilin avqust ayında cəmi 23 iş günü ərzində işdə olmayıb. Tərtib edilmiş ##.##.2022-ci il tarixli aktda qeyd edilib ki, iddiaçı üzrsüz səbəbdən 2022ci ilin sentyabr ayında cəmi 22 iş günü ərzində işdə olmayıb. Tərtib edilmiş ##.##.2022-ci il tarixli aktda qeyd edilib ki, iddiaçı üzrsüz səbəbdən 2022ci ilin oktyabr ayında cəmi 21 iş günü ərzində işdə olmayıb. Tərtib edilmiş ##.##.2022-ci il tarixli aktda qeyd edilib ki, iddiaçı üzrsüz səbəbdən 2022ci ilin noyabr ayında cəmi 20 iş günü ərzində işdə olmayıb. Tərtib edilmiş ##.##.2022-ci il tarixli aktda qeyd edilib ki, iddiaçı üzrsüz səbəbdən 2022ci ilin dekabr ayında cəmi 22 iş günü ərzində işdə olmayıb. Tərtib edilmiş ##.##.2023-cü il tarixli aktda qeyd edilib ki, iddiaçı üzrsüz səbəbdən 2023-cü ilin Yanvar ayında cəmi 18 iş günü ərzində işdə olmayıb. Tərtib edilmiş ##.##.2023-cü il tarixli aktda qeyd edilib ki, iddiaçı üzrsüz səbəbdən 2023cü ilin Fevral ayında cəmi 20 iş günü ərzində işdə olmayıb. Tərtib edilmiş ##.##.2023-cü il tarixli aktda qeyd edilib ki, iddiaçı üzrsüz səbəbdən 2023cü ilin Mart ayında cəmi 17 iş günü ərzində işdə olmayıb. Tərtib edilmiş ##.##.2023-cü il tarixli aktda qeyd edilib ki, iddiaçı üzrsüz səbəbdən 2023cü ilin Aprel ayında cəmi 18 iş günü ərzində işdə olmayıb. Tərtib edilmiş ##.##.2023-cü il tarixli aktda qeyd edilib ki, iddiaçı üzrsüz səbəbdən 2023cü ilin May ayında cəmi 21 tam iş günü işdə olmayıb. Tərtib edilmiş ##.##.2023-cü il tarixli aktda qeyd edilib ki, iddiaçı üzrsüz səbəbdən 2023cü ilin iyun ayında cəmi 18 tam iş günü işdə olmayıb. Tərtib edilmiş ##.##.2023-cü il tarixli aktda qeyd edilib ki, iddiaçı üzrsüz səbəbdən 2023cü ilin iyul ayında cəmi 21 tam iş günü işdə olmayıb. Tərtib edilmiş ##.##.2023-cü il tarixli aktda qeyd edilib ki, iddiaçı üzrsüz səbəbdən 2023cü ilin Avqust ayında cəmi 23 tam iş günü işdə olmayıb. Tərtib edilmiş ##.##.2023-cü il tarixli aktda qeyd edilib ki, iddiaçı üzrsüz səbəbdən 2023ci ilin Sentyabr ayının 12-nə kimi işdə olmayıb.

23. Göygöl Rayon Icra Şöbəsinin ##.##.2023-cü il tarixli aktından görünür ki, icra məmurları X2, X3, tələbkar – iddiaçı və cavabdeh ASC-nin Göygöl Rayon EŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən X6 və baş mühasib X4 ASC-nin Göygöl EŞ-nin rəisi kimi vəzifə səlahiyyətlərini icra edən şəxsin vəzifədən kənarlaşdırılması barədə müvafiq əmr olmadığından hazırda qərarın icrası mümkün deyil.

24. ASC-nin ##.##.2023-cü il tarixli əmrindən görünür ki, X5 Təchizatı və Satışı Idarəsinin baş mütəxəssisinin əmək müqaviləsinə öz xahişi ilə ##.##.2023-cü il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən son haqq hesabın (##.##.2019-##.##.2020-ci iş ilinə görə 20 təqvim günü, ##.##.2020-##.##.2021-ci iş ilinə görə 30 təqvim günü, ##.##.2021-##.##.2022-ci iş ilinə görə 30 təqvim günü, ##.##.2022- ##.##.2023-cü iş ilinə görə 30 təqvim günü, ##.##.2023-##.##.2023-cü iş ilinə görə 18 təqvim günü istifadə olunmamış məzuniyyət günləri üçün pul əvəzi və əmək haqqı) ödənilməsinin təmin edilməsi əmr edilmişdir.

25. Məzuniyyət vaxtı üçün orta aylıq əmək haqqının hesablanması cədvəlindən görünür ki, Qərb RETSI-nin X12 sabiq baş mütəxəssisi – iddiaçıya ödənilməli olan məbləğ 5.392,95 manat olaraq müəyyən edilmişdir.

26. Iddiaçıya məxsus bank hesabından çıxarışdan görünür ki, ASC tərəfindən ##.##.2023-cü il tarixdə 5.392,95 manat ödəniş iddiaçıya ödənilmişdir.

27. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş ##.##.2025-ci il tarixli, */**** saylı rəyindən görünür ki, iş materiallarında olan və təqdim edilmiş sənədlər əsasında rəyin tədqiqat prosesinin təsviri hissəsində göstərilənləri nəzərə alaraq ekspertiza təyini haqqında qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə iddiaçının ##.##.2021-ci il tarixindən ##.##.2023-cü il tarixinədək hesablanmış məzuniyyət və əmək haqqı (son haqq-hesab) məbləği ümumilikdə 6.503,15 manat olmaqla, məcburi tutulmalar çıxıldıqdan sonra ödənilməli məbləğin 5.392,95 manat təşkil etdiyi və qanunvericiliyin tələblərinə uyğun olaraq həmin məbləğin iddiaçının bank hesabına ödənildiyi müəyyən olunur.

28. Bakı Şəhəri * saylı Mediasiya Təşkilatının ##.##.2023-cü il tarixli, MŞB/*/****-***** saylı arayışdan görünür ki, ilkin mediasiya sessiyasının davam etdirilməsi mümkün olmamış, 50 manat mediasiya rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

29. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, əmək haqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur (maddə 154., hissə 1.). Işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, yaxud əsassız və qanunsuz olaraq verilmədikdə, eləcə də işəgötürən əmək müqaviləsi üzrə digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə işəgötürən həmin ziyana görə tam maddi məsuliyyət daşıyır (maddə 195., bəndlər “d” və “f”.). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər (maddə 296., hissə 4.). Fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir (maddə 301.1.). Məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə və ya onun icrasına mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi üçün tədbirlər görülməlidir (maddə 301.2.).

30. Hazırkı işdə iddiaçının əmək funksiyalarını yerinə yetirməməsi onun əmək münasibətlərindən irəli gələn vəzifəsini icra etməkdən imtinası ilə deyil, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə aradan qaldırılması cavabdehin üzərinə qoyulmuş maneələrin davam etməsi ilə əlaqədardır. Buna görə həmin maneələrin davam etdiyi və iddia müddəti ilə əhatə olunan dövr üzrə əldə edilməmiş əmək haqqının ödənilməsi Əmək Məcəlləsinin 195-ci maddəsinin “d” və “f” bəndlərində nəzərdə tutulan maddi məsuliyyətin hüquqi nəticəsidir.

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanıldıqdan sonra cavabdeh ASC həmin məhkəmə aktında nəzərdə tutulan maneələri aradan qaldırmalı və iddiaçının əmək funksiyasını yerinə yetirməsi üçün müvafiq əmək şəraiti yaratmalı idi. Icra sənədi üzrə tədbirlərin 2023-cü ilin avqust ayınadək davam etməsi və iddiaçının yalnız ##.##.2023-cü il tarixdən əmək fəaliyyətinə başlaması nəzərə alındıqda, məhkəmə aktının vaxtında icra edilməməsi nəticəsində iddia müddəti ilə əhatə olunan dövr üzrə yaranmış maddi itkinin cavabdehə aid edilməsi Əmək Məcəlləsinin 301-ci maddəsinin tələblərinə uyğundur.

32. Pul tələbi üzrə müraciət müddətinə münasibətdə qeyd edilməlidir ki, Məhkəmə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinin tələbini rəhbər tutur.

33. Iş materiallarında iddiaçının ##.##.2023-cü il tarixdə ilkin mediasiya sessiyasının keçirilməsi üçün müraciət etməsi və mediasiya prosesinin nəticəsinə dair sənədin ona təqdim edilməsi barədə məlumatlar olduğundan, birillik müddətin hesablanması zamanı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 35.1 və 35.2-ci maddələrinin tələbləri də nəzərə alınmalıdır.

34. Mediasiya təşkilatına müraciətin, ilkin mediasiya sessiyasının nəticəsinə dair arayışın (protokolun) və iddia ərizəsinin təqdim edildiyi tarixlər birlikdə qiymətləndirildikdə, iddia müddətinin dayandığı dövr nəzərə alınmaqla tələb hüququnun hansı tarixdən əvvəlki hissəsinin müddətlə əhatə olunmadığı müəyyən edilir.

35. Digər tərəfdən, cavabdehin ASC-nin iddianın bütövlükdə rədd edilməli olması barədə mövqeyi də qəbul edilə bilməz. Iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə cavabdehin üzərinə iddiaçının əmək funksiyalarının icrasına maneələrin aradan qaldırılması və ona müvafiq əmək şəraitinin yaradılması vəzifəsinin qoyulduğu, həmin məhkəmə aktının icrası ilə bağlı icra tədbirlərinin davam etdiyi və iddiaçının yalnız ##.##.2023-cü il tarixdən başqa vəzifədə əmək fəaliyyətinə başladığı müəyyən edilmişdir.

36. Beləliklə, Rayon Məhkəməsinin bir tərəfdən pul tələbinə tətbiq edilən müddəti nəzərə alaraq başlanğıc tarixi ##.##.2023-cü il, digər tərəfdən iddiaçının əmək fəaliyyətinə faktiki qaydada başladığı tarixi nəzərə alaraq son tarixi ##.##.2023-cü il müəyyən etməsi işin faktiki halları və tətbiq edilməli hüquq normaları ilə uzlaşır. Məhz həmin dövr üzrə ödənilməmiş əmək haqqının cavabdeh tərəfindən hesablanaraq iddiaçıya ödənilməsi barədə nəticə əsaslıdır.

37. Məhkəmə qeyd edir ki, iddiaçının apellyasiya şikayətində Rayon Məhkəməsi tərəfindən sübutların tam və hərtərəfli araşdırılmaması və iddianın təmin edilməmiş hissəsinin kifayət qədər əsaslandırılmaması barədə göstərilən dəlillər qətnamənin həmin hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yaratmır. Belə ki, Rayon Məhkəməsi iddiaçının tələb etdiyi dövrü bütövlükdə qiymətləndirmiş, pul tələbləri üzrə qanunla müəyyən edilmiş birillik müraciət müddətini nəzərə alaraq ##.##.2023-cü il tarixindən əvvəlki dövr üzrə tələbin təmin edilməsinin mümkün olmadığı barədə düzgün nəticəyə gəlmişdir. Rayon Məhkəməsi iddia müddətinin axımını iddiaçının məhkəməyə müraciət etdiyi ##.##.2024-cü il tarixindən bir il geriyə hesablamışdır.

38. Iddiaçının cavabdeh ASC-nin öz davranışı ilə onun əmək funksiyalarını icra etməsinə mane olması səbəbindən iddia müddətinə istinad edə bilməməsi barədə dəlili də qətnamənin dəyişdirilməsinə əsas vermir. Belə ki, işəgötürənin davranışına hüquqi qiymət verilməsi və iddiaçının əmək funksiyalarının icrasına maneələrin mövcudluğu pul tələbi üzrə qanunla müəyyən edilmiş məhkəməyə müraciət müddətinin nəzərə alınmasını öz-özlüyündə istisna etmir. Iddiaçı apellyasiya şikayətində həmin müddətin tətbiqini istisna edən və Rayon Məhkəməsinin bu məsələdə gəldiyi nəticəni aradan qaldıran halın mövcudluğunu əsaslandırmamışdır. Iddiaçının şikayətindəki etiraz məhz iddia müddətinin tətbiqi və sübutların qiymətləndirilməsi ilə bağlıdır.

39. Cavabdeh ASC-nin apellyasiya şikayətinin dəlilləri də qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə əsas vermir. Cavabdehin əvvəlki məhkəmə aktına istinad etməsi hazırkı tələbin təmin edilmiş hissəsini istisna etmir. Çünki əvvəlki məhkəmə aktında əmək haqqı tələbinin rədd edilməsi iddiaçının belə ödənişi almaq hüququnun ümumiyyətlə mövcud olmaması ilə əsaslandırılmamış, əksinə, işəgötürənin müvafiq dövr üzrə əmək haqqını məhkəmədənkənar qaydada hesablayıb ödəyəcəyi göstərilmişdir.

40. Bununla yanaşı, tərəflər arasındakı əvvəlki mübahisə üzrə sonradan qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə cavabdehin üzərinə iddiaçının əmək funksiyalarının icrasına maneələrin aradan qaldırılması və ona vəzifəsinin icrasını davam etdirməsi üçün müvafiq əmək şəraitinin yaradılması vəzifəsi qoyulmuşdur. Həmin məhkəmə aktının icrası ilə bağlı tədbirlərin davam etməsi və iddiaçının yalnız ##.##.2023-cü il tarixdən əmək fəaliyyətinə başlaması iş materialları ilə müəyyən edilir.

41. Odur ki, göstərilənlərə əsasən müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə yuxarıda qeyd edilən qaydada iddia tələbinin qismən təmin edilməsi haqqında nəticəyə gəlməkdə haqlı olmuşdur. Hər iki apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır. g) apellyasiya baxışının nəticəsi

42. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə mahiyyətcə və faktlar nöqteyi-nəzərindən düzgündür. Apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır.

43. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

44. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPMin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, hər iki apellyasiya şikayəti rədd edilməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDI:

Iddiaçı İddiaçı və cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Iş üzrə tərəflər hazırkı qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-nin tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar