Məhkəmə qərarları › İş №e-2(3-6)-2078/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2078/2026

10.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2078/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-2078/2026 (Açar sözlər: aliment) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan ##.##.2011-ci il təvəllüdlü X4, ##.##.2014-cü il təvəllüdlü X1 və ##.##.2011-ci il təvəllüdlü X2 adlı uşaqların saxlanması üçün cavabdehdən, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.75 misli həddində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh ## ###### 2010-cu il tarixdə Binəqədi rayon qeydiyyat şöbəsində **** saylı nikah qeydi ilə evlənərək ailə qurmuşlar. Birgə nikahdan ##.##.2011-ci il təvəllüdlü X4, ##.##.2014- cü il təvəllüdlü X1 və ##.##.2011-ci il təvəllüdlü X2 anadan olmuşdur. Evləndikdən sonra cavabdehlə münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuşdur. Ər-arvad münasibətləri faktiki olaraq pozulmuş, hazırda formal xarakter daşıyır. Uşaqlar iddiaçının yanında qalırlar. Cavabdeh öz atalıq borcunu yerinə yetirməyərək uşaqlarının qeydinə qalmır. Ayrı yaşadıqları dövrdə bir ata kimi uşaqların səhhəti, yaşayışı, gündəlik tələbatları ilə maraqlanmayıb, onların heç bir ehtiyacını ödəməmişdir. Bu vaxt ərzində uşaqların necə yaşaması və hansı maddi çətinliklərlə böyüməsi barədə maraqlanmamışdır. Hal-hazırda uşaqların bütün maddi xərclərini iddiaçı özü çəkir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Səidə Məmmədova) iddia tələbinin qismən təmin edilməsi, ##.##.2011-ci il təvəllüdlü X4, ##.##.2014-cü il təvəllüdlü X1 və ##.##.2011-ci il təvəllüdlü X2 adlı uşaqların saxlanması üçün cavabdeh Cavabdeh hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,5 misli həddində alimentin, həmçinin mediasiya üçün ödənilmiş 50 manat rüsumu cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi, Qətnamə qəbul edildikdən sonra dərhal icra edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Sonradan Binəqədi Rayon Məhkəməsinin hakimi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ##.##.2026-cı il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)- ****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsində düzəliş olunması ilə əlaqədar sözügedən işin Binəqədi Rayon Məhkəməsinə qaytarılması barədə müraciət daxil olmuşdur.

5. Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli Qərardadına əsasən, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan *(*-*)-***/**** saylı mülki iş baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmışdır.

6. Binəqədi Rayon Məhkəməsinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)- ****/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması, qətnamənin nəticə hissəsində texniki yanlışlıq kimi qeyd edilmiş “##.##.2011-ci il təvəllüdlü X4, ##.##.2014-cü il təvəllüdlü X1 və ##.##.2011-ci il təvəllüdlü X2 adlı uşaqların saxlanması üçün cavabdeh Cavabdeh hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,5 misli həddində alimentin, həmçinin mediasiya üçün ödənilmiş 50 manat rüsumu cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin” ifadəsi, “##.##.2011-ci il təvəllüdlü X4, ##.##.2014-cü il təvəllüdlü X1 və ##.##.2011-ci il təvəllüdlü X2 adlı uşaqların saxlanması üçün cavabdeh Cavabdeh əvvəli iddia ərizəsinin verildiyi ##.##.2025-ci il tarixindən hesablanmaqla, hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,5 misli həddində alimentin, həmçinin mediasiya üçün ödənilmiş 50 manat rüsumu cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin” ifadəsi kimi oxunması qərara alınmışdır.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.4, 78.1, 78.2, 100.2-ci maddələrinə, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilərək iddianın tam həcmdə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən aliment təyin edilməsi zamanı cavabdeh X7 gəlirləri düzgün araşdırılmamışdır. Belə ki, cavabdehin daimi iş yerindən savayı, yaxşı mənfəət əldə etdiyi biznesi də mövcuddur. Bu baxımdan hazırki tələbin ödənilməsi onun üçün heç bir əlavə məhdudiyyət doğurmamaqdadır.

10. Qətnamədən həmçinin cavabdeh apellyasiya şikayəti verərək qətnamənin alimentlə bağlı hissədə ləğv edilməsi və X4, X1 və X2 adlı uşaqların saxlanması üçün cavabdeh Cavabdeh hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,375 misli həddində alimentin ondan tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Şikayət onunla əsaslandırılmışdır ki, hərbçidir və əmək haqqı 850 manat təşkil edir. Həmin əmək haqqının bir qismi yemək və paltar üçün nəzərdə tutulur. Lakin buna baxmayaraq məhkəmə yalnız əmək haqqının yarısı miqdarında aliment tuta bilərdi. İddiaçı özü də işləyir və əmək haqqı alır. Məhkəmə bütün bunları nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı tərəfindən məhkəməyə ərizə təqdim olunaraq qeyd olunmuşdur ki, üzrlü səbəbdən məhkəmədə iştirakını təmin edə bilməməkdədir. Uşaqların qayğısı və ehtiyacı onun üzərindədir. Bu halları nəzərə almaqla, məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını və apelyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

13. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

14. Maddə 34. 5-ci hissə. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

15. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

16. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

17. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

18. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

19. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

20. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

“Uşaq hüquqları haqqında” Konvensiya

21. Maddə 27. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## #### 2016-cı il tarixli Qərarı

22. 25. Maddə 8.2. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

23. Maddə 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır.

24. Maddə 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

25. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4- 1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

32. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti verdiyindən qətnamə bütövlükdə hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki tərəfin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

34. Hazırki iş üzrə iddiaçı təyin edilən aliment məbləğinin işin hallarına münasibətdə aşağı, cavabdeh isə, əksinə, yuxarı olduğunu bildirmişlər. İlk növbədə iddiaçının mövqeyinə aydınlıq gətirilməsini zəruri hesab edən kollegiya aşağıdakıları qeyd edir.

35. Belə ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişəndirsə, habelə alimentin valideyinin gəlirinin bir hissəsi kimi tutulması uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını qeyri-mümkün edirsə uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişinə əsasən aliment sabit pul məbləğində tutula bilər.

36. İddiaçının mövqeyinə əsasən cavabdeh Cavabdeh əmək fəaliyyətindən əlavə olaraq gəlir əldə etməkdədir və bu əsasla hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin gəlirlərini düzgün müəyyən etmədən ədalətsiz aliment təyin etmişdir. Lakin iş materiallarının təhlilini nəzərdən keçirdikdə aydın olur ki, cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmət Mühafizə Alayının Ri kimi fəaliyyət göstərməklə maddi təminatı onun əmək haqqı gəlirlərindən ibarətdir və onun sahibkarlıq fəaliyyəti ilə məşğul olması mötəbər dəlillərə söykənməmişdir. Belə ki, sahibkarlıq fəaliyyəti - əmtəənin istehsalı, satışı və s. əməliyyatların məcmusu olmaqla, şəxsin iqtisadi vəziyyətinin yaxşılaşmasına gətirib çıxaran fəaliyyətlər kimi başa düşülməlidir. Qeyd olunan fəaliyyətlə məşğul olunması üçün aidiyyatı dövlət qurumlarından müvafiq icazələrin alınması ilə müşahidə olunan və ya olunmayan, habelə müvafiq VÖEN-ə və əmtəə tədavülənə malik fəaliyyətin həyata keçirilməsi lazımdır ki, hazırkı iş materiallarında bu faktları təsdiqləyən hər hansı sənəd apelyator tərəfindən təqdim olunmamışdır.

37. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

38. Beləcə sadəcə iddiaçının mülahizələrinə istinad olunmaqla, tərəflərin gəlir vəziyyətinin müəyyən edilməsi formal həqiqət prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Nəzərə alınmalıdır ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq konkret olaraq hazırkı işdə uşaqların saxlanılmaları üçün yalnız atanın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər uşaq üçün iddiaçının iddia etdiyi həcmdə müəyyənləşdirmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1ci maddələrinə də uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir.

39. Kollegiya cavabdehin apelyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

40. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Göründüyü kimi, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və ya az qazanca malik olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

41. Hazırda işin hallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Mühafizə Alayının çıxarışına əsasən, Cavabdeh aylıq pul təminatı - ələ çatan məbləği 857.36 manat təşkil edir. Bu baxımdan alimentin minimum əmək haqqı məbləğinin 0.5 misli həddində müəyyən edilməsi kifayət qədər ağlabatan və adekvat olmuşdur.

42. Bu səbəbdən kollegiya cavabdehin sabit gəlirinin olduğunu, o cümlədən apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən məbləğ hazırki işin hallarına uyğun olaraq ağlabatan hesab edilməlidir.

43. Kollegiya apelyatorun iddiaçının da əmək fəaliyyəti ilə məşğul olmasına istinadən əmək haqqının 0.375 mislində təyin edilməsinə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## #### 2016-cı il tarixli Qərarının 8.3-cü bəndinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar.

44. Hazırda işin mübahisəsiz halıdır ki, tərəflərin birgə nikah dövründə dünyaya gəlmiş övladlarının təsərrüfat xərcləri və sosial qayğısı hazırki iş üzrə iddiaçının üzərinə düşür. Burada təsərrüfat xərcləri anlayışı təkcə maddi məfhumu ifadə etməməklə birlikdə, uşaqların sosial ehtiyaclarını, təlim və tərbiyələri ilə birbaşa məşğul olmanı və s. Mənəvi vəzifələri əhatə edir. Bu da alimentin himayə edənə ödənilməsi fəlsəfəsinin ən ümdə əsasından irəli gəlir. Cavabdeh hazırda valideynlik vəzifələrinin icrasını yalnız dolayı qaydada, aliment ödənilməsi ilə həyata keçirdiyindən, tərəfindən icra ediləcək ödənişlər bu təsərrüfat xərclərində qismən də olsa, bərabər iştirakını və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin edəcəkdir.

42. Kollegiya yuxarıda qeyd edilən halları və qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hər ay hər uşaq cavabdeh Cavabdeh əvvəli iddia ərizəsinin verildiyi ##.##.2025-ci il tarixindən hesablanmaqla hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması göstərilən halların məcmusu baxımından ədalətlidir və həmin məbləğin artırılması və azaldılması üçün əsaslar yoxdur.

43. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəflərin özünə aid edilməlidir.

45. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı və cavabdehin apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar