Məhkəmə qərarları › İş №e-2(3-6)-2143/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2143/2026

02.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2143/2026 02.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ilkin iddia üzrə iddiaçı X3 cavabdeh Cavabdeh qarşı “aliment tələbi” barədə ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh cavabdeh X3 qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə dair Açar sözlər: (Aliment və əlavə xərclərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. X3 ilə Cavabdeh ## ###### 2019-cu il tarixdə nikaha daxil olmuşlar. Onların birgə nikahlarından ##.##.2020-ci il təvəllüdlü Məmmədli Murаd anadan olmuşdür. Tərəflər bir neçə ildir ki, faktiki nikah münasibətlərində olmamaqla ayrı yaşayırlar.

2. Tərəflər arasına hazırda nikahın pozulması ilə əlaqədar aliment və uşaqla bağlı xərclərin bölüşdürülməsi ilə bağlı mübahisə mövcuddur.

a)Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı X3 cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ##.##.2020-ci ildə аnаdаn оlmuş Məmmədli Murаd Еlşən оğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən minimal aylıq əmək haqqının 0,68 misli miqdаrındа sabit pul məbləğində alimentin, hаbеlə uşаğın məкtəbdə təhsil аlmаq zərurəti nəzərə аlınmаqlа 300 mаnаt аylıq təhsil hаqqının cаvаbdеhdən sabit pul məbləğində tutularaq iddiaçı Sаdıqоvа Кəmаlə Таhir qızına ödənilməsi və 60 manat mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə ## ####### 2019-cu il tarixində rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan ##.##.2020-ci il təvəllüdlü Məmmədli Murаd Еlşən oğlu adlı övladı var. Məmmədоv Еlşən Ilhаmоğlu hеç bir əsаslı səbəb оlmаdаn 5 ildən çохdur ki, qоhumlаrı ilə birlikdə onu еvdən qоvublаr, vаlidеynləri ilə bir yеrdə yаşаyır. Həttа uşаq аnаdаn оlаndа o, vаlidеylərinin еvində оlmuşdur, uşаğın dоğulmаsının хərcləri bеlə onun tərəfindən çəkilmiş, həyаt yоldаşı tərəfindən hеç bir köməklik оlunmаmışdır. Оnа еdilən mürаciətlərə rеаksiyа vеrmir və uşаğın təminаtındа iştirаk еtməkdən yаyınır. Hаlbuki, hаzırdа uşаq məktəbin hаzırlığınа getməklə əlаvə ödənişli kurslаrdа təhsil аlmаq məcburiyyətindədir. Bu səbəbdən uşağın məktəbdə təhsil almаsındа məsrəfləri yetərincədir.

5. Sonradan iddiaçı iddia tələbinin həcminin artırtılması barədə ərizə verərək, cavabdehdən ##.##.2020-ci ildə аnаdаn оlmuş Məmmədli Murаd Еlşən оğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən minimal aylıq əmək haqqının 0,68 misli miqdаrındа sabit pul məbləğində alimentin, hаbеlə uşаğın məкtəbdə təhsil аlmаq zərurəti nəzərə аlınmаqlа 300 mаnаt аylıq təhsil hаqqının və doğum xərci kimi 6000 manat pulun cаvаbdеhdən tutularaq iddiaçı Sаdıqоvа Кəmаlə Таhir qızına ödənilməsi və 60 manat mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Eyni zamanda iddiaçı Cavabdeh cavabdeh X3 qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xasiyyət uyğunsuzluğuna görə faktiki olaraq ayrıldıqlarını, cavabdehin artıq 4 ildən çoxdur ki onunla bir yerdə yaşamadığını bildirərək ##.##.2019-cu tarixli nikahın pozulmasını xahiş etmişdir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (sədrlik edən-Ilkin Rüstəmli) ilkin iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, X3 ilə Cavabdeh arasında ## ###### 2019-cu il tarixdə *** №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, ##.##.2020-ci ildə аnаdаn оlmuş Məmmədli Murаd Еlşən oğlunun X3 himayəsində saxlanılması müəyyən edilsin və ##.##.2020-ci ildə аnаdаn оlmuş Məmmədli Murаd Еlşən oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün ##.##.2026-cı il tarixdən başlayaraq Cavabdeh X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulması, 3000 manat məbləğində pul vəsaitinin Cavabdeh X3 xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun tələrflərə aid edilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflərin ailəsi faktiki dağıldığından və tərəflərə barışıq üçün verilmiş üç ay müddət keçməsinə baxmayaraq onlar arasında barışıq əldə edilmədiyindən, hazırda onların barışması ehtimalı istisna olduğundan, iddiaçı isə nikahın pozulmasını təkid etdiyindən tərəflər arasında bağlanmış nikah pozulmalıdır.

9. Məhkəmə hesab etmişdir ki, tərəflərin nikahı məhkəmə qaydasında pozulduğu halda, onların yetkinlik yaşına çatmayan uşaqlarının anasının himayəsində qalması və atadan hər ay sabit pul məbləğində alimentin tutulması uşağın mənafeyi baxımından daha məqsədəuyğundur.

10. Alimentlə bağlı birici instansiya məhkəməsi uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, respublikada 2026-cı il üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, eyni zamanda cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab etmişdir ki, tərəflərin azyaşlı uşaqları ##.##.2020-ci ildə аnаdаn оlmuş Məmmədli Murаd Еlşən оğlunun saxlanması üçün ## ###### 2026-cı il tarixdən başlayaraq cavabdehdən hər ay 260 manat sabit pul məbləğində alimentin tutulması uşağın mənafeyi baxımından daha məqsədəuyğundur.

11. Məhkəmə iddia tələbinin “uşаğın məкtəbdə təhsil аlmаq zərurəti nəzərə аlınmаqlа 300 mаnаt аylıq təhsil hаqqının cаvаbdеhdən sabit pul məbləğində tutularaq iddiaçı Sаdıqоvа Кəmаlə Таhir qızına ödənilməsi” hissəsini əsassız hesab edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2015-ci il tarixli Qərarına əsasən tələb əsassızdır.

12. Məhkəmə ilkin iddia tələbinin “doğum xərci olan 6000 manat pulun cavabdehdən tutulması” hissəsini qismən əsaslı hesab edərək qeyd etmişdir ki, işdə olan “X12” arayışında qeyd edilir ki, 1985-ci il təvəllüdlü X3 həqiqətən “X12”da ## #### 2020 ci il tarixdə keysəriyyə yolla doğuşu baş vermişdir. “X12”ın qəbzlərinin surətlərindən görünür ki, 07-24 iyul tarixlərdə xəstəxananın hesabına Kəmalə Sadıqova tərəfindən ümumilikdə 6660,59 manat pul vəsaiti köçürülmüşdür. Məhkəmə qeyd etmişdir ki, ailə qanunvericiliyinin tələbinə əsasən uşaqların saxlanmasında və onların xərclərinin qarşılanmasında valideynlərin hər ikisi cavabdehdirlər. Iddiaçının tələb həcminin 6000 manat olduğunu və uşağın atasının da uşağın anası kimi uşağın saxlanması xərclərində iştirakının zəruriliyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, tələb olunan vəsaitinin yarı hissəsi kimi 3000 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.

13. Məhkəmə cavabdehin tələbin bu hissəsinə dair iddia müddətinin ötürülməsi barədə izahatına münasibətdə qeyd etmişdir ki, hazırki tələblə iddiaçı iddia müddətini ötürməməklə məhkəməyə müraciət etmişdir. Belə ki, işdən görünür ki, X2 ##.##.2020-ci il tarixdə anadan olmuş, iddiaçı isə uşağın doğumu üçün xərclənmiş pulun cavabdehdən tutulmasına dair tələblə 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 14.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci; «Uşaq hüquqları» haqqında Qanunun 19 və 22-ci; “Təhsil haqqında” Qanunun 34-cü; «Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında» Qanununa; Əhalinin sosial rifahının yaxılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına; Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1, 22.1, 22.2, 60.4, 75.1, 75.4, 78.1, 78.2, 81, 81.1, 58.4 və 58.5-ci; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1 və 375.2-ci maddələri “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2015-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri

15.Ilkin iddia üzrə iddiaçı X3 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləvğ edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, qətnаmə əsаssızdır, prоsessuаl və mаddi hüquq nоrmаlаrının pоzulmаsı ilə qəbul оlunmuşdur, məhкəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti оlаn işin bütün fаktiki hаlаrını аydınlаşdırmаmışdır, оdur ki, qətnаmə qismən ləğv еdilərək iddiа tələbinin təmin edilmədiyi hissəsində də təmin еdilməsinə dаir yeni qətnamə qəbul edilməlidir. Iş materialarından aydın olur ki, tərəflərə barışması üçün Səbail rayon Məhkəməsi tərəfindən 3 ay vaxt verilmişdir. Belə ki, tərəflərin ailəsi faktiki dağıldığından və tərəflərə barışıq üçün verilmiş üç ay müddət keçməsinə baxmayaraq onlar arasında barışıq əldə edilmədiyindən, hazırda onların barışması ehtimalı istisna olduğundan, iddiaçı isə nikahın pozulmasını təkid etdiyindən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Halbuki, nikahın pozulmasını təkid edən cavabdeh tərəf olmuşdur. Məhkəmə isə bu halları nəzərə almamışdır. Məhkəmə qətnamədə tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının təminatını uşağın mənafeyi baxımından daha məqsədəuyğun olmasını təmin etməmişdir. Başqa sözlə, ##.##.2020-ci ildə аnаdаn оlmuş Məmmədli Murаd Еlşən oğlunun X3 himayəsində saxlanılması müəyyən edilməklə onun yetkinlik yaşına çatanadək saxlanılması üçün ##.##.2026 cı il tarixdən başlayaraq Cavabdeh X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulması müddəası əsassız olduğundan, bu məbləğ hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində müəyyən olunmalıdır. Bundan başqa, məhkəmə iddia tələbinin “uşаğın məktəbdə təhsil аlmаq zərurəti nəzərə аlınmаqlа 300 mаnаt аylıq təhsil hаqqının cаvаbdеhdən sabit pul məbləğində tutularaq iddiaçı Sаdıqоvа Kəmаlə Таhir qızına ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsassızdır. Azərbaycan Respublikası Ailə Məcələsinin: 81 ci və 81.1-ci maddələrinə əsasən valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 58.4-cü maddəsinə görə valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34 cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. 58.5-ci maddəsinə əsasən valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. “Azərbaycan Respublikası Ailə Məcələsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Göründüyü kimi, qanunvericilikdə uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil alınmasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı nəzərdə tutulmamışdır. Hesab edirik ki, məhkəmə bu hissədə səhvə yol vermişdir. Belə ki, tərəflərin birgə nikahdan olmuş uşağın inkişafı qüsurlu olduğundan, bu hallar müvafiq tibbi arayışlarla təsdiq olunduğundan, təmin olunması birmənalıdır. Belə ki, qanunvericilikdə uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil alınmasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı nəzərdə tutulmadığı hallar azyaşlı uşağın inkişafının qüsurlu olduğu halara şamil edilmir. Məhkəmə isə bu hallara düzgün hüquqi qiymət verməmişdir. Həmçinin qeyd etmək lazımdır ki, “X12” arayışında qeyd edilir ki, 1985-ci il təvəlüdlü X3 həqiqətən “X12”da ## #### 2020-ci il tarixdə keysəriyyə yola doğuşu baş vermişdir. “X12”ın qəbzlərinin surətlərindən görünür ki, 07-24 iyul tarixlərdə xəstəxananın hesabına Kəmalə Sadıqova tərəfindən ümumilikdə 6660,59 manat pul vəsaiti köçürülmüşdür. Bu məbləğin yarısı cavabdehin üzərinə düşməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, ilki iddia üzrə iddiaçı X3 nümayəndəsi və vəkili vəkil2 ərizə təqdim edərək məhəkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, qarşı tərəf isə gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən üzrlü səbəb barədə sübut təqdim edilmədiyindən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq normaları:

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17-ci maddə II hissə.Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

20. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 58.4. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Maddə 58.5. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1.Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

21. “Təhsil haqqında” AR Qanunu: Maddə 34.1. Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində hüquqları aşağıdakılardır: 34.1.1. yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) üçün təlim-tərbiyə müəssisəsini seçmək; 34.1.2. təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq; 34.1.3. təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək; 34.1.4. təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və madditexniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək; 34.1.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

22. “Uşaq Hüquqları haqqında” AR Qanunu: Maddə 5.Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

23. “Uşaq hüquqları haqqında” ##.##.1959-cu il tarixli Bəyannamə. 33.Maddə 6.Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin ##.##.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” ## #### 2016-cı il tarixli qərarı. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 217.2.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 234.2.1.Alimentin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 27.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddia üzrə iddianın təmin edilməyən hissəsində yoxlanılması təşkil edir. Çünki ilkin iddia üzrə iddiaçı qətnaməni həmin hissələrdə mübahisələndirmiş, qarşı tərəf isə apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28.Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə uşağın doğumu ilə əlaqədar çəkilmiş xərcin məbləği və alimentin hansı dövrdən hesablanması hissəsində dəyişdirilməlidir. 29.Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər ## ###### 2019-cu il tarixdə nikaha daxil olmuşlar. Onların birgə nikahlarından ##.##.2020-ci il təvəllüdlü Məmmədli Murаd Еlşən oğlu anadan olmuşdür. Tərəflər bir neçə ildir ki, faktiki nikah münasibətlərində olmamaqla ayrı yaşayırlar.

30. Tərəflər arasındakı nikahın pozulması qənaətinə gələn birinci instansiya məhkəməsi ##.##.2020-ci ildə аnаdаn оlmuş Məmmədli Murаd Еlşən oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulmasını qət etmişdir.

31. Alimentin məbləği ilə razılaşmayan iddiaçı apellyasiya şikayətində alimentin məbləğinin minimum əmək haqqının 0,68 misli miqdarında müəyyən edilməsini xahiş edir.

32. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, «Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Əhalinin sosial rifahının yaxılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin əvvəlindən, habelə 2026cı il ######ın #-dən 400 manat müəyyən edilmişdir. Belə olan halda uşağın saxlanması üçün Cavabdeh X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli (260/400 =0,65) həddində sabit pul məbləğində aliment tutulması qanunauyğundur. 33.Bundan əlavə, müəyyən olunur ki, Səbail rayon Məhkəməsinin **(***)-***/**** saylı qərardadına əsasən ## ####### 2025-ci il tarixdən başlayaraq ##.##.2020-ci ildə аnаdаn оlmuş Məmmədli Murаd Еlşən оğlunun saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində aliment tutulmuşdur. 34.Birinci instansiya məhkəməsi alimentin tutulmasının qətnamə qəbul edildiyi vaxtdan, yəni ## ###### 2026-cı il tarixdən hesablanmasını məqsədəuyğun hesab etmişdir. 35.Kollegiya qeyd edir ki, qanunun tələbidir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşağın saxlanması ilə bağlı müvəqqəti təminat tədbiri barədə qərardad olsa belə qərardada əsasən edilmiş ödənişlər icra mərhələsində nəzərə alına bilər. Çünki, Səbail rayon Məhkəməsinin **(***)-***/**** saylı qərardadına əsasən aliment hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində tutulmuşdur. Bu isə qətnamə ilə tutulan alimentin məbləğindən azdır. Belə olan halda, kollegiya hesab edir ki, alimentin tutulması qanunun tələbinə uyğun olaraq iddia ərizəsi verildiyi vaxtdan, yəni ##.##.2025-ci il tarixdən hesablanmalıdır.

36. Məhkəmə kollegiyası uşаğın məktəbdə təhsil аlmаq zərurəti nəzərə аlınmаqlа 300 mаnаt аylıq təhsil hаqqının cаvаbdеhdən sabit pul məbləğində tutularaq iddiaçı Sаdıqоvа Kəmаlə Таhir qızına ödənilməsi ilə bağlı ilkin iddia tələbinin təmin edilməməsi üzrə birinci insansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tələb əsassızdır.

37. Belə ki, Ailə Məcəlləsinin 81-ci və 81.1-ci maddələrinə əsasən valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

38. Həmin Məcəllənin 58.4 və 58.5-ci maddələrinə görə valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər.

39. “Təhsil haqqında” Qanununun 34-cü maddəsində də göstərilmişdir ki, valideynlərin uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s.kimi hüquqları vardır.

40. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. -Müraciətdə göstərilənlərlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42-ci maddəsinin İ və II hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. -“Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il ## #### tarixli Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. -Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. -Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. -Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. -Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.

41. Iddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, uşaq məktəbin hazırlğına getməklə əlavə ödənişli kurslarda təhsil almaq məcburiyyətindədir (i.v. 37).

42. Şərh edilənlərə əsasən kollegiya qeyd edir ki, uşağın ödənişli (özəl) təhsil müəssisəsində təhsil alması valideynlərin qarşılıqlı razılığı əsasında müəyyən edilə bilər. Tərəflər arasında bu barədə saziş və ya cavabdehin könüllü razılığı olmadıqda, valideynlərdən birinin birtərəfli seçimi əsasında yaranan ödənişli təhsil xərclərinin digər valideynin üzərinə imperativ qaydada qoyulması qanununa uyğun deyildir.

43. Məhkəmə kollegiyası ilkin iddia tələbinin “doğum xərci olan 6000 manat pulun cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarında əsasən iddiaçının “X12”da ## #### 2020ci il tarixdə keysəriyyə yolla doğuşunun baş tutması mübahisəsizdir.

44. Kollegiya hesab edir ki, birinci instasniya məhkəməsi qanunvericliyin tələbinə əsasən uşaqların saxlanmasında və onların xərclərinin qarşılanmasında valideynlərin hər ikisinin barabər hüquq və vəzifələrə malik olmasını, uşağın saxlanması xərclərində iştirakının zəruriliyini vurğulayaraq tələb edilən vəsaitin yarısını cavabdehdən tutmaqla düzgün qənaətə gəlsə də, tutulmalı vəsaitin məbləğini düzgün müəyyən etməmişdir.

45. Belə ki, “X12”ın qəbzlərinin surətlərinə əsasən, 07-24 iyul tarixlərdə xəstəxananın hesabına Kəmalə Sadıqova tərəfindən ümumilikdə 6660,59 manat pul vəsaiti köçürüldüyü müəyyən edilir.

46. Qanunvericiliyin tələbinə əsasən iddiaçı həmin vəsaitin yarsını tələb etməkdə haqlı olduğundan 3330 manat pul Cavabdeh X3 xeyrinə tutulmalıdır. 47.Belə olan halda kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi alimentin hesablanmasının başlanğıc tarixi və doğum xərclərinin cavabdehdən tutulması ilə bağlı ilkin iddianın qismən təmin edilən hissəsində dəyişdirilməli, uşağın saxlanması üçün tutulan aliment ##.##.2025-ci il tarixdən hesablanmalı və 3330 manat məbləğində pul vəsaiti Cavabdeh X3 xeyrinə tutulmalıdır.

48. Kollegiya MPM-in 402.1-ci maddəsinə əsasən qeyd edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti həm iddiaçıya, həm cavabdehə münasibətdə beş min manatdan aşağı olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. 49.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Ilkin iddia üzrə iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi alimentin hesablanmasının başlanğıc tarixi və doğum xərclərinin cavabdehdən tutulması ilə bağlı ilkin iddianın qismən təmin edilən hissəsində dəyişdirilsin. ##.##.2020-ci il təvəllüdlü Məmmədli Murаd Еlşən oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində alimentin tutulması ##.##.2025-ci il tarixdən hesablansın. Cavabdeh Cavabdeh 3330 (üç min üç yüz otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X3 ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar