AzərbaycaņRespublikası̧adından Qətnamə Bakı̧şəhəri İş̧№̧e-2(3-6)-2258/2026 22.06.2026 BAKI̧APELLYASIYA̧MƏHKƏMƏSI İddiaçı̧X1̧cavabdeḩCavabdeh ̧qarşı̧işi̧üzrə Açar sözlər: (“əlavə xərcin tutulması“) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov MəmməḑAllahverdi̧oğlundaņibarəţtərkibdə,̧ ̧̧̧̧̧̧̧̧̧̧hakim̧köməkçisi̧Həsənova̧LəmaņRasim̧qızınıņkatibliyi̧ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya̧Məhkəməsiniņbinasında̧açıq̧məhkəmə̧iclasında̧baxaraq̧müəyyəņetdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı Abdullazadə (Rüstəmova) Aytac Arif qızının cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan ## ###### 2023-cü il təvəllüdlü X3 3 yaşınadək hər ay 100 manat sabit pul məbləğində alimentin cavabdeh Cavabdeh tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1; Mülki Prosessual Məcəllənin 35.1ci maddəsinə istinadən onunla əsaslandırılmışdır ki, Ağdam Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə X1 ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikandan olan ## ###### 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödənilməsi və Cavabdeh ilə ünsiyyət hüququ məsələlərinə baxılmış və cavabdeh Cavabdeh ilə iddiaçı Abdullazadə (Rüstəmova) Aytac Arif qızı arasında Qəbələ rayon "ASAN xidmət" mərkəzi Qeydiyyat Şöbəsində ## #### 2022-ci il tarixdə, 280 nömrə ilə bağlanmış nikah akt qeydi pozulması, tərəflərin birgə nikahdan olan, yetkinlik yaşına çatmamış uşağı ## ###### 2023-cü il təvəllüdlü X3 anası, yəni iddiaçı Abdullazadə (Rüstəmova) Aytac Arif qızının yanında saxlanılması, ## ###### 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi və cavabdeh Cavabdeh azyaşlı övladı - ## ###### 2023-cü il təvəllüdlü X3 ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə günü saat 12:00-dan saat 18:00-dək görüş verilməsi qət olunmuşdur. Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək birgə nikahdan olan ## ###### 2023-cü il təvəllüdlü X3 3 yaşınadək Cavabdeh 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Abdullazadə (Rüstəmova) Aytac Arif qızına ödənilməsi barədə qətnamə çıxarılması üçün müraciət etmək zərurəti̧yaranmışdır.
2. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmiş və ailə xərclərinin hamısının özü tərəfindən xərcləndiyini, iddiaçının kifayət qədər maddi vəsaitə sahib olduğunu bildirmiş və qeyd etmişdir ki, iddiaçının pula ehiyacı olsaydı, hazırki iddia tələbini daha əvvəl, dərhal qaldırmalı̧idi.̧
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki: - Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdeh Cavabdeh ilə iddiaçı İddiaçı arasında Qəbələ rayon "ASAN xidmət" mərkəzi Qeydiyyat Şöbəsində ## #### 2022-ci il tarixdə, 280 nömrə ilə bağlanmış nikah akt qeydi pozulması, tərəflərin birgə nikahdan olan, yetkinlik yaşına çatmamış uşağı ## ###### 2023-cü il təvəllüdlü X3 anası, yəni iddiaçı İddiaçı yanında saxlanılması, ## ###### 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi və cavabdeh Cavabdeh azyaşlı övladı - ## ###### 2023-cü il təvəllüdlü X3 ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə günü saat 12:00-dan saat 18:00-dəķgörüş̧verilməsi̧qəţolunmuşdur.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ## ###### 2023-cü il təvəllüdlü X3 3 yaşı tamam olana kimi, yəni ##.##.2026-ci il tarixə kimi ölkə üzrə minimum aylıq əmək haqqının 0,125 misli (hazırda 50 manat) məbləğində vəsaitin cavabdeh Cavabdeh tutularaq iddiaçı Rüstəmova (Abdullazadə) Aytac Arif qızının xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 34; Ailə Məcəlləsinin 20.1, 75.1, 75.4, 76.1, 76.1.2.2, 78.1, 100.2, 84.1, 84.2, 84.2.1., 84.2.2; Mülki Prosessual Məcəlləsinin 14.1, , 77.1, 119, 217.1, 234.2.1-ci maddələrinə; «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununa; İnsan Hüquqlarının və X9 haqqında Avropa Konvensiyasına istinadən qeyd edilmişdir ki, tərəflərin birgə nikahından doğulmuş övladı körpə olmaqla, 3 yaşına çatmamış, iddiaçının əmək fəaliyyəti ilə məşğul olaraq öz ehtiyaclarını qarşılamaq imkanları xeyli məhdudlaşmışdır, lakin iddiaçı cavabdehin ayda 100 manat əlavə vəsait ödəmək üçün zəruri vəsaitə malik olmasını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Belə olan halda hər iki tərəfin maddi vəziyyəti və digər təqdirəlayiq hallar nəzərə alınaraq cavabdehdən uşağın üç yaşına çatanadək ölkə üzrə minimum aylıq əmək haqqının 0,125 misli məbləğində (hazırda 50 manat) məbləğində pul tutulmasını ədalətli və ağlabatan hesab edir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
5. İddiaçı apellyasiya şikayəti verərək, Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməsi və iddia ərizəsinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şiikayətini belə əsaslandırılmışdır ki, uşağın 3 yaşına çatanadək hər ay 100 manat məbləğində alimentin tutulması ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ## ###### 2025-ci il tarixli ərizə vermişdi. Lakin bu ərizə Nərimanov Rayon Məhkəməsi tərəfindən təmin olunmamışdır. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin ödəmə imkanının olub-olmaması öz təsdiqini tapmır. Məhkəmənin qərarından verdiyi şikayətdən Bakı Apellyasiya Məhkəməsinin **(***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qərardadı ilə şikayəti təmin olunub və məhkəmə mövqeyini belə bildirib ki, Məhkəmə Kollegiyası beynəlxalq təcrübəni (misal: Rusiya FederasiyasıAli Məhkəməsi Plenumunun ##.##.2017-ci il tarixli, ** saylı "Alimentin tutulması ilə bağlıişlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi haqqında" Qərarın 32-ci bəndi), ananın maddi vəziyyətini (hal-hazırda sosial məzuniyyətində olmasını), uşağın yaşını (3 yaşdan aşağı olmasını), atanın gəliri və ödəmə imkanını nəzərə alaraq hesab edir ki, uşaq 3 (üç) yaşına çatana qədər ana üçün aliment tələbi üzrə müvəqqəti təminat tədbiri qanunidir və məhkəmə tərəfindən mötəbər sübutlar və əsaslı hallar mövcud olduqda tətbiq oluna bilər. Cavabdeh həmin müvəqqəti təminat tədbiri haqqında qərardada əsasən ## ###### 2026-cı il tarixdən ## ##### 2026-cı il tarixə 100 manat məbləğində alimentin ödənişini həyata keçirib. Bu da onun ödəmə imkanının olduğunu təsdiq edir. Birgə nikahdan olan X3 ## ###### 2026cı il tarixdə 3 yaşı tamam olur, yəni bu ödəniş məhkəmə qətnaməsi çıxandan sonrakı qısa dövrü̧(noyabra̧qədər)̧əhatə̧edir.
6. Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etmiş və etiraz ərizəsində qeyd etmişdir ki, 1. Müvəqqəti təminat tədbirinə istinad edilməsi məsələsi: Apellyant öz şikayətini əsaslandırmaq üçün Bakı Apellyasiya Məhkəməsinin **(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadına — yəni müvəqqəti təminat tədbiri haqqında qərardada — istinad edir və bunu cavabdehin ödəmə qabiliyyətinin sübutu kimi təqdim edir. Lakin bu arqument hüquqi baxımdan qəbuledilməzdir: Azərbaycan Respublikası MPM-nin 130-135-ci maddələrinə əsasən müvəqqəti təminat tədbirləri iddia tələbinin icrasını təmin etmək məqsədilə tətbiq edilən prosessual vasitədir. Müvəqqəti təminat haqqında qərardad tərəfin maddi vəziyyətini sabit şəkildə müəyyən edən sənəd deyildir. Həmin mərhələdə məhkəmə yalnız iddia tələbinin mümkünlüyünü qiymətləndirir, cavabdehin faktiki ödəmə qabiliyyətini tam sübutlar əsasında araşdırmır. Belə ki, müvəqqəti təminat qərardadı ilə işin əsası üzrə qətnamə arasında hüquqi mahiyyət fərqi mövcuddur. Birincisi ehtimal əsasında, ikincisi isə sübuta yetirilmiş faktlar əsasında qəbul edilir. Buna görə apellyantın müvəqqəti təminat qərardadını cavabdehin "ödəmə imkanının olduğunu" sübut edən əsas kimi irəli sürməsi hüquqi cəhətdən tutarsızdır.
2. Birinci instansiya məhkəməsinin 50 manat məbləğini müəyyən etməsi əsaslıdır (hərçənd o, bununla da razılaşmasa da, qanunun tələbindən irəli gəlir) Nərimanov Rayon Məhkəməsi Ailə Məcəlləsinin 78.1-ci maddəsinə uyğun olaraq hər iki tərəfin maddi vəziyyətini, cavabdehin gəlirlərinin qeyri-müntəzəmliyini və digər təqdirəlayiq halları nəzərə alaraq məbləği müəyyən etmişdir. Bu qənaət aşağıdakı faktlara söykənir: O, vəkil kimi fəaliyyət göstərir; vəkilin gəliri müqavilə bağlandıqda mövcud olur, sabit deyildir; qeyri-müntəzəm gəlirə malikdir. Hər ay Vəkillər Kollegiyasına 60 AZN üzvlük haqqı, büro icarəsinə 200 AZN — cəmi 260 AZN məcburi xərc ödəyir (bunu ** saylı Vəkil Bürosunun rəsmi arayışı təsdiqləyir); Cavabdeh artıq Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ciil tarixli qətnaməsinə əsasən hər ay minimum əmək haqqının 0,615 misli həddində aliment ödəyir ( 246 AZN). Hər ayın 11-i vaxti-vaxtında alimentini alır. Bir dəfə də olsun gecikdirməmişdir. Apellyant isə cavabdehin ayda 100 manat əlavə vəsait ödəmək üçün zəruri vəsaitə malik olmasını təsdiq edən heç bir sübut birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Bu hal qətnamədə açıq qeyd olunmuşdur.
3. Apellantın maddi vəziyyəti kifayət qədər stabil və təminatlıdır. Apellyant özünü “maddi sıxıntıda olan” şəxs kimi təqdim edir. Lakin faktlar bunun əksini göstərir: Apellyant Qəbələ Rayon İcra Şöbəsində icra məmuru vəzifəsində çalışır, rütbəsi Rdır — bu, dövlət xidmətçisi statusunda sabit gəlir mənbəyi deməkdir; hazırda analıq məzuniyyətindədir. Analıq məzuniyyəti üzrə 8031 AZN, müalicə müavinəti üzrə 1770 AZN — ümumilikdə 9801 AZN müavinət vəsait almışdır; həmin vəsaitlə ailənin saxlanılması üçün heç bir maddi dəstək göstərməmişdir, yəni vəsait özündə qalmışdır. Uşağa qulluğa görə dövlət müavinəti (1,5 yaşadək 44 AZN, 1,5-3 yaş arası 28 AZN) almaqda davam edir; hər iki tərəfin qohumları tərəfindən toplanaraq apellyantın əlinə keçirilmiş təxminən 2000 AZN məbləğ mövcuddur; Apellyant atasının evində (Bakı, Xətai, Telnov 18) yaşayır, kirayə xərci çəkmir. Bu hallar toplantıda nəzərə alındıqda apellyantın maddi çətinlik iddiası inandırıcı deyildir. 4. Alimentin uşağın real ehtiyacları ilə mütənasib olması prinsipi: Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Bütün maddi yükün yalnız atanın üzərinə qoyulması bu prinsipə ziddir. Birinci instansiya məhkəməsi 50 manat məbləğini müəyyən edərkən məhz bu tarazlığı nəzərə almışdır. 5. Apellyantın öz yazışmalarından irəli gələn faktlar Apellyantın cavabdehə göndərdiyi yazışmalar bir sıra mühüm faktı ortaya qoyur: Apellyant "Aliment istəməyəcəm səndən, sən də Atillani gorməyəcəksən" — yəni alimentə real ehtiyacının olmadığını açıq şəkildə bildirmiş, alimenti atalıq hüququna müdaxilə vasitəsinə çevirmişdir; Apellyant "Alimentcun verdiyin o simicka pulunu yigib is yoldaslarivin verdiyi 480 manati duzelt" — yəni cavabdehə məxsus 480 AZN məbləğini mənimsədiyini dolayısı ilə etiraf etmişdir. İddiaçı hər ay vaxti-vaxtında aliment alsa da, övladı ##.##.2023-cü il təvəllüdlü X3 2ci yaş doğum günündə qərəzli şəkildə görüşmələrinə süni şəkildə əngəl yaratmışdır. Yalnız icra qurumlarının müdaxiləsi nəticəsində övladım ilə görüşə bilmişdir. Bu fakt dövlət qurumlarının məktubları ilə öz təsdiqini tapmışdır. Bu fakt iddiaçının ona qarşı nə dərəcədə qərəz sahibi olduğunu göstərir. Bu yazışmalar Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sübut kimi araşdırılmalıdır. 6. Alimentin atalıq hüquqlarına müdaxilə vasitəsi kimi istifadəsi Avropa İnsan Hüquqları Məhkəməsinin Hokkanen v. Finland və Kutzner v. Germany işləri üzrə formalaşmış hüquqi mövqeyinə əsasən, valideyn–uşaq münasibətlərinə müdaxilə proporsional olmalı, ünsiyyət hüququ əsassız və ya qeyri-legitim şərtlərlə məhdudlaşdırılmamalıdır. Valideynlə uşağın ünsiyyətinin maddi və ya şəxsi təzyiq vasitəsinə çevrilməsi AİHK-nın 8-ci maddəsi ilə qorunan ailə həyatına hörmət hüququnun pozuntusu kimi qiymətləndirilə bilər. Yəni valideynin uşaqla ünsiyyət hüququnu maddi tələblərə bağlamaq insan hüquqlarının pozulması hesab olunur. Apellyantın yazışmaları bu qadağan olunmuş davranışın açıq ifadəsidir. 1. Apellyant Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı iltarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin əsassız olduğunu sübut edə bilməmişdir; 2. Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli,e-*(***)- ****/**** nömrəli qətnaməsi hüquqi cəhətdən əsaslıdır, qanunvericiliyin tələblərinə tam uyğundur; 3. Apellyantın özünün maddi vəziyyəti uşağın saxlanılması üçün kifayət qədər yetərlidir; 4. Cavabdehin gəlirlərinin qeyri-müntəzəmliyi birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilmişdir. Apellyant X1 apellyasiya şikayətinin əsassız hesab edilərək rədd edilməsini və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli,̧e-*(***)-****/****̧nömrəli̧qətnaməsiniņdəyişdirilmədəņsaxlanılmasını̧xahiş̧etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar
7. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vermədiyindəņ̧tərəfləriņ̧iştirakı̧olmadaņişə̧baxılması̧mümküņhesab̧edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə əmrdən çıxarışdan görünür ki, X1 ##.##.2024-cü il tarixdən ##.##.2026-cı il tarixədək uşağına qulluq etməkdən ötrü qismən ödənişli̧sosiaļməzuniyyəţverilmişdir.̧ Apellyasiya baxışının hədləri
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə̧ediləņhissədə̧yoxlanılmalıdır.̧̧ Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 17. II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 17. VI. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı̧göstərmək,̧onları̧tərbiyə̧etməķvalideynləriņhəm̧hüququ,̧həm̧də̧borcudur.
11. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Qeyd edilən Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları̧daxilində̧təmiņetməyə̧görə̧əsaşməsuliyyəti̧daşıyırlar
12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə əsasən : 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar. 80.1. valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3.̧əlilliyi olan ümumi uşağa̧və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi̧övlada̧qulluq edən və ehtiyacı̧olaņəŗvə̧ya̧arvad.
13. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli, *- */**** saylı qərarı: 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır ("Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı̧ödəməķvəzifəsindəņazaḑetmir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsiniņonlardaņasılı̧olmayaņsəbəblərə̧görə̧mümküņolmadığını̧əsaslandırsın.
15. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayətinin mübahisələndirilən dəlillərinə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, şikayətin dəlilləri əsaslıdır. Birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, iddianın qismən təmin edilməsi barədə qismən əsassız nəticəyə gəlmişdir. İddiaçı uşağın 3 yaşına çatanədək onun saxlanılması üçün aylıq 100 manat sabit pul məbləğində əlavə xərc tələb etmişdir. Birinci insansiya məhkəməsi isə bu məbləği azaldaraq 50 manat müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iqtisadi reallıqlar, ölkədə mövcud olan yaşayış minimumu, habelə erkən yaşda olan uşağın qidalanması, geyimi və tibbi xidmətləri üçün tələb edilən xərclərin həcmi fonunda 50 manat məbləğində əlavə xərcin müəyyən edilməsi ağlabatan və kifayət edən hesab edilə bilməz. Belə ki, uşağın 3 yaşına qədər olan dövrü onun xüsusi qulluq dövrüdür və iddiaçı analıq məzuniyyətdə olmaqla, əmək haqqı almadığından, bu təminatı tam əhatə etmək iqtidarında ola bilməz. Cavabdeh tərəfindən onun maddi və ailə vəziyyətinin iddia olunan 100 manat məbləğində xərci ödəməyə imkan vermədiyi (imkansız olmaması) barədə mötəbər və təkzibedilməz sübutlar məhkəməyə təqdim edilməmişdir. Valideynlər maddi vəziyyətindən asılı olmayaraq, uşağın zəruri ehtiyaclarının təmin olunmasında bərabər dərəcədə məsuliyyət daşımalıdır. Hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvadın keçmiş ərdən təminat almaq hüququ isə ailə qanunvericiliyi ilə təsbiţediləņimperativ̧göstərişdir.
16. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan təmiin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul ediləməli və iddia tələbi təmin edilməlidir. Qətnamənin icrası iddia veriləņ-̧##.##.2025-ci̧iļtarixdəņhesablanmaqla̧dərhaļtəmiņedilməlidir.
17. Diqqətə çatdırılmalıdır ki, şəraitin və əsasların dəyişdiyi təqdirdə uşağın təminatına yönəlik xərclərdə valideynlərin iştirakı ilə bağlı onların yeni (dəyişən şəraitə müvafiq sübutlar təqdim̧etməklə)̧əsaslarla̧iddia̧tələbləri̧irəli̧sürməķhüquqlarına̧malikdirlər.
18. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə̧bilməz.
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin ̧384,̧392,̧393̧və̧402-406-cı̧maddələrini̧rəhbəŗtutaraq,̧məhkəmə̧kollegiyası q ə t e t d i: İddiaçı X1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/****̧saylı̧işi̧üzrə̧##.##.2026-ci̧iļtarixli̧qətnaməsi̧ləğv̧edilsin. ̧̧̧̧̧̧̧İş̧üzrə̧yeni̧qətnamə̧qəbuļedilsin. ̧̧̧̧̧̧̧İddia̧tələbi̧təmiņedilsin. ## ###### 2023-cü il təvəllüdlü X3 3 yaşı tamam olana kimi, yəni ##.##.2026-ci il tarixə kimi 100 (bir yüz) manat məbləğində vəsait cavabdeh Cavabdeh tutularaq iddiaçı X1 xeyrinə ödənilsin.̧ ̧̧̧̧̧̧̧Vəsaitiņtutulması̧##.##.2025-ci̧iļtarixdəņhesablanmaqla̧qətnamə̧dərhaļicra̧edilsin.