Məhkəmə qərarları › İş №e-2(3-6)-2259/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2259/2026

14.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2259/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6katibliyi, iddiaçının nümayəndəsi vəkil2, cavabdehlərin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, */*** saylı sahədə yerləşən 0,0750 ha ölçülü torpaq sahəsi ##.##.2022-ci il tarixdə 0,0375 ha payda cavabdeh1, 0,0375 ha payda isə cavabdeh2 adına qeydiyyata alınmışdır.

2. ##.##.2023-cü il tarixli, *** nömrəli Tikinti-quraşdırma işləri üzrə təkliflərdən görünür ki, lahiyəçi şirkət tərəfindən Bakı şəhəri, Mərdəkan qəsəbəsində restoran lahiyəsi üzrə görüləcək tikinti işlərinin dəyəri 66801,60 manat, 8016,19 manat mənfəət (12%), nəzərə alınmayan xərclər 3340,08 manat, nəqliyyat xərcləri 2004,05 manat olmaqla, ümumilikdə 80161,92 manat müəyyənləşdirilmişdir. Digər təklifdə isə məbləğ görüləcək tikinti işlərinin dəyəri 129395,80 manat, 8016,19 manat mənfəət (12%), nəzərə alınmayan xərclər 6469,79 manat, nəqliyyat xərcləri 3881,87 manat olmaqla, ümumilikdə 155000 manat müəyyənləşdirilmişdir.

3. Qiymət razılaşma protokolundan görünür ki, “sifarişçi” cavabdeh1 ilə “icraçı” İddiaçı arasında restoran binası lahiyəsi üzrə görüləcək işlərin smeta dəyəri 155000,16 manat razılaşdırılmışdır (müqavilə cavabdehlər tərəfindən imzalanmamışdır).

Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehlər arasında bağlanmış ##.##.2023-cü il tarixli razılaşmaya əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, */*** saylı sahədə yerləşən torpaq sahəsində restoran binası tikintisinə çəkilmiş 40161,92 manatın, 320 manat hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin və 212 manat iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Iddia onunla əsaslandırılmışdır ki, tikinti şirkətinin nümayəndəsi İddiaçı ilə cavabdehlər cavabdeh1 və cavabdeh2 arasında ##.##.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, */*** saylı sahədə yerləşən torpaq sahəsində restoran binası tikilməsi üçün müqavilə bağlanmış və müqavilənin ümumi dəyəri 155000,16 manat məbləğində müəyyən edilmişdir. Bundan sonra tərəflərindən tikiləcək obyektin layihəsi və smetası tərtib edilərək qarşı tərəfə təqdim olunmuşdur. Tikintiyə çəkilmiş xərclərin qaimə fakturaları mövcuddur. Sifarişçi və icraçı arasında razılaşma protokolu imzalanmışdır. Həmin protokola əsasən tikinti və quraşdırılma işlərinin dəyəri sifarişçi ilə icraçının razılaşmasına əsasən ##.##.2023-cü il tarixədək tam şəkildə ödənilməli idi. Lahiyə üzrə dəmir-beton işləri ##.##.2023-cü il tarixədək tam şəkildə tamamlanır. Tərəflərin razılığı ilə muzdun məbləği aylar üzrə təyin edilmiş və razılaşdırılmış vaxtlarda ödənir. Tərəflər arasında qiymət razılaşması olduqdan sonra sifarişçi tərəfindən ilk öncə 30000 manat avans, daha sonra isə 10000 manat məbləğində vəsait ödənilmişdir. Qeyd olunan obyektlə əlaqədar üzərlərinə götürdükləri öhdəliklə bağlı olaraq görülən işlər barəsində cavabdehlərə mütəmadi olaraq foto, video görüntülər göndərilmiş, əraziyə gəldikləri zaman isə işin bütün detalları izah edilmişdir. Lakin bir müddət sonra Xəzər rayon Icra hakimiyyəti tərəfindən tikintinin gedişi dayanmışdır. Dayandırmanın səbəbi onlara məlum olmadığı üçün Xəzər Rayon Icra hakimiyyəti ilə cavabdehlər arasında anlaşılmazlığın aradan qaldırılması məqsədi ilə bir müddət gözlədikdən sonra cavabdehlərlə danışıqlara başlamış və müəyyən etmişlər ki, tikintinin davam etdirilməsi mümkün olmayacaqdır. Məhz bundan sonra tərəflərindən cavabdehlərə müraciət olunaraq, tikintinin başa çatdırılmaması onların təqsiri üzündən olmadığı üçün hazırkı mərhələyə qədər görülmüş işlərin yekun smetası çıxarılaraq cavabdehlərə təqdim edilmişdir. Smetaya əsasən həmin günə qədər görülmüş işlərin ümumi dəyəri 80161,92 manat təşkil etmişdir. Tikinti işlərinə 66801,60 manat, 8016,19 manat mənfəət (12%), nəzərə alınmayan xərclər 3340,08 manat, nəqliyyat xərcləri 2004,05 manat məbləğində vəsait sərf olunmuşdur. Ümumilikdə 80161,92 manat pul xərclənib. Çəkilmiş işlərin 40000 hissəsi əvvəldən ödənilmişdir. Hazırkı gün üçün cavabdehlər tərəfindən qeyd olunan obyektin tikintisinə çəkilmiş xərcin, 80161,92 manatın 40161,92 manat hissəsi bu günə kimi ödənilməmişdir. Cavabdehlər bir müddət əllərində vəsait olmadığı üçün ödənişi gecikdirdikdən sonra yekunda vəsaiti verməkdən boyun qaçırmağa başladılar.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, **/**** nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, */*** saylı sahədə tikintisi tam başa çatmamış restoran binasının inşası üçün görülmüş tikinti-təmir işlərinin (tikintinin aparılması üçüq əlavə xərclər daxil olmaqla) dəyərinin bazar qiymətlərinə uyğun olaraq 45965 manat məbləğində olduğu müəyyən olunur.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, */*** saylı sahədə yerləşən torpaq sahəsində inşa edilmiş tikililərin tikintisi tamamlanmadığından, sözügedən tikililərin xxxx" MMC tərəfindən tərtib edilmiş layihəyə tam şəkildə uyğun olub-olmamasının müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Lakin, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, */*** saylı sahədə yerləşən torpaq sahəsində mövcud olan tikililərin gözlə görünən hissələrinin konstruktiv hissələrinin texniki parametrlərinin, yəni ölçülərinin "xxxx" MMC tərəfindən tərtib edilmiş layihədə göstərilən ölçülərə uyğun olduğu müəyyən edilmişdir.

8. Məhkəmə tərəfindən keçirilmiş “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, M/**/** nömrəli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində, */*** saylı sahədə yerləşən torpaq sahəsində restoran binasının tikintisinə çəkilmiş xərcin ümumi məbləği 43716,8 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir.

9. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “X5” MMC-nin rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, */*** saylı sahə ünvanında yerləşən qeyri-yaşayış binasının inşasına çəkilmiş xərclərin bazar dəyəri 86776 manat təşkil etmişdir.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)- ***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 5965 manat pul, vəkilin göstərdiyi yardım üçün çəkilmiş xərcə görə 320 manat və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 212 manat pulun 33 manatının tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 200 manat pulun cavabdehlər cavabdeh2 və cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, qiymətləndirmə tədqiqatının dəyəri olan 300 manat pulun cavabdehlər cavabdeh2 və cavabdeh1 tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir.

11. Qətnamənin əsaslarına görə, iş materiallarından görünür ki, podrat müqaviləsi cavabdehlər tərəfindən imzalanmasa da, cavablehlər onlar arasında podrat müqaviləsinin mövcudluğunu mübahisələndirməmişlər. Sonradan podrat müqaviləsi ləğv edilsə də, iddiaçı tərəfindən müqavilə ilə şərtləşdirilmiş müəyyən işlər görülmüşdür. Belə ki, iddiaçı tərəfindən cavabdehlərin sifarişi əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən */*** saylı torpaq sahəsində restoranın tikintisi üçün bir sıra işlər görülmüş, lakin restoranın tikintisi yarımçıq qalmışdır. Cavabdehlər cavabdeh2 və cavabdeh1 icraçı tərəfindən tikintiyə başlanılması üçün 40000 manat məbləğində ödəniş etmişlər və hər iki tərəf məhkəmə iclasında verdikləri izahatlarda bu halın mövcudluğunu qəbul etmişlər. Iddiaçı tərəfindən yerinə yetirilmiş işlərə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf restoran binasının tikintisinə başladıqlarını, lakin Xəzər Rayon Icra Hakimiyyətinin tələbi ilə işlərin dayandırıldığını, cavabdehlər ilə həmin orqan arasında danışıqların uğursuzluqla nəticələndiyindən işlərin davam etdirilməyəcəyini bildirmişdir. Belə ki, bu hal həm tərəflərin məhkəmə iclasında verdiyi izahatlarla, həm də məhkəməyə təqdim edilmiş “Whatsapp” tətbiqi üzərindən aparılmış yazışmalarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 770 və 773-cü maddələrinə görə, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. Işi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Hazırki iş üzrə iddiaçı onun tərəfindən çəkilmiş 80161,92 manat pulun ödənilməmiş 40161,92 manat hissəsini tələb edir. Lakin məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən tikintiyə 80161,92 manat xərcin çəkildiyini təsdiq edən hər hansı mötəbər sübut iş materiallarında mövcud deyildir. Müqavilə üzrə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsində görülmüş işlərin dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən ekspert rəyləri alınmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, **/**** nömrəli ekspert rəyi ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, */*** saylı sahədə tikintisi tam başa çatmamış restoran binasının inşası üçün görülmüş tikinti-təmir işlərinin dəyərinin 45965 manat məbləğində olduğu müəyyən olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyində isə tikililərin gözlə görünən konstruktiv hissələrinin texniki parametrlərinin, yəni ölçülərinin “xxxx” MMC tərəfindən tərtib edilmiş layihədə göstərilən ölçülərə uyğun olduğu göstərilmişdir. Daha sonra iddiaçının vəsatəti əsasında məhkəmə tərəfindən təkrar ekpertiza təyin edilmiş, qərardad icra edilməsi üçün Azərbaycan Qiymətləndiricilər Palatasına göndərilmiş, “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli rəyi ilə restoran binasının tikintisinə çəkilmiş xərcin 43716,8 manat olduğu müəyyən edilmişdir. Iddiaçının əsas etiraz etdiyi hal, ekspert rəylərinin layihəyə uyğun verilməməsindən ibarət olmuşdur. Lakin məhkəmə tərəfindən qiymətləndirici təşkilata tədqiqatın layihə ilə müqayisəli şəkildə aparılması barədə məktub göndərilmişdir. Sonuncu qiymətləndirmə rəyinin məzmununda da buna uyğun olaraq qeyd olunmuşdur ki, araşdırma zamanı tikinti obyektinin faktiki vəziyyəti “xxxx” MMC tərəfindən tərtib edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsi üzrə 2023-cü il tarixli konstruksiya layihə sənədləri ilə müqayisəli şəkildə təhlil edilmişdir. Müqayisə nəticəsində mövcud tikililərin gözlə görünən konstruktiv hissələrinin ölçülərinin və yerləşmə sxeminin qeyd olunan layihə sənədlərində göstərilən parametrlərlə ümumilikdə uyğunluq təşkil etdiyi müəyyən edilmişdir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş ## ######## 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyində də təsdiq edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı işlərin görülməsi üçün sərf etdiyi əmək və çəkdiyi faktiki xərclər hissəsində pul məbləğini tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçının vəziyyətini, hər bir halda ödənilmiş puldan artıq xərcin çəkildiyini, tərəflər arasında bağlanmış müqavilənin iddiaçının təqsiri olmadan ləvğ edildiyini və işin digər hallarını nəzərə alaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024- cü il tarixli rəyi ilə müəyyən edilmiş məbləğin əsas götürülməsini, 45965 manat puldan ödənilmiş 40000 manat pul çıxılmaqla yerdə qalan məbləğin, 5965 manat pulun cavabdehlərdən tutulmasını məqsədəmüvafiq hesab etmişdir. Qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan məhkəmə tərəfindən alınmış ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 385, 425.1, 442, 443.1, 443.2, 443.3, 448.2, 752, 753.1, 759, 770, 773, maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə” ## #### 2018-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 121.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Həmin qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması AzərbaycanRespublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ekspert qarşısında Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, */*** saylı sahədə yerləşən 0,0750 ha torpaq sahəsində restoran binasının tikintisi məqsədilə görülmüş işlərin dəyəri nə qədər təşkil etməsi barədə sual qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə EkspertizasıMərkəzinin eksperti Ekspert Məhkəmənin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı əsasında aparmış olduğu ekspertiza nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, */*** saylı sahədə tikintisi tam başa çatmamış restoran binasının inşaası üçün görülüş tikinti-təmir işlərinin (tikintinin aparılması üçüq əlavə xərclər daxil olmaqla) dəyərinin bazar qiymətlərinə uyğun olaraq 45965,0 manat məbləğində olduğu müəyyən olunmasında dair **/**** saylı, ##.##.2024-cü il tarixli ekspertiza rəyi təqdim etmişdir. Iddiaçı tərəfindən qeyd olunan rəylə razılaşmadığı üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Ekspert məhkəməyə dəvət olunmasına dair vəsatət verilmiş, vəsatət təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən ekspert Ekspert apardığı ekspertiza zamanı yalnız tikintinin gözü ilə görünən hissəsinin qiymətləndirdiyini qeyd etmiş, tikintinin alt hissədə torpaqda qalan hissəsinin qiymətləndirə bilmədiyini açıq şəkildə məhkəməyə bildirmişdir. Bununla əlaqədar olaraq, məhkəmə mülki iş üzrə əlavə və təkrar məhkəmə mühəndis-texniki ekspertizasının təyin edilməsi, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, */*** saylı sahədə yerləşən torpaq sahəsində inşa edilmiş tikili 2023-cü il tarixli “xxxx” MMC tərəfindən hazırlanmış layihəyə tam uyğun şəkildə inşa edilib-edilməməməsi, layihəyə tam uyğun olmadığı halda hansı hissələrdə uyğun olmaması barədə *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardad qəbul etmişdir. Məhkəmənin qərardadına əsasən aparılan ekspertiza zamanı ekspert Amid Əliyev **/**** saylı, ## ######## 2025-ci il tarixli ekspertiza rəyində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi,*/*** saylı sahədə yerləşən torpaq sahəsində inşa edilmiş tikililərin tikintisi tamamlanmadığından, sözügedən tikililərin “xxxx” MMC tərəfindən tərtib edilmiş layihəyə tam şəkildə uyğun olub-olmamasının müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Lakin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, */*** saylı sahədə yerləşən torpaq sahəsində mövcud olan tikililərin gözlə görünən hissələrinin konstruktiv hissələrinin texniki parametrlərinin, yəni ölçülərinin “xxxx” MMC tərəfindən tərtib edilmiş layihədə göstərilən ölçülərə uyğun olduğu müəyyən edilməsini bildirmişdir. Belə olan halda iddiaçı tərəfindən özəl qiymətləndiriciyə müraciət olunmuş və iki rəyin əsasında qiymətləndirmə aparılması sifarişi verilmişdir. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı əsasında mal, materiala, işçilik haqlarına qoyulmuş qiymətlərlə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, */*** saylı sahədə yerləşən torpaq sahəsində inşa edilmiş tikili 2023-cü il tarixli “xxxx” MMC tərəfindən hazırlanmış layihəyə uyğun qeyd olunan sahəsində restoran binasının tikintisi məqsədilə görülmüş işlərin dəyəri nə qədər təşkil etməsi soruşulmuşdur. Nəticədə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, */*** saylı sahə ünvanında yerləşən qeyri-yaşayış binasının inşasına çəkilmiş xərclərin yekun bazar dəyəri 86 776,0 manat təşkil olunmasına dair qiymətləndirmə rəyi təqdim olunmuş və rəy iddiaçı tərəfindən elektron məhkəmə sisteminə yüklənmişdir. Buna baxmayaraq, məhkəmə qeyd olunan mülki iş üzrə qiymətləndirmə rəyinin alınmasına dair *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardad qəbul etmişdir. Məhkəmə qiymətləndirici qarşısında yenə də *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı əsasında təyin etdiyi ekspertiza qarşısında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində, */*** saylı sahədə yerləşən torpaq sahəsində restoran binasinın tikintisinə çəkilmiş xərcin ümumi məbləği nə qədər təşkil olunması kimi eyni sualı qoymuşdur. Bundan sonra məhkəməyə vəsatətlə müraciət edərək, mülki iş üzrə qiymətləndirmə rəyinin verilməsinə dair məhkəmənin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadında qoyulmuş suala əlavə olaraq, qiymətləndirici qarşısında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, */*** saylı sahədə yerləşən torpaq sahəsində restoran binasının tikintisi məqsədilə görülmüş işlərin “xxxx” MMC tərəfindən tərtib edilmiş layihədə göstərilən ölçülərə uyğun halda çəkilmiş xərcin ümumi məbləği nə qədər təşkil olunmasl sualının qoyulması barədə qərardad qəbul edilməsi və dərhal icra olunması üçün aidiyyəti quruma göndərilməsini xahiş olunmuşdur. Daha sonra məhkəmə ilə əlaqə saxladıqları zaman bu barədə Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasının Sədri cənab Nüsrət Ibrahimova *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli məktub göndərildiyi bildirilmişdir. Iddiaçı tərəfindən məktuba nəzər yetirdikləri zaman görünür ki, həqiqətən də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı məktubu ilə Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasının Sədri cənab Nüsrət Ibrahimova müraciət olunaraq, tədqiqatın ekspert rəyləri və “xxxx” MMC tərəfindən hazırlanmış 2023-cü il tarixli layihə ilə müqayisəli şəkildə və tədqiqat obyektinə yerində baxış keçirilməklə aparılması tapşırılmışdır. Məhkəmənin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadının icrası xxxxnin mütəxəssisi Samir Əliyev tərəfindən aparılmış və onun tərəfindən nəticəsi barədə ##.##.2026-cı il tarixli rəy tərtib olunaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunan rəyə nəzər saldıqda görünür ki, Samir Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Ekspert **/**** saylı, ##.##.2024-cü il tarixli ekspertiza rəyini kopyalıyaraq eyni xüsusatlarla yeni rəy tərtib etmişdir. Lakin iş materiallarına baxdıqda görürük ki, məhkəmə iclasında iştirak edən ekspert Ekspert apardığı ekspertiza zamanı yalnız tikintinin gözü ilə görünən hissəsinin qiymətləndirdiyini qeyd etmiş, tikintinin alt hissədə torpaqda qalan hissəsinin qiymətləndirə bilmədiyini qeyd etmişdir. O zaman sual yaranır ki, Ekspert apardığı ekspertiza zamanı yalnız tikintinin gözü ilə görünən hissəsinin qiymətləndirərək, qeyd olunan tikintiyə qoyulmuş xərcin 45965,0 manat məbləğdə olduğu nəticəsinə gəldiyi halda necə olur ki, Samir Əliyev ümumilikdə həmin tikliyə 43716,8 manat məbləğində xərc çəkildiyini bildirmişdir. Bundan başqa, Samir Əliyevin məhkəməyə təqdim etdiyi ##.##.2026-cı il tarixli rəyin smeta cədvəlinə nəzər yetirdiyimiz zaman görürük ki, o, “xxxx” MMC tərəfindən hazırlanmış 2023-cü il tarixli layihədə qeyd olunan heç bir göstəricilərə istinad etməmişdir. Halbu ki, qeyd olunantikilinin Məhkəmənin qərardadına əsasın aparılan ekspertiza zamanı ekspert Amid Əliyev **/**** saylı, ## ######## 2025-ci il tarixli ekspertiza rəyində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, */*** saylı sahədə yerləşəntorpaq sahəsində inşa edilmiş tikililərin tikintisi tamamlanmadığından, sözügedən tikililərin xxxx" MMC tərəfindən tərtib edilmiş layihəyə tam şəkildə uyğun olub-olmamasının müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Lakin, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, */*** saylı sahədə yerləşən torpaq sahəsində mövcud olan tikililərin gözlə görünən hissələrinin konstruktiv hissələrinin texniki parametrlərinin, yəni ölçülərinin “xxxx” MMC tərəfindən tərtib edilmiş layihədə göstərilən ölçülərə uyğun olduğu müəyyən edilməsini bildirmişdir. Bundan başqa məhkəmə ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı məktubu ilə Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasının Sədri cənab Nüsrət Ibrahimova müraciət edərək, tədqiqatın ekspert rəyləri və “xxxx” MMC tərəfindən hazırlanmış 2023-cü il tarixli layihə ilə müqayisəli şəkildə və tədqiqat obyektinə yerində baxış keçirilməklə aparılmasını tapşırmışdır. Bütün bunları nəzərə alaraq, ##.##.2025-ci il, saat 11:00-a təyin edilmiş məhkəmə iclasında göstərilən əsaslara və **/**** saylı, ## ######## 2025-ci il tarixli ekspertiza rəyində qeyd olunan tikilinin “xxxx” MMC tərəfindən tərtib edilmiş layihədə göstərilən ölçülərə uyğun olduğu müəyyən edilməsini bildirildiyi üçün həmin tikilinin “xxxx” MMC tərəfindən tərtib edilmiş layihədə göstərilən ölçülərə uyğun halda çəkilmiş xərcin ümumi məbləği nə qədər təşkil olunmasl sualına cavab almaq məqsədi ilə xxxxnin mürəxəssisi Samir Əliyevin dəvət olunması barədə iddiaçı tərəfindən vəsatət verilməyinə baxmayaraq, məhkəmə iddiaçı tərəfin vəsatətini heç bir əsas gətirmədən təmin etməmişdir. Birinci instansiya məhkəməsinin iddianın qismən hissədə təmin olunması üçün istinad etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli rəyini tərtib edən ekspert Ekspert apardığı ekspertiza zamanı yalnız tikintinin gözü ilə görünən hissəsinin qiymətləndirdiyini qeyd etmiş, tikintinin alt hissədə torpaqda qalan hissəsinin qiymətləndirə bilmədiyini açıq şəkildə məhkəməyə bildirmiş və gözlə görünən hissənin 45965 manat olduğunu bildirmiş və məhkəmə də iddianın qismən təmin olunması üçün onun verdiyi rəyi əsas götürmüşdür. Belə ki, məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, iddiaçı işlərin görülməsi üçün sərf etdiyi əmək və çəkdiyi faktiki xərclər hissəsində pul məbləğini tələb etməkdə haqlıdır. Belə olan halda sual olunar ki, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli rəyini tərtib edən ekspertin tikintinin yalnız gözlə görünən hissəsinin 45965 manat olduğunu bildirdiyi halda rəyi əsaslı sayırsa, deməli tikintinin gözlə görünən hissəsinə çəkilmiş xərc 45965 manat təşkil edir. Bəs o halda bu tikintinin altına çəkilmiş xərc nə qədər təşkil edir sualına aydınlıq gətirmir və niyə həmin xərc cavabdehlərdən tutulmur? Bundan başqa, iş materiallarında olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, */*** saylı sahədə yerləşən torpaq sahəsində restoran binasının tikintisi məqsədilə görülmüş işlərin alt hissəsinin video, foto görüntülərin məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə iddiaçının iddiasını təsdiq edəcək yetəri qədər mötəbər sübutun olmamasını qeyd etmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert Amid Əliyev **/**** saylı, ## ######## 2025-ci il tarixli ekspertiza rəyində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, */*** saylı sahədə yerləşən torpaq sahəsində mövcud olan tikililərin gözlə görünən hissələrinin konstruktiv hissələrinin texniki parametrlərinin, yəni ölçülərinin “xxxx” MMC tərəfindən tərtib edilmiş layihədə göstərilən ölçülərə uyğun olduğu müəyyən edilməsini bildirmişdir. Məhz bundan sonra iddiaçı tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, */*** saylı sahədə yerləşən torpaq sahəsində restoran binasının tikintisi məqsədilə görülmüş işlərin “xxxx” MMC tərəfindən tərtib edilmiş layihədə göstərilən ölçülərə uyğun halda çəkilmiş xərcin ümumi məbləğinin nə qədər təşkil olunması sualına aydınlıq gətirilməsi üçün qiymətləndirmə keçirilməsinə dair qərardad qəbul edilməsinə dair dəfələrlə şifahi və yazılı vəsatət verilməsinə baxmayaraq, məhkəmə heç bir əsas gətirmədən vəsatəti təmin etməmiş və bunun əvəzində məhkəmə iclasında iştirakı təmin edilən ekspert Ekspert apardığı tədqiqat zaman “yalnız gözümlə görünəni qiymətləndirmişəm” dediyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli rəyini əsas götürməklə iddianın qismən təmin olunmasına dair qərar qəbul etmişdir. Göründüyü kimi məhkəmənin iddanın qismən təmin olunması üçün gəldiyi nəticə özü-özlüyündə yalnış olmaqla yanaşı, məhkəmənin gəldiyi bu nəticə eyni zamanda iddiaçı tərəfindən təqdim olunmuş sübutlarla da tam şəkildə təkzib olunur. Məhkəmə iddiaçı tərəfindən işlərin görüldüyünü qəbul edir və hesab edir ki, iddiaçının sərf etdiyi əmək və çəkdiyi faktiki xərclər hissəsində pul məbləğini tələb etməkdə haqlıdır, həmin hissədə iddia təmin edilməlidir. Yəni dolayısı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinin tərkib hissəsi heç bir tərəfdən mübahisələndirilmir. Bundan başqa görürük ki, məhkəmə iş üzrə obyektiv qərar qəbul edilməsi məqsədi ilə ilk öncə, *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi barədə qərardad qəbul etmişdir. Qeyd olunan qərardadın icrasını həyata keçirən ekspert Ekspert məhkəmə iclasında verdiyi rəyin mötəbərliyini şübhə altına alacaq izahat verməyinə baxmayaraq, məhkəmənin həmin rəyi əsas götürməsi məhkəmə tərəfindən iddiaçının hüquqlarının pozuntusu ilə nəticələnən qərar qəbul edilməsinə səbəb olmuşdur. Bundan başqa, məhkəmənin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert Amid Əliyevin **/**** saylı, ## ######## 2025-ci il tarixli ekspertiza rəyi ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, */*** saylı sahədə yerləşən torpaq sahəsində mövcud olan tikililərin gözlə görünən hissələrinin konstruktiv hissələrinin texniki parametrlərinin, yəni ölçülərinin “xxxx” MMC tərəfindən tərtib edilmiş layihədə göstərilən ölçülərə uyğun olduğu müəyyən edildikdən sonra iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, */*** saylı sahədə yerləşən torpaq sahəsində restoran binasının tikintisi məqsədilə görülmüş işlərin “xxxx” MMC tərəfindən tərtib edilmiş layihədə göstərilən ölçülərə uyğun halda çəkilmiş xərcin ümumi məbləğinin nə qədər təşkil olunması sualına aydınlıq gətirilməsi üçün qiymətləndirmə keçirilməsinə dair qərardad qəbul edilməsinə dair vəsatətinin heç bir əsas gətirmədən təmin edilməməsi artıq iddiaçıda məhkəmə tərəfindən qərəzlilik olma şübhələrini yaratmağa əsas olmuşdur. Yəni məhkəmənin gəldiyi bu nəticə ilə də hazırkı iddia üzrə araşdırmanı düz aparmadığı və təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət vermədiyi açıq-aşkar görünməkdədir. Aşağıda göstərilən prosessual pozuntular birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyini açıq şəkildə göstərir. Ilk növbədə, məhkəmə sübutların araşdırılmasını və qiymətləndirilməsini düzgün həyata keçirməmişdir. Iş materiallarında mövcud olan səs yazılarını və şahid ifadələri məhkəmə tərəfindən məcmu şəkildə araşdırılmamışdır. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və məhkəmə onları qarşılıqlı əlaqədə qiymətləndirməlidir. Bu yanaşma Mülki Prosessual Məcəllənin 82-ci maddəsinin məzmun və məqsədinə ziddir. Beləliklə, məhkəmə tərəfindən sübutların hərtərəfli və obyektiv qiymətləndirilməsi təmin edilməmiş, preyudisiallıq institutu düzgün tətbiq edilməmiş, iş üçün əhəmiyyətli hallar tam müəyyən edilməmiş, qətnamə işin həqiqi hallarına uyğun əsaslandırılmamışdır. Belə ki, iş materialları tam şəkildə araşdırılmamış, məhkəmə cavabdehin məhkəmə prosessində göstərdiyi arqumentlərə düzgün hüquqi qiymət verməmişdir. Bu pozuntular qətnamənin həm qanunilik, həm də əsaslılıq meyarlarına cavab vermədiyini göstərir və onun ləğv olunmasını zəruri edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Iddiaçının nümayəndəsi vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, iddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdir.

17. Cavabdehlərin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Maddə 445. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. Işi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti ilə qətnamənin tam ləğv olunması xahiş edilsə də, iddia tələbinin təmin edildiyi hissədə qətnamə cavabdehlər tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia tələbinin təmin edilən hissəsində hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə iddia rədd olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində hər hansı yeni bir dəlil irəli sürülməmiş, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmçinin qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün digər bir əsas qeyd olunmamışdır. Işin halları, işdə olan sübutlar və ekspert rəyləri əsasında məhkəmə tərəfindən ətraflı araşdırma və qiymətləndirmə aparılmışdır.

23. Birinci instansiya məhkəməsi iddianın qismən edilməsi ilə bağlı yekun nəticəyə gələrkən ona istinad etmişdir ki, müqavilə üzrə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsində görülmüş işlərin dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən ekspert rəyləri alınmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, **/**** nömrəli ekspert rəyi ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, */*** saylı sahədə tikintisi tam başa çatmamış restoran binasının inşası üçün görülmüş tikinti-təmir işlərinin dəyərinin 45965 manat məbləğində olduğu müəyyən olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyində isə tikililərin gözlə görünən konstruktiv hissələrinin texniki parametrlərinin, yəni ölçülərinin “xxxx” MMC tərəfindən tərtib edilmiş layihədə göstərilən ölçülərə uyğun olduğu göstərilmişdir. Daha sonra iddiaçının vəsatəti əsasında məhkəmə tərəfindən təkrar ekpertiza təyin edilmiş, qərardad icra edilməsi üçün Azərbaycan Qiymətləndiricilər Palatasına göndərilmiş, “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli rəyi ilə restoran binasının tikintisinə çəkilmiş xərcin 43716,8 manat olduğu müəyyən edilmişdir.

24. Apellyasiya şikayətinin əsas dəlilini yenidən qiymətləndirmə aparılmalı olduğu, əvvəlki rəylər verilərkən görülən işlərin bir hissəsinin nəzərə alınmaması təşkil etsə də, işin hallarından görünür ki, məhz bu dəlillər əsasında dəfələrlə qiymətləndirmə aparılmaqla rəylər alınmışdır.

25. O cümlədən, iş materiallarında olan sonuncu qiymətləndirmə rəyinin məzmununda da qeyd edilən xüsusatlar nəzərə alınaraq qeyd olunmuşdur ki, araşdırma zamanı tikinti obyektinin faktiki vəziyyəti “xxxx” MMC tərəfindən tərtib edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsi üzrə 2023-cü il tarixli konstruksiya layihə sənədləri ilə müqayisəli şəkildə təhlil edilmişdir. Müqayisə nəticəsində mövcud tikililərin gözlə görünən konstruktiv hissələrinin ölçülərinin və yerləşmə sxeminin qeyd olunan layihə sənədlərində göstərilən parametrlərlə ümumilikdə uyğunluq təşkil etdiyi müəyyən edilmişdir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş ## ######## 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyində də təsdiq edilmişdir.

26. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

27. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar