Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2351/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş (Açar sözlər: «hüquqdan sui-istifadə edilərək alimentin azaldılmasının tələb edilməsinin yolverilməzliyi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi və vəkili Mehtiyev İlham Rəşid oğlunun iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları: 1.Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə ilk iddia təmin edilərək İddiaçı ## #### 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün ## ###### 2020-ci il tarixdən başlayaraq İddiaçı qazancının və ya (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin Cavabdeh xeyrinə tutulması, İddiaçı əmək haqqının dörddə bir hissəsnin 50 %-in övladı X2 adına bankda açılmış hesabına köçürülməsi barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilib.
2. Bakı Apellyasiya Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilib, qarşılıqlı iddia təmin edilərək İddiaçı ## #### 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ## ###### 2020-ci ildən başlayaraq tutulan əmək haqqının dörddə bir hissəsi miqdarında alimentin 50 faizinin Amiran Məlikovun adına bankda açılmış hesaba köçürülməsi qət edilib.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı ##.##.2021-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməyib Bakı Apellyasiya Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında ##.##.2014-cü il tarixdə * saylı Bakı “Asan Xidmət” X7 bağlanılmış və 3538 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş ## #### 2016-cı il təvəllüdlü X2 anası Cavabdeh Həsənovnanın yanında saxlanılması qət edilmişdir.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə ## ###### 2025-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ## #### 2025-ci il tarixdən başlayaraq İddiaçı hər ay qazancın (başqa gəlirlərin) 1/6 hissəsi miqdarında alimentin tutulub Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ravil qızına verilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan ## #### 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün qazancının və ya (başqa gəlirlərinin) altıda bir hissəsi miqdarında müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edib.
7. İddiada göstərilib ki, Cavabdeh ilə rəsmi olaraq nikaha daxil olmuşlar. Nikahın qeydiyyatı ##.##.2014-cü il tarixdə Bakı şəhəri * saylı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsində aparılmışdır. Bu nikahdan ##.##.2016-cı il təvəllüdlü X2 anadan olmuşdur. Bakı şəhəri Nizami rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikaha xitam verilmişdir. Sonradan *(***)-***/**** saylı ##.##.2021-ci il tarixli qətnamə ilə İddiaçı ## #### 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün ## ###### 2020ci il tarixdən başlayaraq İddiaçı qazancının və ya (başqa gəlirlərinin) dördə bir hissəsi miqdarında aliment Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ravil qızı ilə ## ###### 2024-cü il tarixində rəsmi nikaha daxil olmuş, bu barədə * saylı Bakı ASAN xidmət Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən *** saylı aktla qeydə alınmişdir. Həmin nikahdan ## ###### 2025-ci il tarixində oğlu X1 dünyaya gəlmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ravil qızı ilə aralarında münasibətlər korlandığından Bakı şəhəri Nizami Rayon Məhkəməsinə aliment tələbi ilə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025ci il tarixli qətnamə ilə təmin edilmiş və İddiaçı ## ###### 2025 ci il tarixində doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı qazancının və ya (başqa gəlirlərinin) altıda bir hissəsi miqdarında aliment Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ravil qızının xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda əmək haqqımın dörddə bir hissəsindən Cavabdeh altıda bir hissəsindən isə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ravil qızına aliment qismində tutularaq ödənilir. Yəni iki uşağa görə qazancının cəmi üçdə bir hissəsi alimentə cəlb edilməli olduğu halda qazancının 41,67 faizi (dörddə bir hissə üstəgəl altıda bir hissə) alimentə cəlb edilir. Halbuki, iki uşağa görə qazancının cəmi üçdə bir hissəsi yəni 33 faizi alimentə cəlb edilə bilər. Qazancının 41,67 faizinin aliment kimi tutulması isə ona görə əsassız olaraq həyata keçirilir ki, Cavabdeh ödənilən alimentin məbləği hələ də, dörddə bir hissə (25 faiz) qalmaqdadır. Belə olan halda Cavabdeh xeyrinə tutulan aliment də, altıda bir hissəyə endirilməlidir ki, iki uşağa görə qazancının üçdə bir hissəsi yəni qanunveriliyin müəyyən etdiyi aliment tələblərinə cavab versin.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Ülkər Xəlil) iddia tələbinin təmin edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə ## #### 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı İddiaçı cavabdeh Cavabdeh xeyrinə tutulan alimentin miqdarının azaldılması, ## #### 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay İddiaçı qazancının və başqa gəlirlərinin 1/6 hissəsində alimentin tutulması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, hazırda iddiaçının yetkinlik yaşına çatmayan iki uşağı var. Hazırki halda hər iki qətnamə üzrə alimentin ümumi məbləği İddiaçı ümumi gəlirlərinin 1/3 hissəsindən çox hissəsini təşkil edir. Belə olan halda, məhkəmə tərəfindən valideynin qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarından aliment tutulmalı olduğu nəzərə alınaraq hər bir uşaq üçün iddiaçının qazancın (başqa gəlirlərin) 1/6 hissəsi miqdarında aliment tutulmalıdır. ## ###### 2025-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancın (başqa gəlirlərin) 1/6 hissəsi miqdarında alimentin tutulması artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə qət edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş edib şikayətində göstərir ki, məhkəmə qətnaməsində alimentin miqdarının azaldılmasını əsaslandırarkən iki uşağa görə valideynin qazancından ümumilikdə 1/3 hissə miqdarında aliment tutulmalı olmasına istinad etmişdir. Lakin məhkəmə Ailə Məcəlləsinin 76.2ci maddəsinin tələblərini düzgün tətbiq etməmiş və həmin normanın dispozitiv xarakter daşımasını nəzərə almamışdır. Belə ki, Ailə Məcəlləsinin 76.1-ci maddəsində göstərilən miqdarlar ümumi qayda kimi müəyyən edilmişdir. Həmin maddəyə əsasən, iki uşağa görə qazancın üçdə bir hissəsi miqdarında aliment tutulması nəzərdə tutulsa da, eyni zamanda Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Göründüyü kimi, qanun iki uşağa görə mütləq şəkildə məhz 1/3 hissə müəyyən edilməsini imperativ qayda kimi nəzərdə tutmur. Əksinə, məhkəmə hər bir konkret iş üzrə uşaqların maraqlarını, onların təminat səviyyəsini, tərəflərin maddi vəziyyətini və digər mühüm halları nəzərə alaraq fərqli nəticəyə gələ bilər. Hazırkı iş üzrə məhkəmə yalnız formal olaraq iki uşağın mövcudluğunu əsas götürərək alimentin ümumi məbləğinin 1/3 hissə təşkil etməli olması nəticəsinə gəlmiş, lakin azyaşlı X2 mənafelərini, onun əvvəlki təminat səviyyəsinin qorunmasının zəruriliyini və alimentin azaldılması nəticəsində uşağın maddi vəziyyətinin pisləşməsini nəzərə almamışdır. Bundan əlavə, məhkəmə alimentin miqdarını azaldarkən əsas etibarilə iddiaçının ikinci nikahından daha bir uşağının olmasına və həmin uşağın saxlanılması üçün də aliment ödəməsinə istinad etmişdir. Lakin qeyd olunan hal özlüyündə əvvəlki nikahdan olan uşağın təminat səviyyəsinin azaldılması üçün mütləq əsas hesab edilə bilməz. Valideyn bütün övladları qarşısında bərabər məsuliyyət daşıyır və bir uşağın maddi təminatının digər uşağın hesabına pisləşdirilməsi ailə qanunvericiliyinin mahiyyətinə və uşaqların mənafelərinin üstünlüyü prinsipinə ziddir. Hazırkı iş üzrə alimentin 1/4 hissədən 1/6 hissəyə endirilməsi azyaşlı X2 maddi təminatına birbaşa mənfi təsir göstərir. Hazırkı iqtisadi şəraitdə uşağın qidalanma, geyim, təhsil, tibbi xidmət, məktəb və gündəlik sosial-məişət ehtiyacları ilə bağlı xərclərin ödənilməsi əvvəlki təminat səviyyəsinin aşağı düşməsi ilə nəticələnir və onun gündəlik zəruri ehtiyaclarının tam şəkildə təmin edilməsində çətinliklərin yaranmasına səbəb olur. Azərbaycan Respublikası ailə qanunvericiliyinin əsas prinsiplərinə görə, aliment məsələləri həll edilərkən ilk növbədə uşağın mənafeləri, onun normal inkişafı və layiqli həyat səviyyəsinin qorunması nəzərə alınmalıdır. Alimentin azaldılması nəticəsində uşağın əvvəl malik olduğu təminat səviyyəsinin pisləşməsi yolverilməzdir. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının ikinci nikahdan olan övladı X1 onunla birlikdə yaşadığı üçün həmin uşağın gündəlik saxlanılması, təhsili, məişət və digər zəruri ehtiyacları birbaşa iddiaçı tərəfindən təmin edilir və bu təminat yalnız aliment öhdəliyi ilə məhdudlaşmır. Lakin birinci nikahdan olan X2 isə yalnız aliment öhdəliyi çərçivəsində təmin olunur və onun bütün maddi ehtiyacları məhz müəyyən edilmiş aliment məbləği hesabına qarşılanır. Üstəlik tutulan alimentin 50 faizi uşağın bank hesabına köçürülür ki, bu da həmin vəsaitdən istifadə imkanlarını daha da məhdudlaşdırır. Belə olan halda, hər iki uşağın təminat vəziyyəti eyni hesab oluna bilməz və bu fərqli faktiki vəziyyət məhkəmə tərəfindən nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi iddiaçının maddi vəziyyətinin həqiqətən ağırlaşıbağırlaşmadığını, onun aliment ödəmək imkanlarının əhəmiyyətli dərəcədə azalıb-azalmadığını və bu dəyişikliklərin alimentin azaldılmasını əsaslandırıb-əsaslandırmadığını tam, hərtərəfli və obyektiv şəkildə araşdırmamışdır. Məhkəmə yalnız formal yanaşma nümayiş etdirərək iki uşağa görə ümumi 1/3 hissənin tətbiq edilməli olduğu qənaətinə gəlmiş, lakin bu nəticəyə gəlmək üçün zəruri olan faktiki halların mötəbər şəkildə müəyyən edilməsini təmin etməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və obyektiv araşdırmadan, Azərbaycan RespublikasıAilə Məcəlləsinin 76.2-ci maddəsinin tələblərini düzgün tətbiq etmədən və azyaşlı uşağın mənafelərini lazımi qaydada nəzərə almadan alimentin azaldılması barədə nəticəyə gəlmişdir. Məhkəmə azyaşlı uşağın faktiki maddi ehtiyaclarını, alimentin azaldılmasının onun təminat səviyyəsinə təsirini, tərəflərin real maddi və ailə vəziyyətini tam araşdırmamışdır. Bununla yanaşı, ikinci nikahdan olan X1 iddiaçı ilə birlikdə yaşaması və birinci nikahdan olan X2 yalnız aliment hesabına təmin olunması kimi iş üçün mühüm əhəmiyyət kəsb edən hallar da məhkəmə tərəfindən nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili Mehtiyev İlham Rəşid oğlu apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 17, II hissə. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 10.2. Dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları öz fəaliyyətində uşaqların hüquq və azadlıqlarını üstün tutmalı, onların hüquq və azadlıqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və dövlət orqanlarının (qurumlarının) qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər vurmamalıdır. Maddə 11. Hər bir uşaq yaşamaq, fiziki, əqli, mənəvi, əxlaqi və sosial cəhətdən inkişaf etmək üçün zəruri olan yaşayış standartı və həyat səviyyəsi ilə təmin olunmaq hüququna malikdir. Dövlət bu hüququ iqtisadi, sosial-hüquqi və digər tədbirlər sistemi vasitəsilə təmin edir. Maddə 24.2. Uşağın qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğindən az olmayan məbləğdə maddi təminat almaq hüququ vardır.
16. “Uşaq hüquqları haqqında” Konvensiya:
Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. Maddə 27.2. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
17. «Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir.
18. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Sərəncamı:
Minimum aylıq əmək haqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilsin.
19. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2016cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
20. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd).
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
22. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.
23. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
25. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
26. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
27.İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmayıb.
28. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə alimentin azaldılması ilə bağlı faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin və azyaşlı uşağın müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
28. Əvvəla, hazırkı tələbin qanuni əsası kimi Ailə Məcəlləsinin 76.1.2, 76.2 və 112-ci maddələrinin dispozisiya şərtləri nəzərdən keçirilə bilər. Çünki hazırkı iddianın faktiki halları həmin normaların dispozisiya şərtlərinə uyğun olmalıdır ki, təmin edilməsi də mümkün olsun. İddiaçının maddi vəziyyətində dəyişiklik olması, yəni qazancının(başqa gəlirlərin) azalması barədə işdə hansısa sübut yoxdur. İddiaçı özü də belə bir hala, o cümlədən diqqətəlayiq olan başqa hallara istinad etmir. Qeyd olunan normaların dispozisiya şərtlərində qalan yeganə şərt ailə vəziyyətindəki dəyişikliklə, yəni ikinci dəfə nikah bağlaması və bu nikahdan da bir uşağın doğulması ilə bağlıdır ki, bununla bağlı da aşağıdakıların qeyd edilməsi zəruridir.
29. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən ## ###### 2020-ci ildən başlayaraq cavabdehlə nikahından doğulan uşağının yetkinlik yaşına çatana qədər qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment ödəsə də, Bakı Apellyasiya Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə alimentin 50 faizi Amiran Məlikovun adına bankda açılmış hesaba köçürülür. Başqa sözlə, cavabdehə dörddə bir hissədə ödənilən alimentin yarısı da faktiki olaraq ödənilmir, uşaq yetkinlik yaşına çatanadək də ödəniləcəyi mümkün görünmür. Demək ki, iddiaçıdan cavabdehin xeyrinə qazancının(başqa gəlirlərin) faktiki olaraq səkkizdə bir hissəsi real ödənilir.
30. Bu azmış kimi, iddiaçı hazırkı iddia ilə də məhkəməyə müraciət edərək ikinci dəfə nikah bağladığını, bu nikahdan da bir övladının doğulduğunu, ikinci nikahdan olan arvadı ilə də münasibətlər korlandığından onun da aliment tələbi barədə məhkəməyə müraciət edərək qazancının(başqa gəlirlərin) altıda bir hissədə xeyrinə aliment tutulmasına nail olduğunu, hazırda dörddə bir hissədə birinci nikahdan, altıda bir hissədə isə ikinci nikahdan doğulan övladlarına aliment tutulduğunu, qazancının cəmi üçdə bir hissəsi alimentə cəlb edilməli olduğu halda qazancının 41,67 faizi (dörddə bir hissə üstəgəl altıda bir hissə) alimentə cəlb edildiyini, halbuki, iki uşağa görə qazancının cəmi üçdə bir hissəsi, yəni 33 faizi alimentə cəlb edilməli olduğunu göstərir.
31. Məhkəmə tərkibi də iddiaçını ikinci dəfə nikah bağlamaqda qınamır və hüququ olduğunu qəbul edir. Lakin ikinci dəfə nikah bağlamaq birinci nikahdan olan keçmiş arvadı və onun doğduğu uşağın hüquqlarını və qanunla qorunan maraqlarını pozmağa əsas verməməlidir. Başqa sözlə iddiaçının ikinci dəfə nikah bağlaması və ondan da övladının doğulması birinci nikahdan doğan aliment münasibətlərinə zərər vura bilməzdi. Çünki iddiaçı cavabdehə 6 ilə yaxın müddətdə qeyd olunan miqdarda aliment ödəməsinin onun maddi vəziyyətinə hansısa formada mənfi təsir etdiyini göstərmir. Sadəcə iki uşağa görə yalnız qazancının üçdə biri miqdarında aliment ödəməli olduğunu düşünür. Başqa sözlə, qanunda göstərilənlərə “riayət” etmək istədyi görüntüsü yaratmaq istəyir.
32. Bununla belə, ikinci nikahdan olan arvadı ilə də münasibətlərin korlanmasına görə onun da aliment tələb etmək qərarına gəlməsi və məhkəməyə müraciət edərək buna nail olması da ilk baxışda o qədər də təəccüblü görünməyə bilər. Ancaq iddiaçı ikinci nikahdan olan arvadı ilə münasibətlərinin korlanmasının səbəblərinin birinci nikahdan doğulan övladına qazancının dörddə biri hissəsində aliment ödəməsi ilə bağlı olduğunu yaxud bununla hansısa əlaqəsinin olduğunu da göstərmir. Deməli, ikinci nikahdan olan arvadının da ondan aliment tələb etməsi iddiaçıya mütləq əsas vermirdi ki, hazırkı iddia ilə məhkəməyə müraciət etsin, çünki etməyə də bilərdi, etmək məcburiyyətində də deyildi. Ona görə də ikinci nikahdan olan arvadının münasibətlərinin korlanması nəticəsində boşanmadan, yalnız “aliment tələb etməsini” iddiaçı hansısa mənada özü üçün “uğur” hesab edə bilər, ancaq bu hallar həqiqi olsaydı belə, yenə də hazırkı iddianın uğurluğuna heç bir təsiri ola bilməzdi.
33. Düzdü Ailə Məcəlləsinin 76-cı maddəsində alimentin qazancın(başqa gəlirlərin) müəyyən hissəsi kimi uşaqların sayına uyğun olaraq fərqli qaydada tutulmalı olduğu göstərilsə də tutulan alimentin bir yaxud ayrı-ayrı nikahdan doğulan uşaqların sayına görə olmasını qanunverici konkret müəyyən etməmişdir. Buna baxmayaraq iddiaçı iki ayrı nikahdan doğulan 2 uşağına görə qazancın(başqa gəlirlərin) üçdə biri hissəsində(hər birinə altıda bir hissədə) aliment ödəmək istəyir, əsas kimi qazancının 41,67 faizi (dörddə bir hissə üstəgəl altıda bir hissə) alimentə cəlb edildiyini göstərir. Ancaq nəzərə almır ki, bu uşaqlar bir yerdə deyil, ayrı ailədə yaşayır, ayrı qidalanır, iddiaçı bunların biri, yəni ikinci nikahdan olan arvadı və ondan doğulan uşağı ilə birgə yaşayır, onların bütün qayğısını çəkir və tələbatlarını ödəyir. Birinci nikahdan doğulan övladına isə yalnız aliment ödəyir, hazırkı iddiası ilə də 6 ilə yaxın müddətdə davamlı ödənilən alimentin, 50 faizinin bankda açılmış hesaba köçürüldüyünü də nəzərə almayaraq azaldılmasını istəyir.
34. Məhkəmə tərkibi yuxarıda apardığı hüquqi dəyərləndirmələrə əsasən belə nəticəyə gəlir ki, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsi açıq-aşkar hüquqdan sui istifadə xarakteri daşıyır. Çünki bu iddia ilə keçmiş arvadına qarşı məlum olmayan səbəblərdən təsir etmək istəyir. Əks halda hazırkı tələbinin motivlərini ən azından iddia ərizəsində göstərə bilərdi. İddiasında isə yalnız Ailə Məcəlləsinin 76-cı maddəsində nəzərdə tutulan qaydada aliment ödəməli olduğunu göstərir. Üstəlik ikinci nikahdan olan arvadı ilə münasibətlərin korlanmasının birinci nikahdan doğulan övladına aliment ödəməsi və onun məbləği ilə nə kimi bağlılığının olduğunu da açıqlamalı idi, lakin açıqlamır. Bu cür hallar isə həyatda həmişə baş verən hallara uyğun gəlmir, onlarla uzlaşmır. Demək ki, bu iddia hər bir halda xoş niyyətlə olmayıb, yalnız cavabdehə hüquqdan sui istifadə edilməklə zərər vurmaq məqsədi daşımışdır ki, bu da hüquqla yolverilməz sayılır. İddiaçının yüksək məbləğdə qazanc əldə etməsi də bu qənaətə gəlməyi əsaslı edir və möhkəmləndirir.
35. Beləliklə, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hazırki iş üzrə iddiaçının da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi cavabdehin üzərinə düşdüyündən iddiaçı da 6 ilə yaxın müddətdə davamlı ödədiyi məbləğin azaldılmasını tələb etməkdə haqlı olmayıb.
36. Məhkəmə tərkibi xüsusilə vurğulayır ki, valideynlərin ayrılmasının uşağın psixoloji vəziyyətində yaratdığı zədə və natamamlıq hissi danılmazdır. Üstəlik 6 ilə yaxın müddətdə davamlı ödədiyi məbləğin azaldılmasını mübahisə predmeti etməsi də atanın valideyn kimi öhdəliyindən yayınması təəsüratını yaradır. Ancaq iddiaçı olan ata unutmamalıdır ki, cavabdeh ilə uğursuz nikah münasibətlərinin acısını birinci nikahdan doğulan uşağı çəkməməlidir.
37. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki: Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməli; Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi ləğv edilməli; İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməməlidir.
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.