Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2364/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı işi üzrə Açar sözlər: (“alimentin miqdarının dəyişdirilməsi ”) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı Iddiaçı nümayəndəsi vəkil Nümayəndə, cavabdeh Cavabdeh iştirakı ilə, iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı "alimentin azaldılması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı işi üzrə ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. Iddiaçı Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli, *-(***)-****/**** saylı qətnaməsi ilə ondan tutulan aliment məbləğinin dəyişdirilməsini, ##.##.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aldığı əməkhaqqının 12,5% hissəsinin alınaraq cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Bakı şəhəri Xətai rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə Iddiaçı "Suraxanı Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli, *-(***)-****/**** saylı qətnaməsi ilə ondan tutulan aliment məbləğinin dəyişdirilməsi, ##.##.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aldığı əməkhaqqının 12,5% hissəsinin alınaraq cavabdehə verilməsi” barədə iddia tələbinin rədd edilməsi, ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 34; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75.1, 78.2, 81.1, 81.2, 112.1; Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 8.2 və 9.1.1-ci maddələrinə, "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ##### 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair ## ###### 2018-ci il Qərarına, Avropa Insan Hüquqları Məhkəməsi "Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli Qərarına və "Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 124.1, 218.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, tərəflərin birgə nikahdan ##.##.2015-ci il təvəllüdlü X2 adlı bir uşaqları doğulmuşdur, tərəflər arasında olan nikah pozulmuş, tərəflər arasındakı nikah pozulduqdan sonra uşaq iddiaçının yanında saxlanılmış və hal-hazırda da onun yanındadır, Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2 *(***)-***/**** saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2017-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir, Iddiaçı işləyir və əmək haqqı 1427.77 manat təşkil edir, alimentin azaldılması üçün əsaslar məhkəmə tərəfindən də müəyyən olunmamışdır. Məhkəmə, hazırkı iddia tələbinə münasibətdə, həmçinin əvvəlki məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən olunduğu dövrdə və hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğini, bu müddət ərzində aliment məbləğinin artırılmamasını, saxlanması üçün aliment tutulan uşağın yaşını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmalı olması kimi halları əsas götürür. Belə olan halda, iddia tələbi əsaslı deyil və təmin edilə bilməz. "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub- qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub- olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub- olmamasını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ##### 2018ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair ## ###### 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa Insan Hüquqları Məhkəməsi "Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında isə Avropa Insan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə qeyd edir ki, iddia tələbi rədd edildiyindən iddiaçının ödədiyi dövlət rüsumu özünə aid edilməlidir.
2. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Suraxanı Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli, *-(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ## ###### 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmsı üçün cavabdeh Iddiaçı hər ay 137 manat olmaqla abləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi, ## ###### 2015-ci il təvəllüdlü X2 3 yaşına çatanadək cavabdeh Iddiaçı maddi kömək olaraq hər ay 30 manat məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin ##.##.2017-ci il tarixli, 2(103)- *****/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli qətnaməsi qismən - Cavabdeh saxlanması üçün Iddiaçı aliment tutulması barədə tələbə aid olan hissədə ləğv edilsin və həmin tələb rədd olunması qət edilmişdir ; - Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadına əsasən, ərizə təmin edilmiş, ##.##.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- ****/**** saylı, ##.##.2017-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində aliment Iddiaçı tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır; - Bakı ** saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/**/****-***** saylı, ##.##.2025-ci il tarixli "X5 (IMS) sonra prosesin davam etdirilməməsi barədə” arayışa əsasən , Cavabdeh və Iddiaçı mediasiya sessiyasında iştirak etmişdir, X5 sonraproses davam etdirilməmişdir. Mübahisənin predmeti alimentin azaldılması tələbi olmuşdur. Iddiaçı Iddiaçı tərəfindən ilkin mediasiyanın keçirilməsi üçün 60 AZN məbləğində (50 AZN IMS, 10 AZN kargüzarlıq xərci) mediasiya xərci ödənilmişdir; - EMIS-dən görünür ki, Iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft" Istehsalat Birliyində motorçu, sementləmə aqreqatı vəzifəsinə işləyir və əmək haqqı 1427.77 manatdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
3. Iddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025 tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1, 76.1.1-76.1.3, 76.2, 78.2, 101.2, 112.1-ci, Azərbaycan Respublikasının “Yaşayış minimumu haqqında” Qanununun 1-ci maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, indeksasiya ilə bağlı qərardad 2017-ci ilin yaşayış minimumu ilə hesablandıqda aliment məbləğinin 137 manatdan 470 manata qalxması Iddiaçı hədsiz dərəcədə çətin vəziyyətə saldığından və onun ümumilikdə 4 uşağı olduğundan, həmçinin həmin uşaqların da təminat səviyyəsini mümkün qədər yüksək saxlamalı olduğundan, məhkəmə qətnaməni qəbul edərkən Iddiaçı tərəfindən verilən iddiada onun ailə vəziyyəti, X2 başqa 3 uşağının da olması nəzərə alınmamışdır. Qeyd etmək zəruridir ki, X2 görə Iddiaçı hər ay 470 manat aliment tutulması onu hədsiz dərəcədə çətin vəziyyətə salır, eyni zamanda onun digər 3 uşağının normal təminatını həyata keçirməyinə ciddi şəkildə maneə olur. Bu isə onun və digər 3 uşağının hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. Eyni zamanda, qeyd edilməlidir ki, Ailə Məcəlləsinin tələbinə əsasən, Iddiaçı 3 və daha artıq uşağa görə aldığı əməkhaqqının 50%-i tutula bilər ki, hazırda indeksasiyadan sonra əldə edilən əməkhaqqının böyük hissəsi cavabdeh tərəfindən qanunsuz olaraq mənimsənilir. Belə ki, onun 3 uşaqdan artıq uşağı olduğundan əməkhaqqının 50%-i tutulmalıdır. 4 uşağı olduğuna görə də 50%-in faiz hissəsi, yəni əməkhaqqının 12,5%-i qızı Şumayeva Alimənin saxlanması üçün cavabdehə çatmalıdır. Lakin Bakı Şəhəri Xətai Rayon Məhkəməsi e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsində yuxarıda qeyd olunanları nəzərə almadan qanunsuz və əsassız qətnamə qəbul etmiş, Iddiaçı və digər 3 uşağının hüquqlarını kobud şəkildə pozmuşdur. Son dəfə olaraq Məhkəmənin nəzərinizə bir daha çatdırılır ki, Iddiaçı cavabdehdən boşandıqdan sonra yenidən ailə həyatı qurmuşdur və hazırda da ailəlidir. Onun qızı Şumayeva Alimədən başqa daha 3 uşağı vardır. O, əldə etdiyi gəlirlə qızı Şumayeva Alimənin, digər 3 uşağının, özünün və həyat yoldaşının təminatını həyata keçirmək öhdəliyi daşıyır. Iddiaçı ayda cəmi 1427.77 manat əməkhaqqı alır və bu məbləğlə ümumilikdə 6 nəfərin maddi ehtiyaclarını ödəməli, heç olmasa minimum təminatını təşkil etməlidir. Lakin Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərardadı ilə alimentin məbləğinin indeksasiya edilərək 137 manatdan 470 manata çatdırılması nəticəsində, Iddiaçı aldığı 1427.77 manat əməkhaqqı ilə digər ailə üzvlərini və özünü ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu ilə təmin etməsi tamamilə qeyri-mümkün hala gəlmişdir. Belə ki, öncə də qeyd edildiyi kimi Iddiaçı 6 nəfərin heç olmasa minimum təminatını həyata keçirməlidir: X1 - 470 manat (indeksasiya olunmuş aliment), Digər 3 övladı – 3*246=738 manat (uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu) Həyat yoldaşı- 305 manat (əmək qabiliyyətli əhali üçün yaşayış minimumu) Özü- 305 manat (əmək qabiliyyətli əhali üçün yaşayış minimumu) 470+738+305+305=1818 manat Göründüyü kimi, Iddiaçı ayda 470 manat aliment verməklə yanaşı, digər ailə üzvlərinin də təminatlarını heç olmasa minimum səviyyədə ödəməsi üçün ən azı 1818 manat əməkhaqqı alması lazımdır. Apellyasiya icraatında müəyyən edilən hallar:
4. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, indeksasiya edilən aliment məbləğinin 1 uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum yaşayış səviyyəsindən kifayət qədər artıq olduğunu, iddiaçının Şumayeva Alimədən başqa 3 övladının olduğunu, bir uşaq üçün 470 manat aliment ödədiyi təqdirdə digər övladlarının aliment xərclərini ödəyə bilməyəcəyini,bir valideyn kimi alimentin ödəməkdən boyun qaçırmadığını, sadəcə qeyd etdiyi hallar nəzərə alınaraq aliment məbləğinin azaldılmasını xahiş etmişdir.
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini əsassız hesab etdiyini, illərdir iddiaçıya qarşı alimentin artırılması ilə bağlı hər hansı müraciətinin olmadığını, lakin artıq uşağın xərclərinin artdığını və tək başına bu xərcləri qarşılaya bilmədiyini, bu səbəbdən də alimentin indeksasiya olunması ilə bağlı müraciət etdiyini, məhkəmə tərəfindən ərizəsinin təmin edildiyini qeyd etmiş, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
7. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
8. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən: ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə əsasən: 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1.Valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4. valideynlər uşaqlarını saxlamadıqda uşağın saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1.1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir.100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.101.1. Məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər.101.2. Məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 112.2. Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər.
10. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
12. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayətin dəlilləri qismən əsaslıdır. Belə ki, ## ###### 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Iddiaçı hər ay 137 manat məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi, barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2017-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində aliment Iddiaçı tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. Iddiaçı isə indeksasiya məbləği ilə razılaşmayaraq alimentin azaldılması barədə hazırkı iddia tələbi ilə müraciət etmişdir və öz mövqeyini belə əsaslandırmışdır ki, indeksasiya ilə bağlı qərardad 2017-ci ilin yaşayış minimumu ilə hesablandıqda aliment məbləğinin 137 manatdan 470 manat qalxır, bu isə iddiaçının əsassız olaraq yüklənməsi deməkdir. Həmçinin iddiaçının başqa nikahdan 3 uşağı var və onların da saxlanılması iddiaçının öhdəliyindədir.
13. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının aylıq sabit gəlirinin olduğu, himayəsində başqa azyaşlı övladlarının olduğu, əvvəlki aliment məbləği indeksasiyasının olunduqdan sonra uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan kifayət qədər artıq məbləğin hesablandığı nəzərə alınaraq iddiaçı Iddiaçı ##.##.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün qanunla müəyyən edilən hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutulmaqla Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli, *-(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı (qaydası) dəyişdirilməlidır.
14. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinin tələblərinə əsasən,hazırki iş üzrə qəbul edilmiş qətnamə ilə müəyyən edilən və mübahisələndirilən məbləğ (iddianın qiyməti) illik hesablandıqda beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti mümkünlüyü qanunla istisna edilir.
15. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət e t d i : Iddiaçı Iddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli, *-(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı dəyişdirilərək ##.##.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment iddiaçı Iddiaçı tutularaq cavabdeh Cavabdeh ödənilsin.