Məhkəmə qərarları › İş №e-2(3-6)-2426/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2426/2026

16.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan̈Respublikası̈adından Qətnamə Bakı̈şəhəri İş̈№̈e-2(3-6)-2426/2026 16.07.2026 BAKÏAPELLYASIYÄMƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin dəyişdirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X7 ibarət tərkibdə, ̈̈Məhkəmə̈iclasının̈katibïHəsənoväBahar̈Elxan̈qızının̈katibliyi, ̈̈̈̈̈̈Iddiaçı̈İddiaçı̈nümayəndələrïX12̈və̈X8, Cavabdeh CavabdeḧnümayəndəsïNümayəndə̈iştirakları̈ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən̈etdi:̈ Işin halları

1. ##.##.2016-cı il tarixli, AZ-III ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ##.##.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasınäİddiaçı,̈anäqrafasınäCavabdeḧqeyd̈edilmişdir.

2. ##.##.2016-cı il tarixli, AZ-III ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ##.##.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasınäİddiaçı,̈anäqrafasınäCavabdeḧqeyd̈edilmişdir.

3. Imişli Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, 2(036)- ****/**** saylı qətnaməsi ilə ##.##.2012-ci il təvəllüdlü X3 və ##.##.2013-cü il təvəllüdlü X5 iddiaçı Cavabdeh yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü iddiaçı Cavabdeh xeyrinə cavabdeh İddiaçı hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində alimentin tutulması̈qəẗedilmişdir.

4. Saatlı rayon Qeydiyyat Şöbəsi tərəfindən ##.##.2020-ci il tarixində verilmiş AZ-IV seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ##.##.2017-cïildə̈Bakı̈şəhərində̈anadan̈olmuşdur.̈Onun̈atası̈İddiaçı,̈anası̈X4r.

5. Saatlı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı İddiaçı ilə cavabdeh X4 arasında ##.##.2019-cu il tarixdə Saatlı rayonu Qeydiyyat şöbəsində bağlanmış ** nömrəli nikah qeydinin pozulması, ## #### 2017-ci ildə̈doğulmuş̈X9̈atası-̈İddiaçı̈yanındäqalması̈qəẗedilmişdir.

6. * saylı Bakı “Asan Xidmət” X10 tərəfindən ##.##.2023-cü il tarixində verilmiş AZ-IV seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ##.##.2021-cïildə̈Bakı̈şəhərində̈anadan̈olmuşdur.̈Onun̈atası̈İddiaçı,̈anası̈X11r.

7. Imişli Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Imişli Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, 2(036) ****/**** saylı qətnaməsi ilə ##.##.2012-ci il təvəllüdlü X3 və ##.##.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün tutulan 150 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum̈əmək̈haqqının̈0,83̈mislïhəddində̈indeksasiyäolunması̈qəraräalınmışdır.

8. Bakı şəhəri ** saylı Mediasiya təşkilatı tərəfindən verilmiş IMS-dən sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/**/****-***** saylı, ##.##.2025-ci il tarixli arayışdan görünür ki, ##.##.2025-ci il tarixdə, saat 12:30-da keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Ilkin mediasiya xərci olan 50 manat iddiaçı tərəfindən ödənilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Imişli Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)- **/**** saylı qərardadı ilə qərara alınmış 664 manat aliment məbləğini azaldaraq 400 manat müəyyən̈olunması̈barədə̈qətnamə̈çıxarılmasını̈məhkəmədən̈xahiş̈etmişdir.

10. Iddia onunla əsaslandırılmışdır ki, Imişli Rayon Məhkəməsinin ## ### 2025 ci il tarixli *(***)-**/**** saylı qərardadı ilə tələbkar Cavabdeh ərizəsi təmin edilərək Imişli Rayon Məhkəməsinin ## ### 2019-cu il tarixli, 2(036) ****/**** saylı qətnaməsi ilə ## #### 2012-ci il təvəllüdlü X3 və ## #### 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün tutulan 150 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,83 misli həddində indeksasiya olunmuş və alimentin məbləği 300 manatdan 664 manata qaldırılmışdır. Göründüyü kimi ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının artması nəzərə alınaraq aliment məbləği indeksasiya olunub birdən-birə 364 manat artırılsa da onun maddi vəziyyəti, sağlamlığı, ailə vəziyyəti (yenidən ailə həyatı qurmağı və himayəsində iki nəfər uşaqların olması) və diqqətəlayiq olan digər halları nəzərə alınmamışdır. Halbuki, həm ailə qanunvericiliyinə, həm Konstitusiya və Ali Məhkəmənin plenum qərarlarına əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yuxarıda qeyd etdiyi kimi maddi vəziyyətində (əvvəllər işləyə bilirdi indi işləyə bilmir, yəni qazancı yoxdur), eyni zamanda ailə vəziyyətində (hazırda himayəsində iki nəfər uşağı var) və diqqətəlayiq olan digər hallarında (səhhətində xəstəliklər yaranmışdır) dəyişikliklər olmuşdur. Məlumat üçün bildirir ki, cavabdeh Cavabdeh ayrıldıqdan sonra X4 ilə ailə həyatı qurmuş və birgə nikahlarından ## #### 2017-ci ildə Mirhəsən adlı bir nəfər uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə Saatlı rayon Məhkəməsinin ## ##### 2021-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinə əsasən nikah qeydləri pozulmuş və birgə nikahlarından ## #### 2017-ci ildə doğulmuş X9 onun yanında qalması müəyyən edilmişdir. Bundan sonra ## #### 2021-ci ildə X11 ilə ailə həyatı qurmuş və birgə nikahlarından ## ###### 2021-ci ildə X6 adlı uşaqları anadan olmuşdur. Hazırda oğlu Mirhəsən və qızı Məryəm onun yanında yaşayırlar və onların bütün ehtiyaclarını o ödəyir. O, “sağ tərəfli nefrektomiya” xəstəliyindən əziyyət çəkir. Onun bir böyrəyi çıxarılıb, sol böyrəyinə isə “Qlomerulonefrit” diaqnozu qoyulmuşdur ki, bu da böyrəyin yumaqcıq kapillyarlarının iltihabı ilə müşayiət olunan xəstəlikdir. Bu səbəbdən işləməkdə çətinlik çəkirə və hazırda da heç bir yerdə işləmir. Himayəsində olan uşaqlarının saxlanmaları üçün valideyinləri ona kömək edirlər. Möhtərəm hakim göründüyü kimi həm ailə vəziyyətində, həm maddi vəziyyətində, həm səhhətində və həmçinin də diqqətəlayiq olan digər hallarında dəyişiklik olmuşdur. Əvvəllər sağlam olduğu üçün bir çox işlərdə işləyib ailəmin ehtiyaclarını ödəməyə çalışırdım, lakin indi səhhətiylə bağlı bunu edə bilmir. Ona görə də hər ay 664 manat aliment məbləğini ödəməkdə çətinlik çəkir. Bunlara baxmayaraq valideyinlərimin köməkliyi ilə hər ay, iki nəfər uşaqlarım üçün̈ümumilikdə̈400̈manaẗalimenẗödəyə̈bilər.

11. Cavabdeh Cavabdeh iddia ərizəsinə etiraz ilə müraciət edərək, iddianın rədd edilməsi barədə̈qətnamə̈qəbul̈edilməsinïxahiş̈etmişdir.

12. Etiraz onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı onun keçmiş həyat yoldaşıdır. Onun rəsmi nikahı artıq 2016-cı ildə pozulub və iki azyaşlı övladı onun himayəsindədi. O boşandıqdan sonra cavabdeh onu və uşaqları yaşayış yeri ilə də təmin etməmişdir və onun qeydiyyatda olduğu ünvan isə atasının evidir. Evdə atası ilə anası, qardaşı və onun ailəsi yaşayır. Atasının evi bir otaqdan ibarətdir. Onun iki uşaqla orada yaşamağı qeyri-mümkündür. Ona görə də məcbur olub 300 manata kirayə ev tututaraq uşalarla yaşayır. Özü şirniyyat evində işləyir və 400 manat əmək haqqı alır. Həmin puldan 300 manat kirayə haqqı verir və o puldan cəmi 100 manat pul qalır. O işə nəqliyyat istifadə dərək gedir və həmin qalan 100 manat da onun yol puluna gedir. Onun isə başqa gəlir yeri yoxdu. Uşaqların biri 7-ci, biri isə 8-ci sinifdə oxuyur. Uşaqlar da böyüdükcə ehtiyacları daha da çoxalır. Iddiaçı alimntdən başqa ona heç bir köməklik etmir. Ona görə də hesab edir ki, iddiaçının iddiası əsassızdır və rədd edilməlidir. Həmçinin alimentin artırılması ilə bağlı Imişli Rayon Məhkəməsinin qərarından da verilmiş apellyasiya şikayəti də onun xeyrinə çıxmışdır, belə ki şikayət təmin olunmamışdır. Ona görə də̈hesab̈edir̈ki,̈büməsələ̈artıq̈bir̈dəfə̈baxılıb̈və̈onun̈şikayətïdə̈təmin̈olunmayıb.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia tələbinin təmin edilməsi, Tərəflərin birgə nikahından anadan olan ## #### 2012-ci il təvəllüdlü X3 və ## #### 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddiaçı İddiaçı cavabdeh Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabiẗpul̈məbləğində̈alimenẗtutulması̈qəẗedilmişdir.̈

14. Məhkəmə mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçının ailə və maddi vəziyyətində, habelə səhhətində mühüm dəyişikliklər baş vermişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdehdən ayrıldıqdan sonra iki dəfə nikaha daxil olmuş, həmin nikahlardan ##.##.2017-ci il təvəllüdlü X9 və ##.##.2021-ci il təvəllüdlü X6 adlı azyaşlı övladları dünyaya gəlmişdir. Saatlı Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsinə əsasən X9 iddiaçının yanında qalması müəyyən edilmiş, hazırda həm yetkinlik yaşına çatmamış Mirhəsən,̈həm̈də̈Məryəm̈iddiaçı̈İddiaçı̈himayəsində̈yaşayırlar.

15. Məhkəmə, iddiaçının himayəsində iki azyaşlı uşağın olması faktını, onların gündəlik saxlanma, qidalanma, təhsil və digər zəruri ehtiyaclarının iddiaçı tərəfindən təmin edildiyini nəzərə alaraq və bunu alimentin məbləğinin müəyyən edilməsində diqqətəlayiq hal kimi qiymətləndirmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş tibbi sənədlərdən və iddiaçının izahatlarından müəyyən olunur ki, iddiaçının əmək qabiliyyətinə mənfi təsir göstərən ciddïsağlamlıq̈problemlərïvar.

16. Cavabdehin etirazlarında göstərdiyi arqumentlər - kirayə mənzildə yaşaması, gəlirinin məhdud olması və uşaqların artan ehtiyacları - məhkəmə tərəfindən nəzərə alınmışdır. Lakin məhkəmə hesab etmişdir ki, alimentin azaldılması uşaqların təminat səviyyəsinin tamamilə aşağı salınmasına gətirib çıxarmır, əksinə, iddiaçının real maddi imkanlarına uyğun olaraq aliment öhdəliyinin davamlı icrasını təmin etməyə xidmət edir. Məhkəmə onu da nəzərə alır ki, alimentin həddindən artıq yüksək müəyyən edilməsi faktiki olaraq ödənilməməsi riskini yarada və̈uşaqların̈maraqlarınäzidd̈nəticələr̈doğuräbilər.

17. Məhkəmə gəldiyi nəticəni Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3 və 27-ci; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 100.2, 112.1-ci; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddələri; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.̈

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək hər uşag̈a görə 300 manat olmaqla cəmi 600 manat sabit pul məbləg̈ində alimentin müəyyən olunması̈barədə̈qətnamə̈qəbul̈edilməsinïxahiş̈etmişdir.̈

19. Apellyasiya şikayətində göstərilmişdir ki, 2025-ci ilin üzrə Azərbaycan Respublikasında alimentin minimum məbləği 246 manat müəyyən edilmiş hazırda isə bu məbləğ artırılaraq 260 manat təşkil edir. Lakin birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı 2025-ci ilin üzrə ölkədə müəyyən edilmiş alimentin minimum məbləğindən də olduqca azdır. Müəyyən olunmuş alimentin miqdarı ümumilikdə qanunvericiliklə qeyd olunmuş qayada uşaqların fiziki inkişafı, onun sağlam şəkildə qidalanmasına, təhsilinə, sağlamlığına çəkilən xərclərini tam şəkildə ödəmir. Hazırda onun aylıq qazancı kirayə haqqı və kommunal xərclərin ödənilməsinə sərf olunur. Belə olduğu halda o, digər təlabatları ödəməkdə çox çətinliklər çəkir. Cavabdeh isə maddi imkanları olduğu halda yalnız aliment ödəməklə kifayətlənir. Bu səbəbdən hesab edir ki, məhkəmə ədalətli qətnamə qəbul etməmişdir. Alimentin miqdarı ölkə üzrə müəyyən edilmiş alimentin minimum məbləğinə uyğun olmalıdır. Lakin, bu hal birinci instansiya məhkəməsi tərəfindən kobud şəkildə pozulmuşdur. Ilk olaraq bildirir ki, cavabdeh artıq üç dəfə ailə həyatı qurmuşdur və bu hal onun maddi vəziyyətinin pisləşməsi deyil, əksinə, şəxsi seçimlərinin nəticəsidir. Bu səbəbdən aliment öhdəliyi valideynin şəxsi ailə qərarlarından asılı olaraq azaldıla bilməz. Digər tərəfdən iddiaçı İddiaçı əmək haqqısı əlavə olaraq digər gəlir mənbələri mövcud olduğu halda bunu məhkəmədən gizlətmişdir. Məhkəmə cavabdehin faktiki real gəlir mənbələrini, əmək qabiliyyətini və əlavə qazanc imkanlarını tam və hərtərəfli araşdırmamışdır. Alimentin azaldılması uşaqların mənafelərini maraqlarına ziddir. Qanunvericiliyin tələblərinə əsasən aliment müəyyən edilərkən uşağın normal inkişafı, sağlamlığı və yaşayış səviyyəsi əsas götürülməlidir. Lakin birinci instansiya məhkəməsi uşağın faktiki xərclərini, təhsil, sağlamlıq və gündəlik ehtiyaclarını nəzərə almamışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ədalət və obyektivlik prinsiplərinə ziddir, çünki cavabdehin bir deyil bir neçə dəfə ailə qurması uşağın təminatının azaldılmasına əsas ola bilməz. Qətnamə formal yanaşma əsasında qəbul edilmiş, nəticədə qanunsuz və əsassız qətnamə çıxarılmışdır. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Lakin birinci instansiya məhkəməsi həm maddi həmdə prosesssual hüquq normalarını kobud şəkildə pozmaqla nəticədə düzgün olmayan yekun qətnamə qəbul etmişdir. Çünki, birinci instansiya məhkəməsi yalnız iddiaçının tələb və maraqlarını nəzərə almaqla düzgün olmayan yekun məhkəmə aktı qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrin hazırda mövcud vəziyyətə və yaranmış mübahisə üzrə işin faktiki halları düzgün qiymətləndirilmədiyindən sözügedən məhkəmə qətnaməsi apellyasiya qaydasında ləğv edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

̈̈̈̈̈20.̈Apellyasiyäşikayətinə̈qarşı̈yazılı̈etiraz̈daxil̈olmamışdır.̈

Proses iştirakçılarının izahatı

21. Məhkəmə kollegiyasının iclasında nümayəndəsi Nümayəndə uşaqların 14-15 yaşları olduğunu, onların təhsilləri üçün vəsait lazım olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməsinïxahiş̈etdi.̈

22. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X12 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi, izahatında qeyd etdi ki, onların ailəsinin ümumi gəliri 670 manatdır. Həmin pulun 400 manatını aliment kimi qarşı tərəfə ödəyirlər. Iddiaçının 2 azyaşlı övladı da var. Biri 4-cü sinifdə oxuyur, digəri isə 1-ci sinfə başlayacaq. Oğlunun işləmək gücü yoxdur. Ürəyinin 35 faizi işləmir, böyrəyinin biri götürülüb, digəri isə problemlidir. Panik atak xəstəliyïvar.̈Bunägörə̈o,̈əmək̈fəaliyyətïilə̈məşğul̈oläbilmir.

Tətbiq edilən hüquq normaları:

̈23.̈Azərbaycan̈Respublikası̈Ailə̈Məcəlləsinin Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən̈məhkəmə̈qaydasındätutulur. Maddə 76.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən tutulan alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti,̈eləcə̈də̈diqqətəlayiq̈olan̈başqähallar̈nəzərə̈alınmaqläazaldılävə̈artırıläbilər. Maddə 78.1 .Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin)̈müəyyən̈hissəsïkimïmüəyyən̈edilə̈bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin̈mümkün̈qədər̈maksimal̈saxlanması̈əsas̈tutularaq̈müəyyən̈edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə̈almaqläalimenẗödəməkdən̈azad̈edə̈bilər. Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək̈haqqı̈məbləğinin̈artımınämütənasib̈olaraq̈müəyyən̈edilir. Maddə 110.2 Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində̈müəyyən̈edilir.

Apellyasiya baxışının hədləri

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin̈predmetïbölünməz̈olduqdäisə̈tam̈yoxlayır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə̈bilər.̈̈̈

26. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının şiayətin dəlilləri üzrə tam yoxlanılması̈təşkil̈edir.̈̈

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin̈qətnaməsïdəyişdirilmədən̈saxlanılmalıdır.

28. Belə ki, hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən̈azad̈edə̈bilər.

29. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.̈

30. Hazırkı mübahisə üzrə iddiaçı aliment miqdarının azaldılmasını, himayəsində əvvəlki nikahlarından 2 azyaşlı övladının olması, “sağ tərəfli nefrektomiya” xəstəliyindən əziyyət çəkməsi, bir böyrəyinin çıxarılaraq digər böyrəyinə isə “Qlomerulonefrit” diaqnozu qoyulması bu səbəblərdən hazırda işləməməsi, maddi, həm ailə və səhhətində olan dəyişikliklərlə əlaqədar təyin edilmiş 664 manat aliment məbləğini ödəməkdə çətinlik çəkməsi ilə əsaslandırmış, buna görə də hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək̈haqqının̈0,50̈mislïhəddində̈sabiẗpul̈məbləğində̈alimenẗtutulmasını̈xahiş̈etmişdir.̈̈

31. Işin araşdırılmış halları ilə müəyyən olunur ki, tərəflərin birgə nikahından ##.##.2012-ci il təvəllüdlü X3 və ##.##.2013-cü il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. Tərəflər arasında nikah pozulmuşdur. Imişli Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Imişli Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə ##.##.2012-ci il təvəllüdlü X3 və ##.##.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün tutulan 150 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,83 misli həddində indeksasiya olunması qərara alınmışdır.

32. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarından iddiaçının ailə və maddi vəziyyətində, habelə səhhətində mühüm dəyişikliklərin baş verməsi mübahisəsizdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdehdən ayrıldıqdan sonra iki dəfə nikaha daxil olmuş, həmin nikahlardan ##.##.2017-ci il təvəllüdlü X9 və ##.##.2021-ci il təvəllüdlü X6 adlı azyaşlı övladları dünyaya gəlmişdir. Saatlı Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsinə əsasən X9 iddiaçının yanında qalması müəyyən edilmiş, hazırda həm yetkinlik yaşına çatmamış Mirhəsən, həm də Məryəm iddiaçı̈İddiaçı̈himayəsində̈yaşayırlar.

33. Həmçinin, iş materiallarına əlavə edilmiş tibbi sənədlərdən müəyyən olunur ki, iddiaçının əmək̈qabiliyyətinə̈mənfïtəsir̈göstərən̈ciddïsağlamlıq̈problemlərïvar.

34. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

35. Qanuna əsasən alimentin məbləğinin sonradan dəyişdirilməsi üçün əsas meyar tərəflərdən̈birinin̈̈maddïvə̈ailə̈vəziyyətində̈dəyişikliyin̈olmasıdır.

36. Hazırki işin faktiki halları baxımından kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının azaldılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçının maddi vəziyyətində dəyişiklik olması müəyyən olunmuşdur: iddiaçı yenidən nikaha daxil olmuş və onun sonrakı nikalarından olan ##.##.2017-ci il təvəllüdlü X9 və ##.##.2021-ci il təvəllüdlü X6 hazırda iddiaçının himayəsindədir.̈

37. Eyni zamanda məhkəmə düzgün olaraq qeyd etmişdir ki, alimentin azaldılması uşaqların təminat səviyyəsinin tamamilə aşağı salınmasına gətirib çıxarmır, əksinə, iddiaçının real maddi imkanlarına uyğun olaraq aliment öhdəliyinin davamlı icrasını təmin etməyə xidmət edir. Məhkəmə onu da nəzərə alır ki, alimentin həddindən artıq yüksək müəyyən edilməsi faktiki olaraq̈ödənilməməsïriskinïyaradävə̈uşaqların̈maraqlarınäzidd̈nəticələr̈doğuräbilər.

38. Işdən görünür ki, hazırda iddiaçının səhhətində yaranan problemlərlə əlaqədar işsizliyi, maddi vəziyyətinin pisləşməsi və indeksasiya olunmuş aliment məbləği onun maliyyə imkanlarını aşdığından, iddiaçı həmin məbləğdə aliment ödəmək iqtidarında deyildir. Bu isə öz̈növbəsində̈məhkəmə̈qərardadının̈icrasını̈çətinləşdirir̈və̈uşağın̈mənafeyinə̈ziddir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli, ** nömrəli qərarı ilə Plenumun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarına dəyişiklik edilmişdir. Belə ki, həmin Plenum Qərarına 8-ci bənd üzrə aşağıdakı məzmunda yarımbəndlər əlavə edilmişdir: - “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Istinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. -8.4-2 Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin̈artımı̈ilə̈şərtləndirildiyïnəzərə̈alınmalıdır.

40. Bu baxımdan kollegiya hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq, ## #### 2012-ci il təvəllüdlü X3 və ## #### 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddiaçı İddiaçı cavabdeh Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin̈tutulması̈qənaətinə̈gəlmişdir.̈

41. Cavabdeh Cavabdeh apellyasiya şikayətində iddiaçının əlavə gəlir mənbələrinin olmasını̈bildirsə̈də̈bununläbağlı̈hər̈hansı̈bir̈mötəbər̈sübuẗtəqdim̈etməmişdir.̈

42. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Eyni zamanda MPM-in 402.1-ci maddəsinə əsasən mübahisələndirilən hissədə iddianın qiymətï5000̈manatdan̈aşağı̈olduğundan̈qətnmədən̈kassasiyäşikayətïverilə̈bilməz.̈

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin̈382, 384, 392, 393, 402-ci maddələrinïrəhbər̈tutaraq̈məhkəmə̈kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeḧapellyasiyäşikayətïtəmin̈edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsïdəyişdirilmədən̈saxlanılsın. ̈̈̈̈̈̈̈̈̈Qətnamədən̈kassasiyäşikayətïverilə̈bilməz.

̈̈̈̈̈Sədrlik̈edən̈hakim̈imza: GünaÿAxundova ̈̈̈̈̈Hakimlər̈imzalar: Məhəmməd̈Rüstəmli FərruẍQasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar