Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2459/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsgəndərov Elşad İsgəndər oğlunun cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Hakimlər Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili İskəndərov Eltac Firudin oğlunun iştirakı ilə, İddiaçı İsgəndərov Elşad İsgəndər oğlunun cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qətnaməsindən iddiaçı İsgəndərov Elşad İsgəndər oğlunun nümayəndəsi-vəkili İsgəndərov Eltac Firudin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI
1. İddiaçı İsgəndərov Elşad İsgəndər oğlu Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş mənəvi zərərə görə 500.000 manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## ### 2017-ci ildə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayıb. Bəyanatda aşağıdakılar göstərilib: “Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər”. Bəyanatdan məlum olub ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu dövlətə xəyanət və hərbi xidmət əleyhinə olan digər cinayət faktları üzrə ## ### 2017-ci ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (Bundan sonra CM) 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlayıb. Sonradan məlum olub ki, bu cinayət işi üzrə məhkəmələrin hökmü ilə 25 nəfər təqsirləndirilən şəxs 7 ildən 20 ilədək müddətə azadlıqdan məhrum edilib. Həmçinin yüzlərlə əsgər və zabit bu cinayət işinin istintaqı çərçivəsində istintaq dövründə cəlb edilib, amansız işgəncələrə məruz qalıb və ən azı 11 nəfər istintaq dövründə verilən işgəncələr nəticəsində ölüb. Bütün bu hadisələr Azərbaycan cəmiyyətində şərti “Tərtər işi” adlanır və vaxtaşırı geniş ictimai müzakirələrə və debatlara səbəb olur. Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti “Tərtər işi” ilə əlaqədar ## ###### 2021-ci il tarixdə birgə məlumatla çıxış etmişdir. Məlumatda bildirilmişdir ki, “zərərçəkmiş şəxslərin, onların hüquqi varislərinin və digər şəxslərin ibtidai istintaqın gedişi və nəticələri, eləcə də məhkəmə qərarları ilə bağlı çoxsaylı müraciətləri nəzərə alınaraq Azərbaycan Respublikası Baş prokurorunun müvafiq sərəncamı ilə İşçi Qrup yaradılmaqla qeyd olunan cinayət işləri Respublika Hərbi Prokurorluğundan tələb edilib ətraflı surətdə öyrənilib, hər bir qanunazidd əməlin başvermə hallarının tam, hərtərəfli, obyektiv araşdırılması, bütün təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması, cinayətlərdən ziyan çəkmiş şəxslərin hüquqlarının bərpası və müdafiəsi üçüb zəruri tədbirlərin görülməsi məqsədilə ## ###### 2021-ci ildə Baş Prokurorluqda göstərilən faktlar üzrə cinayət işlərinin icraatının təzələnməsi haqqında qərarlar qəbul edilib.” Sözügedən cinayət işi çərçivəsində ##.##.1978-ci il təvəllüdlü İsgəndərov Elşad İsgəndər oğlu da # ### 2017-ci il tarixdə axşam saatlarında dəstənin digər üzvləri tərəfindən fiziki və psixi zor tətbiq edilərək işgəncə verilməklə sorğu-sual edilməsi üçün N nömrəli hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasında gətirilərək otaqlardan birinə yerləşdirilmiş N nömrəli hərbi hissənin RAS xidmət rəisi vəzifəsində, R hərbi rütbəsində xidmətdə olan İsgəndərov Elşad İsgəndər oğlu barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin verdiyi tapşırıqlara uyğun olaraq digər dəstə üzvləri ##.##.2017-ci il tarixdən ##.##.2017-ci il tarixədək N nömrəli hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasında, ##.##.2017-ci il tarixdən ##.##.2017- ci il tarixədək Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Respublika Hərbi Polisin Bakı qarnizonu hauptvaxtında Elşad İsgəndərovdan düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər, yəni günün müxtəlif saatlarında, müəyyən fasilələr verilməklə, davamlı şəkildə, qeyd edilən yerdə, əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb lentlə bağlamaqla sərbəst hərəkət etməsini məhdudlaşdıraraq bədəninin müxtəlif nahiyələrinə yumruq, sillə və təpiklə dəstə üzvləri çoxsaylı zərbələr vurmuş, digər ağır formada fiziki və psixi zor tətbiq etməklə işgəncə vermiş, əvvəlcədən müəyyən olunmuş cinayətkar məqsədə nail ola bilmədikdə, qanunsuz əməllərini davam etdirərək dəstənin məqsədlərinə xidmət edən həqiqətə uyğun olmayan əlavə məlumatlar almaq, daha çox “vətən xaini” ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas alınmasından ötrü mütəşəkkil dəstənin cinayətkar məqsədlərinə nail olmaq məqsədilə ##.##.2017-ci il tarixdən ##.##.2017-ci il tarixədək N nömrəli hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasında vəzifəli şəxs kimi dəstə üzvləri ilə birlikdə xidməti silahlardan istifadə edərək mütəşəkkil dəstə tərkibində silah tətbiq olunmaqla Elşad İsgəndərovun hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan təkrarən qulluq səlahiyyətini aşaraq qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırıb ac, susuz saxlayıb, habelə gündüz saatlarında günün qızmar vaxtında günəş şüaları altında sıra meydanında əsassız olaraq sıra hazırlığı keçib fiziki hərəkətlər etməsini tələb edib, yemək saatlarında qəsdən vaxtı məhdudlaşdıraraq psixi təzyiq göstərməklə, o cümlədən mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə, ümumilikdə # ### 2017-ci il tarixdən ## #### 2017-ci il tarixədək, cəmi 24 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə dəstə üzvləri ilə birlikdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni Elşad İsgəndərovun və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunu “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” qanunsuz və əsassız olaraq xidmət yerinin dəyişdirilməsindən irəli gələn ağır nəticələrə səbəb ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum edilmişdir. İsgəndərov Elşad İsgəndər oğlu ##.##.1978-ci il tarixdə Şəki rayonunda doğulmuşdur. İddiaçı 2000-ci ildə Bakı Ali Birləşmiş Komandirlər məktəbini bitirdikdən sonra R rütbəsi alaraq Sumqayıt şəhər ərazisindən yerləşən N nömrəli hərbi hissəyə sursat saxlama şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Daha sonra 2009-cu il tarixində xidməti iş yeri dəyişdirilərək İ ordu korpusunun N-nömrəli hərbi hissəsinin raket arteleriya silahların xidmət rəisi vəzifəsinə, R rütbəsinə təyin olunmuşdur. 2016-cı il tarixli Aprel döyüşlərində iştirak etdikdən sonra Ağcabədi rayonunda yerləşən N nömrəli hərbi hissəyə eyni vəzifəyə RAST xidmət rəisi təyin olunmuşdur. İddiaçıya qarşı cinayət əməlləri törədilərkən Ağcabədi rayonunda yerləşən N nömrəli hərbi hissəyə eyni vəzifəyə RAST xidmət rəisi, R rütbəsi vəzifəsində hərbi xidmətdə olmuşdur. İddiaçı Vətən müharibəsində fəal iştirak etmiş, 2020-ci ilin mart ayında öz xahişi ilə ordu sıralarından ehtiyata buraxılmışdır. ## ### 2017-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanatla çıxış etmiş, Bəyanatda göstərilmişdir: “Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə zidd olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər”. Belə ki, ## ### 2017-ci il tarixində iddiaçı Müdafiə Nazirliyi tərəfindən yaradılmış yoxlama qrupunun tərkibində N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Müvafiq araşdırmalar aparılan zamanı N nömrəli hərbi hissənin komandiri R Səxavət Əmirov tərəfindən iddiaçıya mobil telefon vasitəsilə zəng vurulmuş, Yevlax rayonu Aran qəsəbəsində yerləşən N-nömrəli hərbi hissəyə gətirilmiş raketə baxış keçirərək rəy verməsi üçün həmin əraziyə getmək lazım olduğunu telefon danışıqları zamanı bildirmişdir. İddiaçı həmin telefon danışığı zamanı Səxavət Əmirov ilə N-nömrəli hərbi hissəyə gedən yolda görüşərək həmin hərbi hissəyə birlikdə getməyi barəsində razılığa gəlmişdirlər. Bundan sonra iddiaçı və Səxavət Əmirov # ### 2017-ci il tarixində saat 12 radələrində görüşərək Səxavət Əmirovun xidməti maşını ilə N nömrəli hərbi hissəyə getmişdirlər. İddiaçı və Səxavət Əmirov xidməti maşınla göstərilən hərbi hissəsinin içərisinə daxil olduqdan sonra maskalı şəxslər tərəfindən onları xidməti maşını saxlanaraq onlara gözləməyi tapşırmışlar. Lakin buna baxmayaraq R Səxavət Əmirov öz xidməti maşınından düşərək inzibati binanın içərisinə təkbaşına daxil olmuşdur. Bu hadisədən təxminən 1 saat sonra əyinlərində sarı rəngli hərbi forma və sarı rəngli uzunboğaz çəkmə,sifətlərində qara rəngli maska olan iddiaçının tanımadığı iki nəfər hərbiçi onun əyləşdiyi maşına yaxınlaşaraq iddiaçının ad soyadını soruşmuş bundan sonra iddiaçıya qaçmağa cəhd göstərməməyi və ona üzərində olan bütün ləvazimatları çıxararaq baş geyimin içərisinə qoymağı tapşırmışlar. İddiaçı üzərində olan *** *** ** ** nömrəsi ilə işləyən Nokia markalı mobil telefonu, hərbi biletini, zabit vəsiqəsini və digər sənədləri çıxararaq baş geyimin içərisinə qoymuşdur. Daha sonra həmin iki qara maskalı şəxslərdən biri iddiaçının təhvil verdiyi əşyaları götürdükdən sonra iddiaçıya maşından düşməyi tələb etmişlər. İddiaçı zorakı şəkildə maşından düşürüldükdən sonra həmin şəxslər tərəfindən başı aşağı şəkildə əyilmiş, hər iki qolunu araxya buraraq N-nömrəli hərbi hissənin köhnə inzibati binalarının birinə aparılmışdır. Daha sonra həmin yerdə iddiaçını təxminən 2 saat yaxın dizi üstə üzü divara tərəf dayandırdıqdan sonra iddiaçının gözlərini və qollarını arxa tərəfdən bağlayaraq həmin inzibati binanın otaqlarından birinə aparılmışdır. İddiaçı tanımadığı şəxslər tərəfindən sorğu-sual olunmuş və həmin şəxslər tərəfindən iddiaçıya bildiyi hər bir şeyi etiraf etməyi bildirilmişdir. İddiaçı dəfələrlə onlardan nəyi etiraf etməli olduğunu soruşsa da iddiaçıya həmin şəxslərdən tərəfindən hər hansısa bir cavab verilməmişdir. Həmin şəxlərdən biri digərinə iddiaçını “presə” aparmağı tapşırmışdır. İddiaçı “presə” aparıldıqdan sonra eyni vaxtda təxminən 3-4 nəfər şəxs əlləri və ayaqları ilə nazik məftilə oxşar alətlə iddiaçının bədəninin müxtəlif nahiyələrinə vurmuşdurlar. Həmin şəxslər tərəfindən iddiaçının cinsiyyət orqanına, ağzına və bədəninin müxtəlif yerlərinə elektrik cərəyanı verilmiş, iddiaçının ağzına su töküb boğmuş və barmaqlarını kəlbətinlə sıxmışdılar. Hazırda iddiaçının sol ayağında elektrik cərəyanının fəsadları nəticəsində yaranmış izlər hələ də mövcuddur. Bu proses təxminən 3-gün ardıcıl şəkildə davam etmişdir. Həmin proses gedən zaman maskalı şəxslər iddiaçıya bildirmişdir ki, “N nömrəli hərbi hissənin İ taborunun V Əhmədli Sahil etiraf etmişdir ki, İsgəndərov Elşadla birlikdə düşmən tərəfinə silah və sursat satmış, həmçinin hərbi hissənin xəritəsinin düşmənə vermiş, öz əsgərlərimizi aldadaraq ermənilərə təhvil vermişik”. İddiaçı Əhmədli Sahil oğlunun yalan danışdığını həmin maskalı şəxslərə bildirmişdir. Maskalı şəxslər iddiaçıya inanmayaraq onu bir döydükdən sonra iddiaçı Əhmədli Sahilin döyüldükdən sonrakı zarıltılarını eşitdikdə ona niyə düşmən tərəfinə satqınlıq etmələri barədə həqiqətə uyğun olmayan etiraf etməyinin səbəbini soruşmuşdur. Əhmədli Sahil iddiaçıya cavab olaraq sonuncu işgəncələrə tab gətirməyədiyini buna görə də yalan məlumatlar verdiyini etiraf etmişdir. Bundan təxminən 30-40 dəqiqə sonra iddiaçını başqa bir otağa aparılmış bu zaman səsindən tanıdığı İ ordu korpusunun komandiri R Hikmət Həsənov iddiaçıdan nəyə görə düşmənlə məxfi əməkdaşlıq etdiyini soruşduqda bu məlumatın yalan olunduğunu və bunu Sahil Əhmədlinin də təsdiqləyəciyini bildirmişdir. Otaqda olan Sahil Əhmədli də R Hikmət Həsənova “ Bəli cənab general, məni döyərək məcbur boynuma qoyublar” ifadəsini qeyd etmişdir. Sahil Əhmədlinin bu sözündən sonra Hikmət Həsənov iddiaçını və Sahil Əhmədlini yenidən “presə” aparmaq əmrini vermiş, orda olan şəxslər iddiaçını apararaq eyni qaydada döyərək işgəncə vermişlər. Bu hadisədən təxminən on gün sonra iddiaçının gözlərini və qollarını açaraq tanımadığı şəxslər tərəfindən N nömrəli hərbi hissənin yeni inzibati binasına aparılmış həmin yerdə yuyunaraq üzlərini təraş etdikdən sonra 3 gün müddətinə orada olan yataqxanada qalmışlar. İddiaçının həmin binada qaldığı müddət ərzində hərbi hissənin ətrafını əli silahlı hərbiçilər mühafizə etdikləri üçün iddiaçı və digər şəxslərin həmin binadan çıxıb-getmələri mümkün olmamışdır. Bundan sonra iddiaçının və tanımadığı 4- 5 nəfər hərbiçinin əllərini bağlayaraq Bakı şəhərində yerləşən haupvaxta aparmışdılar. Haupvaxtda iddiaçının gözlərini bağlayaraq həmin yerdə yerləşən otaqların birində təxminən 7 gün müddətində səhər saat 05:00 radələrindən gecə saat 02:00 radələrinədək divara söykənmək şərtilə ayaq üstündə saxlamışlar. Həmin müddət ərzində iddiaçının gözlərini və əllərini açıb haupvaxtda olan otaqlardan birinə aparılmışdır. Həmin otaqda hərbi prokurorluğun müstəntiqi Rauf Gözəlov iddiaçını dindirərək otaqdan çıxmış və iddiaçının tanımadığı R – R rütbəli hərbiçi iddiaçını otaqlardan birinə dəvət edərək təqsirliyi sübuta yetmədiyindən iddiaçı və digər şəxsləri haupvaxtdan buraxılcağını bildirmişdir. Səhər yəni təxminən ## ### 2017-ci ildə iddiaçını və iddiaçının tanımadığı digər iki nəfəri şəxsi hərbi polisin xidməti maşınına mindirərək N nömrəli hərbi hissəyə aparmışlar. İddiaçı hərbi hissəyə gəldikdən sonra gözləri və əlləri açıq vəziyyətdə olsa da, həmin hərbi hissəni tərk etməyinə icazə verilməmişdir. İddiaçının gözləri açıq olduğundan bir dəfə hərbi hissənin həyətində korpusun hüquqşünası Fuad Ağayevin əyləşərək maskalı hərbiçilərə göstəriş verdiyinin və həmin əraziyə nəzarət etdiyininin şahidi olmuşdur. ## #### 2017-ci il tarixində iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissənin II divizonun Mais adlı komandir müavini, R rütbəli gələrək iddiaçını öz xidmət etdiyi hərbi hissəyə apardıqdan sonra iddiaçı öz xidmətinə davam etmişdir. İddiaçı 2020-ci ilin mart ayında öz xahişi ilə ordu sıralarından ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti “Tərtər işi” ilə əlaqədar ## ###### 2021-ci il tarixdə birgə məlumatla çıxış etmişdir. Məlumatda bildirilmişdir ki, “zərərçəkmiş şəxslərin, onların hüquqi varislərinin və digər şəxslərin ibtidai istintaqın gedişi və nəticələri, eləcə də məhkəmə qərarları ilə bağlı çoxsaylı müraciətləri nəzərə alınaraq Azərbaycan Respublikası Baş prokurorunun müvafiq sərəncamı ilə İşçi Qrup yaradılmaqla qeyd olunan cinayət işləri Respublika Hərbi Prokurorluğundan tələb edilib ətraflı surətdə öyrənilib, hər bir qanunazidd əməlin başvermə halarının tam, hərtərəfli, obyektiv araşdırılması, bütün təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması, cinayətlərdən ziyan çəkmiş şəxslərin hüquqlarının bərpası və müdafiəsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə ## ###### 2021-ci ildə Baş Prokurorluqda göstərilən faktlar üzrə cinayət işlərinin icraatının təzələnməsi haqqında qərarlar qəbul edilib”. İddiaçı da yenilənmiş icraat çərçivəsində prosesə cəlb edilmiş, izahatı alınmış, hazırda Bakı Hərbi Məhkəməsinin 1-1(093)- */**** saylı, ## #### 2024-cü il tarixli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Hökm Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *-*(***)-**/**** saylı, ##.##.2024cü il il tarixli qərarı ilə qanuni qüvvəsini almışdır. Həmçinin həmin iş üzrə X9 Azərbaycan Respublikasının Cinayət Məcələsinin 126.3, 145.3, 293.3, 341.2.2 və 341.2.3- cü maddələri ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcələsinin 145.3, 293.3, 341.2.2 və 341.2.3-cü maddələri ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcələsinin 125, 145.3, 293.3, 341.2.2 və 341.2.3-cü maddələri ilə, X5 Azərbaycan Respublikasının Cinayət Məcələsinin 125, 145.3, 293.3, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər. “Tərtər hadisələri”nin üzərindən 9 ilə yaxın müddət keçməsinə baxmayaraq, iddiaçı orada eşitdiyi ahnalələri, bağırtı səslərini hələ də unuda bilmir, həmin səsləri gecə yatanda da eşidir, hər dəfə xatırladıqda stres keçirir. İddiaçı gördüklərindən və keçirdiyi hisslərdən hələ də özünə gələ bilmir. Onun özünün yaşadıqları ilə yanaşı, ordumuzun digər hərbi qulluqçularının ağır işgəncəyə məruz qalması, onların “sındırılmasını” görməsi iddiaçıya ağır mənəzi iztirablar yaşatmışdır. Bundan başqa, həmin dövrdə yaşadığı yerdə hər kəs iddiaçını “Vətən xaini” hesab etmişdir. Mütəmadi davam edən ağır və dözülməz işgəncələr nəticəsində iddiaçının səhhətində ciddi problemlər yaranmışdır. Ağır işgəncələr nəticəsində bədəninin hər yeri zərər görmüşdür. Baş verənlərə görə iddiaçın əsəbləri pozulub, hətta ən kiçik hadisələrə belə kəskin reaksiya verir və daim stress və gərginlik icərisindədir. “Vətən xaini” adı ilə aparılıb əsassız sorğu-suala, qeyri-insani və ləyaqəti alçaldan rəftara, ağır işgəncələrə məruz qalması, ailə üzvləri ilə əlaqə yaratmasına imkan verilməməsi, “Vətən xaini” olaraq tanıdılması onda ciddi və bərpaolunmaz mənəvi sarsıntı yaradıb. İddiaçının dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması təkcə onun özünə deyil, ailə üzvlərinə də mənəvi iztirab yaşadıb. Hadisə baş verən zaman ailə üzvlərinin onun barəsində günlərlə məlumatı olmayıb, yuxusuz gecələr yaşamışlar. Yaşadığı yerdə qonşular, qohumlar arasında onunla bağlı söz söhbətlər yayılıb, bütün bu baş verənlər ona ağır mənəvi iztirablar yaşadıb. Bununla da iddiaçı təqsirləndirilən şəxslərin cinayət qanunu ilə nəzərdə tutulmuş əmələri törətməsi nəticəsində mənəvi zərər çəkmiş, özü və ailəsi stres və dərin sarsıntı keçirmişdir. Odur ki, iddiaçıya vurulmuş mənəvi ziyanın əvəzi ödənilməlidir. İddiaçı ona vurulmuş mənəvi zərərin məbləğini 500.000 (beş yüz min) manat məbləğində qiymətləndirir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 12.000 (on iki min) manat məbləğində pul iddiaçı İsgəndərov Elşad İsgəndər oğlunun xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən azadlığından qanunsuz məhrum edilərək işgəncələrə məruz qalması onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, cəmiyyətdəki nüfuzuna xələl gətirmişdir. Lakin məhkəmə hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 500.000 manat məbləğində kompensasiya tələbinin təmin edilməsi ədalətli deyildir. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli, ** nömrəli Qərarına görə mənəvi təzminatın həcminin hesablanması zamanı nəzərə alınan ağrı, əzab, fiziki narahatlıq, psixi sarsıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdikləri təzminatın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Məhkəmə iş üzrə bütün diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 12.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 12.000 manat məbləğində pul iddiaçı İsgəndərov Elşad İsgəndər oğlunun xeyrinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 1097, 1097.1-ci, 1100-cü, 1101-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» ## ### 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ
3. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** saylı qətnaməsini ləğv edib, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mülki qanunvericiliyinin tələblərini nəzərə almamış, məhkəmə tərəfindən mənəvi ziyan məbləği düzgün müəyyən edilməmiş, iddiaçının çəkdiyi iztirablar, mənəvi sarsıntı, onun həyatına yaşayışına dəymiş zərbə nəzərə alınmamışdır.
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili E.İskəndərov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
7. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndələri heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə cavabdeh və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR
8. Bakı Hərbi Məhkəməsinin *-*(***)-*/**** nömrəli, ##.##.2024-cü il tarixli hökmündən görünür ki, X9 ##.##.2016-ci il tarixdən etibarən Müdafiə Nazirliyinin İ Ordu Birləşməsinin tərkibində olan Tərtər rayonunun ərazisində yerləşən *** nömrəli əlahiddə kəşfiyyat taborunun xüsusi təyinatlı kəşfiyyat bölüyünün kəşfiyyat qrupunun komandiri vəzifəsində R hərbi rütbəsində həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi vəzifəli şəxs olaraq İ Ordu Birləşməsinin tabeliyində olmuş hərbi hissələrdə düşmənlə əməkdaşlıq etmələrinə şübhə olan hərbi qulluqçuların müəyyənləşdirilərək əvvəlcədən müəyyən edilmiş yerlərdə onlara müxtəlif işgəncələr verməklə, eləcə də həmin şəxslərə qarşı qeyri-insani, ləyaqəti alçaldan hərəkətlər edib həqiqətə uyğun olmayan etirafedici ifadələr almaq yolu ilə gələcəkdə cinayət məsuliyyətinə cəlb edilmələrini təmin etməklə özlərini yuxarı komandanlıq qarşısında qarşıya qoyulan tapşırıqları bacarıqla yerinə yetirən və vəzifələrinin öhdəsindən layiqincə gələ bilən zabit və vəzifəli şəxs kimi göstərmək, həmçinin cinayət törətmiş şəxsləri ifşa etmək və etirafa gətirmək bacarığına malik olmaqla, dövlətin təhlükəsizliyi əleyhinə törədilmiş ağır və xüsusilə ağır cinayət hadisələrinin açılmasında, yəni cinayət törətmiş şəxslərin müəyyən edilməsində xüsusi xidmətlərinin olması görüntüsünü yaratmaq və buna görə nüfuz qazanmaq, gələcəkdə vəzifədə irəli çəkilmək və mükafatlandırılmağa nail olmaq məqsədi ilə yaradılmış mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq N saylı hərbi hissənin əlbəyaxa döyüş üzrə təlimatçısı, R X2, kəşfiyyat müşahidə bölüyünün vizual müşahidə tağım komandirinin müavini, R X5, taborun kəşfiyyat bölüyünün Ru, R X1 və qeyriləri ilə mütəşəkkil dəstədə birləşib ##.##.2017-ci il tarixdən ##.##.2017-ci il tarixədək olan müddət ərzində mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə və əvvəlcədən əldə olunan razılaşmaya əsasən, dəstə tərkibindəki ona həvalə olunmuş funksional vəzifə bölgüsünə uyğun olaraq Müdafiə Nazirliyinin İ Ordu Birləşməsinin tabeliyində olan müxtəlif hərbi hissələrin düşmənlə məxfi əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının cinayət məsuliyyətinə cəlb edilmələri üçün özü və daxil olduğu dəstənin digər üzvləri tərəfindən N saylı hərbi hissənin Tərtər rayonu Şıxarx qəsəbəsində yerləşən inzibati binalarında, N saylı hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən köhnə inzibati binalarında, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı və Bərdə Qarnizonlarının hauptvaxtlarında, həmçinin Ağcabədi rayonunun Sarıcalı kəndində yerləşən N nömrəli hərbi hissəsində (hospital) və ünvan 1 ünvanında yerləşən Silahlı Qüvvələrin Baş klinik hospitalında həyata keçirilən qanunsuz sorğu-sual və saxlanılma proseslərinə mütəşəkkil dəstəyə rəhbərlik edən şəxs tərəfindən cəlb edilərək Azərbaycan Respublikasının qanunvericiliyinin, o cümlədən Cinayət Prosessual Məcəlləsinin, habelə Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.2014-cü il tarixli, ** №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti araşdırmaların və cinayət əlamətləri olan hadisələr üzrə təhqiqatın aparılması Qaydaları”nın, ##.##.2014-cü il tarixli, ** №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hüquqi iş üzrə Təlimat”ın və digər rəhbəredici sənədlərin tələblərinə əsasən, yuxarı komandanlıq tərəfindən ilkin təhqiqat aparmaqla bağlı ona həvalə olunmuş prosessual şəxs kimi Cinayət Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqatçı olaraq təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli hesab etdikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və pisixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, yuxarı komandanlıq qarşısında nüfuz qazanmaq, özünü xidməti vəzifələrini layiqli şəkildə icra edən hərbi qulluqçu kimi göstərmək və gələcəkdə vəzifədə irəli çəkilmək kimi məqsədlərə nail olmaq üçün mütəşəkkil dəstə tərkibində silah tətbiq olunmaqla ağır nəticələrə səbəb olan təkrarən qulluq səlahiyyətini aşmış, düşmən hərbi qulluqçuları ilə əlaqələrinin olmasını etiraf etdirmək, eləcə də şübhəli bilindiyi əmələ görə cəzalandırmaq məqsədilə Müdafiə Nazirliyinin İ Ordu Birləşməsinin tabeliyində olan müxtəlif hərbi hissələrin bir qrup hərbi qulluqçularının ##.##.2017-ci il tarixdən ##.##.2017-ci il tarixədək mütəşəkkil dəstə tərəfindən əvvəlcədən planlaşdırılmış qaydada Müdafiə Nazirliyinin 703 və N nömrəli hərbi hissələrinin qeyd edilən ərazilərdə yerləşən inzibati binalarındakı otaqlarda, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı və Bərdə Qarnizonlarının hauptvaxtlarında, həmçinin Ağcabədi rayonunun Sarıcalı kəndində yerləşən N nömrəli hərbi hissəsində (hospital) və ünvan 1 ünvanında yerləşən Silahlı Qüvvələrin Baş klinik hospitalında onların mütəşəkkil dəstə tərkibində törədilməklə həyatı və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edərək silah və silah qismində istifadə edilən əşyalardan istifadə edib həmin müddət ərzində normal yaşamaları üçün tələb olunan qidadan və digər zəruri şəraitdən məhrum etməklə qanunsuz saxlayaraq, eyni zamanda iradələrini qıraraq onlara müxtəlif bədən xəsarətləri yetirməklə, zərərçəkmiş şəxslərin və onların yaxın qohumlarının cəmiyyətdə mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla, “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə”, bu ada görə onların uzun müddət cəmiyyətdən təcrid, həmçinin qanunsuz və əsassız vəzifələrindən azad olunmalarına, əsassız cinayət məsuliyyətinə cəlb edilmələrinə, eyni zamanda sağlamlıqlarında uzun müddət davam edən fərdi psixi pozuntuların yaranmasına və bu kimi digər ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmiş, mütəşəkkil dəstə tərkibində törədilməklə yuxarı komandanlıq tərəfindən ilkin təhqiqat aparmaqla bağlı ona həvalə olunmuş faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin təhriki və göstərişi ilə qanunsuz sorğu-sual prosesinə cəlb edilmiş hərbi qulluqçulara bədənlərinin müxtəlif nahiyyələrinə xüsusi əşya və ya vasitələrdən istifadə edib qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftara məruz qoymaqla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib sağlamlığa az ağır və ağır zərər vuran xəsarətlər yetirib təkrarən işgəncə vermiş, mütəşəkkil dəstə tərkibində qəsdən şəxsin sağlamlığına insan həyatı üçün təhlükəli olan zərər vurmaqla ağır xəsarət yetirməsi ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuşdur. Bundan başqa o, həmin vəzifədə xidmət edərkən qeyd edilən məqsədlə yaradılmış mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq digərləri ilə mütəşəkkil dəstədə birləşib dövlətə xəyanət faktları üzrə təhqiqat apararaq təşkilati sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmaqla əvvəlcədən hazırlanmış plana və vəzifə bölgüsünə uyğun olaraq Müdafiə Nazirliyinin Tərtər rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin hərbi qulluqçularının qanunsuz erməni silahlı birləşmələrinin hərbi qulluqçuları və ya xüsusi xidmət orqanlarının əməkdaşları ilə əməkdaşlıq edə biləcəyinə dair şübhələrin olması ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və psixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, yuxarı komandanlıq qarşısında nüfuz qazanmaq, özünü xidməti vəzifələrini layiqli şəkildə icra edən hərbi qulluqçu kimi göstərmək və gələcəkdə vəzifədə irəli çəkilmək kimi məqsədlərə nail olmaq üçün mütəşəkkil dəstənin rəhbəri tərəfindən aparılmış vəzifə bölgüsü əsasında verilmiş tapşırığa əsasən və əvvəlcədən hazırlanmış cinayətkar plana uyğun olaraq # ### 2017-ci il tarixdə axşam saatlarında dəstənin digər üzvləri tərəfindən fiziki və psixi zor tətbiq edilərək işgəncə verilməklə sorğu-sual edilməsi üçün N nömrəli hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasında gətirilərək otaqlardan birinə yerləşdirilmiş, N nömrəli hərbi hissənin RAS xidmət rəisi vəzifəsində, R hərbi rütbəsində xidmətdə olan İsgəndərov Elşad İsgəndər oğlu barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin verdiyi tapşırıqlara uyğun olaraq digər dəstə üzvləri ##.##.2017-ci il tarixdən ##.##.2017-ci il tarixədək N nömrəli hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasında, ##.##.2017-ci il tarixdən ##.##.2017-ci il tarixədək Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Respublika Hərbi Polisin Bakı qarnizonu hauptvaxtında Elşad İsgəndərovdan düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər, yəni günün müxtəlif saatlarında, müəyyən fasilələr verilməklə, davamlı şəkildə, qeyd edilən yerdə, əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb lentlə bağlamaqla sərbəst hərəkət etməsini məhdudlaşdıraraq bədəninin müxtəlif nahiyələrinə yumruq, sillə və təpiklə dəstə üzvləri çoxsaylı zərbələr vurmuş, digər ağır formada fiziki və psixi zor tətbiq etməklə işgəncə vermiş, əvvəlcədən müəyyən olunmuş cinayətkar məqsədə nail ola bilmədikdə, qanunsuz əməllərini davam etdirərək dəstənin məqsədlərinə xidmət edən həqiqətə uyğun olmayan əlavə məlumatlar almaq, daha çox “vətən xaini” ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas alınmasından ötrü mütəşəkkil dəstənin cinayətkar məqsədlərinə nail olmaq məqsədilə ##.##.2017-ci il tarixdən ##.##.2017-ci il tarixədək N nömrəli hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasında vəzifəli şəxs kimi dəstə üzvləri ilə birlikdə xidməti silahlardan istifadə edərək mütəşəkkil dəstə tərkibində silah tətbiq olunmaqla Elşad İsgəndərovun hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan təkrarən qulluq səlahiyyətini aşaraq qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırıb ac, susuz saxlayıb, habelə gündüz saatlarında günün qızmar vaxtında günəş şüaları altında sıra meydanında əsassız olaraq sıra hazırlığı keçib fiziki hərəkətlər etməsini tələb edib, yemək saatlarında qəsdən vaxtı məhdudlaşdıraraq psixi təzyiq göstərməklə, o cümlədən mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə, ümumilikdə # ### 2017-ci il tarixdən ## #### 2017-ci il tarixədək, cəmi 24 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə dəstə üzvləri ilə birlikdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni Elşad İsgəndərovun və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunu “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” qanunsuz və əsassız olaraq xidmət yerinin dəyişdirilməsindən irəli gələn ağır nəticələrə səbəb ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarından görünür ki, Bakı Hərbi Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-*/**** nömrəli hökmündən verilmiş apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, cəza hissəsində hökm dəyişdirilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. - 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
11. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsi xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində yoxlanılması təşkil edir.
12. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 68. Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ İ. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. II. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. III. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. IV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. - Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ##.##.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki: Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X8 X10”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» ## ### 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
16. İddiaçının iddia tələbi, dövlət orqanının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsindən ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Mülki Məcəllənin 1097 və 1100-cü maddələri təşkil edir. İddiaçının tələbi müvafiq maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğundur.
17. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin təqsirli hərəkətləri nəticəsində iddiaçının qanunsuz hərəkətlərə məruz qalması işin sübuta yetirilmiş halıdır. Bununla bağlı Bakı Hərbi Məhkəməsinin *-*(***)-*/**** nömrəli ##.##.2024-cü il tarixli hökmünə əsasən, "Tərtər işi" kimi tanınan cinayət işi üzrə İsgəndərov Elşad İsgəndər oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır.
18. Deməli, hazırkı işdə zərərçəkənin işgəncəyə məruz qalmasının dövlət orqanının - Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. İşgəncələrə və təzyiqə məruz qalmasının iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarında və müvafiq olaraq Bakı Hərbi Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmündə müəyyən edilmiş faktlar hazırkı iş üçün məcburi əhəmiyyət daşıyan (preyudisial), iddiaçının sübut etməkdən azad olduğu, mübahisəsiz hallardır.
20. MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi mənəvi sarsıntı və iztiraba məruz qalmış və iddiaçının hazırki iddia tələbi ilə məhkəmə müraciət etməsinə subyektiv hüququ yaranmışdır.
22. Mülki Məcəllənin 43.3-cü maddəsinə görə Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Yəni dövlət orqanlarının fəaliyyəti nəticəsində hər hansı şəxsə ziyan vurulduqda, Azərbaycan Respublikası qanunla müəyyən olunan hədlərdə məsuliyyət daşıyır.
23. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il # ###### tarixli, ** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
24. Hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. Yəni, hazırkı halda Maliyyə Nazirliyi iddiaçıya bilavasitə zərərvuran şəxs olaraq deyil, Dövlətin adından Dövlət vəsaitini idarə edən orqan qismində məsuliyyət daşıyır.
25. Hazırda isə iddiaçı zərərçəkmiş şəxs olaraq ##.##.2017-ci il tarixdən ##.##.2017-ci il tarixədək qanunsuz olaraq işgəncələrə, qeyri-insani rəftara məruz qalması nəticəsində özü və ailəsinin stress və sarsıntı keçirdiyini, ehtiyata buraxılandan sonra yaşadığı kəndin sakinləri, qonşuları tərəfindən ona “Vətən xaini” kimi yanaşılmasını, hərbi xidmət zamanı hərbi qulluqçuların gözü qarşısında “Vətən xaini” adlandırılaraq döyüldüyünün onda ciddi və bərpaolunmaz mənəvi sarsıntı yaratması, iztirab çəkməsinə səbəb olması nəticəsində ona mənəvi ziyan vurulduğunu bildirərək 500.000 (beş yüz min) manat məbləğində kompensasiyanın ödənilməsini tələb edir.
24. Kollegiya qeyd edir ki, hazırkı işin spesifik halları baxımından, habelə iddiaçının işgəncəyə məruz qaldığı 24 gün müddətinə (Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarının 162-ci səh.)mütənasib olaraq keçirdiyi mənəvi iztirabın və sarsıntının, psixoloji stressin və əzab-əziyyətin qarşılığı olaraq mənəvi zərərin məbləği hər gün üçün 666,6 manat məbləğdə müəyyənləşdirməklə, (24 gün x 666,6 manat ≈16000) cəmi 16000 manat məbləğində müəyyən edilməsi məqsədəuyğundur.
25. Belə ki, dövlət orqanı olan Müdafiə Nazirliyinin əməkdaşlarının təqsirli hərəkətləri, yəni iddiaçıya işgəncə verilməsi faktı özü-özlüyündə iddiaçının mənəvi sarsıntıya məruz qalmasını təsdiq edir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2008-ci il tarixli Qərarının 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
27. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun qeyd edilən qərarında da mənəvi zərərin miqdarının meyarı kimi hadisənin baş verməsinə səbəb olmuş hərəkət və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı nəzərə alınmalıdır.
28. Hazırkı işdə iddiaçıya qarşı edilən hərəkətlər - əllərinin və gözlərinin bağlanmaqla, onda psixoloji qorxu yaratmaqla, düşmənlə əməkdaşlıq etməsinə əsaslı şübhələr olmadığı halda ondan düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri və digər məlumatlar verməsini tələb edilməsi, düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqəsinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər edilməsi, iddiaçının konstitusion hüquqlarının pozulmasına səbəb olmuş, onun və yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə ləkələnmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, belə rəftarın nəticəsində iddiaçının təsirlənməsi, sarsılması, mənəvi iztirab keçirməsi şübhəsizdir. Birinci instansiya məhkəməsinin mənəvi zərərin miqdarını 12000 manat müəyyən etməsi işin hallarına uyğun deyil.
30. Qeyd olunan halları, eyni zamanda iddiaçının şəxsiyyətini nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən əsaslı hesab olunmalı, mənəvi zərərin məbləği hissəsində qətnamə dəyişdirilməli, müəyyən edilən məbləğ artırılmaqla, mənəvi ziyan 16000 manat məbləğində müəyyən edilməlidir.
31. Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğə münasibətdə düzgün nəticəyə gəlməmişdir. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin dəyişdirilməsi üçün əsas təşkil edir.
32. MPM-nin 384.0.3-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 16000 (on altı min) manat məbləğində pul iddiaçı İsgəndərov Elşad İsgəndər oğlunun xeyrinə ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən cavabdeh və üçüncü şəxslər tərəfindən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov