Məhkəmə qərarları › İş №e-2(3-6)-2541/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2541/2026

24.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2541/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış aliment borcunun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əsassız hesablanmış aliment borcunun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əsassız hesablanmış aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 ilə birgə nikahdan olan ##.##.2012-ci il təvəllüdlü X3 və ##.##.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi əsasında tutulmuş ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan müddət ərzində iddiaçı X5 hesablanmış 15.090 manat aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)- ****/**** nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

3. Iddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

4. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, sübutlara müqayisəli formada qiymət verməmişdir. O, aliment borcunun silinməsini istəmiş və tələbi mülki hüquq münasibətindən əmələ gəldiyi üçün aidiyyati üzrə mülki məhkəmə icraatı qaydasında rayon məhkəməsinə müraciət etməyini əsas götürmüşdür.

5. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

8. Iddiaçı elektron kabinet vasitəsilə ərizə təqdim edərək həmçinin bildirmişdir ki, iddiaçı X5 ona qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan ##.##.2012-ci il təvəlüdlü X3 və ##.##.2019-cu il təvə lüdlü X1 yetkilik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 175 manat olmqla, cəmi 350 manat alimentin ondan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə, sonuncu məhkəmə iclasına az qalmış iddiaçı Kəmalə Mirzəyeva ilə ailə münasibətləri normal hala düşdü və onunla Masallı regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində ##.##.2021-ci il tarixdə *** nömrəli Akt qeydi ilə nikaha daxil oldular. Bundan sonra, Kəmalə Mirzəyeva ona bildirdi ki, narahat olma məhkəməyə getməsələr, iş baxılmamış qalacaqdır. O da inanaraq məhkəmə iclasına getmədi. Qarşı tərəf isə vəkili X9 ilə məhkəmə iclasında iştirak edib iddiasını müdafiə edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilərək, ##.##.2012-ci il təvəllüdlü X3 və ##.##.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ## ####### 2021-ci il tarixdən başlayaraq, cavabdeh İddiaçı hər ay hər bir uşaq üçün 175 manat olmaqla, 350 manat sabit pul məbləğində aliment alınıb iddiaçı X5 verilməsi qət edilmişdir. Sözügedən qətnamənin icrası ilə bağlı Masallı rayon Icra və Probasiya şöbəsindən aliment ödəməkdən ötəri onu icraya dəvət etdikdə, həyat yoldaşı Kəmalə Mirzəyeva, narahat olma icrada mən onu ləğv elətdirəcəyəm deyə ona bildirmişdir. Sonra özü icra şöbəsinə gedərək, bir yerdə yaşadıqlarının, ##.##.2022-ci il tarixə borcu olmadığını bildirərək, icra işinin geri qaytarılmasını xahiş etmişdir. Sonradan da bəlli oldu ki, icra işi Azərbaycan Respublikasının Icra Haqqında Qanunun 23.1.1-ci maddəsi ilə geri qaytarılmışdır. Beləliklə də, Kəmalə Mirzəyeva ilə 4 il bir yerdə xalasına məxsus evdə yaşamışdır. Nə icra şöbəsi ondan aliment tələb etmədi, nə də ki, Kəmalə Mirzəyeva. Bu həyatın ona dözülməz olduğunu görüb, ##.##.2025-ci il tarixdə nikahın pozulmasına dair iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etməli oldu. Nikahın pozulması ilə bağlı bir neçə prosesdən sonra, Kəmalə Mirzəyeva onun fikrinin qəti olduğunu bilib, yenidən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, aliment tələbinin icraya yönəldilməsini xahiş etmişdir. Beləliklə də, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/****-*** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi ##.##.2025-ci il tarixdə Masallı rayon Icra və Probasiya şöbəsinin icra məmuru X6 icraatına daxil olmuşdur. Belə olduğu halda, Masallı rayon Icra və Probasiya şöbəsi sözügedən qərardada qiymət vermədiyini görüb, məcburiyyət qarşısında qalıb, ##.##.2026-cı il tarixdə “Vəzifəli şəxsin hərəkət və hərəkətsizliyi barədə” Şirvan Inzibati Məhkəməsinə müraciət etməklə yanaşı, icra üzrə icraatın dayandırılması barədə Masallı rayon Icra və Probasiya şöbəsinə ərizə ilə mürciət etdim. Bundan da əlavə, sözügedən qərardaddan da şikayət etdim. Bütün bunlara baxmayaraq, Masallı rayon Icra və Probasiya şöbəsinin icra məmuru X6 təqdimatı ilə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət olundu. Beləliklə, Masallı Rayon Məhkəməsinin (hakim: E.Abbasova) müvafiq qərarı ilə Masallı rayon Icra və Probasiya şöbəsinin icra məmuru X6 təqdimatını rədd edib, işə xitam verildi. Bunu da qeyd edir ki, Şirvan Inzibati Məhkəməsinin (hakim: H.Nəcəfov) ##.##.2026-cı il tarixli, 2-1(4-9) ****/**** saylı qərardadı ilə iddiasının mümkün sayılmamağı qərara alınmışdır.

Tətbiq edilən hüquq normaları

9. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 106.3. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Maddə 106.4. Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Maddə 106.5. Icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

12. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi vacib hesab edir ki, ailə qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən borclar alimentin məhkəmənin qətnaməsi ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir.

13. Qanunvericiliyin tələbinə əsasən icra məmuru tərəfindən aliment üzrə borc müəyyən edildikdən sonra bununla razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər.

14. Odur ki, icra sənədi üzrə borclu cavabdeh qismində tələbkarı göstərməklə iddia ərizəsi ilə deyil, icra məmurunun hərəkətlərindən həmin yerin məhkəməsinə şikayət ilə müraciət etməlidir.

15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar