Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2555/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı2 və iddiaçı1 İslam qızının cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ İş № *(3-6)-2555/2026 (Açar sözlər: alimentin tutulması) Bakı şəhəri, ## #### 2026-cı il Hakimlər Qafarova Rəna Nazim qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı iddiaçı2, Cavabdeh cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil/Nümayəndə iştirakları ilə, İddiaçılar iddiaçı2 və iddiaçı1 İslam qızının cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 və nümayəndəsi vəkili Vəkil/Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, müəyyən etdi İşin halları
1. II-ЖГ seriyalı ****** nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”dən görünür ki, iddiaçı2 ilə iddiaçı1 İslam qızı ##.##.1981-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar.
2. 05.dekabr 2013-cü il tarixli ****** saylı vəsiqədən görünür ki, iddiaçı2 II dərəcəli ümumi əlildir.
3. ##.##.2026-cı il tarixli Bakı * saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, tərəflər Qadimov Vaqif, iddiaçı1 İslam qızı və cavabdeh2 ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin heç bir razılığa gəlməmişlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar iddiaçı2 və iddiaçı1 İslam qızı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh2 valideynləri iddiaçı2lə iddiaçı1 İslam qızının saxlanması üçün hər ay aylıq qazancının (digər gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment, cavabdeh1 valideynləri iddiaçı2lə iddiaçı1 İslam qızının saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, onların birgə nikahlarından cavabdeh2 və cavabdeh1 adlı uşaqları anadan olmuşdur. Birgə nikahdan doğulmuş övladlarının saxlanması üçün hər cür maddi və mənəvi tələbatlarını ödəmiş, onların təhsil almasına, ailə qurmasına hər cür köməklik göstərmişlər. Lakin hal-hazırda iddiaçılar olaraq hər ikisinin sağlamlıqlarında problemlər yaranmış, cavabdehlər cavabdeh2 və cavabdeh1 valideyn olaraq onların tələbatlarının ödənilməsində hər hansı formada iştirak etmirlər. ünvan 1 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətində olsa da, cavabdeh cavabdeh1 onları yaşadıqları evdən qovmuş və hal-hazırda yaşamağa heç bir yaşayış sahələri yoxdur. Digər cavabdeh cavabdeh2 da oğlu olsa da, ümumiyyətlə onlarla maraqlanmır, heç bir tələbatlarının ödənilməsində iştirak etmir, ikisinin də sağlamlığında problemlər olsa da, müalicə xərclərinin ödənilməsinə hər hansı formada dəstək göstərmir. cavabdeh2 “SOCAR”-da rəis müavini işləyir və kifayət qədər yüksək qazancı və gəlir mənbələri vardır. Lakin nə xəstəlikləri ilə bağlı, nə əməliyyat olunan zaman övlad olaraq valideynlərini görməyə belə gəlmir. Halbuki onlar valideyn olaraq onun təhsili, tərbiyəsi, cəmiyyətə layiqli övlad kimi yetişməsi üçün əllərindən gələni əsirgəməmişlər. iddiaçı2 2025-ci ilin iyul ayından oktyabr ayınadək 2 dəfə Milli Onkologiya Mərkəzində əməliyyat olunmuşdur. ##.##.2025-ci il tarixdə “Digər və dəqiqləşdirilməmiş bağırsaq keçməməzliyi” diaqnozu ilə, ##.##.2025-ci il tarixdə Milli Onkologiya Mərkəzində “prostat vəzinin xoşxassəli yenitörəməsi” diaqnozu ilə əməliyyat olunmuş, həm əməliyyatı, həm də əməliyyatdan sonrakı müalicə xərclərini ödəməkdə maddi çətinlik çəkir. iddiaçı1 İslam qızı isə “Hipertenziv ensefalopatiya, boyun şöbəsinin fəqərəarası disklərinin digər degenarasiyası” birincili ikitərəfli qonartoz, göz yaşı vəzisinin digər xəstəlikləri, ürək çatışmazlığı, ürəyin zədələnməsi ilə hipertenziv hipertonival xəstəlik və digər yanaşı xəstəliklərdən əziyyət çəkir. Hal-hazırda iddiaçı1 İslam qızının da əməliyyata ehtiyacı vardır. Lakin maddi imkansızlığı səbəbindən, əməliyyat xərclərini ödəyə bilmir. Aldıqları pensiyadan başqa heç bir qazanc və gəlir mənbələri də yoxdur. Lakin övladları onların nəinki tələbatlarının ödənilməsində iştirak etmir, hətta ağır əməliyyat keçirilən zaman onlara baş çəkmək üçün xəstəxanaya baş çəkməyə belə gəlmirlər.
6. Birinci instansiya məhkəməsində iştirak edən cavabdeh cavabdeh1 iddia tələbini ona aid hissədə qəbul etmədiyini bildirərək iddia tələbinin ona aid hissədə təmin edilməməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, valideynləri və bacısı onu məhv etmək istəyir. O, bazarda arabaçı işləyir, günə 8-10 manat da arabanın icarəsidir. Onun imkanı yoxdur. O, valideynlərini evdən qovmamış, bu məsələ valideynlərinin qurduğu yalan söhbətdir. Onun atası ilə bu yaşa kimi heç ünsiyyəti belə olmayıb, ona görə niyə evdən getdiyini soruşmamışdır. Atası özü çıxıb getmiş, mübahisə də olmamışdır. Onun valideynlərinin harada yaşamasından xəbəri yoxdur. İddiaçıların qızının da evi vardır.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh2 ##.##.2026-cı il tarixdən başlayaraq ##.##.1955-ci il təvəllüdlü iddiaçı2 və ##.##.1959-cu il təvəllüdlü iddiaçı1 İslam qızının saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər biri üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutulub, iddiaçı2 və iddiaçı1 İslam qızına ödənilməsi, cavabdeh1 ##.##.2026-cı il tarixdən başlayaraq ##.##.1955-ci il təvəllüdlü iddiaçı2 və ##.##.1959-cu il təvəllüdlü iddiaçı1 İslam qızının saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər biri üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulub, iddiaçı2 və iddiaçı1 İslam qızına ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, iddiaçıların maddi yardıma ehtiyacının olması, sağlıqlarında problemlərinin olması, müalicə üçün maddi vəsaitə ehtiyaclarının olması iş materiallarına əlavə olunmuş fotoşəkillər və tibbi sənədlər ilə sübut olunmuşdur. İddiaçıların aliment tələb etməsi üçün qeyd olunan hər iki şərt mövcuddur. İş materialları əsasında müəyyən olunur ki, iddiaçı iddiaçı2 II dərəcəli əlillik təyin edilmişdir. Həmçinin iddiaçı iddiaçı2 əlilliyə görə 429,90 manat, iddiaçı1 İslam qızına isə yaşa görə 436,55 manat olaraq pensiya məbləği müəyyən olunmuşdur. Eyni zamanda iş materiallarına əlavə olunmuş fotoşəkillər və tibbi sənədlər ilə iddiaçıların maddi yardıma ehtiyacının olması, sağlıqlarında problemlərinin olması, müalicə üçün maddi vəsaitə ehtiyaclarının olması sübut olunmuşdur. Valideynlərin saxlanılması üçün aliment sabit pul məbləğində müəyyən edilməlidir. cavabdeh2 ilə “X1 Kompani S.A.Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında bağlanılmış əmək müqaviləsindən görünür ki, cavabdeh2 təmir və tikinti layihələrinin işlənməsi departamentində mühəndislik vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi ##.##.2011-ci il-##.##.2026-cı il tarixədək əmək haqqı məbləği 1620 manat olaraq müəyyən olunmuşdur. Hazırda məhkəmə ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumunun 245 manat məbləğində müəyyən edilməsini, cavabdeh cavabdeh2 əmək haqqı məbləğini, Azərbaycan Respublikası Ailə Məcəlləsinin müddəalarını nəzərə alaraq minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlarının təminatı baxımından hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdeh2 ##.##.1955-ci il təvəllüdlü iddiaçı2 və ##.##.1959-cu il təvəllüdlü iddiaçı1 İslam qızına sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər biri üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutulub iddiaçılara ödənilməlidir. cavabdeh1 ##.##.1955-ci il təvəllüdlü iddiaçı2 və ##.##.1959-cu il təvəllüdlü iddiaçı1 İslam qızının saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər biri üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulub, iddiaçı2 və iddiaçı1 İslam qızına ödənilməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1, 82.2, 82.3, 82.4, 82.5, 82.6, 83.1, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamına, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri 10.Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-***/**** saylı qətnaməsinin cavabdeh cavabdeh2 alimentin tutulması hissəsində dəyişdirilərək, iddiaçılar iddiaçı2 və iddiaçı1 İslam qızının saxlanılması üçün cavabdeh cavabdeh2 tutulan alimentin məbləğinin hər ay iddiaçıların hər biri üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,2 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 82.4-cü maddəsinə istinad etsə də, hüququn tətbiq edilməsində səhv buraxmış, iş üzrə müəyyən edilmiş faktlarla bağlı yanlış nəticəyə gəlmişdir. Belə ki, iddiaçıların birgə nikahından üç övladı vardır: cavabdeh2, cavabdeh1 və X4. İş materiallarından məlum olduğu kimi, iddiaçılar iddia tələbi ilə bağlı övladlardan yalnız ikisinə qarşı məhkəməyə müraciət etmişdir. Məhkəmə isə iş üzrə nəticəyə gələrkən üçüncü övladın valideynləri saxlamaqla bağlı üzərinə düşən və ya düşməli olan öhdəliyini nəzərə almamış, həmçinin digər iki övlad, yəni cavabdehlərlə bağlı iş üzrə nəticəyə gələrkən isə iddiaçılar üzərinə aliment ödənişi ilə bağlı öhdəlik qoyulmasında kəskin maddi yük yaradan qətnamə qəbul etmişdir. Beləliklə də, latın dilində “aequitas” və ya “proportionalitas” terminləri ilə ifad’ edilən “bərabər mənafelərə bərabər münasibət” hüquqi ifadəsi ilə əks olunan prinsipin pozulmasına, yəni, valideyni saxlamağa borclu olan hər üç övlada münasibətdə “pro rata” yanaşmasının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.4-cü maddəsinə əsasən alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Yəni, iddiaçılara ödənilməli olan alimentin miqdarı nəzərə alınarkən iddia tələbi yönəldilməmiş X4 cavabdehlər sırasında olmasa da, o nəzərə alınmalı və aliment ödənişinin məbləği bu əsasda müəyyən edilməlidi idi. Həmçinin, məhkəmə cavabdeh cavabdeh2 şəxsi ailə həyatının qeyri-sabit vəziyyətdə olmasını, yəni onunla həyat yoldaşı arasında cavabdehin uşağının saxlanılması üçün 500 manat aliment ödəməsi barədə barışıq sazişinin mövcud olması, uşağın təhsil xərcinin yarısının onun tərəfindən qarşılanması, təhsil xərcinin məbləğinin çox olması fakatlarını yetəri qədər diqqət verməmişdir. Qeyd edək ki, hazırda cavabdeh bu barışıq sazişində nəzərdə tutulmuş alimen ödənişini belə təmin edəcək qədər maddi duruma malik olmadığından tərəflər arasında bağlanmış mediasiya barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi üçün cavabdeh cavabdeh2 həyat yoldaşı X2 tərəfindən ərizə ilə məhkəməyə müraciət edilmişdir. Eyni zamanda cavabdeh cavabdeh2 həyat yoldaşı X2 tərəfindən nikahın pozulması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. *(*-***)-****/**** saylı mülki iş üzrə məhkəmə hazırlıq iclası ## #### 2026-cı il tarixinə təyin edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.3-cü maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” ## ###### 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilmişdir. 2026-cı il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci ildə pensiyaçılar üçün yaşayış minimumu 245 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Apellyasiya şikayətini təmin etməklə Bakı şəhəri Nizami Rayon Məhkəməsnin ##.##.2026-ci il tarixli, e-e-*(*-**)-***/**** saylı qətnaməsinin cavabdeh cavabdeh2 alimentin tutulması hissəsində dəyişdirilərək, iddiaçılar iddiaçı2 və iddiaçı1 İslam qızının saxlanılması üçün cavabdeh cavabdeh2 tutulan alimentin məbləğinin hər ay iddiaçıların hər biri üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,2 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilmişdir xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
13.Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 Vaif oğlu, həmçinin onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq izahat verərək, əlavə olaraq qeyd etdilər ki, iddiaçıların iki oğlu və bir qızı var. Ələsgərova Vüsalə birinci instansiya məhkəməsində icraat zamanı iddiaçıların nümayəndəsi kimi məhkəmə iclaslarında iştirak etmişdir. Məhkəmə digər cavabdehdən hansı əsasla 100 manat aliment məbləğinin tutulmasını qeyd etməyib. Cavabdeh olaraq iddia tələbinin rədd edilməsini istəmir. Hesab edir ki, ödənilməli olan aliment məbləği üç övlad arasında bərabər şəkildə bölünməli və minimum əmək haqqının 0,2 misli həddində aliment müəyyən edilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə mediasiyada bağlanmış barışıq sazişinin məcburi icrası ilə bağlı tələb təmin olunmuşdur. Artıq alimentin tutulması ilə bağlı icra sənədi verilmişdir. Cavabdeh tərəfindən 500 manat aliment ödənilir. Hazırki iddia tələbi üzrə cavabdeh aliment məbləği olaraq 100 manat ödəməyə hazırdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, aliment tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini xahiş etdilər. 14.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı2 izahatında qeyd etdi ki, onun özü 436 manat, arvadı isə 429 manat pensiya alır. Qızı onlara aylıq maddi kömək edir. Artıq iki ildir ki, həyat yoldaşı ilə birlikdə öz evində yaşamır, qohumların evində qalır. Göstərilənlərə əsasən apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 15.İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər iddiaçı və digər cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyasının: 34-cü maddəsinə əsasən valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. 17.Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 82.4. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır.
18. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları hesab edilir.
19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarına edilmiş ## ###### 2024-cü il tarixli dəyişikliyə əsasən Qərarın 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. - 8.4-2. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.11. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsində nəzərdə tutulan hallarda isə aliment əvvəlki dövr üçün 3 illik müddət həddində verilə bilər. Məhkəmələrə izah edilsin ki, aliment tutulması barədə qətnamələr MPM-in 234.2.1-ci maddəsinin tələbinə müvafiq olaraq dərhal icra edilməlidir. Yuxarı instansiya məhkəmələri tərəfindən aliment tutulması barədə qətnamənin ləğv olunması, aliment tələbinin rədd edilməsi, yaxud tutulan alimentin miqdarının azaldılması həmin dəyişikliyi nəzərdə tutan məhkəmə aktı qanuni qüvvəyə minənədək ödənilmiş aliment məbləğinin qaytarılmasına əsas vermir (səbəb olmur). 20.Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” ## ###### 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilmişdir.
21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). 23.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 24.Cavabdehin nümayəndəsi və vəkili şikayətində qətnaməni yalnız alimentin miqdarı hissəsində mübahisələndirdiyindən qətnamə həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25.İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti verən cavabdeh2 münasibətdə tutulan alimentin məbləği hissəsində dəyişdirilməlidir. 26.Cavabdeh cavabdeh2 tutulan alimentin məbləği ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaət ondan ibarət olmuşdur ki, iddiaçı iddiaçı2 II dərəcəli əlillik təyin edilmişdir. Həmçinin iddiaçı iddiaçı2 əlilliyə görə 429,90 manat, iddiaçı1 İslam qızına isə yaşa görə 436,55 manat olaraq pensiya məbləği müəyyən olunmuşdur. Eyni zamanda iş materiallarına əlavə olunmuş fotoşəkillər və tibbi sənədlər ilə iddiaçıların maddi yardıma ehtiyacının olması, sağlıqlarında problemlərinin olması, müalicə üçün maddi vəsaitə ehtiyaclarının olması sübut olunmuşdur. Cavabdeh cavabdeh2 sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər biri üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutulub iddiaçılara ödənilməlidir. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, təhsil haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 27.Həmin qətnamə ilə məhkəmə həmçinin iddiaçıların əmək qabiliyyətlərinin olmaması və hazırda maddi ehtiyaclarının mövcud olmasını cavabdehin iddiaçıların övladı kimi valideynlərini saxlamaq vəzifəsinin olmasını nəzərə alaraq, iş üzrə digər cavabdeh cavabdeh1 sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər biri üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulmasıni qət etmişdir. 28.Cavabdeh cavabdeh2 apellyasiya şikayətinin dəlilləri əsasən ondan ibarətdir ki, iddiaçının üç övladı olmasına baxmayaraq, yalnız ikisinə qarşı aliment tələbi irəli sürülmüşdür. Bununla yanaşı onun şəxsi ailə həyatının qeyri-sabit vəziyyətdə olması, yəni onunla həyat yoldaşı arasında cavabdehin uşağının saxlanılması üçün 500 manat aliment ödəməsi barədə barışıq sazişinin mövcud olması, uşağın təhsil xərcinin yarısının onun tərəfindən qarşılanması, təhsil xərcinin məbləğinin çox olması ilə bağlı faktiki hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. 29.Qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdeh cavabdeh2 tutulan alimentin müəyyən edilən həcminə dair mövqeyi ilə razılaşmır.
30. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçlar nikaha daxil olmaqla birgə nikahdan üç övladları anadan olmuş və hazırda yalnız iki övlada qarşı aliment tələbi irəli sürülmüşdür. Bundan başqa müəyyən edilir ki, iddiaçı iddiaçı2 II dərəcəli əlillik təyin edilmiş, ona 429,90 manat, iddiaçı1 İslam qızına isə yaşa görə 436,55 manat olaraq pensiya məbləği müəyyən olunmuşdur. Cavabdeh cavabdeh2 tərəfindən birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilmiş ##.##.2011-ci il tarixli əmək müqaviləsindən görünür ki, “X1 Kompani S.A. Şirkətinin” Azərbaycan Respublikasındakı nümayəndəliyinin təmir və tikinti layihələrinin işlənməsi departamentində mühənsis vəzifəsində çalışmaqla, aylıq əmək haqqı məbləği 1620 manat müəyyən edilmişdir. Eyni zamanda ##.##.2026-cı il tarixli MŞB\9\****-***** saylı barışıq sazişi ilə müəyyən edilir ki, cavabdeh2 X2 uşağın saxlanması üçün 500 manat məbləğində aylıq aliment ödəməyi öhdəsinə götürmüşdür.
31. Ailə qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən də aydın olur ki, aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. 32.Göründüyü kimi, övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməklə yanaşı, eləcə də məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. 33.Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh cavabdeh2 münasibətdə işin diqqətəlayiq digər halları, onun ailə vəziyyəti, əmək haqqı məbləği və s., eləcə də tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlı olduğu halda iddiaçıların uşaqlarının hamısı nəzərə alınmamış və cavabdeh2 hansı əsasla iddiaçıların hər biri üçün məhz 245 manat aliment məbləğinin tutulması kifayət qədər əsaslandırılmamışdır. 34.Məhkəmə kollegiyası onu da qeyd edir ki, apelyasiya şikayətində cavabdeh alimentin minimum əmək haqqı məbləğinin 0,2 misli miqdarında tutulmasını xahiş etsə də, məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 hər ay hər biri üçün iddiaçılara 100 manat aliment ödəməyə də razı olduğunu bildirmişdir. 35.Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qətnamə alimentin mübahisələndirilən hissəsində dəyişdirilərək, cavabdeh cavabdeh2 iddiaçıların xeyrinə tutulmalı alimentin məbləği ##.##.1955-ci il təvəllüdlü iddiaçı2 və ##.##.1959-cu il təvəllüdlü iddiaçı1 İslam qızının saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər biri üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində müəyyən olunmalıdır. 36.Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə cavabdeh cavabdeh2 münasibətdə tutulan alimentin məbləği hissəsində düzgün olmadığından, cavabdehin apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin dəyişdirilməsinə əsas verir. Bununla bağlı olaraq, cavabdeh cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə müzakirə olunan qaydada dəyişdirilməlidir. 37.Hazırki qətnamə mübahisələndirilən məbləğ 5000 manatdan aşağı olduğuna görə apellyasiya instansiyası məhkəməsinin qərarının çıxarıldığı gün qanuni quvvəyə minir.
Nəticə:
38.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi ##.##.1955-ci il təvəllüdlü iddiaçı2 və ##.##.1959-cu il təvəllüdlü iddiaçı1 İslam qızının saxlanılmaları üçün cavabdeh cavabdeh2 alimentin tutulması hissəsində apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. ##.##.1955-ci il təvəllüdlü iddiaçı2 və ##.##.1959-cu il təvəllüdlü iddiaçı1 İslam qızının saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər biri üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment cavabdeh cavabdeh2 tutularaq müvafiq olaraq iddiaçılar iddiaçı2 və iddiaçı1 İslam qızına ödənilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.