Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2649/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, m ü ə y y ə n e t d i:
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Cavabdeh MMC-dən onun xeyrinə 30000 (otuz min) manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 (bir yüz iyirmi beş) manat, ümumilikdə 30125 (otuz min yüz iyirmi beş) manat pulun və ödənilmiş 180.38 (yüz səksən manat otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Firuzə Mirzəyeva) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh MMC-dən iddiaçı İddiaçı xeyrinə 6000 manat mənəvi zərər, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 100 manat, ümumilikdə 6100 (altı min yüz) manat pul və ödənilmiş 81 manat məbləğində dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə verərək, apellyasiya şikayətindən imtina etdiyini bildirdi və iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etdi.
6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi A.Məmmədov da eyni zamanda ərizə verərək öz apellyasiya şikayətindən imtinasının qəbul edilərək, iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etdi.
7. Tərəflər apellyasiya şikayətindən imtinanın hüquqi nəticələrinin onlara məlum olduğunu təsdiq etdilər.
8. Məhkəmə iddiaçı və cavabdehin apellyasiya şikayətindən imtinaya dair ərizələrini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddiaçı və cavabdehin Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətlərindən imtinaları qəbul edilməli və onların şikayətlərinə münasibətdə iş üzrə apellyasiya icraatına xitam verilməlidir.
9. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində yazılı formada ondan imtina edə bilər.
10. Qeyd olunan Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin şikayətdən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur.
12. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə belə nəticəyə gəlir ki, Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı və cavabdehin apellyasiya şikayətlərindən imtinası qəbul edilməli və onların şikayətlərinə münasibətdə iş üzrə apellyasiya icraatına xitam verilməlidir.
13. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
14. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
15. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh Cavabdeh MMC-nin apellyasiya şikayətlərindən imtinaları qəbul edilsin və onların şikayətlərinə münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.