Məhkəmə qərarları › İş №e-2(3-6)-2673/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2673/2026

11.08.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№e-2(3-6)-2673/2026 11.08.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: bir valideynin razılığı olmadan uşağın digər valideynlə ölkədən getməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), İmanov Azad NizamoğlundanvəSəlimovaSəadətRəşidqızındanibarəttərkibdə, MusayevaAytacElşənqızınınkatibliyi, cavabdehCavabdehiştirakıilə İddiaçı Cavabdeh qarşı “atanın razılığı olmadan uşaqlar üçün ümumvətəndaş pasportunun alınmasına və yetkinlik yaşına çatanadək atanın razılığı olmadan uşaqların ölkədən çıxarılmasına razılıq verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıqətnaməniqəbuletdi: İşin halları

1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında ##.##.2010-cu il tarixdə *** saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş ##.##.2011-ci il təvəllüdlü X1 və ##.##.2013cü il təvəllüdlü X3 anaları X4 yanında qalmaları, yetkinlik yaşına çatanadək uşaqların saxlanılması üçün Cavabdeh ##.##.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi470manatsabitpulməbləğindəalimentintutularaqX4ödənilməsiqətedilmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh övladları - ##.##.2011-ci il təvəllüdlü X2 və ##.##.2013-cü il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü saat 11:00-dan 20:00-dək, uşaqların doğum günlərində (29 avqust və 23 may tarixlərində) saat 12:00-dan saat 15:00-dək, Yeni il bayramı, Novruz bayramı, Ramazan bayramı və Qurban bayramı, bayramların birinci günü, hər birində bir gün olmaqla saat 11:00dan saat 20:00-dək, tədris ilinin yay tətili müddətində iyul və avqust aylarında iki həftə saat 11:00dan saat 20:00-dək görüş vaxtlarının müəyyən edilməsi, Cavabdeh övladları ilə ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqlar himayəsində olan cavabdehin (borclunun) yaşayış yeri üzrə ünvan 1 ünvanında hər həftənin şənbə günü saat 11:00-da X4 tərəfindən Cavabdeh, həmin gün saat 20:00-da eyni ünvanda Cavabdeh tərəfindən X4, Yeni il bayramı, Novruz bayramı, Ramazan bayramı və Qurban bayramı, bayramların birinci günü, hər birində bir gün olmaqla, saat 11:00-da X4 tərəfindən Cavabdeh, həmin gün saat 20:00-da eyni ünvanda Cavabdeh tərəfindən X4, uşaqların ad günündə saat 12:00-da X4 tərəfindən Cavabdeh, həmin gün saat 15:00-da isə eyni ünvanda Cavabdeh tərəfindən X4, tədris ilinin yay tətili müddətində iyul və avqust aylarında iki həftə saat 11:00-da X4 tərəfindən Cavabdeh, həmin gün saat 20:00-da isə eyni ünvanda Cavabdeh tərəfindən X4 təhvil verilməsi, görüşün ananın iştirakı olmadan həyata keçirilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

3. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, yetkinlik yaşına çatmayan ##.##.2011-ci il təvəllüdlü X1 və ##.##.2013-cü il təvəllüdlü X3 ataları Cavabdeh razılığı olmadan şəxsiyyət vəsiqələrinin və Azərbaycan Respublikasından kənara çıxış üçün ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, yetkinlik yaşına çatmayan ##.##.2011-ci il təvəllüdlü X1 və ##.##.2013-cü il təvəllüdlü X3 ataları Cavabdeh razılığı olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara (müalicə, istirahət, təhsil və digər qanuni məqsədlərlə) aparılması, ilkin mediasiya xərci 50 manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu olan 100 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahişetmişdir.

4. İddiaçı iddia tələbini işin faktiki hallarına uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh azyaşlı uşaqların şəxsiyyət vəsiqələrini və ümumvətəndaş pasportlarını ona verməkdən imtina edir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh bu sənədləri təqdim etməmişdir ki, bu da uşaqların konstitusion hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Bundan əlavə, o, övladları ilə birlikdə müvəqqəti olaraq xarici ölkəyə çıxmaq niyyətindədir, lakin cavabdeh uşaqların ölkə hüdudlarından kənara çıxarılmasına razılıq vermir. Bu isə onun valideynlik hüquqlarının həyata keçirilməsinə, eləcə də uşaqların sağlamlıq, istirahət, təhsil və ümumi inkişaf hüquqlarına birbaşa maneçilik törədir. Uşaqların onun himayəsində olması bir valideyn kimi üzərinə müəyyən vəzifələr qoymaqla yanaşı, həm də müəyyən hüquqlar verir. Övladları ilə birgə yaşayan valideyn kimi öz uşaqlarının maraqlarını üstün tutmaq şərti ilə, onlara dair qərar qəbul etmək, hazırkı halda onları ölkə hüdudlarından kənara aparıb-gətirmək, onların daha yaxşı təhsil almaq, istirahətlərini və sağlamlıqlarını təmin etmək üçün tədbirlər görmək hüququ vardır. Bu hüquq uşaqların daha yaxşı tərbiyəsinin psixoloji və mənəvi təminatı kimi qəbul edilməlidir. Ana uşaqların sağlamlığına, fiziki və mənəvi inkişafına, təhsil və tərbiyəsinə görə məsuliyyət daşımaq iqtidarındadır, ölkədən xaricdə də uşaqların qeydinə qalmaq qabiliyyətindədir. Belə olan halda, uşaqlar yetkinlik yaşına çatanadək atanın razılığı olmadan ananın uşaqları özü ilə ölkədən müvəqqəti kənara aparması onların mənafeyinə, müdafiəsinə və təhlükəsizliyinə xələl gətirə bilməz. O, azyaşlı övladlarının dünya görüşünün artırılması, onları daha yaxşı təhsillə təmin etmək və onlarla birgə istirahət etmək məqsədilə müvəqqəti olaraq xaricə getmək istəsə də, uşaqların bu hüquqları cavabdeh tərəfindən kobud şəkildə pozulur. Cavabdehdən dəfələrlə sənədlərin və xaricə çıxışın icazə verməsi barədə xahiş etsə də, cavabdehbunaməhəlqoymamışdır.

5. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinivəiddiatələbinintəminolunmasınıxahişetmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianın rədd olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının qardaşı narkotik istifadəçisidir, həmçinin iddiaçı işdən azad edilmişdir,onunməqsədiölkəxaricinəköçməkdir.

7. Birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, daimi əsaslarla ölkəni tərk etmək istisna olmaqla, ##.##.2011-ci il təvəllüdlü X1 və ##.##.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək ataları Cavabdeh razılığı olmadan ölkədən getmələrinə icazə verilməsi, İddiaçı üzərinə səfərdən öncə, səfər edilən ölkə və səfərin tarixləri barədə icraatında uşaqla ünsiyyətə dair icra sənədi olan icra məmuruna Azərbaycan Respublikasının hüdudlarından kənara getmək tarixindən ən azı 1 həftə əvvəl məlumat vermək vəzifəsinin qoyulması, qətnamənin ##.##.2011-ci il təvəllüdlü X1 və ##.##.2013-cü il təvəllüdlü X3, ataları Cavabdeh razılığı olmadan şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunun verilməsi (dəyişdirilməsi) üçün əsas hesab edilməsi, iddianın qalan hissədə təmin olunmaması qətedilmişdir.

8. Məhkəməgəldiyinəticəniaşağıdagöstərildiyikimiəsaslandırmışdır:

 İddiaçının uşaqları ilə birlikdə cavabdehin razılığı olmadan ölkədən getməsi, ilk növbədə, uşağın maraqları və mənafeyi baxımından qiymətləndirilməlidir. Həm ölkədaxili, həm də beynəlxalq qanunvericilik ilk növbədə uşaqların maraqlarını üstün tutmağı vacib saymışdır. Belə ki, uşaqların malik olduqları ən təməl hüquqlardan biri də ölkə hüdudlarında və hüdudlarından kənarda istirahət etmək, müalicə almaq, qohumlarına baş çəkmək və s. məqsədlə sərbəst hərəkət etmək hüququdur və onların bu hüququ yalnız qanundan irəli gələn çox ciddi əsasların mövcudluğunda və mötəbər sübutlarla dəstəkləndiyi hallarda hər hansı məhdudiyyətə məruz qala bilər. Hazırki işdə isə belə bir məhdudiyyətin tətbiq edilməsi üçün hər hansı əsas aşkar edilməmişdir. Həmçinin cavabdeh iddiaçının xarici ölkəyə köçmək niyyətinin olduğunu bildirsə də bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

 Mövcud qanunvericiliyin tələbinə əsasən ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra on iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə, pasport vətəndaşların (onun valideynlərindən birinin və ya qanuni nümayəndəsinin) müvafiq dövlət orqanına ərizəsi və ya müəssisənin, idarənin, təşkilatın vəsatəti əsasında verilir. Ümumvətəndaş pasportunun verilməsi haqqında ərizəyə dövlət rüsumunun ödənilməsi barədə sənəd, fotoşəkillər, 18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığını təsdiqləyən sənədlər əlavə edilməlidir. Məhkəmə hesab edir ki, hazırki qətnamə uşağın ölkədən çıxmaqla bağlı hüquqlarını valideynlərindən birinin razılığı olmadan həyata keçirilməsini ehtiva etdiyindən, ümumvətəndaş pasportu və şəxsiyyət vəsiqəsi alınması ilə bağlı hüquqları da müvafiq qətnamə əsasında valideynin (atanın) razılığı olmadan həyata keçirə bilər.

9. Mövqeyinin hüquqi əsaslandırılması zamanı məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü, “Uşaq hüquqları haqqında” Qanununun 10.2-ci, 38.2-ci, Ailə Məcəlləsinin 51.2-ci, 51.4-cü, 60.1-ci, 60.2-ci, “Uşaq hüquqları haqqında Konvensiya”nın 3-cü, “İcra haqqında” Qanunun 18.1.2-ci maddələrinə, “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan RespublikasıAliMəhkəməsininPlenumunun##.##.2021-ciiltarixliQərarınaistinadetmişdir.

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun dəyişdirilməsini, ##.##.2011ci il təvəllüdlü X2 və ##.##.2013-cü il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü saat 11:00-dan 20:00-dək, uşaqların doğum günlərində (29 avqust və 23 may tarixlərində) saat 12:00-dan saat 15:00-dək, Yeni il bayramı, Novruz bayramı, Ramazan bayramı və Qurban bayramı, bayramların birinci günü, hər birində bir gün olmaqla saat 11:00-dan saat 20:00-dək, tədris ilinin yay tətili müddətində iyul və avqust aylarında iki həftə saat 11:00-dan saat 20:00-dək görüş vaxtları uşaqları ilə görüşünün təmin olunması, uşaqlar xaricə aparılarkən gediş-gəliş müddətinin icra məmuru ilə razılaşdırılması və qətnamədə göstərilən 100 manat dövlət rüsumunun iddiaçıdan tutulmasıbarədəqətnaməçıxarılmasınıxahişetmişdir.

Apellyasiya şikayətinə etiraz

11. Apellyasiyaşikayətinəqarşıyazılıetirazverilməmişdir.

Apelyasiya baxışı, izahat

12. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək müvafiqqətnaməçıxarılmasınıxahişetmiş,iddiaçıisəməhkəməyəgəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

13. Maddə 50. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Valideynlər ayrı yaşadıqdauşaqonlarınhərbiriiləünsiyyəthüququnamalikdir.

14. Maddə 56.1. Valideyinlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

15. Maddə 61.1. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəvətəhsiliiləbağlıməsələlərinhəlledilməsindəiştiraketməkhüququnamalikdir.

16. Maddə 61.2. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafınazərəryetirməyəndigərvalideynləuşağınünsiyyətinəmaneolmamalıdır.

“Uşaq hüquqları haqqında” Qanun

17. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin qanunun 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlərgörməyi,sağlamvətəhlükəsizmühityaratmağıözöhdəsinəgötürür.

18. Maddə 18. Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq,habeləbuonamənfitəsirgöstərmirsə,valideynləriiləünsiyyətdəolmaqhüququvardır.

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanun

19. Maddə 1. Azərbaycan Respublikasının hər bir vətəndaşı Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçib sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Bu hüquq yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla, 4-cü bənddə nəzərdə tutulan hallarda isə eyni zamanda dayandırıla bilər: vətəndaş cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındıqda, məhkum edildikdə və ya barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə - müvafiq olaraq barəsində cinayət təqibi üzrə icraat başa çatanadək, cəzasını çəkib qurtaranadək və ya cəzadan azad edilənədək, yaxud tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək; vətəndaş müəyyənləşdirilmiş qaydada müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək; beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı profilaktik peyvəndlərin aparılmasınadək. Hər hansı bir ölkədə fövqəladə vəziyyət və ya insan həyatı, sağlamlığı və azadlığı üçün təhlükə yaranarsa, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının əhalisini dərhal xəbərdar etməklə, vətəndaşlara həmin ölkəyə getməkdən müvəqqəti çəkinməyi tövsiyə edə bilər. Dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqətiməhdudlaşdırılabilər.

20. Maddə 2. 18 yaşına çatmamış vətəndaş ölkədən öz valideynlərinin və ya qanuni nümayəndəsinin notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı ilə gedə bilər. Valideynlərdən birinin razılığı olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşınölkədəngetməsiməsələsiməhkəməninqərarıəsasındahəlledilir.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi

21. Maddə 11.1. Bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi vəyaqəyyumuiləgedəbilər.

22. Maddə 11.2. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayanvətəndaşınölkədəngetməsiməsələsiməhkəməninqərarıəsasındahəlledilir.

23. Maddə 11.6. Yetkinlik yaşına çatmayan vətəndaşlar ölkədən qrup halında valideynlərinin, onları övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının müşayiəti olmadangetdikdə,qanuninümayəndəninvəzifələrinihəminqrupunrəhbərləriyerinəyetirirlər.

“Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** saylı Qərarı

24. Bənd 7.13. Cavabdeh valideynin uşaqla ünsiyyətdə olması ilə bağlı qanuni qüvvəsini almış qətnamənin olduğu halda, məhkəmələr uşaqların həmin valideynin icazəsi olmadan ölkə hüdudlarından kənara çıxarılmasına dair iddianın təmin edilməsi qənaətinə gəldikdə, qətnamədə iddiaçı tərəfin üzərinə səfərdən öncə, səfər edilən ölkə və səfərin tarixləri barədə icraatında uşaqla ünsiyyətə dair icra sənədi olan icra məmuruna məlumat vermək vəzifəsini qoymalıdırlar. Belə ki, həmin məlumatın verilməsi icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 18.1.2-ci maddəsinə əsasən ünsiyyət hüququnun təmin edilməsi ilə bağlı olan icra sənədi üzrə icraatın borclunun üzürlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduğu müddətdə,yənisəfərmüddətindədayandırılmasıüçünəsastəşkiledəcəkdir

25. Bənd 7.18. Bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda,) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüququnun (maddə 28, III hissə) həyata keçirilməsidir. Bu hüquq uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Ona görə də, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə,psixisağlamlığına,əxlaqiinkşafınauyğunolmadığınısübutayetirməlidir.

26. Bənd 7.19. Bu baxımdan, uşağın himayəsində olduğu valideynlə xarici ölkəyə çıxarılmasına etiraz edən tərəf belə səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, fiziki və psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübut etdiyi təqdirdə iddianın təmin olunmasındanimtinaediləbilər.

27. Bənd 7.20. Qeyd edilməlidir ki, iddiaçı uşağın ölkədən çıxarılmasına icazənin verilməsini özünün daimi əsaslarla başqa ölkəyə köçməsi məqsədi ilə də əsaslandıra bilər. Belə əsasiddianınözü-özlüyündərəddedilməsinəsəbəbolabilməz.

28. Bənd 7.21. Məhkəmə bu halda yuxarıda qeyd edilənlərdən fərqli olaraq, ölkədən daimi əsaslarla çıxarılmanın uşağın mənafeyinə uyğunluğu ilə bağlı sübut etmə yükünü iddiaçının üzərinə qoymalıdır, həmçinin uşağın mənafeyi ilə bağlı bütün məsələlər daha ciddi yoxlamadan keçirilməlidir. Belə ki uşaq himayəyə verilərkən məhkəmə, yanında saxlanıldığı valideynin şəxsi keyfiyyətləri ilə yanaşı, uşağın yaşayış yeri, həyat şəraiti, təhsil aldığı mühit, daxil olduğu sosial qrupun onun mənafeyinə uyğunluğunu nəzərə alır. Faktiki himayədə olduğu hallarda isə bu məsələlər digər valideyn tərəfindən mübahisələndirilmir. Odur ki, uşağın valideyni ilə birlikdə daimi əsaslarla başqa ölkəyə getməsi onun həyat şəraitinin köklü surətdə dəyişilməsinə səbəb olacağından, bu dəyişikliyin uşağın mənafeyinə uyğun olacağına dair sübut etmə yükü də, məhz iddiaçınınüzərinədüşür.

29. Bənd 7.22. Bu yanaşma iddiaçının belə əsaslarla çıxış etməməsinə baxmayaraq, cavabdeh tərəfin iddiaçının uşağı daimi əsaslarla ölkədən çıxaracağını sübuta yetirdiyi hallara da tətbiqedilməlidir.

30. Bənd 7.23. Məhkəmələrə izah edilir ki, qətnamənin nəticə hissəsində iddia tələbində göstərilməyən, icazəni formal edən qanunla nəzərdə tutulmayan məhdudlaşdırıcı şərtlərin qeyd edilməsindənçəkinilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir.

33. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərəalırki,onlarişdətərəflərintələblərinimüəyyənedənfaktlarlavəhallarlaəlaqədardır.

34. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələriilətəsdiqedilməliolanişinhallarıbaşqasübutlarlatəsdiqolunabilməz.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.

36. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır.

38. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiyaməhkəməsininqətnamədəgöstərilmişnəticələrininişinhallarınauyğungəlməməsi.

39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki ProsessualMəcəllənin372.6-cıvə372.7-cimaddələri).

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiyaşikayətindəgöstərilməyənəsaslarladaləğvedəvədəyişdirəbilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

42. Kollegiya mübahisənin mahiyyəti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardantərəflərinqarşılıqlımünasibətləriüzrədüzgünnəticəyəgəlmişdir

43. Valideynin öz himayəsində qalan uşağı ilə bağlı malik olduğu ən təməl hüquqlardan biri də onunla birlikdə sərbəst şəkildə müvəqqəti olaraq istirahət, müalicə, qohumlara baş çəkmək və s. məqsədlə ölkədən getmək və ölkəyə qayıtmaq hüququdur. Onun bu hüququ yalnız qanundan irəli gələn çox ciddi əsasların mövcudluğunda və mötəbər sübutlarla dəstəkləndiyi hallardahərhansıməhdudiyyətəməruzqalabilər (§ 21).

44. Bu mənada kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi hazırki işin halları baxımından əsaslı olaraq iddiaçının öz uşaqları ilə birlikdə ölkədən getmək hüquqlarının məhdudlaşdırılmasına imkan verən qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcud olmadığınəticəsinəgəlmişdir.

45. İddiaçı iddia tələbini özünün daimi əsaslarla başqa ölkəyə köçməsi məqsədi ilə əsaslandırmamış, bu səbəblə də məhkəmə tərəfindən ona bununla bağlı müvafiq sübutlarını təqdimetməktəklifolunmayaraqhəminhalınuşağınmənafeyinəuyğunluğuaraşdırılmamışdır.

46. Buna görə də kollegiyanın qənaətinə görə, məhkəmə qətnamədə “uşaqlar yetkinlik yaşına çatanadək daimi əsaslarla ölkəni tərk etməsi istisna olmaqla” qeydini aparmaqda da haqlı olmuşdur.

47. Kollegiya, məhkəmənin qətnamədə əks etdirdiyi “İddiaçı üzərinə səfərdən öncə, səfər edilən ölkə və səfərin tarixləri barədə icraatında uşaqla ünsiyyətə dair icra sənədi olan icra məmuruna Azərbaycan Respublikasının hüdudlarından kənara getmək tarixindən ən azı 1 həftə əvvəl məlumat vermək vəzifəsi qoyulsun” qənaəti ilə də razılaşır; çünkü cavabdehin uşaqlarla ünsiyyətinədairqanuniqüvvədəolanqətnaməvardır.

48. Kollegiya onu da qeyd edir ki, gələcəkdə uşaqların ölkədən müvəqqəti getməsinə icazə verilməsi ünsiyyətlə bağlı müvafiq qətnamənin icrasına maneə yaradarsa, cavabdehin bununla bağlı icra orqanına məlumat vermək və qətnamənin icrasına maneə yaradan iddiaçının barəsində məcburi icra tədbirlərinin (o cümlədən inzibati və ya cinayət məsuliyyətinin) tətbiqini tələb etmək hüququvardır.

49. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi həmin halları nəzərə almış və İddiaçı üzərinə səfərdən öncə, səfər edilən ölkə və səfərin tarixləri barədə icraatında uşaqla ünsiyyətə dair icra sənədi olan icra məmuruna Azərbaycan Respublikasının hüdudlarından kənara getmək tarixindən ən azı 1 həftə əvvəlməlumatverməkvəzifəsininqoyulmasınımüəyyənetmişdir.

50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və405-cimaddələrinirəhbərtutaraqməhkəməkollegiyası

QƏT ETDİ:

Apellyasiyaşikayətitəminedilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(*-**)-***/**** saylı iş üzrə ## ##### 2026cıiltarixliqətnaməsimübahisələndirilənhissədədəyişdirilmədənsaxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünəaidolunsun. Qətnamədən, Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Azad İmanov

Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar