Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2684/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardaddından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ##.##.2018-ci il təvəllüdlü X1 və ##.##.2020ci il təvəllüdlü X2 üçün cavabdehin qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, 1) cavabdeh Cavabdeh ##.##.2018-ci il təvəllüdlü X1 və ##.##.2020-ci il təvəllüdlü X2 üçün cavabdehin qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin mediasiyaya müraciət etdiyi ##.##.2026-cı il tarixindən tutulması; 2) Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 24, mənzil 881 (Yeni qaydalarla : AZ1025, Bakı şəhəri Xətai rayonu, Suleyman Vəzirov küç, 52, M12, m2) ünvanındakı mənzilin üzərində ½ hissədə iddiaçının mülkiyyət hüququnun tanınması, real bölgüsünün aparılaraq ½ hissəsinin faktiki iddiaçıya verilməsi, bu mümkün olmadıqda dəyərləndirilərək hərrracdan satılmaqla əldə edilmiş vəsaitin ½ hissəsinin iddiaçıya ödənilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəsi “Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 24, mənzil 881 (Yeni qaydalarla: AZ1025, Bakı şəhəri Xətai rayonu, Suleyman Vəzirov küç, 52, M12, m2) ünvanındakı mənzilin üzərində ½ hissədə iddiaçının mülkiyyət hüququnun tanınması, real bölgüsünün aparılaraq ½ hissəsinin faktiki iddiaçıya verilməsi, bu mümkün olmadıqda dəyərləndirilərək hərrracdan satılmaqla əldə edilmiş vəsaitin ½ hissəsinin iddiaçıya ödənilməsi” hissəsində geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi ilkin hazırlığa kimi verilmişdir və ilkin hazırlıqdan da müstəsna səlahiyyət olaraq iddia ərizəsində iddiaçı xəstə uşağı olduğu və heç yerə gedə bilmədiyi halda birgə nikah dövründə əldə etdikləri (Bakı şəhəri Xətai rayonu, Süleyman Vəzirov küç, 52, M12, m2) ünvanındakı mənzilin üzərində ½ hissədə iddiaçının mülkiyyət hüququnun tanınması, tələbinə də məhəl qoymayaraq qanunsuz və əsassız olaraq iddia ərizəsini geri qaytarmışdır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.3-cü maddəsinə görə alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməlidir. Hazırkı işin faktiki hallarına əsasən elektron Məhkəmə informasiya sistemindən əldə edilən məlumatlardan görünür ki, cavabdeh Cavabdeh ünvanı Lənkəran rayonu, Lənkəran şəhəri, X4 küçəsi, ev 43 ünvanında yerləşir. Aliment tələbinə Mülki-Prosessual Məcəllənin 36cı maddəsinin tələbləri baxımından Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı olsa da, əmlak tələbi ilə bağlı iddia tələblərinə cavabdehin qeydə alındığı yer üzrə məhkəmədə baxılmalı olduğundan, bu tələblər birləşdirilə bilməz. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, artırılmış iddia tələbləri əmlak tələbləri ilə bağlı hissədə geri qaytarmaqda birinci instansiya məhkəməsi haqlı olmuşdur. Həmin hissəyə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı deyil. Bu səbəbdən iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-2684/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2684/2026
01.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver