Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2801/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan əmlakda payın ayrılması, bu mümkün olmadıqda əvəzində pul kompensasiyasının (dəyərinin) ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ilə ümumi (paylı) mülkiyyətdə olan Bakı şəh., Yasamal rayonu, H.Zərdabi prosp. Ev 89, mən. 117 (Yeni qaydalarla: ünvan 1) ünvanındakı mənzildə ½ hissədə mülkiyyət payının naturada ayrılması; naturada ayrılması mümkün olmadıqda mənzilin bazar dəyərindən 1/2 hissədə mülkiyyət payının əvəzi (pul kompensasiyası) olaraq cavabdeh Cavabdeh alınaraq ona ödənilməsi; bu da mümkün olmadıqda isə mənzilin açıq hərracdan satılması və satışdan əldə edilmiş pulun paya uyğun olaraq bölüşdürülməsi, mənzilin satışından əldə edilmiş pulun 1/2 hissəsinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-2(5-97) ****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan əmlakda payın ayrılması, bu mümkün olmadıqda əvəzində pul kompensasiyasının (dəyərinin) ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Iddiaçı İddiaçı tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız MPM-in 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsininməzmununa görə, daşınmaz əşya ilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Göründüyü kimi, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Onun iddia tələbi – MPM-in 39.1-ci maddəsində sadalanan mübahisələrdən heç birinə aid deyildir. Belə ki: 1) Mübahisəli daşınmaz əmlakda onun mülkiyyət hüququ (payı) qanuni qüvvəsində olan məhkəmə qətnaməsi ilə müəyyən olunmuş və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışla qeyd alınmışdır; 2) Iddia tələbi daşınmaz əmlakın qeyri qanuni sahiblikdən götürülməsi ilə qətiyyən bağlı deyil; 3) Iddia tələbi “sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq tələbi” ilə bağlı deyil. Bununla yanaşı, işin baxılması zamanı mübahisə predmetinin yerində müayinə edilməsi və s. kimi tədbirlərə də zərurət yoxdur ki, bu da işin daha çevik, operativ araşdırılması, sübutların yerində tədqiqi və s. kimi prosessual tədbirlərə ehtiyacın olmadığını göstərir. Göründüyü kimi, iddia tələbi MPM-in 39.1-ci maddəsində sadalanmış tələblərdən heç birinə uyğun deyildir. Iddia tələbi – birgə (paylı) mülkiyyətində olan əmlakda mülkiyyət payının ayrılması, pul əvəzini əldə etməyi ilə pay hüququnun itirilməsi ilə bağlıdır. Bu tələbi Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulmuş hüququndan irəli gəlir və bu tələbi irəli sürmək üçün mülkiyyət payına qarşı hər hansı məhrumetmə, sahibliyə müdaxilə və s. amillərin olması şərti nəzərdə tutulmamışdır. Konstitusiyanın 13-cü və 29-cu maddələrində təsbit olunmuş mülkiyyət və mülkiyyətin müdafiəsi hüququndan istifadə edərək, o, mülki qanunvericiliklə nəzərdə tutulmuş mülkiyyət hüququnun müdafiəsi mexanizmindən qanuni əsaslarla istifadə edərək hazırki iddianı qaldırmışdır. “... Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. ... Nəzərə alınmalıdır ki, daşınmaz əşya üzərində ər-arvadın ümumi birgə mülkiyyət hüquqları ailə qanunvericiliyi ilə müəyyən edildiyinə görə, məhkəmələr tərəfindən, ər arvadın ümumi birgə mülkiyyətini təşkil edən əmlak bölündükdə məhkəmə əmlak üzərində onların mülkiyyət hüquqlarının tanınması məsələsini deyil, ümumi əmlak üzərində mülkiyyətin növünün, başqa sözlə əmlakın hüquqi rejiminin dəyişdirilməsi məsələsini həll etmiş olur. Bu zaman əmlak üzərində ər-arvadın ümumi birgə mülkiyyəti ümumi əmlak Mülki Prosessual Məcəllənin 39-cu maddəsində ər-arvadın ümumi əmlakının bölünməsi barədə tələblərə müstəsna aidiyyət üzrə əmlakın olduğu yerin məhkəməsində baxılması nəzərdə tutulmamışdır. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən qanunvericilik normalarını təhlil edərək belə qənaətə gəlir ki, ər-arvadın birgə nikah dövründə əldə etdiyi daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətin bölünməsi ilə bağlı tələblərə müstəsna aidiyyət qaydasında əşyanın olduğu ərazisində yerləşən məhkəmələr tərəfindən baxılması istisna edilir...” Bununla yanaşı, qeyd edilməlidir ki, Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeləri nəzərə almamışdır. X4 Məhkəməsinin Plenumu məhz ər-arvad arasında əmlakın bölünməsinə dair iddiaların aidiyyətinə dair hüquqi mövqeyini belə şərh edir və aşağıdakı nəticəyə gəlir: Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcə lənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin haların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. . Nəzərə alınmalıdır ki, daşınmaz əşya üzərində ər-arvadın ümumi birgə mülkiyyət hüquqları ailə qanunvericiliyi ilə müəyyən edildiyinə görə, məhkəmələr tərəfindən, ər-arvadın ümumi birgə mülkiyyətini təşkil edən əmlak bölündükdə məhkəmə əmlak üzərində onların mülkiyyət hüquqlarının tanınması məsələsini deyil, ümumi əmlak üzərində mülkiyyətin növünün, başqa sözlə əmlakın hüquqi rejiminin dəyişdirilməsi məsələsini hə l etmiş olur. Bu zaman əmlak üzərində ər-arvadın ümumi birgə mülkiyyəti ümumi əmlak üzərində onların hər birinin payı müəyyənləşdirilməklə paylı mülkiyyətə keçirilir. Lakin Mülki Prosessual Məcələnin 39-cu maddəsində ər-arvadın ümumi əmlakının bölünməsi barədə tələblərə müstəsna aidiyyət üzrə əmlakın olduğu yerin məhkəməsində baxılması nəzərdə tutulmamışdır. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən qanunvericilik normalarını təhlil edərək belə qənaətə gəlir ki, ər-arvadın birgə nikah dövründə əldə etdiyi daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətin bölünməsi ilə bağlı tələblərə müstəsna aidiyyət qaydasında əşyanın olduğu ərazidə yerləşən məhkəmələr tərəfindən baxılması istisna edilir .” Konstitusiya Məhkəməsinin Plenumu o nətəcəyə gəlir ki: 1. Ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcə ləsinin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməlidir. 2. Daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcə ləsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instasniya məhkəməsinin qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırki işdə iddiaçı tələbində cavabdeh Cavabdeh ilə ümumi (paylı) mülkiyyətdə olan Bakı şəh., Yasamal rayonu, H.Zərdabi prosp. Ev 89, mən. 117 (Yeni qaydalarla: ünvan 1) ünvanındakı mənzildə ½ hissədə mülkiyyət payının naturada ayrılması; naturada ayrılması mümkün olmadıqda mənzilin bazar dəyərindən 1/2 hissədə mülkiyyət payının əvəzi (pul kompensasiyası) olaraq cavabdeh Cavabdeh alınaraq ona ödənilməsi; bu da mümkün olmadıqda isə mənzilin açıq hərracdan satılması və satışdan əldə edilmiş pulun paya uyğun olaraq bölüşdürülməsi, mənzilin satışından əldə edilmiş pulun 1/2 hissəsinin iddiaçıya ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi MPM-in 39.1-ci maddəsinə istinad edərək iddia ərizəsini geri qaytarmış, qeyd etmişdir ki, iş üzrə mübahisələndirilən və tərəflərin ümumi (paylı) mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 89, mənzil 117 (Yeni qaydalarla: ünvan 2) ünvanı Yasamal rayonu ərazisindədir. Bu sənəndən iddia ərizəsi geri qaytarılmalıdır. Birinci instasniya məhkəməsinin mövqeyi ilə razılaşmayan kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli Qərarında şərh olunur ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: 1.daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; 2.daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; 3.sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Konstitusiya Məhkəməsi həmin qərarda həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir Nəzərə alınmalıdır ki, daşınmaz əşya üzərində ər-arvadın ümumi birgə mülkiyyət hüquqları ailə qanunvericiliyi ilə müəyyən edildiyinə görə, məhkəmələr tərəfindən, ər-arvadın ümumi birgə mülkiyyətini təşkil edən əmlak bölündükdə məhkəmə əmlak üzərində onların mülkiyyət hüquqlarının tanınması məsələsini deyil, ümumi əmlak üzərində mülkiyyətin növünün, başqa sözlə əmlakın hüquqi rejiminin dəyişdirilməsi məsələsini həll etmiş olur. Bu zaman əmlak üzərində ərarvadın ümumi birgə mülkiyyəti ümumi əmlak üzərində onların hər birinin payı müəyyənləşdirilməklə paylı mülkiyyətə keçirilir. Lakin Mülki Prosessual Məcəllənin 39-cu maddəsində ər-arvadın ümumi əmlakının bölünməsi barədə tələblərə müstəsna aidiyyət üzrə əmlakın olduğu yerin məhkəməsində baxılması nəzərdə tutulmamışdır. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən qanunvericilik normalarını təhlil edərək belə qənaətə gəlir ki, ər-arvadın birgə nikah dövründə əldə etdiyi daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətin bölünməsi ilə bağlı tələblərə müstəsna aidiyyət qaydasında əşyanın olduğu ərazidə yerləşən məhkəmələr tərəfindən baxılması istisna edilir. Göründüyü kimi, MPM-in 39.1-ci maddəsində təsbit olunan müstəsna aidiyyət qaydaları yalnız daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, onun qeyri-qanuni sahiblikdən götürülməsi və mülkiyyət hüququndan məhrumetmə ilə əlaqədar olmayan pozuntuların aradan qaldırılması barədə konkret iddialara şamil edilir və qanunvericilikdə dəqiq müəyyən edilmiş bu halların dairəsi geniş təfsir edilə bilməz. Ümumi paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması, bu mümkün olmadıqda pul kompensasiyasının ödənilməsi və ya əmlakın açıq hərracdan satılması barədə tələblər isə daşınmaz əmlaka dair mülkiyyət hüququnun tanınmasına deyil, artıq mövcud olan mülkiyyət hüququndan irəli gələrək əmlakın hüquqi rejiminin və ondan istifadə qaydasının dəyişdirilməsinə yönəldiyindən, həmin mübahisələrə müstəsna aidiyyət qaydaları tətbiq olunmur. Hazırki işdə isə iddiaçı İddiaçı tələbi mübahisəli mənzil üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı olmayıb, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və dövlət reyestrindən çıxarışla artıq rəsmiləşdirilmiş ½ mülkiyyət payının naturada ayrılması, bu mümkün olmadıqda pul kompensasiyasının ödənilməsi və ya mənzilin satılaraq pulunun bölüşdürülməsi barədədir. Belə olan halda, birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyətini düzgün qiymətləndirməyərək, işə müstəsna aidiyyət qaydasında əmlakın yerləşdiyi Yasamal rayonu üzrə baxılmalı olduğu qənaətinə gəlmiş və iddia ərizəsini əsassız olaraq geri qaytarmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilməklə, hazırkı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan əmlakda payın ayrılması, bu mümkün olmadıqda əvəzində pul kompensasiyasının (dəyərinin) ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2(3-6)-2801/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2801/2026
09.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver