Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2892/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-yə qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-2892/2026 (Açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı İddiaçı, cavabdehin nümayəndələri Nümayəndə İkram oğlunun, Mirzəyev İlkin Rza oğlunun iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-nə qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-nə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İstehsalat Birliyinin Sumqayıt Regional Qaz İstismar İdarəsinin ##.##.2025-ci il tarixli, **-*-*-*/*-*K-****/**** saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh İstehsalat Birliyinin Sumqayıt Regional Qaz İstismar İdarəsinin Abşeron rayonu üzrə müayinə və istismara qəbul xidmətinə böyük mühəndis vəzifəsinə bərpa edilməsi, ## ###### 2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ## #### 2025-ci il tarixdə Cavabdeh İstehsalat Birliyinin Sumqayıt Regional Qaz İstismar İdarəsinin Abşeron rayonu üzrə Müayinə və istismara qəbul xidmətinə böyük mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh İstehsalat Birliyinin Sumqayıt Regional Qaz İstismar İdarəsinin ##.##.2025-ci il tarixli, 14-2-2- */*-*K-****/**** saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndinə əsasən, yəni “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi” əsası ilə ##.##.2025-ci tarixdən xitam verilmişdir. Həmin əmri əsassız və qanunsuz hesab edir. Belə ki, cavabdeh “İntizam tənbehi haqqında” ##.##.2025-ci il tarixli, **-*-*-*/*-*K-****/**** saylı əmrində 2 intizam xətasına əsaslanmaqla onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bu intizam xətalarından birincisi “##.##.2025- ##.##.2025-ci il tarixlərində abonentlərlə keçirilmiş texniki müayinənin seçmə üsulu ilə monitorinqi zamanı Sumqayıt RQİİ Abşeron xidmət sahəsi tərəfindən bir sıra pozuntulara yol verildiyi aşkar edilmişdir”. Bununla əlaqədar qeyd etməyi zəruri hesab edirəm ki, intizam xətalarından birinci olaraq “bağlayıcı klapanın olmaması” göstərilmişdir. Lakin, onun tərəfindən bağlayıcı klapanın foto-şəkilləri çəkilərək Cavabdeh İstehsalat Birliyinin Sumqayıt Regional Qaz İstismar İdarəsi texniki şöbəsinin rəisi Sübhan bəyə atılmışdır. İkinci intizam pozuntusu xəttin rənglənməməsi göstərilmişdir. Lakin, sözügedən xətt rənglənmişdir. Üçüncü olaraq isə, kombi sisteminin zirzəmidə olmağı qeyd olunmuşdur. Lakin, zirzəmi yer səthində aşağı sayılmasına baxmayaraq kombi sistemi evin qarşısında quraşdırılmışdır. Bütün bu göstərilən nöqsanlar gerçəkliyi əks etdirmir, sadəcə olaraq məni nəyin bahasına olursa olsun işdən kənarlaşdırmaq məqsədi daşıyır. İntizam xətalarından ikincisi isə “təhkim olunmuş ərazidə ##.##.2025-ci il tarixində satt 15:00-dan sonra işə başlamağımdır”. Cavabdehin əmrində qeyd olunur ki, Abşeron rayonu üzrə Müayinə və istismara qəbul xidmətinə böyük mühəndisi İddiaçı onunla bağlanmış əmək müqaviləsinin 3.1-ci bəndinin (müəssisə daxili nizam-intizam qaydalarına əməl etmək) tələblərini və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin şərtlərini pozmuşdur. Bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, övladının səhhətinin pis olmağı ilə əlaqədar olaraq Gəncə şəhərinə getmiş və övladının səhhəti ilə bağlı problem aradan qalxdıqdan sonra ##.##.2025-ci il saat 15:00-da işə başlamışdır. Bununla bağlı idarə rəisi Şükürov Fəhmana yazılı şəkildə və xidmət rəisi olan Nəsirov İbadətə isə zəng edərək cərəyan edən hadisələri öncədən bildirmişdir. İşlədiyi müddət ərzində intizam xətasına yol verməmişəm, əmək müqaviləsi üzrə üzərimə düşən öhdəliklərini qüsursuz yerinə yetirmiş və heç bir intizam tənbehi almamış, buna baxmayaraq, qərəzli olaraq son 1 ay ərzində barəsində ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli əmək və icra intizamı haqqında əmrlərlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndində nəzərdə tutulan intizam tənbehi töhmət və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin “b” bəndində nəzərdə tutulan intizam tənbehi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş və sonda isə ən sərt (ağır) intizam tənbehi tətbiq edilmişdir. Barəsində qəbul edilmiş intizam tənbehlərinə aydınlıq gətirilməsi məqsədilə Cavabdeh İstehsalat Birliyinin Sumqayıt Regional Qaz İstismar İdarəsinin rəhbərliyinə müraciət ünvanlamış, müraciətimə cavab olaraq Cavabdeh İstehsalat Birliyinin Sumqayıt Regional Qaz İstismar İdarəsinin rəhbərliyinim “Müraciətin araşdırılması haqqında” ##.##.2025-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin işinizdə yol verdiyiniz nöqsanlarla bağlı bildiririrk ki, Birliyin Biznes proseslərinə nəzarət şöbəsinin nümayəndələri tərəfindən İdarənin Abşeron xidmət sahəsi üzrə 2025-ci ilin avqust, sentyabr aylarında yeni qazlaşdırılmış və tərəfinizdən rəy verilərək istismara qəbul edilmiş fərdi evlərin qazlaşdırılmasının təlimata uyğunluğunun araşdırılması üçün seçmə üsulu ilə 30 ədəd fərdi evin monitorinqi aparılmışdır. Monitorinq zamanı fərdi evlərin qaz cihazlarının və qaz xətlərinin istismara qəbul edildiyi zaman nöqsanların mövcud olduğu müəyyən edilmişdir. Belə ki, fərdi evlərin qazlaşdırılmasına dair hazırlanmış Layihə smeta sənədlərində göstərilmiş evin sxeminə uyğun olmadığı, fərdi evdə quraşdırılmış qaz cihazları ilə Layihə smeta sənədlərində qeyd olunan layihələndirilmiş qaz cihazları arasında uyğunsuzluq müəyyən edilmişdir. Qeyd olunan nöqsanların araşdırılması zamanı məlum olmuşdur ki, “Qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktı”-nın 30 ədədinin 15 ədədi Sizin tərəfinizdən imzalanmışdır. Həmin 15 ədəd fərdi evlərin qaz cihazlarının və qaz xətlərinin istismara qəbul edildiyi zaman nöqsanların mövcud olduğu müəyyən edilmişdir. Sizin işinizdə yol verdiyiniz nöqsanlarla bağlı idarənin daimi fəaliyyət göstərən komissiyasının iclasında Sizin iştirakınız ilə müzakirə edilib və Sumqayıt RQİİ-nin Həmkarlar Təşkilatına göndərilməsi məqsədəuyğun hesab edilmişdir”. Bununla əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, sözügedən monitorinq məqsədyönlü və qərəzli şəkildə onun işdən çıxarılmağı ilə əlaqədar olaraq keçirilmişdir. Tərəfindən yoxlanılan 15 ədəd evdə işdən çıxarılmasına əsas olacaq nöqsanlar belə mövcud deyil. Tərəfindən yoxlanılan fərdi yaşayış evlərində mətbəxdəki texniki normaları, həcmi ölçüsü və hündürlüyü hər biri ayrı-ayrılıqda yoxlanmış və tam qaydasında olmuşdur. Həmçinin, bildirmək istəyirə ki, ona ünvanlanmış cavab məktubunda qeyd edilmişdir ki, fərdi evlərin qazlaşdırılmasına dair hazırlanmış Layihə smeta sənədlərində göstərilmiş evin sxeminə uyğun deyil. Bildirmək istəyirəm ki, qəbul zamanı mətbəx cihazı uyğun olaraq mətbəx otağında, lss də göstərilən kombi açıq havada uyğun yerdə quraşdırılmışdır. Bildirmək istəyir ki, bunun heç bir mahiyyəti yoxdur. Çünki, bu zaman vətəndaşa və Cavabdeh İstehsalat Birliyinə hər-hansı ziyan dəymir. Quraşdırılmış qaz cihazları G4 markalı qaz sayğacının maksimal saatlıq qaz sərfiyyatına uyğun olmuşdur. Qeyd olunanlara istinad edərək bildirir ki, cərəyan edən hadisələr qərəzli və məqsədyönlü şəkildə onun işdən çıxarılmağı ilə əlaqədar olaraq edilmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Leyla Şövkətli-Mənsimli) iddianın təmin edilməməsi qət edilmişdir.
4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11.1 (“b” bəndi), 70-ci maddəsinin ”ç” bəndi, 71.2, 72, 80.1, 83.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı onunla əsaslandırılmışdır ki, aparılan monitorinq məqsədyönlü və qərəzli şəkildə birmənalı olaraq iddiaçının işdən çıxarılması ilə əlaqədardır. Onun tərəfindən yoxlanılan 15 ədəd evdə işdən çıxarılmasına əsas olacaq nöqsanlar mövcud olmamışdır. Onun tərəfindən yoxlanılan fərdi yaşayış evlərində mətbəxdəki texniki normaları, həcmi, ölçüsü və hündürlüyü, hər biri ayrı-ayrılıqda yoxlanılmış və normativlərə uyğun olaraq qaydasında olmuşdur. Ona ünvanlanan cavab məktubunda qeyd edilmişdir ki, fərdi evlərin qazlaşdırılmasına dair hazırlanmış layihə smeta sənədlərində göstərilmiş evin sxeminə uyğun olmamışdır. Bunun heç bir əhəmiyyəti yoxdur. Çünki bu zaman vətəndaşa və Cavabdeh İB-yə hər hansı ziyan dəymir. Quraşdırılmış qaz cihazları G4 markalı qaz sayğacının maksimal saatlıq qaz sərfiyyatına uyğun olmuşdur. Bundan əlavə olaraq bildirir ki, işlədiyi müddət ərzində intizam xətasına yol verməmiş, əmək müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini qüsursuz yerinə yetirmiş və heç bir intizam tənbehi almamışdır. Lakin son 1 ay ərzində qərəzli şəkildə barəsində ## ####### 2025-ci il tarixdə və ## ####### 2025-ci il tarixdə əmək və icra intizamı haqqında əmrlərlə AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndində nəzərdə tutulan intizam tənbehi töhmət və AR Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin “b” bəndində nəzərdə tutulan intizam tənbehi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş və sonda isə ən sərt (ağır) intizam tətbiq edilmişdir. ## ####### 2025-ci il tarixdə “töhmət” və ## ####### 2025-ci il tarixdə isə şiddətli töhmət verilməsi bir daha işəgötürənin ona qarşı qərəzli olması, bir müddət sonra isə, yəni 2025-ci ilin avqust-sentyabr aylarında yeni qazlaşdırılmış evlərin monitorinqini apararaq yuxarıda qeyd edilən nöqsanlara yol verdiyimi aşkar emtəklə, sonda isə ən sərt (ağır) intizam tənbehi tətbiq etməklə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”bəndi ilə xitam verilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Məhkəmə baxışı zamanı iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir.
9. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə İkram oğlu apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.
10. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Mirzəyev İlkin Rza oğlu apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
11. Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur.
12. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
13. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;
13. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər.
14. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
15. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
16. Maddə 72, “ə” bəndi. əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
17. Maddə 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
18. Maddə 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
19. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
20. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
21. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
22. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
23. Maddə 311. İşçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
33. Hazırki işin halları ondan ibarətdir ki, iddiaçı ## #### 2025-ci il tarixdə Cavabdeh İBnin Sumqayıt Regional Qaz İstismar İdarəsinin Abşeron rayonu üzrə Müayinə və istismara qəbul xidmətinə böyük mühəndis vəzifəsinə işə qəbul olunmuş, Cavabdeh İB-nin Sumqayıt Regional Qaz İstismar İdarəsinin ##.##.2025-ci il tarixli, **-*-*-*/*-*K-****/**** saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, yəni “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi” əsası ilə ##.##.2025-ci tarixdən xitam verilmişdir. Hazırda iddiaçı həmin əmrin ləğv edilərək işə bərpa edilməsini xahiş edir.
34. Kollegiya apelyasiya şikayətinə hüquqi qiymət verilməsi üçün işin faktiki hallarına ayrı-ayrılıqda münasibət bildirilməsini zəruri hesab edərək aşağıdakıları qeyd edir.
35. İlk növbədə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə bir sıra tələblərin işəgötürən tərəfindən gözlənilməsi vacibdir. Bu hallar iki mühüm tərkibdə özünü göstərir. - İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi; - bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması.
36. Kollegiya ilk növbədə normanın dispozisiyasında qeyd olunan “İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi” hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli xidməti yazıdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı tərəfindən rəy verilərək istismara qəbul edilmiş fərdi evlərin qazlaşdırılmasının təlimata uyğunluğunun monitorinqi aparılmış, monitorinq nəticəsində bir sıra nöqsan və pozuntulara yol verildiyi aşkar edilmiş və yoxlamanın nəticəsi barədə arayış tərtib olunmuşdur. Monitorinqin nəticəsinə dair arayışdan görünür ki, Sumqayıt Reginal Qaz İstismarı İdarəsinin Abşeron Xidmət Sahəsi üzrə 2025-ci ilin avqust-sentyabr aylarında qazlaşdırılmış və Abşeron XS-nin Müayinə və texniki xidmətin mühəndisi İddiaçı tərəfindən rəy verilərək istismara qəbul edilmiş fərdi evlərin qazlaşdırılmasının təlimata uyğunluğunun araşdırılması üçün seçmə üsulu ilə 30 ədəd fərdi evin monitorinqi aparılmışdır. Monitorinq zamanı fərdi evlərin qaz cihazlarının və qaz xəttlərinin istismara qəbul edildiyi zaman aşağıda qeyd olunan nöqsanların mövcud olduğu müəyyən edildi: - 26 fərdi evin qazlaşdırılmasına dair hazırlanmış layihə-smeta sənədlərində göstərilmiş evin sxeminin faktiki qazlaşdırılmış evin sxeminə uyğun deyil; - 12 fərdi evə quraşdırılmış qaz cihazları ilə layihə-smeta sənədlərində qeyd olunan layihələndirilmiş qaz cihazları arasında uyğunsuzluq mövcuddur; - 7 fərdi evdə quraşdırılmış dedektor-siqnalizatorun impuls xəttinin bağlayıcı klapana texniki istismar qaydalarına uyğun qoşulmadığı və ya ümumiyyətlə, impuls xəttinin olmadığı müəyyən edildi.
37. Eləcə də iş materiallarında olan Cavabdeh İB Sumqayıt Regional Qaz istismarı İdarəsinin İnzibati rayonlar üzrə müayinə və istismara qəbul xidmətinin böyük mühəndisinin vəzifə təlimatına görə yeni qazlaşdırılmış fərdi yaşayış evlərinin və qeyri-əhali obyektlərinin qaz təchizatı işlərinin təsdiq olunmuş layihə-smeta sənədlərinə uyğun icrasına nəzarətin həyata keçirilməsi, həmçinin həmin obyektlərdə quraşdırılmış qaz cihazları və avadanlıqlarının mövcud LSS tələblərinə tam uyğunluğu müəyyən edildiyi halda onların istismara qəbul edilməsinin təmin edilməsi işçinin vəzifəsidir.
38. Göründüyü kimi işçi tərəfindən işin ahənginə təsir göstərən, kifayət qədər kobud pozuntulara yol verilmiş, bu barədə təsdiqedici sübutlar iş materiallarına arayış və CD disk formatında əlavə olunmuşdur. İddiaçı həmin sübutların mötəbərliyinə şübhə ilə yanaşsa və ekspertiza təyin edilməsini xahiş etsə də, buna kifayət qədər zərurətin mövcudluğuna dair lazımi əsaslandırma etməmişdir.
39. Kollegiya həmçinin qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi istinad olunan digər əsas, yəni “bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” tələbinə münasibətdə də qanunvericiliyin işəgötürən tərəfindən gözlənilməsi müşahidə olunur.
40. Belə ki, iş materiallarındakı ##.##.2025-ci il tarixli əmrdən görünür ki, ##.##.2025- ##.##.2025-ci il tarixlərində texniki müayinənin seçmə üsulu ilə monitorinqi zamanı Abşeron rayonu üzə Müayinə və istismara qəbul xidmətinin böyük mühəndisi İddiaçı tərəfindən əmək funksiyasının pozulmasına yol verdiyi müəyyən olunduğundan ona AR Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir.
41. Həmçinin ##.##.2025-ci il tarixli əmrdən görünür ki, Abşeron rayonu üzə Müayinə və istismara qəbul xidmətinin böyük mühəndisi İddiaçı ##.##.2025-ci il tarixində saat 15:00-dan sonra işə başladığından, ona AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən şiddətli töhmət verilmiş, işdə olmadığı 5 saat əmək haqqı ödənişindən tutulmuşdur.
42. Göründüyü kimi işçi hazırda mübahisələndirilən əmrin qəbul olunmasından əvvəlki 6 ay ərzində də müxtəlif pozuntulara yol vermiş və barəsində intizam tənbehləri tətbiq olunmuşdur. Lakin 6 ay ərzində qeyd olunan intizam tənbehlərindən nəticə çıxarılmadan yenidən pozuntuya yol verildiyindən, işəgötürən iddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam vermişdir. Göründüyü kimi qeyd edilən tənbehlər konkret olaraq eyni əmələ görə deyil, eyni intizamsızlıqla müşayiət olunan fərqli əməllərə görə verilmişdir və bu əməllərin arasında 6 aydan qısa müddət olduğundan qanunvericiliyin müvafiq əsasının tətbiqinə zərurət yaranmışdır.
43. Məhkəmə kollegiyası o cümlədən apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq hazırki işin mahiyyəti, yəni iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən azad olunmasını nəzərə alaraq bu barədə qanunvericiliyin digər tələblərinin də hazırki mübahisə çərçivəsində yoxlanılmasını zəruri hesab edir.
44. Belə ki, Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İş materiallarından görünür ki, iddiaçıdan yol verdiyi pozuntularla bağlı ##.##.2025-ci il tarixdə izahat alınmış, iddiaçının işdən çıxması ilə nəticələnən araşdırma və xidməti yazı ##.##.2025-ci il tarixinə aid olmuş və ##.##.2025-ci il tarixində onunla bağlanılan əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi işəgötürən tərəfindən intizam tənbehinin verilməsi üçün qanunla müəyyən olunan 1 aylıq müddət ötürülməmişdir.
45. Həmçinin Əmək Məcəlləsinin 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Yuxarıda da qeyd olunduğu kimi materiallarına əsasən iddiaçıdan qanunvericiliyin tələblərinə uyğun olaraq izahat alınması təmin edilmişdir.
46. Bundan əlavə Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən Həmkarlar ittifaqına müraciət olunmuşdur. Sumqayıt Reginal Qaz İstismarı İdarəsinin Həmkarlar Təşkilatının ##.##.2025-ci il tarixli protokolundan görünür ki, Həmkarlar Təşkilatı İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəçisin “ç” bəndinə əsasən işdən azad olunmasına etiraz etmir.
47. Beləliklə, yuxarıda göstərilənlərdən də məlum olduğu kimi iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi prosesi qanunvericiliyə uyğun şəkildə aparılmışdır.
48. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə nəzərə alaraq hesab edir ki, Cavabdeh İstehsalat Birliyinin Sumqayıt Regional Qaz İstismar İdarəsinin ##.##.2025-ci il tarixli, **-*-*-*/*-*K-****/**** saylı əmri qanunvericilyin tələbinə əsasən qanuni olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
50. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
51. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
52. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
53. MPM-in 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini təmin etmədən, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlaya bilər.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Sabit Bəhramzadə