Məhkəmə qərarları › İş №e-2(3-6)-3091/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3091/2026

07.08.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3091/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 qarşı “icarə müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi, icarə haqqının və cərimənin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)- ***/**** nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları 1.Mübahisə ünvan 1 ünvanında yerləşən, sahəsi 66,5 kv.m təşkil edən ** nömrəli mənzillə bağlıdır (bundan sonra – mənzil). 2.Iddiaçı (icarəyə verən) ilə cavabdeh (icarəçi) cavabdeh2 MMC-nin arasında mənzilə dair ##.##.2024-cü tarixli icarə müqaviləsi bağlanıb. Icarə mqaviləsinə görə, müqavilə ##.##.2024-cü il tarixdə qüvvəyə minir və ##.##.2026-cı il tarixədək qüvvədə olacaq. Aylıq icarə haqqı belə müəyyən olunub: 1) ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək icarə haqqı ödənilmir; 2) ##.##.2024-cü il tarixdən ##.##.2026-cı il tarixədək hər ay 3.140 manat icarə haqqı ödənilir. Icarə haqqı hər ayın 5-dən gec olmayaraq ödənilir. Icarə haqqının ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş hər gün üçün vaxtında ödənilməyən icarə haqqı məbləğinin 1 faizi həcmində cərimə ödənilməlidir. 3.Digər cavabdeh cavabdeh1 cavabdeh cavabdeh2 MMC-nin təsisçisi və qanuni təmsilçisidir. Iddiaçı (icarəyə verən) ilə cavabdeh cavabdeh1 (zaminin) arasında ##.##.2024-cü il tarixli zaminlik müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, zamin icarəyə verənin qarşısında icarəçinin icarə müqaviləsindən əmələ gələn öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürüb. Məhkəmə icraatı 4.Iddia ərizəsi ##.##.2026-cı il tarixdə verilib. Iddia ərizəsində tələb olunub: 1) icarə müqaviləsi ləğv edilsin; 2) mənzil boşaldılsın və iddiaçıya təhvil verilsin; 3) icarə müqaviləsi üzrə ümumilikdə 19.725 manat borc cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulsun; 4) mənzil iddiaçıya təhvil verilən günə qədər icarə haqqı və cərimə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulsun. 5.Iddia ərizəsinin məzmunundan görünür ki, 19.725 manatın 8.100 manatı icarə haqqı kimi, 11.625 manat isə cərimə kimi tələb olunub. 6.Tələb olunan 8.100 manat icarə haqqının tərkibinə daxildir: 1) 2025-ci ilin noyabr ayı üzrə 2.700 manat; 2) 2025-ci ilin dekabr ayı üzrə 2.700 manat; 3) 2026-cı ilin yanvar ayı üzrə 2.700 manat. 7.Tələb olunan 11.625 manat cərimənin tərkibinə daxildir: 1) 2024-cü il üzrə 953 manat; 2) 2025-ci il üzrə (yanvar-oktyabr ayları üçün) 6.487 manat; 3) 2025-ci il üzrə (noyabr ayı üçün) 2.214 manat; 4) 2025-ci il üzrə (dekabr ayı üçün) 1.404 manat; 5) 2026-cı il üzrə (yanvar ayı üçün) 567 manat. 8.Bundan başqa, iddia ərizəsində məhkəmə xərclərinin əvəzinin ödənilməsi də tələb olunub. 9.Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, icarə müqaviləsi ləğv edilsin, 8.100 manat icarə haqqı, 1.000 manat cərimə olmaqla cəmi 9.100 manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulsun, mənzil cavabdeh cavabdeh2 MMC tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilsin, 2026-cı ilin fevral ayından başlayaraq mənzil iddiaçıya təhvil verilənədək ödənilməmiş icarə haqqının ödənilməsi öhdəliyi müştərək qaydada cavabdehlərin hər ikisinin üzərinə qoyulsun, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. 10.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin edilsin. 11.Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 12.Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmənin mövqeyi 13.Apellyasiya şikayətində qətnamə qismən mübahisələndirildiyinə görə qətnamə iki hissəyə - mübahisələndirilməyən və mübahisələndirilən hissələrə bölünməlidir. Həmin hissələr barədə məhkəmə aşağıdakıları qeyd edir. Qətnamənin mübahisələndirilməyən hissəsi 14.Qətnamənin mübahisələndirilməyən hissəsinə aiddir: 1) icarə müqaviləsinin ləğv edilməsi barədə tələbin təmin edilməsi; 2) mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə tələbin təmin edilməsi; 3) 8.100 manat icarə haqqının tutulması barədə tələbin təmin edilməsi; 4) mənzil təhvil verilənədək ödənilməmiş icarə haqqının ödənilməsi barədə tələbin təmin edilməsi; 5) 11.625 manat cərimə ödənilməsi barədə tələbin qismən təmin edilən hissəsi, yəni 1.000 manat cərimə tutulması. 15.Cavabdehlər apellyasiya şikayəti vermədiklərinə görə, qətnamənin yuxarıda göstərilən hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmalı deyil. Qətnamənin mübahisələndirilən hissəsi 16.Qətnamənin mübahisələndirilən hissəsinə aiddir: 1) 11.625 manat cərimə ödənilməsi barədə tələbin 10.625 manatlıq hissəsinin rədd edilməsi; 2) mənzil iddiaçıya təhvil verilən gündədək cərimə ödənilməsi barədə tələbin rədd edilməsi. 17.Qətnamə 10.625 manat cərimənin ödənilməsi barədə tələbin rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467ci maddəsində qeyd olunub: “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır”. Məhkəmə həmin maddənin tələbindən çıxış edərək hesab edir ki, iddiaçının tələb etdiyi 11.625 manat cərimə tənəsübsüz surətdə yüsəkdir. Icarə haqqı borcu 8.100 manat təşkil etdiyindən, hazırkı işin halları cərimənin məbləğinin 1.000 manatdan artıq müəyyən edilməsinə əsas vermir. Odur ki, birinci instansiya məhkəməsi 10.625 manat cərimə tutulması barədə tələbi rədd etməklə düzgün nəticəyə gəlib. 18.Qətnamə mənzil iddiaçıya təhvil verilən gündədək cərimə ödənilməsi barədə tələbin rədd edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Həmin tələb iki səbəbdən təmin edilə bilməz. Birinci, qanunvericilik gələcək dövr üçün cərimə tutulmasına imkan vermir. Mülki Məcəllənin 462.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Göründüyü kimi, “məsuliyyət daşımırsa” ifadəsindən istifadə olunub, yəni kreditor dəbbə pulunun ödənilməsini o halda tələb edə bilər ki, borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşısın. Gələcəkdə öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyət daşıyacağı indidən müəyyən edilə bilməz, çünki gələcəkdə elə hallar (məs., forsmajor hal) baş verə bilər ki, borclu özündən asılı olmayan səbəbə görə öhdəliyi icra edə bilməz. Ikinci, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi, dəbbə pulu qanunla və ya müqavilə ilə müəyyənləşdirilə bilər. Iddiaçı icarə müqaviləsi ilə müəyyənləşdirilmiş cərimənin ödənilməsini tələb edib. Iddiaçı özü həmin müqavilənin ləğv edilməsini tələb edib, birinci instansiya məhkəməsi bu tələbin əsasında müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edib, qətnamənin həmin hissəsi mübahisələndirilməyib. Müqavilə ləğv edildikdə cərimə barədə müqavilə şərti də ləğv edilmiş sayılır, çünki həmin şərt müqavilənin məzmununa daxilidir. Mülki Məcəllənin 424.2-ci maddəsinə görə, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Müqavilə ləğv edildiyi tarixdən cərimə ödəmək öhdəliyi də xitam olunmuş sayılır. Odur ki, birinci instansiya məhkəməsi mənzil iddiaçıya təhvil verilən gündədək cərimə ödənilməsi barədə tələbi rədd etməklə düzgün nəticəyə gəlib. 19.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar