Məhkəmə qərarları › İş №e-2(3-6)-3225/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3225/2026

15.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3225/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müəyyən etdi: Iddiaçı İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində maraqlı şəxs1 yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsi, Azərbaycan Respublikası Insan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Azərbaycan Respublikası Auditorlar Palatası cəlb edilməklə cavabdehlər cavabdeh6 MMC və X1 qarşı “audit rəyin etibarsız hesab edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edərək, cavabdehlər cavabdeh6 MMC-nin auditoru X1 tərəfindən cavabdeh3 MMC-yə və cavabdeh4 MMCyə dair tərtib edilmiş ##.##.2022-ci il tarixli audit rəyin etibarsız hesab edilməsi, cavabdehlər cavabdeh6 MMC və auditor X1 müştərək qaydada iddiaçıya dəymiş 50000 (əlli min) manat dəyərində mənəvi zərərin tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi və cavabdeh6 MMC və cavabdeh6 MMC-nin auditoru X1 barəsində “xüsusi qərar” qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddianı təmin edərək, cavabdeh6 MMC ilə cavabdeh4 MMC arasında bağlanmış **/** saylı, ##.##.2021-ci il tarixli, cavabdeh3 MMC və cavabdeh6 MMC arasında bağlanmış **/** №-li, ##.##.2021-ci il tarixli müqavilənin, cavabdeh3 MMC və cavabdeh6 MMC arasında auditor xidmətinin göstərilməsi ilə bağlı **/** №-li, ##.##.2022-ci il tarixli müqavilənin, cavabdeh6 MMC ilə cavabdeh4 MMC arasında bağlanmış **/** saylı, ##.##.2021-ci il tarixli, cavabdeh3 MMC və cavabdeh6 MMC arasında bağlanmış **/** №-li, ##.##.2021-ci il tarixli müqaviləyə əsasən tərtib edilmiş “təhvil təslim” və yoxlama nəticələri aktlarının, bundan əlavə cavabdeh6 MMC-nin auditoru Razi Əliyev tərəfindən cavabdeh4 MMC və “xxxx” MMC-nə münasibətdə tərtib edilmiş ##.##.2022-ci il tarixli “Audit rəylərinin” etibarsız hesab edilməsi, cavabdehlər cavabdeh6 MMC, auditor X1, cavabdeh4 MMC, verilmiş cavabdeh3 MMC, cavabdeh1 və cavabdeh2 müştərək qaydada iddiaçıya dəymiş, 60.000 (altmış min) manat dəyərində mənəvi zərərin və ödənilmiş 270 (iki yüz yetmiş) manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, cavabdehlər cavabdeh6 MMC, auditor X1, «xxxx” MMC, cavabdeh3 MMC, cavabdeh1 və cavabdeh2 barəsində “xüsusi qərar” qəbul edilərək, AR Baş Prokurorluğuna göndərilərək nəticəsi barədə məhkəməyə yekun məlumatın verilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində maraqlı şəxs1 yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsi, Azərbaycan Respublikası Insan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Azərbaycan Respublikası Auditorlar Palatası cəlb edilməklə cavabdehlər cavabdeh6 MMC, cavabdeh3 MMC, cavabdeh4 MMC, cavabdeh2, cavabdeh1 və X1 qarşı “müqavilələrin, “təhvil təslim” və yoxlama nəticələri aktlarının və audit rəylərinin etibarsız hesab edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə iddia tələbinin ““təhvil təslim” və yoxlama nəticələri aktlarının və audit rəylərinin etibarsız hesab edilməsi” tələbi hissəsində icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh6 MMC və X1 qarşı cavabdeh6 MMC ilə cavabdeh4 MMC arasında bağlanmış **/** saylı, ##.##.2021-ci il tarixli, cavabdeh3 MMC və cavabdeh6 MMC arasında bağlanmış **/** №-li ##.##.2021-ci il tarixli müqavilənin, cavabdeh3 MMC və cavabdeh6 MMC arasında auditor xidmətinin göstərilməsi ilə bağlı **/** №-li, ##.##.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdehlər cavabdeh6 MMC, auditor X1, cavabdeh4 MMC, cavabdeh3 MMC, cavabdeh1 və cavabdeh2 müştərək qaydada iddiaçıya dəymiş 60000 (altmış min) manat dəyərində mənəvi zərərin müştərək qaydada tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Iddiaçı İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadını ləğv edib, iş icraata qəbul edilərək mahiyyəti üzrə araşdırılmasının davam etdirilməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilən şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli ## #### 2026-cı il tarixli məktubu ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən iş üzrə iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verildiyindən yaranmış zərurətlə əlaqədar olaraq mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli ## #### 2026-cı il tarixli məktubunu nəzərə alaraq hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Mülki iş apellyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar