Məhkəmə qərarları › İş №e-2(3-6)-3402/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3402/2026

19.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3402/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: mənəvi ziyanın ödənilməsi və s.) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi X5 iştirakları ilə, Işin halları

1. İddiaçı ilə X7 ## ##### 1979-cu il tarixdə ailə həyatı qurmuşlar.

2. ## ###### 2015-ci il tarixdə, saat 06:50 radələrində Iskəndərov Əliabas Nəzər oğlu Cavabdeh MMC-yə məxsus yol vərəqi əsasında idarə etdiyi “Silobas” markalı 10-ZF048 dövlət qeydiyyat nişanlı, sement daşıyan, yarımqoşqusu olan “X1 1840” yük markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə “H.Z.Tağıyev qəsəbəsiSahil qəsəbəsi yolunun” Qaradağ rayonu ərazisindən keçən 9-cu kilometrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməmiş və avtomobilin sağ yük hissəsi yolun sağ kənarında dayanmış "VAZ-21011" markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən dəymiş, zərbədən "VAZ-21011" markalı avtomobilin qabaq hissəsi dayanmış vəziyyətdə olan piyadalar X7 və X6 dəymiş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan piyada X6 alın nahiyəsinin əzilmiş-cırılmış yarası və baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulması və Vahid Hüseynovun sol II-III-IV qabırğalarının sınığı, sağ baldır sümüklərinin yuxarı-orta-aşağı 1/3- nin açıq, qəlpəli, yerdəyişən sınıqları, sağ qasıq və oturaq sümüyünün qəlpəli, yerdəyişən sınıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almaqla ölümünə səbəb olmuşdur.

3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-**/**** saylı hökmü ilə Iskəndərov Əliabas Nəzər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi hökm edilmişdir.

4. Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi olaraq tanınmış oğlu X3 istintaqda və məhkəmə iclasında eyni ifadəni verərək təqsirləndirilən şəxsə qarşı şikayətinin olmamasını bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “mənəvi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMCdən onun xeyrinə 1.500.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və “Ekol” Vəkil Bürosu ilə bağlanmış müqaviləyə görə ödənilən 300 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X7 ilə ## ##### 1979cu ildə ailə həyatı qurmuşdur. Ağır bir hadisə yaşamış, öz ömür-gün yoldaşını itirmiş bir insan, həyat yoldaşı kimi dərin ağrılarını ifadə edir, yaşadığı çarəsizliyə məhkəmənin diqqətini çəkir. Evliliklərinin 36-cı ilində həyat yoldaşını itirmişdir. Onlar düz 36 il bir-birlərinə arxa, dayaq, sirdaş olmuş, gəncliklərini, orta yaşlarını və ömürlərinin ixtiyar çağlarını əl-ələ verib keçmişlər. Ailə qurulduğu ilk gündən sevgi, qarşılıqlı hörmət və sonsuz bir fədakarlıq üzərində bərqərar olmuşdur. Vahid xasiyyətcə həlim, mərhəmətli, ailəsinin hər bir ehtiyacını özündən öncə tutan, qayğıkeş bir ailə başçısı idi. Bir insanın 36 illik yol yoldaşını, ömrünün yarısından çoxunu paylaşdığı insanı qəfil və faciəvi şəkildə itirməsinin verdiyi ağrını ifadə etməyə sözlər acizdir. Bu yaşında qəfil tənha qalmaq, hər küncdə onun xatirəsi ilə qarşılaşmaq, amma səsini eşitməmək bitib-tükənməyən bir mənəvi əzab və dərin bir boşluqdur. Həyatda arxası, dayağı, tək sığınağı bu bədbəxt hadisə nəticəsində dünyasını dəyişdi. Bu hadisənin onda yaratdığı travma, verdiyi hədsiz əzab və əziyyət kəlimələrlə ifadə ediləcək şəkildə deyildir. O, yalnız həyat yoldaşını deyil, həm də qocalığının sakitliyini və mənəvi hüzurunu itirmişdir. Artıq neçə vaxt keçməsinə baxmayaraq, qəlbindəki bu yara hələ də sızıldayır, yerini heç nə doldura bilmir. Vahidin vaxtsız gedişi onu mənən məhv etmiş, həyatının qalan hissəsini bitməyən bir yas içində qoymuşdur. Onun ölümündən sonra bu yükün altından çıxmaq ona ağır gəlir. Qəza hadisəsi olan həmin gün, ## ###### 2015-ci il tarixdə, həyatına əbədi zülmətin gəlməsinin başlanğıcı olan o tarixdə, səhər saatlarında yoldaşı X7 rayonuna yola düşmüşdür. Həmin gün saat 12:00 radələrində oğlu Hüseynov Mehmana zəng olunaraq xəbər verildi ki, atası X7 rayonu ərazisində yol qəzasına düşmüş, aldığı ağır xəsarətlərdən vəfat etmişdir. Bu xəbəri eşitdikdə dünyaları başlarına yıxıldı. Bunca illik ömürgün yoldaşını bir anın içində, belə amansız bir qəza nəticəsində itirməyin verdiyi mənəvi sarsıntını, yaşadığı çarəsizliyi və ağrını heç bir sözlə ifadə etmək mümkün deyil. Belə olan halda insanın əlindən heç bir şeyin gəlməməsi, həqiqətən də çox ağırdır. Bu faciəvi hadisədən sonrakı illər ərzində təkcə yoldaşını deyil, həm də sağlamlığını da itirmişdir. O, dünyasını dəyişdikdən sonra həyatının heç bir mənası qalmadı. Çəkdiyi mənəvi sarsıntı və iztirabın dərəcəsini yalnız onu yaşayanlar bilər. Vahidin ölümündən sonra aldığı sarsıntılara görə heç vaxt özünə gələ bilməmişdir. Həyat yoldaşının faciəvi şəkildə həlak olmasından sonra onun psixi durumu pisləşmiş, səhhətində müxtəlif problemlər yarandı. Bu günədək həyat yoldaşının ölümünün iztirabını çəkir, birlikdə keçirdikləri günlər gözünün önündə canlanır və keçirdiyi streslər, yaranın və iztirablarının hər gün təzələnməsinə səbəb olur. Çünki yaşlı bir qadının həyat yoldaşını itirməsi onun düzənə salınmış bir həyatının məhv olunması deməkdir. Yuxarıda qeyd olunan bədbəxt hadisə ilə bağlı məhkəmə istintaqı yekunlaşmış və qəbul edilmiş məhkəmə hökmündə göstərilmişdir ki, Iskəndərov Əliabas Nəzər oğlu ## ###### 2015-ci il tarixdə, saat 06:50 radələrində xxxx” MMCyə məxsus yol vərəqi əsasında idarə etdiyi, “Silobas” markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı, sement daşıyan, yarımqoşqusu olan “X1 1840” yük markalı 90-JX- 349 dövlət qeydiyyat nişanlı avtomobillə “H.Z.Tağıyev qəsəbəsi-Sahil qəsəbəsi yolunun” Qaradağ rayonu ərazisindən keçən 9-cu kilometrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməmiş və avtomobilin sağ yük hissəsi yolun sağ kənarında dayanmış "VAZ-21011" markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən dəymiş, zərbədən "VAZ-21011" markalı avtomobilin qabaq hissəsi dayanmış vəziyyətdə olan piyadalar X7 və X6 dəymiş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan piyada X6 alın nahiyəsinin əzilmiş-cırılmış yarası və baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulması və Vahid Hüseynovun sol II-III-IV qabırğalarının sınığı, sağ baldır sümüklərinin yuxarı-orta-aşağı 1/3-nin açıq, qəlpəli, yerdəyişən sınıqları, sağ qasıq və oturaq sümüyünün qəlpəli, yerdəyişən sınıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almaqla ölümünə, habelə "VAZ-21011" markalı **-KS-*** dövlət qeydiyyat nişanlıavtomobilin yararsız hala düşərək sahibi mərhum Vahid Hüseynova 3278 (üç min iki yüz yetmiş səkkiz) manat, "Silobas" markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı sement daşıyan yarımqoşqusu olan "X2 1840" yük markalı 90-JX349 dövlət qeydiyyat nişanl avtomobilin müştərək sahibi Cavabdeh MMC-yə 37.600 (otuz yeddi min altı yüz) manat, 56 p/m metal təhlükəsizlik səddinin əzilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" MMC-yə 3606,40 (üç min altı yüz altı manat qırx qəpik) manat məbləğində maddi ziyan yetirilməsinə səbəb olmuşdur. Bu işlə bağlı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-**/**** saylı hökmünə əsasən Iskəndərov Əliabas Nəzər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilmişdir. Vəfat edən şəxs onun ömür-gün yoldaşı olub, işləməklə ailəni dolandıran şəxs olmuşdur. Bundan da başqa işə əlavə olunmuş sənədlərdən də görünür ki,“Silobas” markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı, sement daşıyan, yarımqoşqusu olan “X1 1840” yük markalı 90- JX- 349 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh MMC-nin mülkiyyətində olmuşdur. Həmçinin hökmdən də görünür ki, məhkum olunmuş şəxs Cavabdeh MMC-də sürücü işləmişdir. Göründüyü kimi həyat yoldaşının vəfatı Cavabdeh MMC-nin əməkdaşının təqsiri ucbatından baş vermişdir. Yuxarıda qeyd olunan faktlar və təqsir qanuni qüvvəyə minmiş Qaradağ Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-**/**** saylı hökmü ilə təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Iş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Silobas” markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı, sement daşıyan, yarımqoşqusu olan “X1 1840” yük markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh MMC-nin mülkiyyətində olmuşdur. Işin hallarına əsasən cavabdeh təşkilatın işçisinin hüquqazidd hərəkəti nəticəsində onun həm mənəvi əzab, həm də psixoloji sarsıntı çəkməsi şübhəsizdir. Baş vermiş cinayət hadisəsi nəticəsində həyat yoldaşının faciəvi şəkildə ölməsindən sonra hər gün düşdüyü acınacaqlı vəziyyəti müşahidə edərkən, məhkəmə hökmündə və ekspert rəyində sadalananları oxuyanda mərhum yoldaşının ölmüş bədəni gözünün önündə canlanır. Yəqin ki, hər bir şəxsin özünə əziz sayılan ailə üzvləri var. Bir günlük onun yerində təsəvvür etsinlər. Bir yerdə yaşlandığı, hər sevinci və kədəri paylaşdığı insan bir anın içində, başqasının ehtiyatsızlığı ucbatından amansızca əllərindən alınır. Baş vermiş hadisə nəticəsində ona vurulmuş mənəvi zərər birdəfəlik xarakter daşımır. Mənəvi zərərin nəticələri zaman keçməsinə baxmayaraq aradan qalxmır və hər gün hiss olunan mənəvi ağrı və stress şəklində davam edir. Bu səbəbdən vurulmuş və vurulmaqla bitməyərək hər gün davam edən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdir və qanunun tələbləri baxımından da buna hüququ var. Qanunverici orqan isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Onun keçirdiyi mənəvi iztirablar müəyyən müddətlə məhdudlaşmır, müəyyən vaxtdan sonra aradan qalxan və ya unudulan hadisə deyildir. Bu hadisənin mənəvi ağrısını ömür boyu çəkəcəyi istisna deyildir. Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan şirkətdir. Şirkətin maddi durumunun kifayət qədər yüksək olması iddianın tam təmin edilməsinə imkan verir. Bu baxımdan mərhumun faciəvi şəkildə ölməsindən bu günədək davam edən stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. bu kimi halları nəzərə alaraq ona dəymiş mənəvi zərər cavabdehdən alınaraq ona ödənilməlidir. Həmçinin məhkəmədə iddia qaldırmaq və onu təmsil etmək üçün “Ekol” Vəkil Bürosu ilə 300 manat məbləğində müqavilə bağlamaqla pul ödəmişdir. Həmin ödəniş də cavabdehdən alınıb ona ödənilməlidir.

7. Cavabdeh Cavabdeh MMC ##.##.2026-cı il tarixdə elektron qaydada iddia tələbinə etiraz verərək bildirmişdir ki, idiaçı tərəfindən tələb olunan 1.500.00 manat məbləğində mənəvi zərər Azərbaycan Respublikası qanunvericiliyinə və formalaşmış məhkəmə təcrübəsinə uvğun olmayan, həddindən artıq şişirdilmiş və qeyri-real məbləğdir, ədalətlilik və mütənasiblik prinsiplərinə ziddir. Həmçinin iddiaçının tələb etdiyi mənəvi zərərin mövcudluğunu va onun həcmi iddiaçı tərəfindən sübut (bu barədə psixoloji vəziyyəti təsdiq edən rəy, tibbi sənədlər, uzunmüddətli iztirabları sübut edən dəlillər və s.) edilməlidir. Lakin iddiaçı məhkəməyə bu barədə hər hansı bir sənəd təqdim etməmişdir. Digər tərəfdən hadisəni törədən şəxs Iskəndərov Əliabas Nəzər oğlu məhkəmə hökmü ilə təqsirli bilinmiş və cəzalandırılmışdır. Bu hal onun şəxsi təqsirini və fərdi məsuliyyətini təsdiq edir. Hadisənin baş verməsi sürücünün fərdi davranışı nəticəsində olmuş, onun hərəkətləri üzərində cavabdeh tərəfindən birbaşa nəzarət imkanı olmamışdır. Belə ki, hadisə zamanı digər nəqliyyat vasitəsini idarə edən sürücü yol-hərəkət qaydalarının təhlükəsizliyini təmin etməmiş nəqliyyat vasitəsini yol kənarında saxlasa da nəqliyyat vasitəsinin təhlükəsizlik qəza işıqlarını, həmçinin duman işıqlarını yandırmamış eləcə də hava şəraiti yağıntılı və yol sürüşkən olduğundan nəticədə sürücü Isgəndərov Əliabas Nəzər oğlu həmin nəqliyyat vasitəsini görə bilməmiş bununla da yolnəqliyyat hadisəsi baş vermişdir. Sürücünün yol hərəkəti qaydalarını pozması onun şəxsi səhlənkarlığıdır və bu hal sürücünün əmək funksiyasından kənara çıxmasını göstərir. Baş vermiş hadisə ilə bağlı cavabdehin məsuliyyətinin yaranması üçün əsaslı səbəblər və bunu təsdiq edəcək hüquqi əsaslar olmalıdır. Həmçinin hadisəni törədən şəxs - Isgəndərov Əliabas Nəzər oğlu Cavabdeh MMC-də sürücü vəzifəsinə qəbul olunarkən onunla ##.##.2013-cü il tarixdə maddi məsuliyyət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən sürücü ona həvalə edilmiş nəqliyyat vasitəsinə və onun hər hansı bir təqsiri nəticəsində dəymiş zərərə görə sürücü özü tam şəkildə məsuliyyət daşıyır. Digər tərəfdən sürücü Isgəndərov Əliabas Nəzər oğlu hadisə baş verdiyi gün tam sağlam vəziyyətdə nəqliyyat vasitəsini idarə etmiş, bundan əlavə də əmək müqaviləsi bağlanarkən ondan sağlamlıq barədə tibbi arayış tələb edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia tələbinin qismən təmin edilməsi, "xxxx" MMC-dən İddiaçı xeyrinə mənəvi ziyan qismində 3000 manat və hüquqi yardıma görə ödənilmiş 300 manat vəsaitin əvəzinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı İddiaçı ödəməkdən azad olduğu 53 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1097.1, 1097.3, 1099.1, 1099.2, 1108.1, 1114.1, 1114.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2022-ci il tarixli qərarına, “Şəxsiyyət Hüquqlarının Müdafiəsi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi ##.##.2025-ci il tarixli Plenumunun Qərarının “mənəvi zərərin mahiyyəti və ümumi əsaslarına dair 5 və 7-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 77.1, 82.4, 218.1-ci maddələrinə, Nyu-York Apellyasiya Məhkəməsi “McDougald v. Garber” işi üzrə 1989-cu il tarixli qərarına, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2, 9.1.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 1097.1-ci maddəsində mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi tələb olunsa da məhkəmə heç bir əsaslandırma aparmadan iddianı 3.000 (üç min) manat məbləğində tutulmasını qeyd etmişdir. Məhkəmənin bu mövqeyi yanlışdır. Normadan göründüyü kimi, zərərvuran vurulan zərəri tam həcmdə ödəməlidir. Iddiaçı tərəfindən vurulan ziyan 1.500.000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə zərərvurulan tərəfindən vurulan zərər tam həcmdə ödənilməlidir normasını düzgün tətbiq etməmiş, ümumiyyətlə bu normaya münasibət belə bildirməmişdir. Məhkəmə iddiaçının keçirdiyi sarsıntı və iztirabın dərinliyini yetərincə nəzərə almayıb, iddia tələbinə qeyri-mütənasib, az (cüzi) kompensasiya təyin edərək normanın tələblərini pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumu T.Mənsurovun şikayəti üzrə 2011-ci il # ###### tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında dəfələrlə qeyd olunmuşdur ki, məhkəmə müdafiəsi hüququnun məzmunu, o cümlədən ədalətli məhkəmə qərarının qəbul edilməsini nəzərdə tutur. (V.Ozerovun şikayəti üzrə 2011-ci il ## ##### tarixli, “Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## ### tarixli və s. Qərarlar). Qərarın ədalətliliyi isə onun əsaslandırılma dərəcəsindən asılı ola bilər. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, Konvensiyanın 6-cımaddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H.Belçikaya qarşı iş üzrə 1987-ci il ## ###### tarixli Qərar, § 53; Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il # #### tarixli Qərar, § 36-37). Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il ## #### tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydasımürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli * saylıQərarının 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Məhkəmə nə qadın olmağını, nə həyat yoldaşı olmağını və həyat yoldaşı ilə aralarında olan bağlılıq və şəfqətlə bağlı, nə cavabdehin əmlak vəziyyəti ilə bağlı nəinki bir cümlə, bir söz belə yazmamışdır. Cavabdehin kifayət qədər tanınmış bir təşkilat olması işin mübahisəsiz hallarındandır. Məhkəmə bununla bağlı da əsaslandırma aparmamışdır. Beləliklə görünən odur ki, məhkəmə dəymiş mənəvi zərərə görə iddiaçıya təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmamışdır. Bu da iddiaçıya qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il ## ##### tarixli Qərarına əsasən mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Iddia ərizəsində qeyd etmişdir ki, işə baxacaq məhkəmədən istəyi odur ki, bu işə təkcə hakim olaraq sıradan bir iş kimi deyil, keçirdiyi hissləri bir anlıq olsa da yaşayan bir azərbaycanlı ailəsi kimi yanaşılsın. Çox təəsüf ki, işə baxan hakim qadın olsa da həyat yoldaşını itirmiş bir xanımın keçirdiyi hissləri görməzdən gələn hakimin ədalətsizliyinə məruz qalmışdır. Məhkəmə mərhumla iddiaçının 36 illik bir ailə olmasını, cavabdehin məsuliyyətsiz əməkdaşlarının təqsirinə görə faciəvi surətdə vəfat etməsinə ümumiyyətlə toxunmamışdır. Bir qadının həyat yoldaşının faciəvi surətdə vəfat etməsinin yaşatdığı ruhi sarsıntının ağırlığını nə demək olduğunu bilirsinizmi? Bu, həyat yoldaşı olaraq psixoloji ağrı və əzab, bitməyən iztirab deməkdir. Hadisədən nə qədər keçsə də sarsıntı, məyusluq, əzab və iztirablar unudulmur. Cavabdehin işçilərinin təqsiri üzündən iddiaçı olaraq mənəvi hüzuru pozulmuşdur. Məhkəmə iddianı tam təmin etmək əvəzinə, Konstitusiya Məhkəməsinin məcburi qüvvəyə malik olan hüquqi mövqeyinə əməl etməmişdir. Məhkəmə heç bir əsaslandırma aparmadan mənəvi zərərə görə 3.000 manat təmin etməklə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-cu il tarixli məhkəmə qətnaməsi haqqında ** nömrəli qərarının Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı olmasına dair tələbini də pozmuşdur. Yuxarıda şərh olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işi pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll etmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində həyat yoldaşının ölməsi ilə əlaqədar mənəvi sarsıntı keçirməyi mübahisəsizdir. Nəinki hadisə zamanı, hətta hadisədən sonrakı proseslər zamanı da stress, əzab, əziyyətlərlə bağlı olaraq vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməyə haqlı olduğunu qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu ## ##### 2020-ci il tarixli qərarına əsasən uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hesab edir ki, Bakı Apellyasiya məhkəməsi qərar çıxararkən bu halları gözləməmişdir. Məhkəmə atasız təkbaşına böyütdüyü yetim qalmış uşaqlarının təhsil, sağlamlıq və qulluğa ehtiyacları olan övladlarını taleyini nəzərə almışdırmı? Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər ödənilərkən mənəvi və fiziki izdirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və.s vacib halların nəzərə alınması zəruridir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə Konstitusiyanın bu maddəsində sadalanan xüsusiyyətləri nəzərə almaqla qətnamə qəbul etmişdirmi? Hesab edir ki, yox. Çünki bu təmin edilən iddia məbləği nə ədalətə, nə də qanuna sığır. Həyat yoldaşının faciəvi ölümünə görə 3.000 (üç min) manat məbləğin təyin edilməsi ədalətlidirmi? Həyat yoldaşının itirilməsinə görə mənəvi tarazlığını bərpa edirmi? Yol nəqliyyat hadisələri ilə bağlı olan işlər üzrə kifayət qədər olan məhkəmə təcrübəsi hazırki qətnamədən xeyli fərqlənir. Məhkəmənin həyat yoldaşının ölümünə görə məhz ona qarşı nəyə görə bu cür fərqli mövqe tutulmasını başa düşmədiyini qeyd edir. Bütün bunları Konstitusion hüquq olan bərabərlik hüququnun pozulması kimi qiymətləndirir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

15. Maddə 21.1 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

18. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);

19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

20. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

21. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

22. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

23. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

24. Maddə 1114.2. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2022-ci il tarixli qərarı

25. “Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyət daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqress tələb hüququna malikdir.”

“Şəxsiyyət Hüquqlarının Müdafiəsi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi ##.##.2025-ci il tarixli Plenumunun Qərarı

26. 5.1. Mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. 5.2. Mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyrimüəyyənlik

27. və s.).

28. 5.3. Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir.

29. 5.4. Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.

30. 5.5. Fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun.

31. 5.10. Hüquqazidd əməl nəticəsində sonradan yaranmış maddi zərərlə bağlı tələb irəli sürmək hüququ istisna edilməsə də, mənəvi zərərə münasibətdə fərqli qayda tətbiq edilir. Belə ki, mənəvi zərərin kompensasiyası hüquqazidd əməlin məlum olan, habelə proqnozlaşdırıla bilən bütün mümkün nəticələri nəzərə alınmaqla həyata keçirilir. Bu baxımdan şəxsin eyni hüquqazidd əmələ istinadən yenidən mənəvi zərərin kompensasiyasını tələb etməsi yolverilməzdir. Həmin hüquqazidd əməlin yalnız əvvəlcədən proqnozlaşdırıla bilməyən, sonradan daha ağır nəticələrinin baş verməsi halında şəxs bu nəticələrə istinad etməklə əlavə mənəvi zərər tələbi irəli sürə bilər (məsələn, yol nəqliyyat hadisəsi nəticəsində ayağından zədə almış şəxsin mənəvi zərər tələbi təmin edildikdən sonra ayağının amputasiya olunması).

32. 5.11. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan mənəvi zərər tələb etmək hüququnu istisna etmir.

33. 5.12. Bununla belə, cinayət prosesində təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənilməsi və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə zərərçəkən şəxsin məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş maddi və mənəvi zərərlə bağlı tələblərin ödənilməsini təsdiq edən hal kimi nəzərə alınmalıdır.

34. 7.27. Xarakterinə görə hüquqpozmaların bir neçə növü fərqləndirilir: müqavilə öhdəliyinin pozulması, mülki hüquq pozuntusu (delikt), intizam pozuntuları, inzibati xətalar, cinayət, hüquqdan sui-istifadə. Əməlin ağırlıq dərəcəsinə isə onun törədilmə üsulu, törədildiyi şərait, niyyət, baş vermiş nəticələrin ağırlığı, birgə törədilmiş əməllərdə şəxsin rolu və s. aiddir. Odur ki, mənəvi zərərin həcmi müəyyən edilərkən qeyd olunan meyarlar baxımından hüquqpozmaların növünə, habelə aid olduğu növ üzrə əməlin ağırlıq dərəcəsinə ayrı-ayrılıqda qiymət verilməlidir.

35. Nyu-York Apellyasiya Məhkəməsi “McDougald v. Garber” işi üzrə 1989-cu il tarixli qərarında göstərmişdir ki, “Maddi zərər pulla kompensasiya edilə bilər; lakin mənəvi sarsıntı və iztirab və həyat eşqinin azalması kimi mənəvi zərərlərin ödənilməsi, pulun zərər çəkənin məruz qaldığı zərəri kompensasiya etməsi barədə hüquqi fiksiyaya söykənir… Biz, pulun ağrını azaldacağını və ya zərər çəkənin qabiliyyətini bərpa edəcəyini düşünməsək də, bu fiksiyanı qəbul edirik. Biz, itirilmişi qiymətləndirməyi ümid etmirik, lakin mövcud şəraitdə pul kompensasiyası təsəlli vasitəsi kimi çıxış edə bilər”.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 82.4 məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

39. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

43. Hazırki halda iddiaçı qətnaməni iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirdiyindən qətnamə yalnız iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi "xxxx" MMC-dən İddiaçı xeyrinə mənəvi ziyan qismində 3000 manat vəsaitin əvəzinin tutulması hissəsində dəyişdirilərək həmin məbləğ 5000 (beş min) manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

46. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) Iddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

47. Iddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

48. Iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə X7 ## ##### 1979-cu il tarixdə ailə həyatı qurmuşlar. ## ###### 2015-ci il tarixdə, saat 06:50 radələrində Iskəndərov Əliabas Nəzər oğlu Cavabdeh MMC-yə məxsus yol vərəqi əsasında idarə etdiyi “Silobas” markalı 10- ZF048 dövlət qeydiyyat nişanlı, sement daşıyan, yarımqoşqusu olan “X1 1840” yük markalı **- JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə “H.Z.Tağıyev qəsəbəsi Sahil qəsəbəsi yolunun” Qaradağ rayonu ərazisindən keçən 9-cu kilometrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməmiş və avtomobilin sağ yük hissəsi yolun sağ kənarında dayanmış "VAZ-21011" markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən dəymiş, zərbədən "VAZ-21011" markalı avtomobilin qabaq hissəsi dayanmış vəziyyətdə olan piyadalar X7 və X6 dəymiş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan piyada X6 alın nahiyəsinin əzilmiş-cırılmış yarası və baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulması və Vahid Hüseynovun sol II-III-IV qabırğalarının sınığı, sağ baldır sümüklərinin yuxarı-orta-aşağı 1/3- nin açıq, qəlpəli, yerdəyişən sınıqları, sağ qasıq və oturaq sümüyünün qəlpəli, yerdəyişən sınıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almaqla ölümünə səbəb olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-**/**** saylı hökmü ilə Iskəndərov Əliabas Nəzər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi hökm edilmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi olaraq tanınmış oğlu X3 istintaqda və məhkəmə iclasında eyni ifadəni verərək təqsirləndirilən şəxsə qarşı şikayətinin olmamasını bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Hadisə zamanı vəfat edən X7 həyat yoldaşı iddiaçı İddiaçı həya yoldaşının ölümünə görə yaşadığı mənəvi sarsıntı və iztiraba görə təqsirləndirilən şəxsin işlədiyi və hadisə zamanı avtomobili idarə etdiyi yol vərəqinin məxsus olduğu Cavabdeh MMC-dən 1500000 manat mənəvi zərərə görə kompensasiyanın tutulmasını xahiş edir.

49. Kollegiya qeyd edir ki, mənəvi zərər fiziki şəxsin qeyri-maddi nemətlərinə müdaxilə nəticəsində keçirdiyi mənəvi və (və ya) fiziki bütövlüyünü zədələyən sarsıntı və (və ya) iztirabdır. Mənəvi sarsıntı deyilərkən şəxsin qeyri-maddi nemətlərinə müdaxilə nəticəsində keçirdiyi mənfi emosiyalar, mənəvi iztirab deyilərkən isə şəxsin qeyri-maddi nemətlərinə müdaxilə nəticəsində fiziki və psixi əzab çəkməsi nəzərdə tutulur. Hüquqazidd əməl (hərəkət və hərəkətsizlik) nəticəsində meydana gələn mənəvi sarsıntı və iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsi olaraq da mənəvi zərərə görə kompensasiya müəyyən edilmişdir.

50. Mənəvi təzminatın hesablanması qaydası mürəkkəbdir, ağrı, əzab, fiziki narahatlıq, psixi sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi təzminatın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az təzminatın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər (Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il ## #### tarixli Qərarı).

51. Təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi fiziki və mənəvi sarsıntıların kompensasiya edilməsinə, bu sarsıntıların aradan qaldırılmasına, yaxud onların kəskinliyinin azaldılmasına xidmət etməlidir. Məhkəmələr tərəfindən təzminatın həcmi müəyyən edilərkən göstərilən meyarlarla yanaşı, zərər vuranın qanunsuz hərəkətlərinə məcmu halında qiymət verilməli və zərərçəkmişin keçirdiyi fiziki və mənəvi sarsıntıların ağırlığı, şəxsin fərdi xüsusiyyətləri ilə əlaqələndirilməli, həmçinin, işin faktiki halları, eləcə də ağlabatanlıq və vicdanlılığa dair tələblər, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi nəzərə alınmalıdır. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən, adi həyat tərzi və vətəndaşların ümumi gəlirlərə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır.

52. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həyat yoldaşının ölümünün cavabdeh təşkilatın işçisinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, iddiaçının mənəvi sarsıntı və iztirablara məruz qalması sübuta ehtiyacı olmayan və işin mübahisələndirilməyən halıdır. Həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqə sübuta yetirilməklə mübahisələndirilmir.

53. Qeyd edilməlidir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.

54. Məhkəmə kollegiyası qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.

55. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko Italiyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X10rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.

56. Kollegiya hesab edir ki, iddiaçının həyat yoldaşının mərhum X7 ilə 36 il ərzində ailə münasibətlərində olması, onun həyat yoldaşı olması və uzunmüddətli ailə bağlılığının mövcudluğu nəzərə alınaraq, həyat yoldaşının qəfil və faciəvi ölümü nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi təkzibedilməz haldır.

57. Bununla belə, mənəvi zərərin mövcudluğunun qəbul edilməsi onun məbləğinin avtomatik olaraq iddiaçı tərəfindən tələb olunan məbləğdə müəyyən edilməsini şərtləndirmir. Mənəvi zərərin kompensasiyası xarakterinə görə pozulmuş hüququn və şəxsin keçirdiyi sarsıntının pul ekvivalentində “qiymətləndirilməsi” deyil, hüquqazidd əməlin yaratdığı mənəvi nəticələrin müəyyən həddə kompensasiya edilməsinə yönəlmiş bərabərləşdirmə vasitəsidir.

58. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Qərarında mənəvi zərərin fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və iztirab olduğu, mənəvi zərərə görə kompensasiyanın isə hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsi olduğu izah edilmişdir.

59. Həmin hüquqi yanaşmaya uyğun olaraq mənəvi zərərin məbləği müəyyən edilərkən hüquqazidd əməlin xarakteri və ağırlığı, baş vermiş nəticənin ağırlığı, zərərçəkənin fərdi xüsusiyyətləri, onun zərərvuran şəxslə münasibəti, keçirdiyi sarsıntı və iztirabın xarakteri və davamlılığı, tərəflərin davranışı, habelə ağlabatanlıq, ədalətlilik və mütənasiblik prinsipləri nəzərə alınmalıdır.

60. Hazırkı işdə iddiaçı ilə mərhum arasında nikah münasibətlərinin 36 il davam etməsi onların arasında uzunmüddətli ailə və emosional bağlılığın mövcudluğunu göstərir. Iddiaçının həyat yoldaşını itirməsi ilə əlaqədar kədər, məyusluq, tənhalıq və mənəvi sarsıntı keçirməsi işin xarakterindən irəli gələn nəticələrdir.

61. Kollegiya həmçinin nəzərə alır ki, hadisə qəsdən törədilməmiş, ehtiyatsızlıq nəticəsində baş vermişdir. Buna görə kompensasiya məbləğinin müəyyən edilməsində zərərvuranın təqsir formasının ehtiyatsızlıq olması da nəzərə alınmalıdır. Bununla yanaşı, ehtiyatsızlığın mövcudluğu ölüm kimi ağır nəticənin və iddiaçının keçirdiyi mənəvi sarsıntının kompensasiya edilməsinə mane olmur. Cavabdehin nəqliyyat vasitəsinin sahibi olması, hadisə zamanı nəqliyyat vasitəsinin onun işçisi tərəfindən əmək funksiyalarının icrası ilə əlaqədar idarə edilməsi və həmin işçinin qanuni qüvvəyə minmiş hökmlə təqsirli bilinməsi də kompensasiyanın müəyyən edilməsində nəzərə alınmalı hallardır.

62. Kollegiya hesab edir ki, 1.500.000 manat məbləğində kompensasiyanın tutulması işin müəyyən edilmiş halları, zərərin yaranma şəraiti, təqsirin ehtiyatsızlıq formasında olması, kompensasiyanın hüquqi mahiyyəti və ağlabatanlıq və mütənasiblik meyarları ilə uzlaşmır.

63. Mənəvi zərərin məbləği məhkəmə tərəfindən işin konkret halları əsasında müəyyən edilməli, kompensasiya ağlabatan və mütənasib olmalıdır.

64. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mənəvi zərərin müəyyən edilməsi ilə bağlı iş üzrə müəyyən etdiyi halları və həmin hallara verdiyi hüquqi qiyməti əsaslı hesab edir. Birinci instansiya məhkəməsi hadisədən 10 ildən artıq müddətin keçməsini, hadisəni törədən şəxsdən vaxtilə zərərçəkmiş şəxin hüquqi varis olan oğullarının təqsirləndirilən şəxsə qarşı şikayətinin olmamasını, hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır əməl olaraq törədilməsini, şəxsin əməlindən səmimi peşiman olmasını, iddiaçı ilə mərhum həyat yoldaşı arasında 36 il davam etmiş ailə münasibətlərini, onların arasında uzunmüddətli ailə və emosional bağlılığın mövcudluğunu və iş üzrə digər halları nəzərə almaqda haqlı olmuşdur.

65. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə müəyyən etdiyi faktiki hallar və onların hüquqi qiymətləndirilməsi düzgün hesab edilməklə, həmin halların məcmusu nəzərə alınaraq mənəvi zərərə görə müəyyən edilmiş 3.000 manat kompensasiya məbləğinin dəyişdirilərək 5.000 manat müəyyən edilməsi ədalətli, ağlabatan və işin hallarına uyğun hesab edilir.

66. Kollegiya bununla yanaşı qeyd edir ki, mənəvi zərərə görə kompensasiya zərərçəkənin keçirdiyi ağrı və iztirabın tam maddi ekvivalentini müəyyən etmək məqsədi daşımır. Insan həyatının pul ifadəsində tam əvəzinin müəyyən edilməsi mümkün olmadığından, təyin olunan məbləğ yalnız pozulmuş mənəvi tarazlığın müəyyən dərəcədə bərpasına yönəlmiş kompensasiya xarakteri daşıyır.

67. Iddiaçının apellyasiya şikayətində istinad etdiyi 1.500.000 manat məbləğində kompensasiyanın tam tutulması barədə dəlillər isə yuxarıda göstərilən meyarlar baxımından əsaslı hesab edilmir.

68. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin mövcudluğunu düzgün müəyyən etsə də, kompensasiya məbləğinin dəyişdirilməklə 5000 manat müəyyən edilməsi daha ağlabatandır.

69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi "xxxx" MMC-dən İddiaçı xeyrinə mənəvi ziyan qismində 3000 manat vəsaitin tutulması hissəsində dəyişdirilərək həmin məbləğ 5000 (beş min) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar