Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3478/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundova Günay Təyar qızının sədrliyi ilə, X2 və X4 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərardadından cavabdehlər cavabdeh1 və cavabdeh2 nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı «cehiz əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus cehiz əmlakının (mebelin) cavabdehlər cavabdeh2 və cavabdeh1 alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qətnaməsinə əsasən yataq mebel dəsti, 2 ədəd divan, “Samsung” markalı kiçik ölçülü televizor, televizor altlığı, “Samsung” markalı paltaryuyan maşın, stol və 4 ədəd stulun cavabdehlər cavabdeh1 və cavabdeh2 alınıb iddiaçı İddiaçı qaytarılması qət edilmişdir. Iddiaçı İddiaçı nümayəndəsi və vəkili məhkəmənin həmin qətnaməsinə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və əşyaların dəyərinə dair izah verilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- */**** saylı qətnaməsinin nəticə hissəsində qət edilən – “Iddia təmin edilsin. Yataq mebel dəsti, 2 ədəd divan, “Samsung” markalı kiçik ölçülü televizor, televizor altlığı, “Samsung” markalı paltaryuyan maşın, stol və 4 ədəd stul cavabdehlər cavabdeh1 və cavabdeh2 alınıb iddiaçı İddiaçı qaytarılsın.Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulsun.Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər” sözləri “Iddia təmin edilsin. 15000 ABŞ dollarının manata məzənnəsi ilə 25530 manat dəyərində olan yataq mebel dəsti, 2 ədəd divan, “Samsung” markalı kiçik ölçülü televizor, televizor altlığı, “Samsung” markalı paltaryuyan maşın, stol və 4 ədəd stul cavabdehlər cavabdeh1 və cavabdeh2 alınıb iddiaçı İddiaçı qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulsun.Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər” kimi izah olunması qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərardadından cavabdehlər cavabdeh1 və cavabdeh2 nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə prosesində iddiaçının cavabdehə cehiz əşyalarının alınması üçün 15000 ABŞ dolları pul verdiyini sübut edən heç bir sənəd, heç bir ifadə yoxdur. Iddiaçı ilə cavabdeh cavabdeh2 ailə qurduqdan sonra bir müddət Türkiyədə yaşamışlar və onalrın birgə vəsaiti hesabına kirayə qaldıqları evə məhkəmə qətnaməsində göstərilən əşyalar alınmışdır. Hətta məhkəmə qətnaməsində 2 (iki) divan alınması göstərilsə də, cavabdeh ev üçün 1 (bir) ədəd divan aldıqlarını qeyd etmişdir. Həmin əşyalar 2019-cu ildə və o, qədər vəsait xərclənməsi tamamilə mümkünsüzdür. Nikah pozulduqdan sonra həmin əşyalar tərəflərin Türkiyədə yaşadıqları evdə qalmışdır. Həmçinin 2019-cu ildə alınan əşyalar təbii ki, qaldıqca və işləndikcə öz əvvəlki dəyərini itirir. Digər tərəfdən iddiaçı İddiaçı oxşar tələblə -15000 ABŞ dolları pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə Bakı şəhər Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsində iddiaçı X1 cavabdehə Türkiyədə ev almaq üçün 15000 ABŞ dolları verdiyini iddia etmişdir. Yəqinki, növbəti iddia ərizəsində iddiaçı cavabdehə maşın almaq üçün 15000 ABŞ dolları verdiyi barədə iddia qaldıracaq. Bakı şəhəri Səbail rayon Məhkəməsinin (Hakim: Mədinə Bağırova) e-2(009)-1164/2024saylı, ## #### 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin müvafiq qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı (həmçinin indiki) iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti təmin edilməmişdir. Iddiaçınn nümayəndəsi və vəkili Nümayəndə şikayətə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, məhkəmənin qərardadında göstərilən və iş materiaları ilə sübut olunan haldır ki, məhkəmə qətnaməyə izah verilməsini düzgün həl etmişdir. Cavabdeh cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir ki, o, 15000 ABŞ dolarına cehiz əmlakları almışdır. Onun göstərdiyi siyahı üzrə iddiaçı məhkəməyə iddianın həcminin artırılması barədə ərizə verərək iddia tələbini dəqiqləşdirmiş, 15000 ABŞ dolarının manata məzənnəsi ilə 25530 manat dəyərində olan cehiz əmlaklarının (cavabdehin göstərdiyi siyahı üzrə ) cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbini tam təmin etmişdir. Lakin, cehiz əmlakların dəyərini qətnamədə göstərməmişdir. Bu səbəbdən iddiaçı cehiz əmlaklarının dəyərinin göstərilməsi ilə əlaqədar olaraq qətnaməyə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən qətnaməyə izah verilmiş və cehiz əmlaklarının dəyəri göstərilməklə ## #### 2026-cı il tarixli e-2(5 ***)-*/**** saylı qərardad qəbul edilmişdir. Məhkəmə qətnaməyə düzgün izah vermiş və izah verilməsi barədə ərizəni haqlı olaraq təmin etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edib, hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır Həmin Məcəllənin 230.3-cü maddəsinən əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. “Məhkəmə qətnaməsi haqqında” AR Ali Məhkəməsi Plenumunun qərarının 14-cü bəndinə görə qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Qətnaməyə izah verilməsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə uyğun olaraq qətnaməyə izah verilməsi elə bir prosesual fəaliyyəti nəzərdə tutur ki, bu zaman qətnamə onun məzmunun, yəni yalnız qətnamədə olan sözlərin və ifadələrin şərh edilməsi yolu ilə izah olunur. Ona görə də qanunvericilikdə qətnamənin onun məzmunu dəyişdirilmədən izah olunmasının mümkünlüyünü nəzərdə tutulur. Iş materiallarında olan Səbail rayon məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçının atası cavabdeh cavabdeh1 iddiaçıya cehiz əmlak alması üçün 15.000 ABŞ dolları məbləğində pul vermişdir. cavabdeh1 isə öz növbəsində həmin pula iddiaçıya yataq mebel dəsti, 2 ədəd divan, “Samsung” markalı kiçik ölçülü televizor, televizor altlığı, “Samsung” markalı paltaryuyan maşın, stol və 4 ədəd stuldan ibarət əşyalar almışdır. Cavabdehin oğlu ilə iddiaçı arasında bağlanmış nikah pozulmasına baxmayaraq, iddiaçının atasının pulu ilə alınmış cehiz əşyalar cavabdehlərdə qalmışdır. Göründüyü kimi əşyaların ümumi dəyəri məhkəmə baxışının predmeti olmuş və məhkəmə aktının əsaslandırma hissəsində öz əksini tapmışdır. Cavabdehdən alınmalı olan əşyaların dəyəri məhkəmə aktı ilə müəyyən edilməsinə baxmayaraq, məhkəmə ## #### 2026-cı il tarixdə qətnamə qəbul edərkən, cavabdehdən tutulmalı olan əşyaları müəyyən etməsinə baxmayaraq, həmin əşyaların dəyərini qeyd etməmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərək qətnamənin təsviri-əsaslandırıcı hissəsində artıq müəyyən edilmiş əşyaların pul dəyərini (15.000 ABŞ dolları ekvivalentində 25.530 manat) qətnamənin nəticə hissəsinə daxil etməklə izah verməkdə haqlı olmuşdur. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, cavabdeh tərəfin şikayətində göstərdiyi "pulun verilməsini sübut edən sənədin olmaması, əşyaların birgə nikah dövründə alınması, 2019-cu ildən bu yana köhnəlməsi və dəyərdən düşməsi, habelə tərəflər arasında başqa məhkəmə mübahisələrinin (15.000 ABŞ dolları ilə bağlı) olması" barədə dəlillər məhkəmə qərardadından verilmiş izah proseduru üzrə apellyasiya şikayətinin predmeti ola bilməz. Cavabdehin qeyd etdiyi amillər məhz ##.##.2026-cı il tarixli əsas qətnamənin maddi-hüquqi mahiyyətinə aid məsələlərdir və cavabdeh tərəf həmin hüquqi dəlilləri əsas qətnamədən müəyyən olunmuş müddətdə və qaydada apellyasiya şikayəti verməklə mübahisələndirə bilər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qətnaməyə izah verilməsi ilə bağlı ərizəni təmin edərkən qətnamənin məzmununun dəyişdiriləmsinə, məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2(3-6)-3478/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3478/2026
06.08.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver