Məhkəmə qərarları › İş №e-2(3-6)-3585/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3585/2026

13.08.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3585/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə İddiaçı Cavabdeh QSC-yə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından Cavabdeh QSC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (iddiaçı) Cavabdeh QSC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, cavabdehdən ödənilməmiş əmək haqqına görə 200 448 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi ərizə təqdim edərək, mülki işin aidiyyət qaydalarına uyğun olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, ərizəsini onunla əsaslandırılmışdır ki, əmək müqaviləsində işəgötürən qismində qeyd olunmuş Xəzər Dəniz Neft Donanmasının ünvanı ünvan 1 Cavabdeh QSC-nin “AZCON” Holding tərəfindən təsdiq olunmuş nizamnaməsindən isə müəyyən olunur ki, Xəzər Dəniz Neft Donanması işəgötürən şəxs səlahiyyətinə malikdir, ayrıca bank hesabı var və AR ƏƏSMN ƏMAS sistemində bildirişləri daxil edir. Məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ## ##### 2026-cı il tarixində cavabdehə məxsus elektron kabinetə yerləşdirilmiş, cavabdehin nümayəndəsi tərəfindən qərardaddan şikayət isə ## ##### 2026-cı il tarixində verilmişdir. Məhkəmənin # ### 2026-cı il tarixli qərardadı ilə cavabdehin qərardaddan vermiş olduğu şikayət müddətin ötürülməsi və müddətin bərpasına dair ərizə təqdim edilməməsi əsası ilə geri qaytarılmışdır. Məhkəmənin # ### 2026-cı il tarixli qərardadından cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayət ## ### 2026-cı il tarixli qərardadla təmin edilmiş, məhkəmə qeyd etmişdir ki, cavabdehin təqdim etdiyi çıxarışdan, ## #### 2026-cı il tarixli qərardadın ## ##### 2026-cı il tarixdə elektron kabinetə daxil edildiyi aydın olmuşdur. Məhkəmənin ## ### 2026-cı il tarixli növbəti qərardadı ilə cavabdehin ## #### 2026-cı il tarixli qərardaddan vemiş olduğu şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia cavabdeh qismində cəlb edilmiş Cavabdeh QSC-nin hüquqi ünvanı üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə təqdim edilmiş, iddiaçı ilə əmək müqaviləsi də Cavabdeh QSC ilə bağlanmışdır. Beləliklə kollegiya hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə verilmiş və həmin məhkəmədə müvafiq mülki icraat başlanılmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397- 398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı mülki iş üzrə ## #### 2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Azad İmanov Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar