Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3978/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdehlər Cavabdeh, “xxxx” ASC-nə və Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə qarşı iddia tələblərinə dair mülki üzrə (Açar sözlər: icraata xitam, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, hüquqi müəyyənlik) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh, “xxxx” ASC-nə və Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə qarşı “uşağın saxlanması ilə bağlı çəkilmiş əlavə xərclərin bir hissəsi kimi 2024-2026-cı tədris illəri üzrə tərəfindən ödənilmiş təhsil haqqının 1/2 hissəsi Cavabdeh tutulub ona ödənilməsi, uşağın təhsil aldığı müddətdə yaranacaq təhsil və digər zəruri xərclərin aralarında bərabər bölüşdürülməsi, uşağın adına bank hesabında toplanmış pul vəsaitinə uşağın mənafeyi naminə sərəncam verməsinə icazə verilməsi, birgə nikah dövründə Cavabdeh adına əldə edilmiş səhmlər üzərində 1/2 hissədə payının müəyyən edilməsi, səhmlərin satışından əldə olunan pul vəsaitinin yarısının və həmin pul vəsaitinin ödənilməsinin gecikdirilməsi üçün illik 5% olmaqla hesablanmış faiz məbləğinin Cavabdeh, "xxxx" ASC-dən və Azərbaycan Respublikasının Milli Depozit Mərkəzindən müştərək qaydada tutulub ona ödənilməsi, məhkəmə xərclərinin cavabdehlərdən xeyrinə tutulması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı “cavabdehin səhmdar olduğu hüquqi şəxslərdəki səhmlərinin, həmin səhmlər üzrə dividendlərin, habelə digər gəlirlərin müəyyən edilərək onların 50 faizinin ona ödənilməsi” tələbləri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır.
2. Həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin ## ##### 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin aktı qanuni qüvvəsini almışdır.
3. Məhkəmələr sözügedən iddia tələbi ilə əlaqədar qeyd etmişlər ki, iddiaçı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
Birinci instansiya məhkəməsində başlanmış hazırkı icraat və qəbul olunmuş məhkəmə aktı
4. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ##.##.2017-ci il təvəllüdlü X1 ilə bağlı çəkilmiş əlavə xərclərin bir hissəsi kimi, 2024-2026-cı tədris illəri üzrə tərəfindən ödənilmiş 16 000 manat təhsil haqqının 1/2 hissəsi olan 8000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi; ##.##.2017-ci il təvəllüdlü X1 təhsil aldığı müddətdə yaranacaq təhsil və digər zəruri xərcləri aralarında bərabər bölüşdürülməklə Cavabdeh həmin xərclərin 50 faizinin ödənilməsi öhdəliyinin müəyyən olunması; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, ##.##.2017-ci il təvəllüdlü X1 adına “xxxx” QSC-də açılmış AZ**ACAB******************** nömrəli bank hesabında toplanmış pul vəsaitinə onun uşağın mənafeyi naminə sərəncam verməsinə icazə verilməsi; birgə nikah dövründə əldə edilmiş və Cavabdeh adına qeydə alınmış "xxxx” ASC-dəki səhmlərin dəyəri müəyyən edilməklə həmin səhmlər üzərində 1/2 hissədə onun payının müəyyən edilməsi, payına uyğun məbləğdə pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi və tərəfindən ödənilmiş 60 manat mediasiya xərcinin və 40 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbləri belə əsaslandırılmışdır ki, Kazımova (Əliyeva) Aydan Rizvan qızı Cavabdeh ilə birgə nikahda olmuş, nikahdan ##.##.2017-ci il təvəllüdlü X1 doğulmuş, sonradan tərəflərin nikahı pozulmuş və uşağın ananın yanında saxlanması qət edilmişdir. X3 nikah pozulduqdan sonra soyadını "Əliyeva” soyadına dəyişmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2018-ci il tarixli icra sənədi üzrə ##.##.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün ##.##.2017-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərin) ½ hissəsi miqdarında aliment Cavabdeh tutularaq X3 verilməli və həmin tutulan alimentin 50 faiz məbləği ##.##.2017-ci il təvəllüdlü X1 adına açılmış bank hesabına köçürülməlidir. Uşaq hazırda İddiaçı yanında qalmaqla bütün xərcləri onun tərəfindən qarşılanır. "xxxx” MMC-nin ## ###### 2026-cı il tarixli arayışından göründüyü kimi uşaq hazırda xxxxnin rus bölməsinin 2r sinfində təhsil alır. Həmin məktəb ilə İddiaçı arasında bağlanmış ## ##### 2024-cü il tarixli № **/*** saylı və ## ### 2025-ci il tarixli № **/*** saylı "təhsil xidmətinin göstərilməsi barədə” müqavilələrdən görünür ki, hər tədris ili üçün təhsil haqqı 8000 manat təşkil edir. İddiaçı tərəfindən ##.##.2024 - ##.##.2025-ci il tədris dövrü üzrə 8.000 manat; ##.##.2025 - ##.##.2026-cı il tədris dövrü üzrə 8.000 manat təhsil haqqı ödənişi edilmişdir (ödəniş qəbzlərinin surəti əlavə edilir). AR Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin ## ###### 2026-cı il tarixli, №** saylı Arayışından göründüyü kimi, İddiaçı həmin Universitetdə Sabah mərkəzində "Tədbirlərin təşkili və kommunikasiyalar üzrə menecer” vəzifəsində işləyir və ona faktiki ödənilən əmək haqqı 1503.8 manat təşkil edir. Qeyd edilməlidir ki, Cavabdeh tərəfindən uşağın saxlanması üçün aliment məbləği İddiaçı ödənildikcə İddiaçı həmin məbləğin 50% hissəsini hər ay “xxxx” QSC-də uşağın adına açılmış bank hesabına köçürmüşdür. “xxxx” QSC tərəfindən verilmiş OUT- 2026/02/06-117 № ****** saylı Arayışdan və ona əlavə edilmiş Hesabdan Çıxarışdan göründüyü kimi, AZ**ACAB******************** nömrəli bank hesabında ##.##.2020- ci ildən ##.##.2026-cı il tarixinədək dövriyyələr üzrə 28,173.21 AZN pul vəsaiti vardır. (Mədaxil: 28,173.21 AZN; Məxaric:0.00). Hazırkı halda uşağın ödənişli əsaslarla təhsil alması onun inkişafı və mənafeyi baxımından zəruri olmaqla, bu xərclər Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən əlavə xərclər hesab edilməlidir. Bu səbəbdən həmin xərclərin valideynlər arasında bərabər bölüşdürülməsi zəruridir. Bundan əlavə, qanuni qüvvədə olan məhkəmə aktına əsasən alimentin 50 %-i uşağın mənafeyi üçün bank hesabına köçürülməlidir. Bu da həmin vəsaitlərdən uşağın real ehtiyacları, o cümlədən təhsil xərcləri üçün iddiaçı tərəfindən istifadə olunmasını mümkünsüz edir. Halbuki aşağıda istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli, № *-*/**** saylı Qərarı belə vəsaitlərə uşağın mənafeyi naminə sərəncam verilməsinə imkan verir. Uşağın bütün xərclərinin (təhsil və digər) qarşılanması aylıq 1503.8 manat əmək haqqı alan iddiaçı (ana) üçün çətinlik yaradır. Bu səbəbdən uşağın təhsil aldığı müddətdə təhsil xərcləri tərəflər arasında bərabər bölünməli, iddiaçı tərəfindən uşağın 2 təhsil ili üzrə ödənilmiş 16.000 manat pul vəsaitinin yarısı - 8.000 manat cavabdeh tərəfindən iddiaçıya ödənilməli, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə iddiaçının istəyi ilə sərəncam verilməsi mümkün olmalıdır. İddiaçıya məlum olmuşdur ki, cavabdeh birgə nikahları dövründə “xxxx” ASC-də səhmdar olmuşdur. Azərbaycan RespublikasıVergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin ## ###### 2018-ci il tarixli, ***/************ saylı məktubu ilə bildirilmişdir ki, Cavabdeh “xxxx” ASC-nin (VÖEN: **********) səhmdarıdır. Azərbaycan Milli Depozit Mərkəzinin ##.##.2018-ci il tarixli **/**-*** saylı məktubu ilə Bakı şəhəri ** saylı Hüquq Məsləhətxanasına “Kommersiya sirri haqqında” Qanuna istinad edilərək, məlumat verilməsindən imtina edilmişdir. Azərbaycan Milli Depozit Mərkəzinin ##.##.2018-ci il tarixli,**** saylı məktubu ilə Bakı Apellyasiya Məhkəməsinə bildirilmişdir ki, Milli Depozit Mərkəzinin uçot sistemində Cavabdeh adına “xxxx” ASC üzrə heç bir qiymətli kağız mövcud deyil. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məktubunun verilməsindən keçən 9 ay müddətində Cavabdeh səhmləri özgəninkiləşdirə bilərdi. Bu səbəbdən Cavabdeh əvvəllər səhmlərinin olub-olmaması, olduğu təqdirdə isə hansı tarixdə özgəninkiləşdirilməsi barədə məlumat və müvafiq sənədlər (alqı-satqı və s. müqavilələr) əldə edilməsinə zəRurət yarandığından aliment tələbinə dair icra işinin icraatında iddiaçı tərəfindən Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə ## #### 2026-cı il tarixli, №**** saylı ərizə ilə müraciət edilərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin ## ###### 2018-ci il tarixli məktubu təqdim edilməklə, Milli Depozit Mərkəzinə sorğu verilərək, Cavabdeh “xxxx” ASC-nin səhmlərini hansı tarixdə əldə etməsi və hansı tarixdə özgəninkiləşdirməsi barədə məlumatların və müvafiq sənədlərin surətlərinin (alqı-satqı, bağışlama və s.) tələb edilməsi; “xxxx” ASC-yə təkrar sorğu göndərilərək, Cavabdeh real gəlirləri (əmək haqqı, bonus və s.) barədə məlumat tələb edilməsi və doğru məlumat verilməməsinə görə məsuliyyət daşıması barədə xəbərdarlıq edilməsi; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinə sorğu göndərilərək, Cavabdeh # #### 2016-cı il tarixdən hazırkı tarixədək "xxxx” ASCdəki və digər hüquqi şəxslərdəki səhmlərin və iştirak paylarının, daşınmaz əmlaklarla bağlı bağladığı bütün əqdlər barədə məlumatların tələb edilməsi - xahiş edilmişdir. Ərizə əsasında Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin ## #### 2026-cı il tarixli, № ******/**-**/** saylı məktubları ilə sözügedən məlumatların təqdim edilməsi qeyd edilən orqanlardan tələb edilmişdir. "xxxx” ASC- nin internet səhifəsindən də görünür ki, Cavabdeh "xxxx” ASC-nin Müşahidə Şurasının sədridir. Bu səbəbdən "xxxx” ASCtərəfindən təqdim edilmiş aşağıda qeyd edilmiş məktubda Cavabdeh əmək haqqısının 2179.50 manat olmasına dair məlumat həqiqəti əks etdirmir. Bankların müşahidə şuralarının sədrlərinin dəfələrlə çox əməkhaqqı alması hamıya məlumdur. "xxxx” ASC-nin ## #### 2026-cı il tarixli, № **** saylı məktubu ilə Nərimanov Rayon İcra Şöbəsinə bildirilmişdir ki, "Səhmdarlar barədə məlumat kommersiya sirri olmaqla, həmin məlumatın hazırkı icra sənədi (alimentin tutulması) əsasında təqdim edilməsi hüquqi cəhətdən düzgün deyildir. Buna baxmayaraq, Cavabdeh Bankın səhmdarı deyil və aliment tələb edildiyi 2017-ci ildən etibarən hazırkı tarixədək Bankda dividend almamışdır. Bu məsələ barədə məlumatlar Bakı Apellyasiya Məhkəməsinin araşdırması zamanı tələb edilmiş və həmin məlumatlar məhkəməyə təqdim edilmişdir. Həmçinin Cavabdeh X6 sədri vəzifəsində çalışır və məlumat tələb edildiyi tarixdən hazıradək vergilər və icbari ödənişlər tutulduqdan sonra aylıq əmək haqqı 2179.50 manat təşkil edir.s Məlumat tələb edilən dövr ərzində Cavabdeh Bankdan əlavə əmə haqqı, bonus, mükafat və s. formada gəlir əldə etməmişdir.” Milli Depozit Mərkəzi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsi tərəfindən isə İcra Şöbəsinin sorğusuna hələ münasibət bildirilməmişdir. İddiaçı tərəfindən hazırkı iddia tələblərinə dair ailə münasibətləri üzrə mübahisənin mediasiya vasitəsilə həll edilməsinə cəhd edilmişdir. Bakı * saylı Mediasiya Təşkilatının ##.##.2026-cı il tarixli, MŞB/*-***** nömrəli Arayışından görünür ki, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi mümkün olmamışdır və iddiaçı tərəfindən 50 manat - İMS xərci; 10 manat kargüzarlıq xərci ödənilmişdir.
6. Sonradan iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlanaraq, ##.##.2017-ci il təvəllüdlü X1 ilə bağlı çəkilmiş əlavə xərclərin bir hissəsi kimi 2024- 2026-cı tədris illəri üzrə tərəfindən ödənilmiş 16 000 manat təhsil haqqının 1/2 hissəsi olan 8000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi, ##.##.2017-ci il təvəllüdlü X1 təhsil aldığı müddətdə yaranacaq təhsil və digər zəruri xərclərinin aralarında bərabər bölüşdürülməklə Cavabdeh Kazın oğlunun həmin xərclərin 50 faizinin ödənilməsi öhdəliyinin müəyyən olunması, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3- cü maddəsinə əsasən, ##.##.2017-ci il təvəllüdlü X1 adına "xxxx" QSC-də açılmış AZ**ACAB******************** nömrəli bank hesabında toplanmış pul vəsaitinə ona uşağın mənafeyi naminə sərəncam verməsinə icazə verilməsi, birgə nikah dövründə Cavabdeh adına əldə edilmiş “xxxx" ASC-dəki nominal dəyəri 1082 manat olan 463 ədəd səhm üzərində 1/2 hissədə onun payının müəyyən edilməsi, səhmlərin satışından əldə olunan 500 966 manat pul vəsaitinin yarısı olan 250 483 manatın və həmin pul vəsaitinin ödənilməsinin 8 il 4 ay gecikdirilməsi üçün illik 5% olmaqla hesablanmış faiz məbləği 104 368 manat olmaqla, cəmi 354 851 AZN pul vəsaitinin Cavabdeh, "xxxx" ASC-dən və Azərbaycan Respublikasının Milli Depozit Mərkəzindən müştərək qaydada tutularaq ona ödənilməsi, tərəfindən ödənilmiş 60 manat mediasiya xərcinin, 40 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi və tərəfindən ödənilmiş 644,85 AZN dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin # #### 2026-cı il tarixli, 6-1-1/2- ***/**** saylı cavab məktubu ilə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə bildirilmişdir ki, "...Müraciətinizə cavab olaraq bildiririk ki, ##.##.2016-cı il tarixində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən emissiya olunaraq Cavabdeh tərəfindən əldə edilmiş nominal dəyəri 1982 (bir min səksən iki) manat olan 463 (dörd vüz altmış üç) ədəd səhm ##.##.2018-ci il tarixində alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir." Tərəflər 0# #### 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. 2017-ci ilin yay aylarında tərəflərin nikah münasibətləri faktiki pozulmuş və həmin vaxtdan etibarən tərəflər birgə yaşamırdılar. 2017-ci ilin oktyabr ayında tərəflərin övladı anadan olmuşdur. 2017-ci ilin dekabr ayından etibarən iddiaçı nikahın pozulması və s. tələbə dair məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, tərəflərin birgə nikahları dövründə cavabdehin adına "xxxx” ASC-də səhmlər əldə edilmiş və nikahları faktiki pozulduqdan sonra, yəni nikahları rəsmi qaydada pozulmamışdan əvvəl cavabdeh tərəfindən özgəninkiləşdirilmişdir. Səhmlərin özgəninkiləşdirilməsindən iddiaçının məlumatı olmamış və yazılı razılıq verməmişdir. Nikah münasibətləri faktiki pozulduğu vaxtda iddiaçının səhmlərin özgəninkiləşdirilməsinə şifahi qaydada razılıq verməsindən isə söhbət gedə bilməz. Ümumiyyətlə cavabdehin adına səhm əldə edilməsindən iddiaçının məlumatı olmamışdır. Halbuki, səhmlərin özgəninkiləşdirilərkən cavabdehin nikahda olması faktı "xxxx" ASC, həm də Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən yoxlanılmalı, arvadının razılığının olub-olmaması araşdırılmalı idi. Tərəflər arasında əvvəllər olmuş məhkəmə mübahisəsi zamanı cavabdeh hüquqi şəxslər tərəfindən Cavabdeh adına qiymətli kağız mövcud olmadığı bildirilmişdir. Bununla da hazırkı iddia tələbinə iddia müddətinin tətbiq edilməli olmasından da söhbət gedə bilməz. Belə ki, "xxxx" ASC-nin vəkil sorğusuna cavab olaraq ## #### 2018-ci il tarixli № *** saylı cavab məktubu ilə bildirilmişdir ki, "Cavabdeh “xxxx” ASC-nin səhmdarı deyildir." Həmçinin "xxxx" ASC-nin ## #### 2026-cı il tarixli məktubu ilə Nərimanov Rayon İcra Şöbəsinə bildirilmişdir ki, "Səhmdarlar barədə məlumat kommersiya sirri olmaqla, həmin məlumatın hazırkı icra sənədi (alimentin tutulması) əsasında təqdim edilməsi hüquqi cəhətdən düzgün deyildir. Buna baxmayaraq Cavabdeh Bankın səhmdarı deyil və aliment tələb edildiyi 2017-ci ildən etibarən hazırkı tarixədək Bankda dividend almamışdır. Bu məsələ barədə məlumatlar Bakı Apellyasiya Məhkəməsinin araşdırması zamanı tələb edilmiş və həmin məlumatlar məhkəməyə təqdim edilmişdir. Cavabdeh X6 sədri vəzifəsində çalışır və məlumat tələb edildiyi tarixdən hazıradək vergilər və icbari ödənişlər tutulduqdan sonra aylıq əmək haqqı 2179.50 manat təşkil edir. Məlumat tələb edilən dövr ərzində R.K. Kazımov Bankdan əlavə əmə haqqı, bonus, mükafat və s. formada gəlir əldə etməmişdir." Göründüyü kimi Cavabdeh tərəflərin birgə nikahları dövründə səhm əldə etmə və satma faktı hal-hazırda da gizlədilir. Bu səbəbdən iddiaçının ümumiyyətlə bu barədə məlumatlı olması mümkün deyildi. Birgə nikah dövründə əldə edilmiş və cavabdeh Cavabdeh adına qeydə alınmış "xxxx" ASC-dəki səhmlərin iddiaçının məlumatı və razılığı olmadan özgəninkiləşdirilməsi nəticəsində cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ aşağıdakı kimi hesablanmalıdır: 1) Səhmlərin satışından əldə olunan vəsait: 1082 səhm x 463500 966 AZN; İddiaçının payına düşən hissə: 500 966:2-250483 AZN; 2) 250 483 AZN ödənilməsinin 8 il 4 ay gecikdirilməsi üçün illik 5% olmaqla hesablanmış faiz məbləği: 250 483: 100 x 5 x 8 il 4 ay = 104 368 AZN: Cəmi: 354 851 AZN (250 483 +104 368).
8. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “xxxx” ASC-dəki səhmlər üzərində payın müəyyən edilməsi və satışından əldə olunmuş pul vəsaitinin yarısının tutulması” tələbinə dair hissədə işin icraatına xitam verilməsi qərara alınmışdır.
9. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının “cavabdehin səhmdar olduğu hüquqi şəxslərdəki səhmlərinin, həmin səhmlər üzrə dividendlərin, habelə digər gəlirlərin müəyyən edilərək onların 50 faizinin ona ödənilməsi” tələbinə mahiyyəti üzrə hüquqi qiymət verilmiş, həmin hissədə iddia təmin edilməmişdir. Hazırkı iddia üzrə də iddiaçı birgə nikah dövründə cavabdehin adına əldə edilmiş "xxxx” ASC-dəki səhmlərdən irəli gələn əmlak hüquqlarının bölünməsini və həmin səhmlərin özgəninkiləşdirilməsindən əldə olunduğu iddia edilən pul vəsaitinin yarısının onun xeyrinə tutulmasını tələb edir. Beləliklə, hər iki iş üzrə tərəflər, mübahisənin predmeti və hüquqi əsas eynidir. İddiaçının hazırda Milli Depozit Mərkəzindən əldə edilmiş məlumata istinad etməsi isə mübahisənin predmetini və hüquqi əsasını dəyişdirmir, yalnız əvvəlki iddia üzrə sübut bazasının genişləndirilməsinə xidmət edir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğu halda eyni tələb üzrə yeni iddia irəli sürülməsi hüquqi müəyyənlik prinsipi ilə uzlaşmır.
10. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 82.3-cü, 233.3-cü və 261.0.2-ci maddəsinə istinad etmişdir.
11. Həmin qərardaddan iddiaçının nümayəndəsinin (vəkilinin) verdiyi şikayət məhkəmənin ## ###### 2026-cı il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
12. Şikayət aşağıda göstərildiyi kimi əsaslandırılmışdır: “Məhkəmə tərəflər arasında əvvəllər olmuş məhkəmə mübahisəsi üzrə qəbul edilmiş məhkəmə aktlarına (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2019-cu il tarixli qətnaməsi) istinad edərək, hər iki iş üzrə tərəflərin, mübahisənin predmetinin və əsasların eyni olması qənaətinə gəlib. Məhkəmə qeyd edib ki, "İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçının cavabdehin səhmdar olduğu hüquqi şəxslərdəki səhmlərinin, həmin səhmlər üzrə dividendlərin, habelə digər gəlirlərin müəyyən edilərək onların 50 faizinin iddiaçıya ödənilməsi barədə tələbinə mahiyyəti üzrə hüquqi qiymət verilmiş, həmin hissədə iddia təmin edilməmişdir. Qətnamədə göstərilmişdir ki, məhkəmə iddia tələbini "fiziki şəxs qismində birgə nikah dövründə sahibkarlıq fəaliyyəti nəticəsində əldə olunmuş gəlirinin, eyni zamanda səhmdar olduğu hüquqi şəxslərdəki səhmlərinin (qiymətli kağızlar və s.) eləcə də əldə olunmuş dividentlərinin və cavabdehin adına banklarda açılmış, birgə nikah dövrü ərzində (iddiaçıdan gizlədilmiş) depozit hesablarındakı pul vəsaitlərindən əldə olunmuş gəlirinin müəyyən edilməsi və əldə olunmuş əmlakların (səhmlərin, dividentlərin, gəlirlərin və s. qiymətli kağızların) 50%-nin iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı iddia tələbinin qeyd olunan hissəsi ilə əlaqədar hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2019-cu il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir.” Məhkəmə tərəflər arasında əvvəllər olmuş yuxarıda qeyd edilən məhkəmə işi üzrə qəbul edilmiş məhkəmə qətnamələrinə istinad etsə də, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2018-ci il tarixli qərardadına münasibət bildirməmişdir. Halbuki, həmin qərardad hazırkı iş üzrə iş materiallarındadır. Həmin qərardad məhkəməyə elektron qaydada yüklənmiş ## #### 2026-cı il tarixli mülahizələrdə istinad edilərək, qoşmaya əlavə edilməklə məhkəməyə təqdim edilmişdir. Belə ki, əvvəlki məhkəmə mübahisəsi zamanı X3 tərəfindən məhkəməyə vəsatət verilərək, digər məlumatlarla yanaşı AR Milli Depozit Mərkəzindən cavabdehin "xxxx” ASC-də olan səhmlərinin miqdarı barədə məlumat əldə edilməsi xahiş edilmişdi. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2018-ci il tarixli qərardadı ilə cavabdehin "xxxx” ASC-də olan səhmlərinin və illər üzrə həmin səhmlərə görə aldığı dividendlər barədə "xxxx” ASC-dən; cavabdehin "xxxx” ASC-də olan səhmlərinin miqdarı barədə AR Milli Depozit Mərkəzindən məlumat götürülməsi və s. qərara alınmışdır. Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin Bakı Apellyasiya Məhkəməsinə olan ##.##.2018-ci il tarixli, №**** saylı cavab məktubunda bildirilmişdir ki, "...Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2018-ci il tarixli, *(***)-*****/**** nömrəli qərardadın icrası ilə bağlı bildirilir ki, MDM-in uçot sistemində Cavabdeh adında "xxxx”ASC üzrə heç bir qiymətli kağızları mövcud deyil.” "xxxx” ASCnin vəkil sorğusuna cavab olaraq ## #### 2018-ci il tarixli, №*** saylı məktubu ilə bildirilmişdir ki, "...Cavabdeh xxxx ASC-nin səhmdarı deyildir....” Göründüyü kimi, əvvəlki məhkəmə mübahisəsi zamanı cavabdehin "xxxx” ASC-də səhmdar olması faktı naməlum səbəblərdən "müəyyən olunmamışdır” və səhmlərin özgəninkiləşdirilməsi faktı gizlədilmişdir. Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin # #### 2026-cı il tarixli, *-*-*/*-***/**** saylı cavab məktubu ilə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə bildirilmişdir ki, "...Müraciətinizə cavab olaraq bildirilib ki, ##.##.2016-cı il tarixində "xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən emissiya olunaraq Cavabdeh tərəfindən əldə edilmiş nominal dəyəri 1082 manat olan 463 ədəd səhm ##.##.2018-ci il tarixində alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir.” Yalnız bu məktubdan sonra iddiaçı cavabdehlə birgə nikah dövründə cavabdehin adına səhmlər əldə edilərək özgəninkiləşdirilməsini bilmişdir. "Əvvəlki məhkəmə mübahisəsi üzrə iddiaçının iddia tələbinin qeyd olunan hissəsi ilə əlaqədar hər hansı sübutu məhkəməyə təqdim edə bilməməsi”ni "əsas” kimi göstərən məhkəmə nəzərə almamışdır ki, əvvəlki məhkəmə işi zamanı iddiaçının "sübutların tələb edilməsi barədə” vəsatəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən qismən təmin edilmiş və məhkəmə qərardadı əsasında sübutlar tələb edilmişdir. Məhkəmə qərardadına münasibətdə "MDM-in uçot sistemində Cavabdeh adında "xxxx” ASC üzrə heç bir qiymətli kağızları mövcud deyil” bildirilmişdisə və bunun əsasında cavabdehin adına səhm əldə olunmadığı müəyyən edilmişdisə, sonradan MDM-in məktubu ilə cavabdehin adına birgə nikah dövründə səhmlər əldə edilib özgəninkiləşdirildiyi bildirilirsə, bu zaman MPM-in 261.0.2-ci maddəsində nəzərdə tutulan "eyni tərəflər, eyni predmet” şərti ödənilsə də, "eyni əsaslar” şərti ödənilmir. Beləliklə, əvvəlki məhkəmə mübahisəsi zamanı həm məhkəmənin tələb etdiyi rəsmi məlumatlarda, həm də bankın təqdim etdiyi cavablarda cavabdehin "xxxx” ASC-nin səhmdarı olmadığı göstərilmiş, nəticədə məhkəmə həmin rəsmi məlumatlara əsaslanaraq səhmlərin mövcud olmaması qənaətinə gəlmişdir. İddiaçının həmin vaxt səhmlərin əldə edilməsi və sonradan özgəninkiləşdirilməsi barədə hər hansı sübut təqdim edə bilməməsi onun prosessual hərəkətsizliyi ilə deyil, məhz məhkəmənin sorğularına verilmiş rəsmi cavablarda bu faktın inkar edilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsinin "Milli Depozit Mərkəzindən əldə edilmiş yeni məlumat yalnız sübut bazasının genişləndirilməsinə xidmət edir" qənaəti işin faktiki hallarına uyğun deyildir. Çünki söhbət əvvəllər mövcud olduğu bilinən, lakin sübut olunmayan faktın təsdiqindən deyil, əvvəlki məhkəmə baxışı zamanı həm bank, həm də Milli Depozit Mərkəzi tərəfindən rəsmi şəkildə inkar edilmiş hüquqi faktın sonradan təsdiq edilməsindən gedir. Belə olan halda, hazırkı iddianın hüquqi əsası əvvəlki iddianın hüquqi əsası ilə eyni hesab edilə bilməz. Buna görə də MPM-in 261.0.2-ci maddəsində nəzərdə tutulmuş "eyni əsaslar üzrə” meyarı mövcud olmadığından, iş üzrə icraata xitam verilməsi üçün qanuni əsas yaranmamışdır. Birinci instansiya məhkəməsi MPM-in 261.0.2-ci maddəsini formal qaydada tətbiq etmiş, "eyni əsaslar” anlayışının hüquqi məzmununu düzgün müəyyən etməmişdir. Mülki prosessual hüququn ümumi prinsiplərinə və məhkəmə təcrübəsinə görə iddianın əsası dedikdə iddiaçının öz tələbini əsaslandırdığı faktiki hallar başa düşülür. Əgər sonradan iddianın əsasını təşkil edən yeni hüquqi əhəmiyyətli faktlar məlum olursa və həmin faktlar əvvəlki məhkəmə araşdırmasının predmeti olmayıbsa, belə mübahisə MPM-in 261.0.2-ci maddəsi ilə eyniləşdirilə bilməz. Hazırkı işdə əvvəlki məhkəmə baxışı zamanı məhkəmənin sorğusu əsasında həm "xxxx" ASC, həm də Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi cavabdehin həmin bankın səhmdarı olmadığını bildirmişdir. Məhkəmə də məhz bu rəsmi məlumatlara əsaslanaraq iddiaçının həmin hissədə tələblərini təmin etməmişdir. Lakin Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin ##.##.2026-cı il tarixli məktubu ilə müəyyən edilmişdir ki, cavabdeh ##.##.2016-cı il tarixində "xxxx" ASC-nin 463 ədəd səhmini əldə etmiş, həmin səhmləri isə ##.##.2018-ci il tarixində özgəninkiləşdirmişdir. Cavabdehin adına sonradan səhm olması və özgəninkiləşidirilməsi halı əvvəlki iş üzrə nə araşdırılmış, nə də məhkəmə tərəfindən hüquqi qiymətləndirilmişdir. Buna görə də hazırkı iddia əvvəlki işlə eyni əsaslara söykənmir və MPM-in 261.0.2-ci maddəsinin tətbiqi üçün zəruri olan "eyni əsaslar” şərti mövcud deyildir. Belə olan halda, hazırkı mübahisə əvvəlki işlə eyniləşdirilə bilməz və iş üzrə icraata xitam verilməsi MPM- in 261.0.2-ci maddəsinin tələblərinə uyğun hesab edilə bilməz. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hazırda mübahisələndirilən qərardadında həm MPM-in 82.3cü maddəsinə, həm də həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2016-cı il tarixli Qərarına istinad edib. Halbuki, həmin maddədə qeyd edilən "başqa məhkəmə prosesində mübahisələndirilməyən və yenidən sübut edilməyən” faktlar bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar olmalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, "...Başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar hesab olunur. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə xidmət edir.” Əvvəlki məhkəmə işi üzrə isə səhmlərin cavabdehin adına qeydə alınması və sonradan özgəninkiləşdirilməsi faktı müəyyən olunmamış, bu fakt gizlədildiyindən məhkəmə qərardadı əsasında da əldə edilə bilməmişdir. Bu səbəbdən həmin hal müəyyən olunmamış faktdır və preyudisial faktlar hesab olunması istisna olunur. "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ## ###### 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, "...iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını isə irəli sürülən tələblərin əsaslandırıldığı faktlar (iddianın faktiki əsası), eləcə də istinad olunan hüquq normaları (iddianın hüquqi əsası) təşkil edir. İddiaçı ərizəsində tələbinin faktiki əsasını qeyd etməyə borcludur (MPM, m. 149.2.3), hüquqi əsasını isə göstərməkdə isə sərbəstdir. Çünki, tələbin qanuni əsasını yoxlamaq, onun haqlı bir hüquqi əsasa söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıdığı üçün tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn "da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə əsaslanır...” Qeyd edilənlərdən göründüyü kimi, hazırkı iş üzrə iddia tələbinin səhmlərlə bağlı hissəsi üzrə tərəflər arasında olmuş əvvəlki məhkəmə qətnaməsi preyudisial qətnamə kimi qiymətləndirilə bilməz, çünki həmin vaxt işə baxmış məhkəmə tərəfindən cavabdehin adına səhmlərin olması və özgəninkiləşdirilməsi faktı müəyyən edilməmiş və həmin hal iddiaçıya və sübutların təmin edilməsi üzrə müvafiq hərəkətlər etmiş məhkəməyə məlum olmadığı üçün həmin fakta qiymət verilməmişdir. Məhkəmə həmçinin MPM-in 233.3-cü maddəsinə istinad edərək, qeyd edib ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Halbuki, hazırkı iddia tələbinin qeyd edilən hissəsi yuxarıda qeyd edilənlərə əsasən eyni əsas üzrə yenidən irəli sürülən iddia tələbi deyildir. Məhkəmə yuxarıdakı bəndlərdə qeyd edilən pozuntulara yol verməklə iddia tələbinin səhmlərlə bağlı hissəsində mülki işin icraatına xitam verərkən tərəflər arasında əvvəllər baxılmış mülki iş üzrə əsasın hazırkı iş üzrə əsasla eyni olmaması istiqamətində araşdırma aparmayıb, hazırkı iddia tələbinin əsasını təşkil edən faktların əvvəlki mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar olmamasını və hazırkı iddia tələbinin qeyd edilən hissəsinin əvvəllər baxılmış məhkəmə işi üzrə eyni əsas üzrə yenidən irəli sürülən iddia tələbi olmadığını aydınlaşdırmamışdır”.
Apellyasiya baxışı, izahatlar
13. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.
15. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
16. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Apellyasiya baxışının həddi
17. Hazırkı şikayət üzrə birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Məhkəmə kollegiyasının mövqeyi
18. Baxılan şikayət üzrə yaranmış fikir ayrılığı MPM-nin 261.0.2-ci maddəsinin tətbiqi ilə bağlıdır.
19. Qeyd edilməlidir ki, iş üzrə icraata xitam verilməsi şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, verilmiş iddia üzrə icraata MPM-nin göstərilən maddəsi əsasında xitam verilməsi zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olub-olmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia üzrə icraat davam etdirilməlidir.
20. MPM-nin 261.0.2-ci maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, İddiaçı Cavabdeh qarşı “xxxx” ASC-dəki səhmlər üzərində payın müəyyən edilməsi və satışından əldə olunmuş pul vəsaitinin yarısının tutulması” tələbi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli qətnaməsinin aid olduğu işdə tərəflər, iddianın predmeti, habelə iddianın əsasları eyni olsun.
21. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur.
22. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.
23. İşdən görünür ki, İddiaçı Cavabdeh qarşı “xxxx” ASC-dəki səhmlər üzərində payın müəyyən edilməsi və satışından əldə olunmuş pul vəsaitinin yarısının tutulması” tələbi üzrə iddianın predmeti, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli qətnaməsinin aid olduğu işin predmeti ilə eynilik təşkil edir.
24. Belə ki, hazırkı iddiada həmçinin “səhmlərin satışından əldə olunmuş pul vəsaitinin yarısının tutulması” tələbi irəli sürülsə də, hər iki iddianın predmeti məhz “birgə nikah dövründə əldə olunmuş əmlak üzərində hüququn tanınması”ndan ibarətdir – hansı ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli qətnaməsinin aid olduğu işdə həmin tələb təmin olunmamışdır.
25. Beləliklə, İddiaçı Cavabdeh qarşı “xxxx” ASC-dəki səhmlər üzərində payın müəyyən edilməsi və satışından əldə olunmuş pul vəsaitinin yarısının tutulması” tələbi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli qətnaməsinin aid olduğu işdə tərəflər, iddianın predmeti, habelə əsasları eynidir.
26. Bununla yanaşı kollegiya qeyd edir ki, müvafiq nəticə iddiaçının məhz Cavabdeh qarşı “xxxx” ASC-dəki səhmlər üzərində payın müəyyən edilməsi və satışından əldə olunmuş pul vəsaitinin yarısının tutulması” tələbi ilə bağlıdır; bu nəticə iddiaçının digər tələblərinə mahiyyəti üzrə baxılmasına maneə törətmir. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-
27. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası 398, 405-ci
QƏRARA ALDI:
Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(*-**)-****/**** saylı iş üzrə ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan İddiaçı tərəfindən, qərardad ona rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Səadət Səlimova
Azad İmanov