Məhkəmə qərarları › İş №e-2(3-6)-4099/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4099/2026

02.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4099/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı (nümayəndəsi-vəkili) tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment və əlavə xərclərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda Cavabdeh cavabdeh İddiaçı qarşı “nikahın pozulması, əmlak və uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı İddiaçı nümayəndəsi-vəkili vəkil2 İmaməddin qızı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə (əmlak və s.) ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbinin həcminin artırılmasına dair ərizə qismən icraata qəbul edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22-ci maddəsinə əsasən nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlər aşağıdakılardır: Ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. İddia tələbi həcminin artırılması barədə ərizənin birinci bəndindəki tələb iddiaçıya məxsus əmlakların cavabdehdən alınıb ona qaytarılmasından ibarətdir. Məhkəmə hesab edir ki, həmin tələb nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlər siyahısına aid deyildir. Buna görə də ərizə həmin hissədə icraata qəbul edilməməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi həcminin artırılması barədə ərizə qismən icraata qəbul edilməli, “birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən mənzilə dair ipoteka ödənişlərinin, yəni birgə nikah dövründə və birgə ailə şəraitində yaşadıqları 2024-cü ilin may ayından 2026-cı il mart ayınadək ödənilmiş, cəmi 21995,08 (iyirmi bir min doqquz yüz doxsan beş manat səkkiz qəpik) manatın yarısı 10997,54 (on min doqquz yüz doxsan yeddi manat əlli yeddi qəpik) manat məbləğində pulun cavabdehdən (qarşılıqlı iddiaçıdan) alınaraq iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdehə) ödənilməsi, birgə nikah dövründə Cavabdeh tərəfindən “xxxx” ASC-dən ##.##.2024-cü il tarixli 24 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə götürülmüş 10000 (on min) manat məbləğində kreditin yarısının, yəni 5000 (beş min) manat məbləğində pulun cavabdehdən (qarşılıqlı iddiaçıdan) alınaraq iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdehə) ödənilməsi, iddiaçı ilə cavabdehin birgə nikahlarından dünyaya gələn ##.##.2025-ci il təvəllüdlü X1 adlı uşağın saxlanılması üçün cavabdeh Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment, həmçinin ##.##.2025-ci il təvəllüdlü X1 3 yaşına çatanadək əlavə 300 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilməsi” hissəsində ərizə icraata qəbul edilməli, iddiaçıya məxsus əmlakların cavabdehdən alınıb ona qaytarılması hissəsində isə icraata qəbul edilməməlidir. İddiaçı İddiaçı nümayəndəsi-vəkili vəkil2 İmaməddin qızı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından şikayət vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənədək iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Qanunverici bununla iddiaçının məhkəmə baxışı davam etdiyi müddətdə öz tələbinin həcmini dəyişdirmək imkanını müəyyən etmişdir. Lakin MPM-nin həmin normasında və digər müvafiq normalarında iddia tələbinin həcminin artırılması barədə ərizənin bir hissəsinin icraata qəbul edilməsi, digər hissəsinin isə icraata qəbul edilməməsi formasında ayrıca prosessual institut nəzərdə tutulmamışdır. Digər tərəfdən, MPM-in 169.1-ci maddəsinə əsasən hakim tələblərə ayrıca baxılmasını məqsədəuyğun hesab edərsə, tələblərdən birini və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır. Deməli, qanunverici bir neçə tələbin mövcudluğu halında onların birgə baxılmasını və zərurət yarandıqda həmin tələblərdən birinin və ya bir neçəsinin ayrıca icraata ayrılmasını mümkün hesab etmişdir. Bu iki prosessual mexanizm bir-birindən fərqləndirilməlidir. İddia tələbinin bir hissəsinin ümumiyyətlə icraata qəbul edilməməsi ilə icraata qəbul edilmiş tələbin sonradan ayrıca icraata ayrılması eyni hüquqi nəticə doğurmur. Birinci instansiya məhkəməsi iddiaçının ərizəsində göstərilən tələbləri ayrıca qiymətləndirməli, həmin tələblərin ilkin iddia ilə əlaqəsini və onların MPM-in 53-cü maddəsinin mənasında iddia tələbinin həcminin artırılması olub-olmadığını müəyyən etməli idi. Əgər məhkəmə əlavə tələblərin ayrıca baxılmasını məqsədəuyğun hesab edirdisə, MPM-in 169.1-ci maddəsində nəzərdə tutulmuş qaydada onları icraata qəbul etdikdən sonra ayrıca icraata ayırmaq məsələsini həll edə bilərdi. Beləliklə, birinci instansiya məhkəməsinin ərizəni formal olaraq “qismən icraata qəbul etməsi”, digər hissədə isə icraata qəbul etməməsi barədə nəticəsi qanunla müəyyən edilmiş prosessual mexanizmə uyğun hesab edilə bilməz. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi bu məsələləri ilk dəfə mahiyyəti üzrə həll etməklə birinci instansiya məhkəməsinin səlahiyyətlərini əvəz etməməlidir. Bu səbəbdən iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən, hazırki iş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402.2-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ləğv edilsin. İddiaçı İddiaçı nümayəndəsi-vəkili vəkil2 İmaməddin qızının iddia tələbinin həcminin artırılmasına dair ərizəsinin icraata qəbulunun mümkünlüyü məsələsinə yenidən baxılması üçün (qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar