Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-1103/2026 10.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İlk iddia üzrə ddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı cehiz əşyalarının çıxarılması və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qızıl-zinət əşyaları tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadından qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı cehiz əşyalarının yaşayış sahəsindən çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh İddiaçı qarşı qızıl-zinət əşyalarının qaytarılması, həmin əşyalar olmadığı təqdirdə isə onların dəyərinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı cehiz əşyalarının yaşayış sahəsindən çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qətnamə qəbul edilmsini xahiş etmişdir. Həmin iddia tələbinə qarşı etiraz ərizəsi təqdim etmişdir. Lakin ilkin iddianın tamamilə rədd edilməsi üçün hüququndan istifadə edərək qızıl zinət əşyalarının qaytarılması, həmin əşyaların olmadığı təqdirdə isə onların dəyərinin ödənilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və eləcə də cavabdeh X1 ilə birgə nikah dövründə ona alınmış ümumi dəyəri 5000 manat olan, dəyəri 3200 manat , 585 əyarlı, çəkisi 16 qram olan komplekt (sırğalar, sep, üzük, bilərzik), dəyəri 1000 manat, 585 əyarlı, çəkis 5 qram olan bir ədəd nişan üzüyü və dəyəri 800 manat, 585 əyarlı çəkisi 4 qram olan bir ədəd nişan üzüyünün cavabdehdən alınaraq ona qaytarılması, həmin qızıl-zinət əşyaları olmadıqda isə onların tam dəyərinin, eyni zamanda dövlət rüsumu kimi ödədiyi 70 (yetmiş) manat pul vəsaitinin də cavabdehdın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı qərardadı ilə Cavabdeh İddiaçı qarşı cavabdeh X1 ilə birgə nikah dövründə ona alınmış ümumi dəyəri 5000 (beş min) manat olan, dəyəri 3200 (üç min iki yüz) manat, 585 əyarlı, çəkisi 16 qram olan komplekt(sırğalar, sep, üzük, bilərzik), dəyəri 1000 (min) manat, 585 əyarlı, çəkisi 5 qram olan bir ədəd nişan üzüyü və dəyəri 800 (səkkiz yüz) manat, 585 əyarlı çəkisi 4 qram olan bir ədəd nişan üzüyünün cavabdehdən alınaraq ona qaytarılması, həmin qızıl-zinət əşyaları olmadıqda isə onların tam dəyərinin, eyni zamanda dövlət rüsumu kimi ödədiyi 70 (yetmiş) manat pul vəsaitinin də cavabdehdən alınaraq ona verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Hesab edir ki, qərardad qanunsuzdur, ləğv edilməlidir, qarşılıqlı iddia ərizəsi verildiyi tarixdən icraata qəbul edilməklə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Belə ki, hələ məhkəmənin baxış iclası keçirilməmişdir. Məhkəmənin hazırlıq iclası isə ##.##.2026-cı il saat 09:30-a təyin edilmişdir. Yəni hazırlıq iclası dövründə o, məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək heç də gecikməmişdir və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 155.2-ci maddəsinə əsasən qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməli idi. Eləcə də məhkəmə qarşılıqlı iddia ərizəsini geri qaytarmağı düzgün əsaslandırmamışdır. Şikayətin icraata qəbul edilməsinin mümkünüyü ilə əlaqədar olaraq bildirmişdir ki, qərardad rəsmi qaydada ##.##.2026-cı il tarixdə elektron kabinetdə yerləşdirildiyindən şikayətin qanunvericiliklə müəyyən edilmiş 10 günlük müddətini buraxmamışdır. Bu müddət ##.##.2026-cı il tarixdə bitir. Ona görə də hesab edir ki, Tərtər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı qərardadından şikayət vermə müddətinin qanunla müəyyən edilmiş 10 günlük müddəti buraxılmamışdır. Ona görə də şikayət icraata qəbul edilərək sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Yuxarıda göstərilənlərə əsasən iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı qızıl zinət əşyalarının qaytarılması, həmin əşyalar olmadığı təqdirdə isə onların dəyərinin ödənilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasına dair Tərtər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı qərardadının ləğv edilməsi və qarşılıqlı iddia ərizəsinin icraata göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadı ilə şikаyətin təmin edilməməsi və iş materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadı qismən ləğv edilməli, iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 154.1. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, işə baxan məhkəmə qeyd etmişdir ki, məhkəmə bildirişi ##.##.2026-cı il tarixdə Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh iddia tələbi ilə bağlı etiraz və mülahizələrini, eləcə də qarşılıqlı iddanı 20 gün müddətində məhkəməyə təqdim etməli olduğu halda qarşılıqlı iddianı ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə göndərmişdir. Bununla da Cavabdeh qarşılıqlı iddianı qanunla müəyyən edilmiş müddəti ötürməklə vermişdir. Lakin “Elektron Məhkəmə” İnformasiya Sistemindən görünür ki, Cavabdeh şəxsi elektron kabineti ##.##.2026-cı il tarixdə yaradılmışdır. İş materiallarının 22-ci vərəqində olan məhkəmə bildirişindən görünür ki, məhkəmə iclası ##.##.2026-cı il tarixə, saat 10:00a təyin edilmiş bu barədə Cavabdeh ancaq SMS xəbərdarlıq göndərilmişdir (iş materialları səhifə - 24). Bildirişin göndərilməsi və ona iddia ərizəsinin surətinin əlavə edilməsi və həmin sənədin Cavabdeh çatdırılmasına dair iş materiallarında heç bir sübut əlavə edilməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, Cavabdeh nümayəndəsi Rəfael Əliyev tərəfindən iddia ərizəsinin surəti ##.##.2026-cı il tarixdə iddia ərizəsinin sonuna “iddia ərizəsinin surətini götürdüm” qeydi edilməklə əldə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə görə işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. İş materialları ilə iddia ərizəsinin surətinin Cavabdeh çatdırılması görünmür. Odur ki, qarşılıqlı iddia ərizəsi məhkəməyə qanunvericiliklə nəzərdə tutulmuş müddətdə verilverilməməsinin müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də, Cavabdeh qanunun tələblərinə uyğun olaraq qarşılıqlı iddianı 20 gün müddətində verməli olduğu halda verməməsi əsası ilə qarşılıqlı iddia ərizəsini geri qaytarmaqda işə baxan məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, tətbiq edilməli qanun düzgün tətbiq edilməmişdir. Odur ki, şikayət təmin qismən edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv edilərək, şikayətə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İşə yenidən baxarkən birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları araşdırmalı, iddia ərizəsinin surətinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şəxsi elektron kabinetinə yerləşdirilib-yerləşdirilməməsini müəyyən etməli, bununla bağlı müvafiq çıxarışı iş materiallarına əlavə etməli, məhkəmə bildirişinin və ona əlavə edilmiş iddia ərizəsinin Cavabdeh göndərilib-göndərilməməsini və onun tərəfindən hansı tarixdə əldə edilibedilməməsini dəqiqləşdirməli və çatdırılmasını təsdiq edən müvafiq sənədin surətini iş materiallarına əlavə etməlidir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 398.0.3 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadından qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadı qismən ləğv edilsin. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadından qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün mülki iş Tərtər Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-7)-1103/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-1103/2026
10.08.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver