Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-1120/2026 10.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmlak və pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, 38 adda cehiz əşyalarının və iddiaçıya məxsus olan “Su yolu” adlanan sep, üzük, sırğa və qolbaqdan ibarət qızıl-zinət əşyaları komplektinin cavabdeh Cavabdeh alınaraq ona təhvil verilməsi, həmin cehiz əşyalarının və qızıl-zinət əşyalarının naturada təhvil verilməsi mümkün olmadıqda onların dəyərinin cavabdeh Cavabdeh alınaraq ona ödənilməsi, iddiaçının cavabdehə verdiyi 14700 manat pul və cavabdehin qanunsuz hərəkətləri səbəbi ilə iddiaçının məruz qaldığı 8035,17 manat zərər, cəmi 22735,17 manat pulun və 270 manat dövlət rüsumu, 60 manat mediasiya, 300 manat hüquqi xidmət xərci olmaqla, cəmi 630 manat pulun cavabdeh X1 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**** nömrəli qərardadına əsasən qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini iddiaçının iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, MPM-in 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməli və Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**** nömrəli qərardadı qismən ləğv edilməli, iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM: 108.2. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. 112.4. İddianın qiyməti iddiaçı tərəfindən göstərilir. 113.1. İddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; “Dövlət rüsumu haqqında” Qanunun 8.1.4-cü maddəsində qeyd edilmişdir ki, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, işə baxan məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə iddianın qiyməti 118515,17 manat olmaqla, iddiaçı ödədiyi 60 manat mediasiya xərci həddində dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, məhkəməyə 348,52 manat dövlət rüsumu ödəməli olduğu halda, 300 manat dövlət rüsumu ödəmişdir. Lakin iş materiallarında görünür ki, iddia ərizəsi verilərkən İddiaçı tərəfindən Hökümət ödəniş portalı vasitəsi ilə 270 manat dövlət rüsumu ödənilmişdir (qəbz nömrə 2013015187). Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia ərizəsi işə baxan məhkəmə tərəfindən haqlı olaraq “iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar” qismində qəbul edilərək, dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanmışdır. Lakin kollegiya tərəfindən aparılmış hesablamalar ilə işə baxan hakim tərəfindən aparılmış hesablamalar arasında fərqlərin olduğu müəyyən edilmişdir. Bu isə iddianın qiyməti ilə bağlı qeyri-müəyyənlik yaratmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən sonradan 50 manat əlavə dövlət rüsumunun ödənilməsi Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**** nömrəli qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ancaq qərardadda göstərilən iddia ərizəsinin geri qaytarılmasına səbəb olmuş nöqsanın aradan qaldırılması kimi qiymətləndirilərək yenidən iddia ərizəsi ilə müraciət etmək hüququnu ehtiva edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Odur ki, şikayət təmin qismən edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv edilərək, şikayətə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İşə yenidən baxarkən birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları araşdırmalı, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən halları müəyyən etməli, ayrıayrılıqda göstərmək iddianın ümumi qiymətini düzgün müəyyən etməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu, ödənilmiş mediasiya prosesi ilə bağlı xərcləri nəzərə almaqla, məbləğləri müqayisə etməlidir. Həmçinin, işə baxan məhkəmə tərəfindən nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 113.1-ci maddəsində göstərilmiş əsaslar olduqda, sonradan rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 398.0.3 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** saylı qərardadı qismən ləğv edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün mülki iş Gəncə Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-7)-1120/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-1120/2026
10.08.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver