Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-1190/2026 07.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə İddiaçı İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlaka görə pul tələbinə” dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qərardadından Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili İsayeva Xanım Yusif qızının apellyasiyasının mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə məhkəmə icraatı
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə Bakı şəhəri, Suraxanı rayonu, Y/SuraxanıMərkəzi küçəsində yerləşən, 4 yataq otağı (otaqlar: 1) 20 kv, 2) 16 kv, 3) 13 kv, 4) 7 kv hamam 5 kv, zal 32 kv, həyət 50 kv, yeri kafel üstü noves, əlavə həyətin qabağında 25 kv, 1 otaq mətbəxi hamamı içində əlavə tikili, cəmi 200 kv metrdən ibarət fərdi yaşayış evinin əldə olunması və əsaslı təmiri üçün çəkilmiş ümumilikdə 60.000 (almış min) manat pulun yarsı yəni 30 000 (otuz min) manat pulun cavabdeh Cavabdeh tutularaq onun xeyrinə tutulması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bərdə Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə mülki iş üzrə qiymətləndirici cəlb edilməsi, qiymətləndirici tərəfindən rəy verilməsi, rəy məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılması qərara alınmışdır.
3. Bərdə Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadından Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili İsayeva Xanım Yusif qızı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.
4. Şikayət onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı iddiası üzrə Bakı şəhəri, Suraxanı rayonu, Y/Suraxanı-Mərkəzi küçəsində yerləşən özbaşına tikili ilə bağlı qiymətləndiricinin cəlb edilməsi qərara alınmışdır. Lakin qeyd olunan qərardad faktiki və hüquqi əsaslara söykənmədiyindən onunla razı deyil.Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən özbaşına tikilinin birgə nikah dövründə birgə əmək və ya birgə gəlir hesabına inşa edildiyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı iddia ərizəsində yalnız ümumi və əsassız fikirlər irəli sürərək, guya sözügedən tikilinin onun tərəfindən inşa edildiyini bildirmiş, lakin bunu təsdiq edən heç bir rəsmi sənəd, maliyyə sübutu, müqavilə, qəbz və ya şahid ifadəsi təqdim etməmişdir. 2008-ci ildə qeyd olunan ünvanda yerləşən yaşayış evinə köçüb yaşamağa başladıqda həmin tikili 4 otaqlı deyil, faktiki olaraq 3 otaqdan ibarət olmuşdur. Həmin vaxt ev iki yataq otağı, bir zal və bir mətbəxdən ibarət idi. Sonradan əlavə edilən bir otaq isə iddiaçının vəsaiti hesabına deyil, mənim atam – Nümayəndə şəxsi vəsaiti hesabına tikilmişdir. Bu fakt iddiaçının iddia etdiyi kimi, tikilinin birgə nikah dövründə tərəflərin ümumi gəliri hesabına inşa olunmadığınıaçıq şəkildə sübut edir. Göründüyü kimi, iddiaçı nikah dövründə sözügedən evdə yalnız yaşamış, lakin həmin tikilinin inşasında və ya genişləndirilməsində birgə maliyyə iştirakı olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə əsasən, əmlakın birgə nikah əmlakı hesab edilməsi üçün onun birgə gəlir hesabına əldə edilməsi mütləq şərtdir. Halbuki hazırkı iş üzrə iddiaçı bu halısübut edə bilməmişdir. Bu baxımdan, tikilinin ümumi sahəsinin və inşasına çəkilən xərclərin müəyyən edilməsi üçün qiymətləndiricinin cəlb edilməsi iddiaçının sübuta yetirilməmiş iddia tələbinə xidmət edir və hazırkı mərhələdə əsassızdır. Əvvəlcə iddiaçı tərəfindən həmin əmlakın birgə nikah dövründə birgə gəlir hesabına əldə edildiyi sübuta yetirilməli, yalnız bundan sonra hər hansı qiymətləndirmə məsələsimüzakirə predmetinə çevrilə bilər.
5. Bərdə Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə şikayət geri qaytarılmışdır.
6. Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməməsi və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Maddə 395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunu yoxlayaraq hesab edir ki, şikayət geri qaytarılmalıdır.
9. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən ekspertiza təyin edilməsi barədə qərardadın icraatın dayandırılmasına aid hissəsindən şikayət verilməsi nəzərdə tutulmuşdur. Lakin Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili İsayeva Xanım Yusif qızı şikayətində qərardadın dayandırma hissəsini deyil, mülki iş üzrə mübahisəli evin qiymətləndirilməsini mübahisələndirmişdir.
10. Kollegiya belə nəticəyə gəlir ki, hazırkı iş üzrə müvafiq qanunvericiliyə əsasən, qərardaddan şikayət verilməsi nəzərdə tutulmadığından apellyasiya şikayəti geri qaytarılmalıdır.
11. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Bərdə Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadından Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili İsayeva Xanım Yusif qızı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.