Məhkəmə qərarları › İş №e-2(3-7)-542/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-542/2026

02.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-542/2026 02.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X6 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə, İddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Cavabdeh və onun nümayəndəsi vəkil vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AZ IV № ****** saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X7 arasında olan nikah ##.##.2021-ci il tarixdə Göygöl rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir.

2. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ##.##.2023-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayonunda doğulmuşdur.

3. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ##.##.2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonunda doğulmuşdur.

4. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ##.##.2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonunda doğulmuşdur.

5. “Mygov” platformadan iş yeri haqqında arayışın məzmunundan görünür ki, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində avtobus sürücüsü işləyir və 400 manat məbləğində əmək haqqı alır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «alimentin məbləğinin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin *(***)- ****/**** nömrəli, ##.##.2020-ci il tarixli qətnaməsi ilə X4 yetkinlik yaşına çatanadək saxlanması üçün X5 xeyrinə ondan tutulan 160 (yüz altmış) manat alimentin məbləğinin azaldılaraq 100 (yüz) manata endirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Cavabdeh qarşı “Alimentin azaldılması barədə” iddia ərizəsi ilə Göygöl rayon Məhkəməsinə müraciət etməmişdən əvvəl mediasiya sessiyasında iştirak etmiş və 60 (altmış) manat mediasiya xərcini ödəmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən uşağı ##.##.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ondan sabit pul məbləğində 160 (yüz altmış) manat alimentin tutulması qət edilmişdir. Cavabdeh ondan tutulan alimentin indeksasiya olunması barədə Göygöl rayon Məhkəməsinə müraciət etmiş, Göygöl Rayon Məhkəməsinin (sədrlik edən Rəşad Mustafayev) ## ##### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərardadı ilə ərizə təmin edilmiş, ##.##.2017-ci il təvəllüdlü X4 üçün Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- ****/**** nömrəli, ##.##.2020-ci il tarixli qətnaməsi ilə ondan X5 xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.64 (sıfır tam yüzdə altmış dörd) misli həddində indeksasiya edilməsi barədə qərar qəbul etmişdir. Cavadehdən ayrıldıqdan sonra yəni, ## ##### 2021-ci il tarixdə X7 ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Bu nikahlarından ##.##.2021-ci il tarixdə (əkiz) Yaqub və Yaşar, ##.##.2023-cü il tarixdə isə Azər adlı uşaqları anadan olmuşdur. Uşaqları arasında heç bir ayrı seçkilik qoymur və hər biri onun üçün əzizdir. Lakin, minimum əmək haqqının 0.64 (sıfır tam yüzdə altmış dörd misli həddində (400x0.64=256 manat)) alimentin ondan tutulub cavabdeh Cavabdeh verilməsi digər uşaqları ##.##.2021-ci il təvəllüdlü (əkiz) Yaqub və Yaşar, ##.##.2023-cü il təvəllüdlü Azər adlı uşaqlarının hüquqlarını pozur. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir və cavabdeh Cavabdeh X4 üçün hər ay sabit məbləğdə 100 (yüz) manat aliment təklif edir.

8. Göygöl Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Leyla Hüseynzadə) iddia qismən təmin edilərək, Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş ölkə üzrə minimum əmək haqqının 0,64 (sıfır tam yüzdə altmış dörd) misli həddində təyin edilmiş alimentin məbləğinin azaldılması, ##.##.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 (sıfır tam yüzdə qırx beş) misli həddində sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, indeksasiya edilmiş aliment məbləğiminimum əmək haqqı məbləğinin 0.64 misli həddi olmaqla hazırki halda istər cavabdehin əmlak-gəlir məlumatlarına, istərsə ailə tərkibinə münasibətdə adekvat hesab edilmir. İddiaçının əmək haqqı və gəlir məbləği, onun öhdəliyində aliment ödənilən uşaqlardan başqa üç azyaşlı uşaqlarının olması, indeksasiya edilmiş aliment məbləğinin miqdarını və diqqətə layiq digər hallar nəzərə alınaraq tutulan alimentin məbləğinin azaldılmasını məqsədə müvafiqdir. Odur ki, ##.##.2017-ci il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,45 misli həddində sabit pul məbləğində aliment alınaraq Cavabdeh ödənilməlidir.

10. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 76.2, 78.1, 78.2, 112.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

11. Göygöl Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-ci il tarixli qətnaməsinin əsassız olduğuna görə tamamilə ləğv edilməsi və iddianın tam həcmdə təmin edilməməsi barədə və vəkil xidməti üçün ödənilən 200 manat xidmət haqqının və apellyasiya üçün ödədiyi dövlət rüsumunun da, iddiaçıdan tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsi sırf şəxsi mülahizəsinə əsaslanmış və ümumiyyətlə iddianı təmin edərkən də, heç bir aidiyyatı və tətbiq edilməli maddi hüquq normasına əsaslanmadan qətnamə çıxartmaqla, maddi hüquq normalarının tətbiqində, təfsirində və tövsifində kobud pozuntulara yol vermiş olmuşdur. Bu göstərdiyi dəlillər və faktlar təsdiq edir ki, Göygöl Rayon Məhkəməsi işin digər tərəfin xeyrinə həll edilməsini və iddianın təmin edilməsini artıq iclasdan öncə öz şəxsi mülahizəsinə əsasən müəyyən etmişdir. Göygöl rayon məhkəməsi birmənalı şəkildə bugünkü uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanunun tələbini yəni uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu tələbini pozaraq Gəncə apellyasiya məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinin göstərişlərinin əksinə olaraq alimentin miqdarının qanunsuz və əsassız şəkildə azaltmış olmuşdur. Alimentin azaldılması barədə yəni bu iddia tələbi verilməmişdən bir neçə ay əvvəl Gəncə apellyasiya məhkəməsi alimentin artırılması barədə, yəni indeksasiya edilməsi barədə ərizəni təmin edərək, alimentin miqdarın artırdığı halda Gəncə Apellyasiya Məhkəməsinin qüvvəyə minmiş qətnaməsi olduğu halda həmin qətnamənin ziddinə alimentin miqdarına artırmaqla Göygöl Rayon Məhkəməsi qanunsuzluğa yol vermiş və mövcud imperativ maddi hüquq normalarının tələblərini kobud şəkildə pozmuş olmuşdur. Cavabdeh başqa şəxslə ailə qurub evlənməsi və yeni uşaqlarının olması onun övladına dair aliment hüquqlarının məhdudlaşdırılması və ya mövcud aliment hüququ üzrə müəyyən edilmiş alimentin miqdarının azaldılması məhkəmə tərəfindən yol verilmiş pozuntudur və alimentin azaldılması barədə birinci instansiya məhkəməsi tərəfindən qət edilmiş qətnamə tamamilə qanunsuzdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi vəkil vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahat verib bildirmişdir ki, iddiaçı sürücü işləməklə aylıq vəzifə maaşının 400 manat təşkil edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

16. 17-ci maddəsinin II bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

17. 34-cü maddəsinin IV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

18. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

19. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

20. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

21. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

22. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

23. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:

24. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

25. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

26. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir.

27. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

28. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinini dəyişdirə bilər.

34. Maddə 385.1.1 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

35. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

36. Maddə 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

37. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

38. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Hazırkı apellyasiya şikayətində qətnamə iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilməli və Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş ölkə üzrə minimum əmək haqqının 0,64 (sıfır tam yüzdə altmış dörd) misli həddində təyin edilmiş alimentin məbləği azaldılaraq ##.##.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 (sıfır tam onda beş) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq qeyd edir ki, işin hallarından görünür ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da, nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, ailə qanunvericilyi məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

44. İş materiallarında olan “Mygov” platformadan iş yeri haqqında arayışın məzmunundan görünür ki, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində avtobus sürücüsü işləyir və 400 manat məbləğində əmək haqqı alır.

45. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, uşaqların ananın himayəsində olmasını, onların qayğısının çəkilməsinin ananın üzərinə düşməsini, nəzərə alaraq hesab edir ki, Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş ölkə üzrə minimum əmək haqqının 0,64 (sıfır tam yüzdə altmış dörd) misli həddində təyin edilmiş alimentin məbləği azaldılaraq ##.##.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 (sıfır tam onda beş) misli həddində sabit pul məbləğində aliment tutulması daha məqsədəmüvafiqdir.

46. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək haqqı və gəlir məbləği, onun öhdəliyində aliment ödənilən uşaqlardan başqa üç azyaşlı uşaqlarının olması, indeksasiya edilmiş aliment məbləğinin miqdarını və diqqətə layiq digər hallar nəzərə alınaraq tutulan alimentin məbləğinin azaldılmasını məqsədə müvafiqdir. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçının başqa nikaha daxil olması və hməmin nikahdan uşaqlarının olması onu ata kimi uşağını saxlamaq vəzifəsindən azad etmir. Belə ki, ailə qanunvericiliyinin yuxarıda qeyd edilən tələblərindən görünür ki, valideynlər işləyibişləməmələrindən asılı olmayaraq uşaqlarını saxlamağa borcludurlar. Cavabdeh ata kimi uşaq hüquqlarına hörmətlə yanaşmağa, uşağın cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşmasında üzərinə düşən vəzifələri yerinə yetirməyə borcludur. Onun uşağını saxlamaq həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarının 8.13-cü bəndində qeyd edilir ki, alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

47. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat, 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən müəyyən edilmişdir.

48. Məhkəmə kollegiyası iddiaçıdan ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,5 (sıfır tam onda beş) misli həddində sabit pul məbləğində alimentin müəyyən edilməsi hazırda tərəflərin real vəziyyətinə uyğun gəlir. İddiaçı ata kimi uşaq hüquqlarına hörmətlə yanaşmağa, uşağın cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşmasında üzərinə düşən vəzifələri yerinə yetirməyə borcludur. Onun uşağını saxlamaq həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur.

49. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilməli və Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş ölkə üzrə minimum əmək haqqının 0,64 (sıfır tam yüzdə altmış dörd) misli həddində təyin edilmiş alimentin məbləği azaldılaraq ##.##.2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 (sıfır tam onda beş) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 384, 402 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Göygöl Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş ölkə üzrə minimum əmək haqqının 0,64 (sıfır tam yüzdə altmış dörd) misli həddində təyin edilmiş alimentin məbləğinin azaldılması, ##.##.2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 (sıfır tam yüzdə qırx beş) misli həddində sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilsin. Göygöl Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş ölkə üzrə minimum əmək haqqının 0,64 (sıfır tam yüzdə altmış dörd) misli həddində təyin edilmiş alimentin məbləği azaldılaraq ##.##.2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 (sıfır tam onda beş) misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar