Məhkəmə qərarları › İş №e-2(3-7)-547/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-547/2026

18.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-547/2026 18.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Qarayev Tofiq Ələddin oğluna qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, iddiaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “pul” tələbinə dair iş üzrə Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları

1. Mehdizadə Ramin İltifat oğlunun etibarnamə ilə idarə etdiyi “Ford Explorer” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2023-cü ildən ##.##.2024-cü il tarixədək olan müddətdə, avtomobilin sığorta dəyəri 30000 manat olmaqla könüllü sığorta müqaviləsi (kasko sığorta) ilə iddiaçıda sığortalanmışdır.

2. ##.##.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi baş vermiş və cavabdehin istifadəsində olan “Mercedes Benz 280” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Mehdizadə Ramin İltifat oğlunun istifadəsində olan “Ford Explorer” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur.

3. ##.##.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən, “Mercedes Benz 280” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 80 manat cərimə edilmişdir.

4. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli akt ilə, iddiaçıda sığortalanmış “Ford Explorer” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zədələnmiş hissələrinin qiymətləndirilməsi aparılmış və nəticədə avtomobilə 24.994,15 manat maddi ziyan dəyməsi müəyyən edilmişdir.

5. ##.##.2024-cü il tarixli sığorta aktı və ##.##.2024-cü il tarixli ödəniş tapşırığı ilə, “Ford Explorer” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sığorta məbləği olan 30000 manatdan 20000 manat avtomobilin qalıq dəyəri çıxılmaqla, 10000 manat sığorta ödənişi sığortalı Mehdizadə Ramin İltifat oğlunun bank hesabına köçürülmüşdür.

6. ##.##.2025-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən cavabdehə İddiaçı Sığorta Şirkəti ASC-yə olan subroqasiya qaydasında borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir.

7. Əmlak Ekspert Mərkəzinin ##.##.2025-ci il tarixli, ƏEM/D **-***/** saylı rəyindən görünür ki, “Ford Explorer” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 10.408 manat, “Mercedes Benz 280” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 2.800 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh “Ford Explorer" markalı, ** MM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilən 5000 manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 70 manat dövlət rüsumunun və 0.56 manat xidmət haqqının iddiaçı İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Avto nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən ##.##.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz 280” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Ford Explorer” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. *********** nömrəli sığorta müqaviləsindən çıxarışdan və ****** saylı sığorta aktından görünür ki, “Ford Explorer” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkətində ##.##.2023-cü ildən ##.##.2024-cü ilə qədər müddətdə, avtomobilin sığorta dəyəri 30000 manat olmaqla könüllü sığorta müqaviləsi (kasko sığorta) ilə sığortalı olmuşdur. Ford markasının rəsmi servisi “xxxx” MMC tərəfindən təqdim edilən iş kartına əsasən sığortalanmış “Ford Explorer” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 24994.15 manat ziyan dəymişdir. Beləliklə, nəqliyyat vasitəsi tam məhv olmuşdur. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının təsdiq edilməsi haqqında qanunun 33.2.2-ci maddəsinə əsasən avtomobilin tam məhv olması (avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75%-ni və ya daha çox hissəsini təşkil etməsi) deməkdir. Nəqliyyat vasitəsi tam məhv olduğundan sığorta dəyəri olan 30000 manatdan qalan qalıq hissələrin dəyəri 20000 manat çıxıldıqdan sonra geri qalan 10000 manat sığorta ödənişi sığorta şəhadətnaməsi üzrə faydalanan şəxs olan Mehdizadə Ramin İltifat oğluna ödənilmişdir. Hadisə baş verən tarixdə cavabdehin mülki məsuliyyətini sığortalamış olan “xxxx” ASC-yə Subroqasiya qaydasında iddiaçı tərəfindən ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı müraciət olunmuşdur. “xxxx” ASC tərəfindən 5000 manat məbləğində hissəsi geri qaytarılmışdır. Beləliklə, qalan 5000 manat hissə isə cavabdehin özü tərəfindən geri qaytarılmalıdır. ##.##.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən cavabdeh Cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 80 manat cərimə edilmişdir. Həmçinin cavabdehin polis orqanına verdiyi izahatdan və hadisə sxemindən sığorta hadisəsinin məhz cavabdehin təqsirli hərəkətləri ucbatından baş verdiyi görünür. Beləliklə, zərərçəkən sığortalı nəqliyyat vasitəsinə görə sığorta ödənişi ödənildiyindən iddiaçı “xxxx Sığorta Şirkəti” ASC-nin cavabdeh Cavabdeh qarşı Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ yaranmışdır. Sözügedən şəxsə yazılı müraciət (pretenziya) göndərilməsinə baxmayaraq, ödəniş edilməmişdir.

10. Məhkəmənin hazırlıq iclasında cavabdeh iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir.

11. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ekspert rəyində göstərilən zərər məbləği ilə razı deyillər, çünki servisin rəyi ilə zərər məbləği 24000 manatdan çox olmuş, qalıqların qiyməti çıxılaraq yekunda 10000 manat sığorta ödənişi edilmişdir. Bununla belə nəticə etibarı ilə yekunda çıxarılan zərər məbləği iddiaçının zərərçəkənə ödədiyi sığorta ödənişi məbləği ilə eynilik təşkil edir. Buna görə ekspert rəyində göstərilən məbləğdən cavabdehin icbari sığortasının ödəmiş olduğu 5000 manatı çıxılaraq, geri qalan məbləğ həddində (5000 manat) iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə, işə tərəflərin iştirakıolmadan baxmışdır.

13. Qazax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi (hakim – Nemət Musayev) ilə, iddianın təmin edilməsi, Cavabdeh 5000 (beş min) manat pul, ödənilmiş dövlət rüsumu və bank xərcinin əvəzi kimi 70,56 (yetmiş manat əlli altı qəpik) manat pul tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

14. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, baş vermiş yol nəqliyyat hadisəsi Cavabdeh təqsiri səbəbindən baş verdiyindən, hüquqa zidd əməl nəticəsində avtomobilə dəymiş zərər ödənilməlidir. Məhkəmə sığortalı avtomobilə dəymiş zərərin məbləğini müəyyənləşdirərkən Əmlak Ekspert Mərkəzinin ## ###### 2025-ci il tarixli, ƏEM/D **-***/** saylı ekspert rəyi ilə razılaşmır. Belə ki, rəydən görünür ki, ekspert tərəfindən avtomobilə vizual baxış keçirilməmiş, yalnız nəzəri hesablama yolu ilə iş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla avtomobilin təmir-bərpa xərcləri müəyyən edilmişdir.

15. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2, 1099.1, 1099.2 və 1108.1-ci maddələrinə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə, “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 88, 107, 119.1 216-220 və 360-cı maddələrinə istinad etmişdir.

16. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

17. İş materiallarında mövcud olan Əmlak Ekspert Mərkəzinin ## ###### 2025-ci il tarixli ekspert rəyinə əsasən avtomobilə dəymiş zərər 10.408 manat təşkil edir. Məhkəmə həmin ekspert rəyini qəbul etmədiyini bildirsə də, yeni məhkəmə ekspertizası təyin etməmişdir. Zərərin real bazar qiymətini müəyyən etməmişdir. Alternativ müstəqil qiymətləndirmə aparmamışdır. Mülki Prosessual Məcəllənin sübutların hərtərəfli və obyektiv araşdırılması prinsipinə əsasən məhkəmə ziddiyyətli sübutlar olduqda əlavə ekspertiza təyin etməli idi. Avtomobilin “tam məhv olması” üçün təmir xərcləri avtomobilin bazar dəyərinin 75%-ni və ya daha çoxunu təşkil etməlidir. Ekspert rəyinə əsasən müəyyən edilmiş 10.408 manat zərər bu həddi aşmır. Belə olan halda avtomobilin “tam məhv olmuş” hesab edilməsi və bu əsasla yüksək məbləğdə ödəniş aparılması hüquqi baxımdan şübhəlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etirazla məhkəməyə müraciət edərək, baxış iclasının onların iştirakları olmadan keçirilməsini, Qazax Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi zərərçəkmiş “Ford Explorer” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman könüllü sığorta müqaviləsi əsasında sığortalı olmuşdur. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın təsdiq edilməsi haqqında Tam Sığorta qaydalarına və zərərçəkmiş şəxslə iddiaçı sığorta şirkəti arasında bağlanan sığorta müqaviləsinin tələblərinə əsasən, nəqliyyat vasitəsinin rəsmi servis təminatı olmuş, yəni sığorta hadisəsi nəticəsində zərər dəyməsi halında nəqliyyat vasitəsinin rəsmi servisində təmirin həyata keçirilməsi zərərçəkmiş sığortalının hüququ olmaqla bərabər iddiaçı sığorta şirkətinin öhdəliyi olmuşdur. Bu şərtə əməl edilməməsi isə müqavilə üzrə öhdəliklərin pozulmasını özündə ehtiva edir. Buna görə də zərər dəymiş nəqliyyat vasitəsinin hər hansı 3-cü şəxs olan təmir müəssisəsində təmiri və ya qiymətləndirilməsi düzgün deyil. Rəsmi servisin rəyinə əsasən, nəqliyyat vasitəsinin təmir və bərpası üçün tələb olunan məbləğ nəqliyyat vasitəsinin bazar dəyərinin 75%-ni aşdığı üçün sığorta qaydalarına uyğun olaraq qalıqların qiymətləndirilməsi ilə ümumi bazar dəyərindən çıxılmış və geri qalan zərər məbləği sığorta ödənişi kimi ödənmişdir. Yəni iddiaçının servis aktında nəzərdə tutulan məbləğ də elə ekspert rəyində göstərilən zərər məbləği ilə uyğunluq təşkil edir. Nəqliyyat vasitəsindən geriyə qalan qalıqlar qiymətləndirilmiş və geri qalan zərər məbləği 10000 AZN məbləğ zərərçəkənə ödənilmişdir. Cavabdeh qiymətləndirmə məbləğindən narazı olduğunu, işin obyektiv aparılmadığını bildirsə də, işin birinci instansiya məhkəməsində baxılması zamanı rəydən narazı olmasını, təkrar qiymətləndirilmə keçirilməsini istəməmiş, buna dair əsaslandırılmış vəsatət verməmişdir. Ümumiyyətlə cavabdehin apellyasiya şikayətinin dəlilləri sadəcə formal mülahizələrə əsaslanır. Qiymətləndirmənin şişirdilmiş olduğunu göstərsə də, buna dair əsaslarını, sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin onu da qeyd etmək istəyirik ki, cavabdehin icbari avtoməsuliyyətini sığortalamış sığortaçısı “xxxx Şirkəti” ASCtərəfindən də zərər məbləği razılaşdırıldığı üçün 5000 AZN ödəniş edilmişdir. Beləliklə cavabdeh həm nəqliyyat vasitəsinin rəsmi servisinin hadisədən sonra birbaşa baxış keçirərək qiymətləndirdiyi rəylə, həm məhkəmə icraatı gedişində cavabdehin vəsatəti ilə təyin edilmiş ekspertizanın qiymətləndirilməsi ilə razı olmamış, cavabdehin icbari sığortasının da məbləğlə razı olduğu üçün ödəniş etməsi faktını nəzərə almamışdır. Cavabdehin apellyasiya şikayəti əsaslandırılmamış, dəymiş zərər məbləğinin şişirdilmiş olmasına əsas verəcək sübutları təqdim etməmişdir. Bununla belə, nəqliyyat vasitəsinin rəsmi servisinin rəyi ilə qalıqların (təmirə ehtiyacı olmayan sağlam hissələrin) dəyəri çıxılmaqla qalan zərər məbləği 10000 AZN təşkil etmiş, Əmlak Ekspert Mərkəzinin ## ###### 2025-ci il tarixli, ƏEM/D **-***/** saylı rəyindən görünür ki, “Ford Explorer” markalı, ** MM *** dövlət qeydiyyat nişanlıavtomobilə dəymiş zərərin məbləği 10.408 manat dəyərləndirilmişdir. Yəni məntiqlə hər iki rəy üzrə yekunda dəyən zərər, qarşılanmalı olan zərər məbləği 10000 AZN olmuşdur, hətta ekspertiza 408 AZN artıq qiymətləndirilmişdir. İddiaçı tərəfindən isə dəymiş zərərə uyğun olaraq 10.000 AZN sığorta ödənişi zərərçəkənə ödənilmişdir. Bununla da, iddiaçı subroqasiya hüququna uyğun olaraq ödəmiş olduğu sığorta ödənişi həcmində geriyə tələb hüququ əldə etmişdir. İş materiallarında bu faktın əksini göstərən heç bir sübut yoxdur və ya təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özlərinin və nümayəndələrinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakları olmadan baxılmasını xahiş etmişdir. Həmçinin, cavabdeh elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

24. Maddə 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır.

25. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

26. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

27. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

30. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

“Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu

31. Maddə 3. Sığortanın obyektləri və formaları Bənd 1. Sığorta obyektləri—fiziki və hüquqi şəxslərin əmlakı və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan əmlak mənafeləridir. Bu obyektlərə uyğun olaraq sığorta şəxsi sığorta, əmlak sığortası və mülki məsuliyyət sığortası şəklimdə aparıla bilər. Bənd 2. Sığorta könüllü və icbari formalarda olur, bu Qanunda nəzərdə tutulmuş müddəalar istisna edilməklə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün sığortaçılar tərəfindən həyata keçirilə bilər. Bənd 3. Könüllü sığortanın ümumi faydalarını bu Qanuna uyğun olaraq sığortaçı müəyyən edir. Könüllü sığortanın növləri və dəqiq şərtləri sığortaçı və sığorta olunan arasında müqavilə bağlanarkən müəyyən edilir.

“Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının ##.##.2014-cü il tarixli qərarı Bənd 19.1. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş avtomobilin, yaxud digər predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10cu maddəsinin

32. tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.

33. Bənd 19.2. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla təyin olunan müstəqil ekspert tərəfindən aparılır.

34. Bənd 20.1. Sığorta ödənişi aşağıdakı sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir: 20.1.1. Sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya digər faydalanan şəxsin sığortaçıya ünvanladığı, sığorta hadisəsinin təfərrüatlarını və nəticəsini əks etdirən sığorta tələbi; ... 20.1.3. zərər məbləğini təsdiqləyən sənəd; ...

35. Bənd 33.1. Sığorta ödənişinin məbləği sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış avtomobilə dəyən real zərərin məbləğindən çox ola bilməz.

36. Bənd 33.2. Sığortalanmış avtomobilə dəymiş zərərlə bağlı sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalarda ödənilə bilər: 33.2.1.1. Zərərin məbləği barədə tərəflər arasında razılıq əldə edildikdən sonra zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; 33.2.1.2. zərərin aradan qaldırılması üçün sığortalıya göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi; 33.2.1.3. avtomobilin təmiri və ya bərpası; 33.2.2. avtomobilin tam məhv olması (avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75 %-ni və ya daha çox hissəsini təşkil etməsi), yaxud oğurlanması və ya qaçırılması halında:

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

37. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

43. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

44. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

46. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

50. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

52. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instasniya məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Belə ki, iş materiallarından müəyyən edilir ki, ##.##.2024-cü il tarixdə cavabdehin idarə etdiyi “Mercedes Benz 280” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Ford Explorer” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobilə maddi zərər vurmuşdur. Mehdizadə Ramin İltifat oğlunun etibarnamə ilə idarə etdiyi “Ford Explorer” markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2023-cü il tarixdə iddiaçı tərəfindən tam sığortalanmışdır. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 80 manat cərimə edilmişdir. Qeyd olunan zərəri aradan qaldırmaq üçün iddiaçı tərəfindən zərərçəkmiş şəxsə 10.000 manat məbləğində sığorta ödənişi verilmişdir. Həmçinin, iş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli akt, ##.##.2024cü il tarixli sığorta aktı və ödəniş sənədləri ilə müəyyən edilir ki, sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin məbləği 24.994,15 manat təşkil etmiş, avtomobilin qalıq dəyəri 20000 manat müəyyən edilərək sığorta məbləğindən çıxılmış və nəticədə 10000 manat məbləğində sığorta ödənişi sığortalıya ödənilmişdir. Cavabdehin mülki məsuliyyətini sığortalamış “xxxx” ASC tərəfindən həmin məbləğin 5000 manat hissəsi iddiaçıya ödənilmiş, qalan 5000 manatın tutulması ilə bağlı hazırkı iddia verilmişdir.

55. İşin hallarından göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə subroqasiya qaydasında pulun ödənilməsi ilə bağlı yaranmış mübahisədir və qanunvericliyin yuxarıda qeyd edilmiş normaları əsasında həll edilməlidir.

56. Kollegiya qeyd edir ki, iddiaçının subroqasiya qaydasında pul tələb etməsi onun qanunla müəyyən edilmiş hüququdur ki, sığorta müqaviləsi könüllü sığorta olduğundan subroqasiya hüququnun yaranması üçün hər hansı halın baş verməsi ilə əlaqəli deyildir.

57. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzinin ödənilməsi ilə bağlı hüququ əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya onun ödədiyi məbləğ həddində keçir.

58. Bununla yanaşı, Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən isə nəqliyyat vasitəsi yüksək təhlükə mənbəyi hesab olunduğundan, onun vurduğu zərərin əvəzini həmin mənbəyə sahiblik edən şəxs ödəməyə borcludur.

59. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sığortalıya 10000 manat məbləğində sığorta ödənişi edilmiş və bununla da iddiaçı həmin məbləğdə subroqasiya hüququ əldə etmişdir. Cavabdehin icbari sığortaçısı tərəfindən 5000 manat ödənildiyindən, qalan 5000 manat hissənin cavabdehdən tələb edilməsi qanunvericiliyin tələblərinə uyğundur.

60. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, məhkəmə Əmlak Ekspert Mərkəzinin ## ###### 2025-ci il tarixli rəyini qəbul etmədiyi halda təkrar ekspertiza təyin etməmiş, nəticədə zərərin real məbləği müəyyən edilməmişdir. Kollegiya həmin dəlili əsassız hesab edir.

61. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və məhkəmə sübutlara obyektiv, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Məhkəmə qeyd edir ki, ekspert rəyi avtomobilə faktiki baxış keçirilmədən, yalnız iş materiallarında olan sənədlər əsasında nəzəri hesablama yolu ilə verilmişdir. Birinci instansiya məhkəməsi həmin halı nəzərə alaraq ekspert rəyinə tənqidi yanaşmış, digər sübutlarla, xüsusilə rəsmi servis müəssisəsi tərəfindən hadisədən dərhal sonra aparılmış baxış nəticəsində tərtib edilmiş aktla müqayisəli qiymətləndirmə aparmışdır.

63. Kollegiya hesab edir ki, rəsmi servis tərəfindən müəyyən edilən zərər məbləği avtomobilin texniki vəziyyətini birbaşa əks etdirdiyindən və hadisədən dərhal sonra müəyyən olunduğundan daha mötəbər sübut kimi qəbul edilə bilər.

64. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən ekspert rəyinin natamam və ya qeyri-obyektiv olması ilə bağlı əsaslandırılmış vəsatət verməmiş, təkrar və ya əlavə ekspertiza keçirilməsini tələb etməmiş, zərərin daha az olmasını təsdiq edən alternativ sübut təqdim etməmişdir. Hazırkı apellyasiya şikayətində isə cavabdeh yalnız formal mülahizələrlə ekspert rəyinə istinad etmiş, lakin həmin rəyin nəticələrinin hansı əsasla düzgün hesab edilməsini sübut edə bilməmişdir.

65. Bundan başqa, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 33.2.2-ci bəndinə əsasən avtomobilin təmiri və ya bərpasına tələb olunan xərclər onun bazar dəyərinin 75 faizini və ya daha çoxunu təşkil etdikdə avtomobil tam məhv olmuş hesab edilir. İş materiallarından görünür ki, avtomobilin bazar dəyəri 30000 manat olmaqla, rəsmi servisin hesablamasına əsasən təmir xərcləri 24.994,15 manat təşkil etmişdir ki, bu da avtomobilin bazar dəyərinin 75 faizindən artıqdır. Buna görə də avtomobilin tam məhv olmuş hesab edilməsi və qalıq dəyəri çıxılmaqla sığorta ödənişinin müəyyən edilməsi sığorta qaydalarına uyğun olmuşdur.

66. Məhkəmə həmçinin nəzərə alır ki, cavabdehin mülki məsuliyyətini sığortalamış sığortaçı tərəfindən də 5000 manat məbləğində ödəniş edilmişdir. Bu hal da dolayısı ilə hadisə nəticəsində yaranmış zərərin və iddiaçının həyata keçirdiyi ödənişin əsaslı olduğunu təsdiq edir.

67. Bundan əlavə olaraq, məhkəmə ##.##.2024-cü il tarixli aktı və ##.##.2025-ci il tarixli mütəxəssis rəylərini paralel araşdıraraq bildirir ki, nəqliyyat vasitəsinin rəsmi servisi tərəfindən müəyyən edilmiş təmir-bərpa xərcləri nəzərə alınmaqla avtomobilin qalıq vəziyyətdə yararlı hissələrinin dəyəri ümumi zərər məbləğindən çıxılmış və nəticədə sığortalıya 10.000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Eyni zamanda, Əmlak Ekspert Mərkəzinin ## ###### 2025-ci il tarixli rəyində də avtomobilə dəymiş zərərin 10.408 manat təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, hər iki qiymətləndirmənin yekun nəticəsi müqayisə olunduqda, faktiki qarşılanmalı zərərin təxminən eyni həddə müəyyən edildiyi, hətta ekspert rəyi üzrə müəyyən olunan məbləğin iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişindən daha artıq olduğu müəyyən edilir. Bu isə iddiaçı tərəfindən həyata keçirilmiş 10.000 manat məbləğində ödənişin real zərərə uyğun olmaqla əsaslı və mütənasib şəkildə aparıldığını təsdiq edir. Digər tərəfdən, iş üzrə təqdim edilmiş həm servis aktı, həm də mütəxəssis rəyi ayrıayrı üsullarla

68. aparılmış qiymətləndirmələr olsa da, onların yekun nəticələri arasında mahiyyət etibarilə ciddi fərqin olmaması, iddiaçı tərəfindən həyata keçirilmiş sığorta ödənişinin şişirdilmədiyini göstərir. Əksinə, mütəxəssis rəyi ilə müəyyən edilmiş zərər məbləğinin 10.408 manat olması, iddiaçının isə bundan daha az – 10.000 manat məbləğində ödəniş etməsi iddia tələbinin obyektiv məlumatlara əsaslandığını təsdiqləyir.

69. Belə olan halda, iddiaçı sığortaçı tərəfindən sığortalıya ödənilmiş 5.000 manat məbləğində vəsait Mülki Məcəllənin 936.1 və 936.2-ci maddələrinin tələblərinə uyğun olaraq subroqasiya hüququnun yaranmasına əsas vermiş və həmin məbləğ həddində zərərvuran şəxsə qarşı geriyə tələb hüququ əmələ gəlmişdir.

70. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

71. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

72. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.

73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi :

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar