Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-583/2026 13.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X2 ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı subroqasiya qaydasında “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şəmkir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, Şəmkir rayon məhkəməsi (hakim Taleh Musayev) ##.##.2024-cü il tarixdə *(***)-***/**** saylı qətnamə ilə İddiaçı ASC-nin iddiası ilə ondan 11500 (on bir min beş yüz) manat məbləğində borc və ödənilmiş 124.50 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. Qətnamə barədə icra şöbəsindən gələn zəng əsasında məlumatlandırılmışdır. O, ##.##.2026-cı il tarixində Şəmkir rayon məhkəməsindən qətnaməni əldə etmişdir. Bildirmək istəyir ki, uzun müddətdir ki ölkədən kənarda yaşayıb və müxtəlif dövrlərdə ölkəyə giriş-çıxış etmişdir. Yəni məhkəmə dövründə Azərbaycan Respublikasında olmamışdır. Məhkəmənin olmasından xəbərsiz olmuşdur. Qətnamənin də olmasından xəbərsiz idi. İlkin olaraq özü qətnaməni rəsmi surətdə əldə etmişdir. Yuxarıda adı çəkilən mülki işlə əlaqədar ədalətin bərpa olunması üçün, mülki işə yenidən baxılması zərurəti vardır. Məhkəmənin müstəqilliyi və ədalətinə inancı sonsuzdur. Odur ki, ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış müddəti üzrlü hesab edərək bərpa edilməsini və şikayətinin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadı ilə İddiaçı ASC–nin cavabdeh Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə cavabdeh Cavabdeh tərəfindən Şəmkir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina edilmişdir. Cavabdeh Cavabdeh şikayət verərək, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadının ləğv edilməsini və qətnamədən şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsinin təmin edilməsinə dair qərardad qəbul edilməsi xahiş etmişdir. Cavabdeh Cavabdeh şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” ASC cavabdeh Cavabdeh (Ruslan) Katib oğluna qarsı subroqasiya qaydasında pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı şirkət tələbini belə əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ##.##.2014- cü il tarixində, saat 17.00-da Şəmkir rayonu ərazisində İddiaçı ASC-də bundan sonra - ASC) “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətini icbari sığortası” növü ilə sığortalanmış X4 məxsus olan və cavabdeh Cavabdeh tərəfindən sərxoş vəziyyətdə idarə olunan “Wolksvagen Passat” minik markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə piyada yol-nəqliyyat hadisəsi törədərək X1 və X5 ölümünə və Bayramov İsrayıl Davud oğlunun az ağır bədən xəsarəti almasına səbəb olmuşdur. Gəncə Ağır Cinayətlər Məhkəməsinin *(***)- **/**** saylı, ##.##.2015-ci il tarixli Hökmünə əsasən baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh qanunvericiliyin tələblərini pozaraq AR Cinayət Məcəlləsinin263-1.4-cü eyni əməllər (yəni əməllər) bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət məcəlləsinə cəlb edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Bayramov İsrayıl Davud oğlunun az ağır bədən xəsarət almasına görə 1500 (bir min beş yüz) manat, X5 ölümünə görə 5000 (beş min) manat və X1 ölümünə görə 5000 (beş min) manat, ümumilikdə, 11500 (on bir min beş yüz) manat məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan şəxslərin hesabına ödənilmişdir. Odur ki iddianın təmin olunaraq, cavabdehdən 11500 manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 124.50 manat, ümumilikdə 11624.50 manat məbləğində pul vəsaitinin alınıb iddiaçı şirkətə verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmişdir. İddia müddətinin keçməsinin və Rusiya Federasiyasında olduğu üçün barəsində çıxarılmış qətnamə əsassız olduğu üçün qətnamədən apellyasiya şikati verdiyi üçün müddətin bərpasına ehtiyac yaranmışdır. Rusiya Federasiyasında olduğu üçün məhkəmə qətnaməsindən xəbəri olmamışdır. Şəmkir Rayon İcra Şöbəsin tərəfindən barəsində çıxarılmış qərardan sora ona məlum olmuşdur ki, barəsində qətnamə çıxmışdır. Həmin qətnaməni o, rəsmi olaraq Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixdə rəsmi olaraq əldə etmişsir. Şəmkir rayon Məhkəəsinin ##.##.2026-ci il tarixli, e-*(***)-****/**** nömrəli Qərardadına əsasən şikayəti təmin edilməmişdir. Şəmkir rayon məhkəməsinin qərardadına əsasən məhkəmənin qeyd olunan qətnaməsi ##.##.2024-cü il tarixdə çıxarılmış və xəbərnaməli poçt vasitəsilə cavabdehə göndərilmişdir. Poçt izlənilməsindən görünür ki, qətnamə güya ona ##.##.2024-cü il tarixdə çatdırılmış, bu barədə müvafiq xəbərnamədə qeydlər edilmişdir. Halbu ki, poçt izləməsində və məktubun ona çatması barədə ona rəsmi olaraq heçbir sənəd göstərilməmişdir. Həmin qətnamənin poçt vasitəsi ilə ona verilməmişdir və həmin sənədin onun tərəfindən alınması üçün imzası belə olmamışdır. Bununla da cavabdeh tərəf qətnamədən apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Göründüyü kimi, cavabdeh tərəfindən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulan 1 aylıq müddət ötürülmüşdür. Halbu ki, həmin qətnamədən barəsində icra məmurunun verdiyi axtarış işi olduğunda məlumat əldə etdikdən dərhal sonra qətnaməni rəsmi surətdə Şəmkir Rayon Məhkəməsində alaraq apellyasiya şikayəti vermişdir. Hesab edir ki, məhkəmə tərəfindən qəbul edilmiş qərardad əsassızdır. İşin sənədlərində qətnamənin surətinin məhz cavabdehin ünvanına göndərilməsi, çatdırılmasını və qətnamənin cavabdeh tərəfindən şəxsən alınmasım təsdiq edən heç bir sübut yoxdur. Çünki, hər hansı bir qətnamə alınmamış, xəbəri olmamışdır. Belə olan halda onun yəni cavabdeh Cavabdeh apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəb olmadan buraxılması barədə məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyil, buna görə də Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, e- *(***)-****/**** nömrəli qərardadı ləğv edilməlidir. Müddətin bərpa edilməməsi onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Hesab edir ki, müddətin buraxılması üzürlü hesab edilməlidir. Prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən MPM-nin 133.1-ci maddəsinə müvafiq olaraq bərpa edilməlidir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikasının MPMin 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikasının MPM-in 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikasının MPM-in 134-cü maddəsində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının MPM-in 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının MPM-in 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra Azərbaycan Respublikasının MPM-in 135.2-ci maddəsində göstərilir ki, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Azərbaycan Respublikasının MPM-in 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bundan əlavə elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. (Mülki Prosessual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələri) Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının MPM-in 227.4-cü maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Göründüyü kimi, qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi poçt vasitəsi ilə cavabdeh Cavabdeh rəsmi qaydada göndərilmiş və poçt göndərişinin izləməsindən görünür ki, qətnamənin surəti cavabdehə ##.##.2024-cü il tarixdə çatdırılmışdır. Cavabdeh Cavabdeh tərəfindən Şəmkir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı müddət keçdikdən sonra apellyasiya şikayəti və buraxılmış müddətin bərpa edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin, müddətin üzürlü səbəbdən ötürülməsi ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim edə bilməmişdir. Ona görə də, yuxarıda qeyd olunduğu kimi, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-in 366.2-ci maddəsində deyilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” ##.##.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illuziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığna xələl gətirər. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldar. Şikayət hüququ Avropa Konvensiyasının 6-cı maddəsinin prizması baxımından da mütləq hüquq hesab edilmir. Belə ki, Konvensiya mülki icraat çərçivəsində ümumiyyətlə apelyasiya hüququnu nəzərdə tutmamışdır. Avropa Məhkəməsi formalaşdırdığı presedent hüququ ilə apelyasiya icraatının 6-cı maddədəki təminatlar baxımından qiymətləndirilməsinin mümkünlüyünü daxili qanunvericilikdə apellyasiya hüququnun nəzərdə tutulduğu halla şərtləndirmişdir (Delkur Belçikaya qarşı iş üzrə qərarı). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə məhkəmənin mövqeyi qanuni və əsaslı olmuşdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 130, 133, 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-7)-583/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-583/2026
13.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver