Məhkəmə qərarları › İş №e-2(3-7)-606/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-606/2026

13.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-606/2026 13.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məmmədov Tural Nurulla oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı şifahi podrat müqaviləsi üzrə öhdəliyin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 600 (altı yüz) manat əvvəlcədən ödənilmiş pul vəsaiti və 200 (iki yüz) manat əlavə kirayə xərci olmaqla, ümumilikdə 800 (səkkiz yüz) manatın tutularaq ona ödənilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən cavabdehlər tərəfindən qanunsuz saxlanılan 600 manat məbləğinə ödənildiyi gün üçün qanuni faizlərin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-***)-****/**** nömrəli, qərardadı (hakim Zaman İmanov) ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı şifahi podrat müqaviləsi üzrə öhdəliyin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi barədə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı İddiaçı qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin e- ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli, qərardadının ləğv edilməsi və iddia ərizəsinin Gəncə Şəhər Məhkəməsinin icraatına qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-****/**** nömrəli, qərardadı ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı şifahi podrat müqaviləsi üzrə öhdəliyin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-***)-****/**** nömrəli, qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Daha sonra iddiaçı təkrar Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-***)- ****/**** nömrəli, qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-****/**** nömrəli, qərardadı ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı şifahi podrat müqaviləsi üzrə öhdəliyin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-***)-****/**** nömrəli, qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Hal-hazırda iddiaçı məhkəmənin ##.##.2026-cı il tarixli e-*(*-***)-****/**** nömrəli, qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilərək, iddia ərizəsinin Gəncə Şəhər Məhkəməsinin icraatına qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı şifahi podrat müqaviləsi üzrə öhdəliyin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 600 (altı yüz) manat əvvəlcədən ödənilmiş pul vəsaiti və 200 (iki yüz) manat əlavə kirayə xərci olmaqla, ümumilikdə 800 (səkkiz yüz) manatın tutularaq ona ödənilməsini, xahiş etmişdir. İşə baxılması hakim Zaman İmanova həvalə edilmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə təqdim etdiyi iddia ərizəsi MPM-nin 152.1.3-cü maddəsinə istinadən (ərazi aidiyyəti üzrə) geri qaytarılmışdır. Cavabdehlərin qeydiyyat ünvanının başqa rayonda olması iddianın bu məhkəmədə baxılmasına mane olmur. MPM 36.11-ci maddəsi müqavilənin icra edildiyi yer üzrə iddia qaldırmaq hüququ verir. Öhdəliyin icra olunacağı yer Gəncə şəhərində yerləşir və bu, Gəncə Şəhər Məhkəməsinin yurisdiksiyasına daxildir. Şahidlərin və maddi sübutun (obyektin) burada olması prosessual səmərəlilik baxımından işin burada baxılmasını zəruri edir. Lakin sözügedən qərardad MPM-nin maddi və prosessual normalarının kobud şəkildə pozulması ilə qəbul edildiyindən ləğv edilməsi barədə ##.##.2026ci il tarixdə apellyasiya şikayəti vermişdir. Eyni zamanda şikayətdə MPM-nin 269.2-ci maddəsinə əsaslanaraq qərardadın hakim tərəfindən özünün ləğv edilməsinin mümkünlüyünü göstərmişdir. Amma hakim şikayətin MPM-ə * saylı əlavədə müəyyən olunmuş xüsusi formaya uyğun tərtib edilmədiyinə görə, hər bir maddi və prosessual hüquq normasının ardıcıl sıralanmadığına görə, hər bir normanın qarşısında məhkəmənin hansı hüquqi mövqeni nəzərə almadığı aydın şəkildə ifadə olunmadığına görə və elektron imza və göndərmə qaydasının pozulmasını əsas gətiriərək apellyasiya şikayətini ##.##.2026-cı il tarixli qərardadı ilə geri qaytarmışdır. ##.##.2026-cı il tarixdə qərardadda göstərilən bütün prosessual iradları aradan qaldıraraq yenidən ikinci dəfə apelyasiya şikayəti vermişdir. Yenə də apelyasiya şikayəti hakim tərəfindən bloklandı və yuxarı instansiya məhkəməsinin icraatına verilmədi. ##.##.2026- cı il tarixdə üçüncü dəfə apelyasiya şikayətinin verilməsinə baxmayaraq hakim prosessual xətanı düzəltmək əvəzinə qərəzli mövqe tutaraq onun hüquqlarının müdafiəsinə mane olmağa cəhdə etmişdir. Faktiki olaraq onun apellyasiya instansiyasına müraciət etmək hüququ hakim tərəfindən bloklanmışdır. Gəncə Şəhər Məhkəməsinin hakimi Zaman İmanovun icraatında olmuş mülki iş üzrə onun hərəkətləri qərəzli olduğunu və işin ədalətli araşdırılmasında maraqlı olmadığını sübut edir. MPM-in 19.1.5-ci maddəsini rəhbər tutaraq hakimə aşağıdakı əsaslarla etiraz edir: 1. Prosessual süründürməçilik faktı MPMnin 36.11-ci maddəsinə əsasən, podrat müqavilələrindən irəli gələn iddialar müqavilənin icra edildiyi yerə görə də verilə bilər. Hakim iddiaçının qanunla müəyyən edilmiş bu seçmə aidiyyət hüququnu, bütün sübutların (mənzil, şahidlər) və cavabdehlərin faktiki yaşayış yerinin Gəncə şəhəri olmasını tamamilə nəzərə almadan yanlış qərar verdiyi faktları gizləmək məqsədi ilə apellyasiya şikayətlərimi mahiyyəti üzrə yuxarı instansiyaya göndərməkdən yayınır. 2. Elektron sistemin kanlarından sui-istifadə və texniki təhrif. Hakim Zaman İmanov ##.##.2026-cı il tarixli qərardadında apellyasiya şikayətinin geri qaytarılmasını onun "gücləndirilmiş elektron imza ilə imzalanmaması" və "scan" versiyada olması ilə əsaslandırmışdır. Lakin aşağıdakı texniki faktlar bu iddianın tamamilə əsassız olduğunu və hakimin qərəzli yanaşmasını sübut edir. Onun tərəfindən yüklənmiş sənədlərin qarşısında "Elektron məhkəmə" portalı tərəfindən "Təhvil alındı" statusu verilmişdir. "Elektron imza və elektron sənəd haqqında" Qanuna və portalın iş prinsiplərinə görə, sənəd ASAN imza (PIN 2) ilə təsdiqlənmədən sistem tərəfindən bu statusla qəbul edilə bilməz. Hakimin sistemin verdiyi rəsmi statusu inkar etməsi onun texniki savadsızlığı deyil, qərəzli yanaşmasıdır. Maraqlıdır ki, hakim onun ##.##.2026-cı il tarixli şikayətimi "imzasız" adlandıraraq geri qaytardığı halda, eyni qaydada və eyni formatda yüklədiyi ##.##.2026-cı il tarixli müraciətini rəsmi qaydada icraatına daxil etmişdir. Eyni imzalama mexanizmi ilə göndərilən bir sənədin "imzasız", digərinin isə "məqbul" sayılması hakimin subyektiv və qeyri-obyektiv münasibətinin göstəricisidir. Hakimin PDF formatında olan sənədi "scan" adlandırması aşkar qərəzdir. Ədliyyə Nazirliyinin **-N nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara görə, PDF rəsmi qəbul edilən formatlardan biridir. Sənədin rəqəmsal imzalanması onun məzmununu deyil, müəllifliyini təsdiq edir ki, bu da ASAN imza ilə həyata keçirilmişdir. Hakim qərardadı çıxardığı gün (##.##.2026) sistemdə "Məhkəmə aktı çıxarıldı" bildirişini yaratmış, lakin 20-30 mart tarixlərində sistemin işləməyəcəyi nəzərə alınmaqla yalnız ##.##.2026-cı il tarixdə (saat 16:45) sistemə sənədin "yerləşdirilməsi" barədə bildiriş daxil edilmişdir (bax qoşma Ekran görüntüsü 2,3). O, ##.##.2026-cı il tarixdə hakimə rəsmi müraciət edərək, ##.##.2026-cı il tarixli qərardadın elektron kabinetə yerləşdirilməsini xahiş etmişdir. Lakin bu bildiriş də qərəzli xarakter daşımışdır, çünki bildirişə baxmayaraq sənəd kabinetdə faktiki olaraq mövcud olmamışdır (bax qoşma Ekran görüntüsü 1). Bu müraciətdən sonra da sənədin kabinetə yüklənilməməsi, süründürməçiliyi ifşa edən haldır. ##.##.2026-cı il tarixinə olan vəziyyətə görə sistem qeydləri sübut edir ki, qərardad kabinetə hələ də yerləşdirilməmişdir. Bu, hakimin "Elektron məhkəmə" portalının imkanlarından vətəndaşın əleyhinə, prosessual müddətləri manipulyasiya etmək üçün istifadə etdiyini göstərən aşkar süründürməçilik faktıdır. Qərardadın elektron qaydada təqdim edilməsinin yayınması nəticəsində, o, ##.##.2026-cı il tarixdə məhkəməyə şəxsən getməyə və qərardadı dəftərxanadan əlbəəl almağa məcbur qalmışdır. Hakim tərəfindən apellyasiya şikayətlərinin formal əsaslarla ardıcıl şəkildə geri qaytarılması və yuxarı instansiya məhkəməsinə göndərilməməsi onun məhkəmə müdafiəsi hüququnun (Konstitusiyanın 60-cı maddəsi) pozulmasına gətirib çıxarmışdır. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəməyə təqdim edilmiş elektron qaydada tərtib edilmiş şikayətdən görünür ki, iddiaçı İddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilmiş, elektron imza ilə imzalanmış şikayətdə iddiaçı tərəfindən skan edilərək yüklənmiş, lakin şikayət ərizəsi elektron sənəd formasında verilməmişdir. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. (Mülki Prosessual Məcəllənin 10- 1.1 və 10-1.2-ci maddələri) İddiaçı tərəf şikayətində göstərmişdir ki, şikayət asan imza ilə imzalanmış və elektron kabinet vasitəsilə verilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Azərbaycan Respublikasının MPM-in 10-1.8-ci maddəsinə əsasən “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1ci maddəsinə əsasən elektron sənəd aşağıdakı tələblərə cavab verməlidir: 21.1.1. texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir; 21.1.2. bu Qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır; 21.1.3. identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır; 21.1.4. texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan (vizual) şəkildə təqdim olunmalıdır. Məhkəmə kollegiyası göstərir ki, elektron kabinet vasitəsilə verilən şikayət ərizəsi yalnız adi sənəd formasında tərtib edilərək imzalanmış və skaner edilərək elektron kabinetə yüklənmiş və elektron imza ilə imzalanmışdır. Hansı ki, elektron sənəd kimi qeydə alınmış şikayət ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron sənəd formasında hazırlanmalı və daha sonra həmin sənəd elektron imza ilə təsdiq edilərək verilməlidir. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin geri qaytarılması qanuni və əsaslı olmuşdur. Bundan başqa birinci instansiya məhkəməsi EMİS - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunan məlumatlardan müəyyən etmişdir ki, cavabdehlərdən cavabdeh2 ##.##.2020-ci il tarixdən Kəlbəcər rayonu, Təkəqaya kəndində qeydiyyatdadır. Digər cavabdeh cavabdeh1 isə ## ###### 2025-ci il tarixdən Daşkəsən rayonu, Çanaqçı kəndində qeydiyyatdadır. Göründüyü kimi, iddia cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməmişdir. Azərbaycan Respublikasının MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1.-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPMin 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar