Məhkəmə qərarları › İş №e-2(3-7)-735/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-735/2026

09.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-735/2026 09.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X3 (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı İddiaçı cavabdeh Cavabdeh ogluna qarşı “uşağın 3 yaşına çatanadək saxlanılması üçün aliment tələbinə dair” mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin e-*(*-***)- **/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 ##.##.2024-cü il tarixdə anadan olmuşlar.

2. X2 tərəfindən aparılmış mediasiya sessiyasında 1-ci tərəf Cavabdeh ilə 2-ci tərəf Salahova (Şükürova) Nəzrin Azad qızı arasında bağlanmış ##.##.2025-ci il tarixli, MŞB/**/****-***** nömrəli barışıq sazişinin məzmunundan görünür ki, tərəflər nikahın pozulması, birgə nikahdan anadan olmuş ##.##.2024-cü il təvəllüdlü X4 anasının yanında qalması, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aliment ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Cavabdeh birgə nikahdan anadan olan ##.##.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün ## ######## 2025-ci il tarixdən başlayaraq Salahova (Şükürova) Nəzrin Azad qızının xeyrinə hər ay 246 (iki yüz qırx altı) manat miqdarında sabit pul məbləğində alimenti ödəyir.

3. Şuşa Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh cavabdeh X1 qarşı nikahın pozulması, uşağın himayəyə verilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şuşa Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş və iddiaçı Cavabdeh və cavabdeh X1 arasında ##.##.2023-cü il tarixdə * saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində **** nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur.

4. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə olunmuş çıxarışa əsasən müəyyən edilmişdir ki, Cavabdeh “xxxx” MMC-də fəhlə işləməklə aylıq əmək haqqı 746 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat

5. İddiaçı İddiaçı cavabdeh Cavabdeh ogluna qarşı “uşağın 3 yaşına çatanadək saxlanılması üçün aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikahdan doğulmuş uşaqları Hülya Atdıxan qızının 3 yaşına çatanadək saxlanması üçün hər ay 120 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh oglu ilə aralarında ##.##.2023-cü il tarixdə * saylı Bakı "ASAN Xidmət" Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən **** saylı nikah qeydə alınmışdır. Birgə nikahlarından ##.##.2024-cü il təvəllüdlü X4 dünyaya gəlmişdir. Nikahları Şuşa Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Uşaqları hazırda onun himayəsindədir və ona tək baxır. Buna görə də, işləmək imkanı məhduddur və maddi çətinlik çəkir.

7. Şuşa Rayon Məhkəməsinin e-*(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddia tələbi təmin edilməmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericilik arvadın ərindən ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində aliment almaq hüququnu müəyyən edir. Lakin qanunvericilik eyni zamanda bunun üçün keçmiş ərin zəruri vəsaitə malik olmasını, eləcə də, ailə maddi vəziyyətini, həmçinin tərəflərin digər diqqətəlayiq olan maraqlarını nəzərə almağı tələb edir. İddiaçı isə cavabdehin bunun üçün zəruri vəsaitə malik olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

9. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2, 22.2.1, 22.2.2, 22.2.3, 75.1, 78.1 və 78.2-ci, 85.1.1, və 86-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

10. Şuşa Rayon Məhkəməsinin e-*(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilərək, iddiamın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin nəticə ilə əsaslandırma arasında ziddiyyət vardır və faktlar düzgün hüquqi nəticəyə gətirilməyib. Ana üçün aliment hüququ avtomatik yaranır (uşaq 3 yaşa qədər). Bu hüquq üçün yalnız minimal şərt ərin müəyyən maddi imkanlara malik olmasıdır. İşin faktiki hallarına görə, cavabdeh rəsmi işləyir və aliment ödəyir. Göründüyü kimi, məhkəmənin “imkanı yoxdur” nəticəsi tam əsassızdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1ci maddəsinə istinad etsə də, həmin normanı düzgün tətbiq etməmiş və normanın hüquqi mahiyyətini təhrif etmişdir. Belə ki, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən, keçmiş arvad ümumi uşağın doğulduğu gündən 3 il müddətində keçmiş ərdən aliment tələb etmək hüququna malikdir. Bu norma imperativ xarakter daşıyır və qadının sosial müdafiəsinə yönəlmiş xüsusi təminat mexanizmidir. Məhkəmə isə bu hüququ əsassız olaraq “keçmiş ərin zəruri vəsaitə malik olması” şərti ilə faktiki olaraq məhdudlaşdırmışdır. Lakin,“Zəruri vəsaitə malik olma” anlayışıməhkəmə tərəfindən səhv şərh edilmişdir. Cavabdehin rəsmi iş yerinin olması və aylıq gəlir əldə etməsi məhkəmənin özü tərəfindən müəyyən edilmişdir. Bu hal onun minimum maddi imkanlara malik olduğunu təsdiq edir. Məhkəmə sübutlara zidd nəticəyə gəlmişdir. Cavabdeh rəsmi olaraq işləyir 650 manat əmək haqqı alır və aylıq 246 manat aliment ödəyir. Bu faktlar onun ümumiyyətlə gəlirə malik olmadığını deyil, əksinə, müəyyən maliyyə imkanlarının mövcudluğunu göstərir. Məhkəmə normanın sosial məqsədini nəzərə almamışdır. Ailə Məcəlləsinin 85-ci maddəsi uşağa qulluq edən ananın işləmək imkanlarının məhdud olmasını nəzərə alaraq ona əlavə təminat vermək məqsədi daşıyır. Məhkəmə bu məqsədi nəzərə almadan formal yanaşma tətbiq etmişdir. Məhkəmə faktiki olaraq qanunda nəzərdə tutulmayan əlavə şərt tətbiq etmişdir. Qanun yalnız keçmiş ərin müəyyən maddi imkanlara malik olmasını tələb etdiyi halda, məhkəmə bu meyarı əsassız şəkildə ağırlaşdıraraq iddiaçının hüququnu məhdudlaşdırmışdır. Nəticə etibarilə, məhkəmə Ailə Məcəlləsinin 85.1.1-ci maddəsini formal şəkildə qeyd etsə də, onun məzmununu düzgün tətbiq etməmiş, normanın məqsəd və mahiyyətinə zidd nəticəyə gəlmişdir. Bu isə qətnamənin ləğvi üçün müstəqil əsasdır

12. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə bildirişi ilə onıara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəyi təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı iddiaçı İddiaçı məhkəməyə ərizə ünvanlayaraq Mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh oglu da məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

14. Maddə 85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad.

15. Maddə 86. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

21. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

22. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

23. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməməli, Şuşa Rayon Məhkəməsinin e-*(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2 və 84.2.2-ci maddələrinə görə, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad, buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.

28. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvadın buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.

29. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə olunmuş çıxarışa əsasən müəyyən edilmişdir ki, Cavabdeh “xxxx” MMC-də fəhlə işləməklə aylıq əmək haqqı 746 manat təşkil edir. Digər tərəfdən, Cavabdeh birgə nikahdan anadan olan ##.##.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün ## ######## 2025-ci il tarixdən başlayaraq Salahova (Şükürova) Nəzrin Azad qızının xeyrinə hər ay 246 manat miqdarında sabit pul məbləğində alimenti ödəyir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X7 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” # #### 2019-cu il tarixli Qərarında qeyd edilir ki, keçmiş ərin (arvadın) aliment almaq hüququnun əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Ailə Məcəlləsinin 85.1-ci maddəsində sadalanan əsasları birləşdirən amil keçmiş ərin (arvadın) müəyyən səbəblərə görə işləmək imkanının olmaması və ya məhdud olması və aliment ödəməsi tələb olunan keçmiş ərin (arvadın) bunun üçün zəruri vəsaitə malik olmasıdır. Məcəllənin 85 və 86-cı maddələri sistemli əlaqədə olaraq aliment münasibətlərinin hər iki tərəfinin maraqlarının tarazlığını təmin etmək şərti ilə, istər aliment alanın, istərsə də onu ödəyənin zəruri həyat səviyyəsinin saxlanılmasına yönəlmişdir.

31. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə uyğun olaraq, cavabdehin ailə və maddi vəziyyətini, ər və arvadın bir-birinə maddi cəhətdən kömək etməli olduğunu, iddiaçının himayəsində azyaşlı uşaq olduğu üçün işləyə bilməməsini və tərəflərin digər diqqətəlayiq maraqları nəzərə alaraq hesab edir ki, ##.##.2024cü il təvəllüdlü X4 3 (üç) yaşı tamam olana kimi ## #### 2026-cı il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,12 (sıfır tam yüzdə on iki) misli həddində sabit pul məbləğində aliment cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə tutulmalıdır.

32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

33. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

34. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, MPM-in 88, 217, 218, 372.1-ci maddələrinin tələblərinə riayət edilməmişdir.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Şuşa Rayon Məhkəməsinin e-*(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şuşa Rayon Məhkəməsinin e-*(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. ##.##.2024-cü il təvəllüdlü X4 3 (üç) yaşı tamam olana kimi ## #### 2026-cı il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, hər ay müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,12 (sıfır tam yüzdə on iki) misli həddində sabit pul məbləğində aliment cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə tutulsun. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar