Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-748/2026 10.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: uşağın atadan alınıb anaya verilməsi və aliment Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X3 və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Məmmədov Miri Fazil oğlunun katibliyi, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ## ###### 2023-cü il təvəllüdlü X2 cavabdehdən alınıb ona verilməsi və aliment tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. * saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsindən verilmiş ## ###### 2025-ci il tarixli arayışdan görünür ki, X2 ## ###### 2023-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçı Elçin qızıdır.
2. Tovuz Rayon Icra Hakimiyyətinin ## ###### 2025-ci il tarixli məktubundan görünür ki, cavabdeh Cavabdeh ilə əlaqə saxlamaq mümkün olmadığından onun yaşayış yerinə baxış keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən cavabdehin həyat şəraitinin müayinəsi ilə bağlı rəy verilməsi mümkün olmamışdır.
3. Sumqayıt Şəhər Icra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyası tərəfindən İddiaçı yaşayış yeri və həyat şəraitinə dair müayinə aktı Tovuz Rayon Icra Hakimiyyətinə təqdim olunmuş, həmin müayinə aktında göstərilmişdir: Tovuz Rayon Məhkəməsinin icraatında olan mülki işlə əlaqədar ünvan 1 ünvanında yaşadığı göstərilən İddiaçı mənzil-məişət şəraiti müayinə edilmişdir. Müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı Sumqayıt şəhəri, Sumqayıt Çay, Sumqayıt sənaye zonası ünvanında yaşayır. Iddiaçı İddiaçı tərəfindən Komissiyaya yaşadığı evin mülkiyyət hüququna dair hər-hansı bir sənəd təqdim olunmamışdır. Qeyd olunan ev birmərtəbəli olmaqla 3 otaqdan, mətbəxdən və sanitar qovşaqdan ibarətdir. Mənzil zəif təmirlidir, kombi, kondisioner, məbel və digər zəruri əşyalarla təchiz edilmişdir. Evin su, qaz, işıq və kanalizasiya sistemləri yaşayış normalarına uyğundur. Mənzildə uşaqların yaşaması üçün şərait mövcuddur Iddiaçı İddiaçı qeyd olunan evdə anası-1967-ci il təvəllüdlü X1 ilə yaşayır. Iddiaçı İddiaçı tərəfindən Komissiyaya işləməsi ilə bağlı hər-hansı bir rəsmi arayış təqdim edilməmişdir. Iddiaçı İddiaçı davranışında və səhətində övladının onun himayəsinə verilməsinə mane ola biləcək əks hal aşkar edilməmişdir.
4. Sumqayıt * saylı mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ## ###### 2025-ci il tarixli, MŞS/MT***/****-***** nömrəli arayışdan görünür ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında mediasiya prosesi baş tutmamışdır.
a). Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı uşağın ananın yanında saxlanması və aliment tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, qeyri-rəsmi nikahdan anadan olmuş ## ###### 2023-cü il təvəllüdlü X2 cavabdeh Cavabdeh alınaraq ona verilməsi, ## ###### 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində aliment, mediasiya xərcinin əvəzi olaraq 60 manat və ödənilmiş 50 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə qeyri-rəsmi ailə qurmuş, bu münasibətdən ## ###### 2023-cü il tarixdə X2 anadan olmuşdur. Cavabdeh və valideynləri onu döyərək evdən qovmuş, eləcədə övladını zorla əlindən almışlar.
7. Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim S.Hacıyev) iddia qismən təmin edilərək, ## ###### 2023-cü il təvəllüdlü X2 anası İddiaçı qızının yanında qalması müəyyən edilməsi; X2 cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı Elçin qızına verilməsi; X2 İddiaçı verildiyi gündən başlayaraq onun saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması; Ödənilmiş 50 (əlli) manat məbləğdə dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Elçin qızına ödənilsin. İddiaçı mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödədiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi; Mediasiya ilə bağlı İddiaçı çəkdiyi mediasiya xərci 60 (altmış) manat Şamayev Elvin Ilqar oğlundan tutularaqİddiaçı Elçin qızına ödənilməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 17ci maddəsi, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3, 60-cı maddələri, Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3, 18-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir.
b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçı yüngül həyat tərzi keçirir, daimi yaşayış yeri yoxdur, sosial şəbəkələrdə mütəmadi olaraq canlı yayın açaraq qeyri-etik hərəkətlər edir. Məhkəməyə təqdim edilmiş disklərdə iddiaçının etik olmayan görüntüləri vardır. Onun həyat tərzi uşağın tərbiyəsinə mənfi təsir göstərəcək. O isə 2 ildən çoxdur ki, Gürcüstanda yaşayır. Orada yüksək səviyyəli həyat şəraiti vardır. Uşaq orada bağçaya gedir, hər bir ehtiyacı təmin edilir. Həmçinin Tovuz rayonunda da evi vardır. Hazırda Tovuzda onun valideynləri həmin evdə yaşayır. Uşaq ananın razılığı ilə ölkədən aparılmışdır. Iddiaçı başqa bir şəxslə münasibət quraraq uşağı qoyub evdən getmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
12. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, halhazırda uşaq ondadır. Iddiaçının maddi durumu aşağı olduğu üçün uşaq onda qalmışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
14. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
15. Maddə 34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
16. Maddə 49.2 Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.
17. Maddə 58.2 Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.
18. Maddə 60.1 Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.
19. Maddə 60.4 Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
20. Maddə 61.3 Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir.
21. Maddə 73.1 Uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir.
22. Maddə 73.2 Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
23. Maddə 4 Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
24. Maddə 5 Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
25. Maddə 8 Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
26. Maddə 17 Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır.
27. Maddə 18 Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 124.1. Işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
33. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
35. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
39. Işin müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh faktiki olaraq ailə qurmuşlar və sonuncuların faktiki nikahlarından ## ###### 2023cı il tarixdə Ilqarə adlı uşaqları anadan olmuşdur. Münasibətləri pozulduğundan tərəflər faktiki olaraq ayrılmış və iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.
40. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil.
41. Yuxarıda da qeyd olunduğu kimi qanunvericiliklə məhkəmələrin üzərinə qoyulan vəzifələrdən biri də, uşaq maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməsidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
42. Hər bir halda başlanğıc prinsipində uşağın üstün mənafeyi olduğu unudulmamalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası Uşaq hüquqları haqqında Bəyannamənin 2-ci maddəsindən, Uşaq hüquqları haqqında Konvensiyanın 3-cü maddəsinin birinci bəndindən irəli gəlir. 2008-ci ildə BMT-nin Qaçqınlar və Ailə Komissarlığı tərəfindən qəbul edilmiş “Uşaq mənafelərinin daha yaxşı təmin edilməsi Qaydaları”nda da göstərilir ki, “üstün maraqlar” termini uşağın rifahını izah edir. Belə rifah yaşı, yetkinlik səviyyəsi, valideynin olub-olmaması, uşağın ətraf mühiti və təcrübəsi kimi fərdi hallarla müəyyən edilir”.
43. Uşaqla bağlı mübahisənin həllində istər iddiaçı, istərsədə cavabdeh tərəfin biri digərinə qarşı irəli sürdiyü arqumentlərə kollegiya xüsusi diqqət yetirir. Belə ki, iddiaçı tərəf keçmiş həyat yoldaşı və qaynanasının ona təzyiq göstərərək uşağı əlindən almalarını, cavabdeh tərəf isə iddiaçının maddi vəziyyəti aşağı olduğu üçün uşağı saxlamaqdaçətinlik çəkməsi səbəbindən könüllü olaraq ona verdiyini bildirir.
44. Nəzərə almaq lazımdır ki, adı qeyd olunan uşaq ## ###### 2023-cü il təvəllüdlü olmaqla azyaşlıdır və bu yaş həddində olan uşağa xüsusən daha çox ana qayğısı və nəvazişi ehtiyac duyulur. Bu da onu deməyə əsas verir ki, ana qayğısına, nəvazişinə daha çox ehtiyac duyulduğu bu yaş dövründə olan həmin uşağın ana himayəsindən alınması və onun ana qayğısından kənarda saxlanılması həmin uşağın mənafeyinə zidd olmaqla yanaşı, onun psixoloji vəziyyətinə də mənfi təsir göstərər.
45. Bu baxımdan kollegiya valideyinlər arasında uşaqla bağlı mübahisənin həllində uşağın daha üstün maraqlarının nəzərə alınmasını önə çəkir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin faktiki nikahından anadan olmuş ## ###### 2023-cü il təvəllüdlü Ilqarə adlı azyaşlı uşağın cavabdehdən alınıb iddiaçıya verilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Mübahisənin bu cür həlli uşağın mənafeyi baxımından, yəni onun əqli, fiziki, mənəvi və psixoloji cəhətdən sağlam böyümələrinə zəmin yaradar. Çünki, yuxarıda da qeyd edildiyi kimi uşağın ana qayğısına, nəvazişinə, xüsusi diqqətə ehtiyacı vardır.
46. BMT Baş Assambleyasının ## ###### 1959-cu il tarixli 1386 (XIV) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə də, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvimaddi təminat mühitində böyüməlidir - azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır.
47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## #### 2016-cı il tarixli *- */**** nömrəli Qərarında qeyd olunur ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz.
48. Insan Hüquqları üzrə Avropa Konvensiyasının göstərilən məsələlərdən bəhs edən 8ci maddəsilə və həmin konvensiyanın * saylı protokolunun 5-ci maddəsilə bağlı formalaşmış hüquqi mövqeyinə diqqət yetdikdə də görünür ki, Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır.
49. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir. Həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz.
50. “Mustafa və Armağan Türkiyəyə qarşı” işdə məhkəmə qeyd etmişdir ki, uşaqlar arasında ailə bağlarının mühafizəsi olduqca mühüm vəzifədir və bu vəzifəni yalnız valideynlərin öhdəsinə buraxmaq olmaz (xüsusən valideynlərdən birinin hərəkətlərində bu təmaslara açıqaydın mane olma əlamətləri görünürsə).
51. Həmçinin qeyd olunmalıdır ki, uşaqla bağlı mübahisə həll edilərkən birinci instansiya məhkəməsində icraat zamanı Sumqayıt Şəhər Icra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyası tərəfindən İddiaçı yaşayış yeri və həyat şəraiti yoxlanılmışdır. Təqdim olunmuş müayinə aktında qeyd olunmuşdur ki, iddiaçı İddiaçı Sumqayıt şəhəri, Sumqayıt Çay, Sumqayıt sənaye zonası ünvanında anası ilə birlikdə yaşayır və həmin evin mülkiyyət hüququna dair hərhansı bir sənəd təqdim olunmamışdır. Qeyd olunan ev birmərtəbəli olmaqla 3 otaqdan, mətbəxdən və sanitar qovşaqdan ibarətdir. Mənzil zəif təmirlidir, kombi, kondisioner, mebel və digər zəruri əşyalarla təchiz edilmişdir. Evin su, qaz, işıq və kanalizasiya sistemləri yaşayış normalarına uyğundur. Mənzildə uşağın yaşaması üçün şərait mövcuddur. Iddiaçı İddiaçı davranışında və səhhətində övladının onun himayəsinə verilməsinə mane ola biləcək əks hal aşkar edilməmişdir.
52. Müayinə aktından da göründüyü kimi ## ###### 2023-cü il təvəllüdlü Ilqarə adlı uşağın anasının yaşadığı mənzildə onunla birlikdə qalması (yaşaması) üçün şərait mövcudur və iddiaçı İddiaçı davranışında və səhhətində övladının onun himayəsinə verilməsinə maneə ola biləcək əks hal aşkar edilməmişdir.
53. Kollegiya cavabdeh tərəfin təqdim etdiyi CD diskdəki sübutların ## ###### 2023-cü il təvəllüdlü Ilqarə adlı uşağın ananın himayəsindən alınmasının əsası kimi qiymətləndirmir.
54. Mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372, 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.