Məhkəmə qərarları › İş №e-2(3-7)-903/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-903/2026

09.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-903/2026 09.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçı qərardaddan apellyasiya şikayəti vermişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərarddadı ilə şikayət iddiaçıya geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı ildə rəsmi xüsusi şikayət versə də, şikayəti apellyasiya məhkəməsinə göndərilməmiş, ##.##.2026-cı il tarixli rəsmi geri addım məktubu ilə şikayət hüququ qanunsuz bloklanmışdır. Bunun ardınca apellyasiya şikayətinin geri qaytarılması barədə qanunsuz qərardad qəbul edilmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ilə şikаyət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. İddiaçı İddiaçı məhkəmə kollegiyasına vəsatət və ona əlavə edilmiş tibbi xidmətin göstərilməsi ilə bağlı sənədlər və CD/DVD disk təqdim etmişdir. İşə şifahi məhkəmə icraatında baxılmasını, sübutların təmin edilməsi haqqında qərardad qəbul edilməsini və məhkəmə-tibbi ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, ərizəsini belə əsaslandırmışdır ki, ##.##.2026-cı ildə X3 polipektomiya zamanı 0.5 l qan itirsə də, həkim Ülvi Maçanov yardıma gəlməmiş və onu təhlükədə buraxmışdır. Fəaliyyət qabiliyyətli olmasına baxmayaraq razılıq vərəqəsi qanunsuz olaraq ona deyil, bacısına imzalatdırılmışdır. Qüsurlu xidmətə görə 1040 manat və mənəvi sarsıntılara görə 3000 manat mənəvi zərərin tutulmasını tələb edir. Sonradan iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə maddi sübut və izahatı, həmçinin əlavə izahat və sübutların təmin edilməsi barədə vəsatət də vermişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirən məhkəmə hesab etmişdir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddiaçının iddia etdiyi hüquqlarının pozulması ilə bağlı tələbini təsdiq edəcək yetərli qədər sənədlər iş materiallarına əlavə olunmamışdır. Əksinə onun özü vəsatət təqdim edərək, cavabdeh tərəfdən bir çox sənədlərin və digər sübutların təmin olunmasını məhkəmədən xahiş etmişdir. Elə bu halın özü – iddiaçı tərəfindən qeyd olunan məzmunda vəsatətin verilməsi onun özünün də iş materiallarındakı sənədlərin yekun qərar qəbul etmək üçün kifayət etməməsi fikrində olduğunu sübut edir. Həmçinin, iddiaçı maddi zərərdən əlavə mənəvi zərərə görə pul da tələb edir ki, bu halı hər hansı sənədlə təsdiq etmək mümkün deyil və qiymətləndirmə aparmaq üçün məhkəmə araşdırması tələb olunur. Qeyd olunan səbəbdən işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasından imtina edilmişdir. Azərbaycan Respublikası MPM: 284-4.1.3-cü maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, işə baxılmasının sadələşdirilmiş qaydası yolverilməzdir. 284-4.2-ci maddəsinə əsasən, bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Göründüyü kimi, işə baxan məhkəmə haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.2-ci maddəsinə uyğun olaraq kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizənin icraata qəbulundan imtina qərardadından şikayət verilməsi nəzərdə tutulmamış və bu qərardadın nəticə hissəsində tərəfin nəzərinizə çatdırılmışdır. Həmin qərarddaddan iddiaçı tərəfindən verilən şikayət isə tərəfə geri qaytarılmışdır. Məhkəmənin həmin qərarddadda qeyd etdiyi kimi nə qədər ki, həmin qərardaddan şikayət verilməsi nəzərdə tutulmayıb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verildiyindən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 69.1-1, 361, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar