Məhkəmə qərarları › İş №e-2(3-7)-928/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-928/2026

21.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-928/2026 21.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin miqdarının azaldılmas tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Mingəçevir Şəhər Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il qərardadı ilə ## ###### 2015-ci il tarixdə doğulmuş Röyalə və ## ###### 2017-ci il tarixdə doğulmuş Əziz adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2018-ci il tarixli qətnaməsi ilə bir uşağa görə təyin edilmiş 120 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli, cəmi (iki uşa üçün) 1,84 misli həddində indeksasiya edilmişdir.

2. Hazırki iş üzrə cavabdeh olan Ü.Z.Musayevanın ##.##.2021-ci ildə tələbkar qismində Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə yazdığı ərizəsinin surətindən görünür ki, Röyal İddiaçıə adlı uşağın saxlanılması üçün 18 yaşı tamam olanadək ödənilməli olan 18120 manat məbləğində alimenti tam şəkildə ödəmiş, Ü.Z.Musayevanın gələcəkdə bununla bağlı heç bir tələbi və iddiası olmayacaq. Əziz adlı uşağa ödənilməli olan aliment isə hər ay İddiaçı tərəfindən ödənilir.

3. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin ##.##.2025-ci il tarixli 248381/2018-3- ** saylı məktubundan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2018-ci il tarixli *(***)-****/**** saylı icra vərəqəsinə əsasən İddiaçı Röyalə və Əziz adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 240 manat aliment tutularaq Ü.Z.Musayevaya verilməlidir. İcra vərəqəsində göstərilən tələbi təmin etmək məqsədi ilə ##.##.2018-ci ildə borclunun əmək haqqı aldığı müəssisəyə məktub göndərilmişdir. Ü.Z.Musayevanın ##.##.2021-ci ildə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə yazdığı ərizəsində Röyalə adlı uşağın saxlanılması üçün 18 yaşı tamam olanadək ödənilməli olan 18120 manat məbləğində alimenti tam şəkildə aldığını bildirmiş və bundan sonra borclunun əmək haqqında yalnız Əziz adlı uşağa görə ödənilməli olan 120 manat aliment pulunun tutulmasını xahiş etmişdir.

4. ##.##.2026-cı il tarixli sistemdən çıxarış kartoçkasından görünür ki, İddiaçı “xxxx” Maşinist, teplovoz vəzifəsində çalışdığını, aylıq əmək haqqı 609.12 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı rayon məhkəməsində cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq Mingəçevir Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2018-ci il tarixli qətnaməsi ilə ondan ## ###### 2015-ci il tarixdə doğulmuş Röyalə və ## ###### 2017-ci il tarixdə doğulmuş Əziz adlı uşaqların hər biri üçün təyin edilmiş minimum əmək haqqının 0,92 misli miqdarında alimentin azaldılaraq hər uşaq üçün 0,40 misli müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- ****/**** saylı ## ###### 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ## ###### 2015-ci il tarixdə doğulmuş Röyalə və ## ###### 2017-ci il tarixdə doğulmuş Əziz adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 120 manat, cəmi 240 manat miqdarında alimentin tutulub Cavabdeh verilməsi, alimentin tutulmasına ## ###### 2018-ci ildən başlanması qət edilmişdir. ## ##### 2021-ci ildə cavabdeh Cavabdeh təkidi ilə ## ###### 2015-ci ildə doğulmuş qızı Röyalənin 18 yaşınadək İddiaçı ödəməli olduğu 18120 manat aliment pulunu sonuncu ödəmişdir. Məhz Ülkərin ərizəsinə əsasən qətnamə yalnız Əziz adlı uşağa görə icra olunmağa başlamışdır. İddiaçı 2025-ci ilin dekabr ayına qədər alimenti bu qaydada ödəmişdir. Mingəçevir Şəhər Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə ## ###### 2015-ci il tarixdə doğulmuş Röyalə və ## ###### 2017-ci il tarixdə doğulmuş Əziz adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2018-ci il tarixli qətnaməsi ilə bir uşağa görə təyin edilmiş 120 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli, cəmi (iki uşaq üçün) 1,84 misli həddində indeksasiya edilmiş və ##.##.2025-ci il tarixdən başlayaraq İddiaçı sabit pul məbləğində aliment alınıb tələbkar Cavabdeh verilməsi qət edilmişdir. Hazırda ölkə üzrə minimum əmək haqqı 400 manat müəyyən olunduğundan həmin məbləğ 1 uşağa münasibətdə 368 manat müəyyən edilmiş, 2 uşağa münasibətdə isə 736 manat təşkil edir. Bu isə İddiaçı maddi imkanları həddində deyildir. İddiaçı əmək haqqı cəmi 609 manatdır. Digər tərəfdən İddiaçı 1 uşağa münasibətdə alimenti tam şəkildə əvvəlcədən ödəmişdir.

7. Ağdam Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi ilə (hakim Niftəliyev Mahir) iddianın qismən təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2018-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi və həmin qətnamə ilə tutulan aliment məbləğini indeksasiya edən Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)- ***/**** saylı qərardadı ilə ## ###### 2015-ci il tarixdə doğulmuş Röyalə və ## ###### 2017ci il tarixdə doğulmuş Əziz adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, ## ###### 2015-ci ildə anadan olmuş Röyalə və ## ###### 2017-ci il tarixdə anadan olmuş Əziz adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli olmaqla cəmi 1 (bir) misli həddində sabit pul məbləğində alimentin tutulması, dəyişdirilmiş alimentin tutulması Ağdam Rayon Məhkəməsinin bu iş üzrə ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Mingəçevir Şəhər Məhkəməsinin 8(051)- ***/**** saylı ##.##.2025-ci il qərardadı ilə ## ###### 2015-ci il tarixdə doğulmuş Röyalə və ## ###### 2017-ci il tarixdə doğulmuş Əziz adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2018-ci il tarixli qətnaməsi ilə bir uşağa görə təyin edilmiş 120 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə sonrakı artımlar nəzərə alınmaqla, bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli, cəmi (iki uşaq üçün) 1,84 misli həddində indeksasiya edilmişdir. İddiaçının əlavə gəlirlərinin olması barədə məhkəməyə hər hansı bir sübut təqdim olunmamış və o, hər ay hər uşaq üçün 368 manat olmaqla cəmi 736 manat məbləğində aliment ödəmək qabiliyyətində deyil. Məhkəmə qeyd edilənləri nəzərə alaraq İddiaçı iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində olmaqla cəmi bir misli sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsini məqsədə uyğun hesab edir.

9. Məhkəmə öz hüquqi mövqeyində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.2, 75.1, 75.4, 76.1.2, 78.1, 101.2, 112.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

10. Ağdam Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)- ***/**** saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, çıxarılmış qətnamənin prosessual və maddi hüquq normalarının kobud pozulması ilə qəbul edilmişdir. Qətnaməni qanunsuz və əsassız hesab etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı qismən etiraf edərək göstərmişdir ki, hazırda uşaqları ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır. Uşaqların təhsili, müalicəsi və gündəlik tələbatı çoxdur və bu səbəbdən alimentin heç olmasa 600 manat saxlanılması zərurəti vardır. Cavabdehin il ərzində aldığı əmək haqqı hər ay üçün 1000 manata yaxın düşür. Qeyd edilənlərə əsasən iddianın qismən təmin edilməsini xahiş etmişdir. Halbuki, cavabdeh iddianı qismən etiraf etməmişdir. Məhkəməyə istinad etdiyi isə iddiaçının izahatında 609 manat əmək haqqı almasıdır. Halbuki həmin maaşı təsdiq edən rəsmi sənəd təqdim olunmamışdır. Alimentin azaldılması yalnız şifahi əmək haqqı məlumatına əsaslandırılmış, gəlirin real məbləği isə rəsmi sübutlarla təsdiq edilməmişdir. Bu səbəbdən qəbul edilmiş qərarın qanunauyğun və obyektiv olmadığı qənaətindədir. Məhkəmə nəzərə almamışdır, iddiaçı alimentin miqdarının azaldılması barədə iddia ərizəsi müraciət etmiş, onun maddi vəziyyətində dəyişiklkiyin olmasını sübut etməmişdir. Ancaq buna baxmayaraq məhkəmə onun iddiasını qismən təmin etmişdir. Halbuki, iddiaçının əmək haqqı hər ay üçün eyni məbləğ deyildir, 1000 manatdan artıq əmək haqqı aldığı aylar mövcuddur. Məhkəmə yalnız sözlərə hüquqi qiymət vermişdir. Məhkəmə qətnaməsində uşaqlar üçün yaşayış minimumu 2025-ci il üçün göstərmişdir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat müəyyən edilmişdir. Halbuki, məhkəmə qətnaməsi 2026-cı ilin may ayında qəbul edilmişdir. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında Qanuna əsasən 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 260 manat müəyyən edilmişdir. Cavabdeh Cavabdeh məhkəmə iclasında Bakı şəhərində yaşadığından məhkəmə qərar qəbul edərkən Bakı şəhərində olan ümumi qiymətləri nəzərə almalı, istehlak səbətinin Bakı şəhəri üçün hesablabmasını müəyyən etməli idi.

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh izahatında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı izahatında bildirmişdir ki, aylıq əmək haqqının sabit olmadığını və hər ay dəyişdiyini qeyd etmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

15. 17-ci maddəsinin II bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

16. 34-cü maddəsinin IV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

17. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

18. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

19. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

20. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

21. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:

22. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

23. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

24. Azərbaycan Respublikasında 2026-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2026-ci ildə uşaqlar üçün yaşayış minimumu 260 manat müəyyən edilmişdir.

25. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

26. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinini dəyişdirə bilər.

32. Maddə 385.1.1 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

33. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

34. Maddə 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

35. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

36. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Hazırkı apellyasiya şikayətində qətnamə iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

41. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 8(051)- ***/**** saylı ##.##.2025-ci il qərardadı ilə ## ###### 2015-ci il tarixdə doğulmuş Röyalə və ## ###### 2017-ci il tarixdə doğulmuş Əziz adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2018-ci il tarixli qətnaməsi ilə bir uşağa görə təyin edilmiş 120 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə sonrakı artımlar nəzərə alınmaqla, bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli, cəmi (iki uşaq üçün) 1,84 misli həddində indeksasiya edilmişdir. İddiaçının əlavə gəlirlərinin olması barədə məhkəməyə hər hansı bir sübut təqdim olunmamış və o, hər ay hər uşaq üçün 368 manat olmaqla cəmi 736 manat məbləğində aliment ödəmək qabiliyyətində deyil.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi ailə qanunvericilyi məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

43. Alimentin miqdarının təyin olunması üçün əsas meyarları müəyyən edən Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

44. Tərəflərin maddi vəziyyəti onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sairlə qanunvericiliyə müvafiq olaraq müəyyən edilir.

45. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir.

46. Diqqətəlayiq digər hallar dedikdə isə tərəflərin əmək qabiliyyəti və sağlamlıq vəziyyəti, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmaması və s. məsələlər başa düşülür.

47. Nəzərə alınmalıdır ki, tərəflərin birgə nikahdan doğulan uşaqların saxlanılmasında bərabər öhdəlikləri mövcuddur. Cavabdeh apellyasiya şikayətinin dəlilində məhkəmənin iddiaçının izahatına istinad edərək qətnamə qəbul etməsini, iddiaçının əmək haqqını təsdiq edən rəsmi sənədin təqdim olunmadığını, iddiaçının gəlirinin real məbləğinin rəsmi sübutlarla təsdiq edilməməsini qeyd etmişdir. Cavabdehin həmin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş İddiaçı gəlir məlumatlarından görünür ki, o, “xxxx” QSC-də maşınist, teplovoz vəzifəsində işləyir və aylıq əmək haqqı 609,12 manat təşkil edir.

48. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin dəlilində iddiaçının aylıq əmək haqqının 1000 manatdan artıq olmasını qeyd etsə də bununla bağlı hər hansı sübut təqdim edə bilməmişdir.

49. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, iddiaçının aylıq gəliri 609.12 manat təşkil edir və onun alıq əmək haqqı ilə hər ay iki uşağa görə ödənilən 736 manat aliment ödənişinə uyğun deyildir. Birinci instansiya məhkəməsi Mingəçevir Şəhər Məhkəməsinin 8(051)- ***/**** saylı ##.##.2025-ci il qərardadı ilə ## ###### 2015-ci il tarixdə doğulmuş Röyalə və ## ###### 2017-ci il tarixdə doğulmuş Əziz adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2018-ci il tarixli qətnaməsi ilə bir uşağa görə təyin edilmiş 120 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə sonrakı artımlar nəzərə alınmaqla, bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli, cəmi (iki uşaq üçün) 1,84 misli həddində indeksasiya edilməsindən sonra alimentin indeksasiya olunduğu dövrə münasibətdə İddiaçı ailə və maddi vəziyyətini olan dəyişikləri nəzərə almaqla indeksasiya olunmuş məbləği azaldaraq İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli olmaqla cəmi 1 (bir) misli həddində sabit pul məbləğində alimentin tutulmasını müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Həmçinin, tərəflərin birgə nikahdan doğulan uşaqların saxlanılmasında bərabər öhdəlikləri mövcuddur. Cavabdeh Cavabdeh əmək qabiliyyətli olmaqla işləmək imkanına malikdir.

50. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 384, 402 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Ağdam Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar