Məhkəmə qərarları › İş №e-2(3-8)-560/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-560/2026

29.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-560/2026 29.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Mənzil Tikinti Kooperativinə və cavabdeh1 qarşı mülki iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X2 ibarət tərkibdə, X1 qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Mənzil Tikinti Kooperativinə və cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma, mənzilin təhvil verilməsi, mənzil üzərində sahiblik və istifadə hüquqlarının tanınması, mənzilə sahiblik hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması və mənzilə dair müvafiq sənədlərin təhvil verilməsinin cavabdeh şirkətə həvalə edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə

1. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Mənzil Tikinti Kooperativinə, cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs publik hüquqi şəxsi * saylı Sumqayıt Ərazi Idarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma, mülkiyyət hüququnun tanınması, öhdəliyin icra edilməsi tələbinə dair iddiası rədd edilmiş, iddiaçı İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 8 mərtəbəsində yerləşən, ümumi sahəsi 78,8 kv.m. olan, izolə olunmuş 2 otaqdan ibarət ** №-li mənzilin dəyəri olaraq ödənilmiş pul məbləğinin və ya ona dəymiş zərərin əvəzinin cavabdeh2 MTK tərəfindən ödənilməsi üçün müvafiq məhkəməyə müraciət etmək hüququ olmasının izah edilməsi və məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun iddiaçı İddiaçı aid edilməsi qət edilmişdir.

2. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Apellyasiya icraatı zamanı iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə ərizə təqdim edərək iddia tələbindən imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

4. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

7. Maddə 52. Iddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.1. Iddiaçı iddiadan imtina edə bilər. Iddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. (...) 52.5. Iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

8. Maddə 122. Iddiaçı iddiadan imtina etdikdə və barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım üçün vəkilə ödənilən xərclərin bölüşdürülməsi 122.1. Iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. 122.2. Iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. (...)

9. Maddə 370. Iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.

10. Maddə 261. Icraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: (...) 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; (...)

11. Maddə 262. Icraata xitam verilmə qaydası və nəticələri 262.1. Iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. (...)

12. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir (...)

13. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

14. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: (...) 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Işə apellyasiya qaydasında baxılarkən iddiaçı İddiaçı iddia tələbindən imtina edilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, cavabdehlərlə aralarında əldə olunmuş razılığa əsasən ona kompensasiya məbləği olaraq 50.000 (əlli min) manat ödənilmişdir. Ona görə də iddia tələbindən imtina etdiyini bildirmiş və bunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

16. Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili vəkil2 ##.##.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyindən və tərəfin iddiadan imtina etməsi qanunazidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

17. Azərbaycan Respublikası MPM-in 263-264, 267-268, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı:

Iddiaçı İddiaçı iddia tələbindən imtinası qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar