Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-611/2026 02.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh1 və cavabdeh2 qarşı əmək müqaviləsinin etibarsız hesab edilməsi, maddi-mənəvi ziyan və s tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından nümayəndə1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh1 və cavabdeh2 qarşı əmrin etibarsız və qanunsuz hesab edilməsi və pul tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh3 MMC-dən cavabdeh “X2” MMC (hazırkı cavabdeh3 MMC) ilə onun arasında ##.##.2018-ci il tarixdə bağlanılmış ** nömrəli müddətli əmək müqaviləsinin, MMC-nin Baş direktorunun ***-K nömrəli ##.##.2021-ci il tarixli, **-K nömrəli ##.##.2022-ci il tarixli, ***/*-K nömrəli ##.##.2022-ci il tarixli və ***/*-K nömrəli ##.##.2022-ci il tarixli əmrlərin, ona töhmət verilməsi haqqında ***-K nömrəli ##.##.2022ci il tarixli əmrin etibarsız və qanunsuz hesab edilməsi, MMC-dən onun xeyrinə vergilər və digər tutulmalar xaric istifadə edilməmiş məzuniyyətə görə kompensasiya olan 3656,26 manatın 345 gün gecikməklə ödənilməsinə görə ödənc pulu 12614,10 manat pul məbləğinin, hesablanmamış və ödənilməmiş istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzinin 2075,97 manat pul məbləğinin, istifadə edilməmiş məzuniyyət günlərinə görə hesablanmamış və bu günə qədər ödənilməmiş 2075,97 manat pul məbləğinin kompensasiyaya görə ##.##.2024-cü il tarixinə məzuniyyət ilə bağlı kompensasiya üzrə gecikdirilmiş ödənc məbləği olan 7100.55 manat pul məbləğinin, arayışa əsasən 2021-ci ilin noyabr ayından vakant iş yeri üzrə əlavə icra edilmiş vəzifəyə görə hesablanmamış əmək haqqı üzrə ödəniləsi 3748,48 manat pul məbləğinin, arayışa əsasən 2021-ci ilin noyabr ayından vakant iş yeri üzrə əlavə icra edilmiş vəzifəyə görə hesablanmamış və ödənilməmiş əmək haqqı üzrə əmək haqqının müfaviq olaraq 1%-i məbləğində ##.##.2024-cü il tarixinə qədər hesablanmış ödəniləsi ödənc 36066,24 manat pul məbləğinin, gec ödənilmiş və arayışa əsasən ödəniləsi pul məbləğinin indeksləşdirmənin tətbiq edilməsi üzrə ödəniləsi məbləğ 791,22 manat pul məbləğinin, razılığı olmadan onun əmək haqqından 2022-ci il ərzində hər ay üzrə qanunsuz azaldılmış 30 manatın – toplam 300 manatın və əlavə olaraq sözügedən 300 manatın hər gecikdirilmiş gün üçün ona azı 1%-i məbləğində ödəniləsi günə qədər hesablanmalı ödənc üzrə pul məbləğinin, ona ödənilməsi gecikdirilmiş 3625,26 manatın geçikdirilməsinə görə ödənilməli ödəncin qanunsuz özündə saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini gecikdirməklə ondan cavabdeh MMC tərəfindən faydalanmağa görə ödəncin məbləğindən əlavə ona həmin məbləğ üzrə illik 15 faiz üzrə hesablanan pul məbləğinin, texnoloji reqlamentlərin, spesifikasiyaların, prosedurların tərtibatı, xammal giriş nəzarətinin təşkil olunması, istehsal olunan tibbi maskaların uyğunluğunun qiymətləndirilməsi, eləcə də 2018-ci ilin sentyabr ayının 20-dən 2021-ci ilin noyabr ayına qədər və 2022-ci ilin iyul ayının 1-dən həmin ilin oktyabr ayının 24- nə qədər STANDARD 100 by OEKO-TEX® standartı üzrə sertifikatlaşma ilə məşğul olduğu üçün əmək haqqı üzrə hesablanmamış və ödənilməmiş hər aya görə 1000 manat olmaqla toplam 41 ay müddət ərzində görülən işlərə, o cümlədən sertifikatlaşmanın həyata keçirilməsinə görə toplam 41000 (qırx bir min) manat pul məbləğinin, arayışın alınması ilə bağlı ödənilmiş 400 manat pul məbləğinin, təhlükəsiz və sağlam əmək şəraiti hüququnun pozulmasına görə dəymiş mənəvi zərər üzrə 1000 manat pul məbləğinin, ədalətli əmək şəraiti hüququnun pozulmasına görə dəymiş mənəvi zərər üzrə toplam 18000 manat pul məbləğinin, məcburi əməyə cəlb edilməyinə görə dəymiş mənəvi zərər üzrə 5000 avro zərərin ödənilən günün AR Mərkəzi Bank tərəfindən təyin etdiyi manatla ekvivalent məbləğinin, əmək haqqının gecikdirilməsi nəticəsində baş vermiş mülkiyyət hüququna qanunsuz müdaxiləyə görə dəymiş mənəvi zərər üzrə 3000 avro zərərin ödənilən günün AR Mərkəzi Bank tərəfindən təyin etdiyi manatla ekvivalent məbləğinin, ədalətsiz ***-K nömrəli ##.##.2022-ci il tarixli əmrlə əsassız töhmət verilməsi nəticəsində ona münasibətdə ayrıseçkiliyə yol verilməsinə və işgüzar nüfuzuna zərər vurulmasına görə 5000 manat pul məbləğinin, hüquqi yardımın göstərilməsi məqsədi ilə ödənilmiş 3325 manat pul məbləğinin, mediasiya xidmətlərinə görə tərəfindən ödənilmiş 110 manat pul məbləğinin, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş cavabdeh cavabdeh1 Camal oğlundan mənəvi təzminat olaraq 1000 manat pul məbləğinin, dövlət rüsumu üzrə ödənilmiş 410 manat pul məbləğinin iddiaçı X4 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı bir neçə dəfə iddia tələbini dəqiqləşdirmiş və sonda məhkəmədən iddiaçının işlədiyi ilk iş günü ərzində xxxx MMC ilə iddiaçı arasında ##.##.2018-ci il tarixdə bağlanılmış əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən iddiaçının cəmiyyətin işlərinin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş HŞ qismində tanınması; ştat cədvəllərinin iddiaçıya münasibətdə qanunsuz və etibarsız hesab edilməsi; Əmək müqaviləsinin Əmək Müqaviləsinin 4.2.1 bəndində Əmək haqqı “İşəgötürən”lə “İşçi” arasında əldə edilmiş razılığa əsasən ayda bir dəfə, hər ayın 5- dək “İşçi”yə ödənilir hissəsi Əmək Məcəlləsinin 43-cü maddənin 3-cü hissəsinin tələblərinə uyğun olmamasının müəyyən edilməsi; ##.##.2018-ci il tarixli əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqısının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 156.2ci maddəsinə və Vahid Tarif-İxtisas Sisteminə (VTİSK) uyğun müəyyən edilmədiyi nəzərə alınaraq, iddiaçıya ##.##.2018-ci il tarixindən ##.##.2022-cu il tarixinədək olan müddət üçün ümumilikdə 204414 əlavə əmək haqqının iddiaçıya ödənilməsi (əvvəllər ödənilmiş məbləğ çıxılmaqla); ##.##.2019-cu il tarixdən ##.##.2019cu il tarixədək iddiaçının əmək haqqısının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 156.2-ci maddəsinə və Vahid Tarif-İxtisas Sisteminə (VTİSK) uyğun müəyyən edilmədiyi nəzərə alınaraq, iddiaçıya ##.##.2019-cu il tarixdən ##.##.2019-cu il tarixədək təsdiq edilmiş yeni Vahid Tarif cədvəlinə əsasən müəyyən edilmiş dərəcələr arasındakı fərqlərə mütamnasibliyi əsas götürərək Mərkəzi laboratoriyanın rəhbəri vəzifəsinə görə sözügedən işlədiyi müddət ərzində aylıq əmək haqqının 3476 (üç min dörd yüz qirx altı ) manat işəgötürən tərəfindən ödənilməsi (əvvəllər ödənilmiş məbləğ çıxılmaqla); ##.##.2019-ci il tarixdən ##.##.2022 il tarixədək iddiaçının aylıq əmək haqqının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 156.2-ci maddəsinə və Vahid Tarif-İxtisas Sisteminə (VTİSK) uyğun və ##.##.2019-cu ildən müəssisənin rəhbəri olan cavabdeh2 VTİSK-ə əsasən 18ci dərəcəilə ödənilən əməkm haqqının 12000 manat qaldırılması ilə əlaqədar iddiaçıya VTİSK-ə əsasən 18-ci dərəcə ilə müqayisədə 13-cü dərəcəyə uyğun ödənilməsi Mərkəzi laboratoriya rəhbərinin vəzifəsinə görə 7500 (yeddi min beş yüz) manat aylıq əmək haqqı işəgötürən tərəfindən ödənilməsi (əvvəllər ödənilmiş məbləğ çıxılmaqla); İşəgötürən tərəfindən əmək haqqısının gecikdirilməsi səbəbilə yaranan borc məbləğinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən hesablanacaq dəbbə pulu, ödənc və digər ödənişlər də əlavə edilməklə iddiaçıya ödənilməsi; Cavabdeh “X2” MMC (hazırkı cavabdeh3 MMC) ilə iddiaçı arasında ##.##.2018-ci il tarixdə bağlanılmış ** nömrəli müddətli əmək müqaviləsinin bağlanılan anda iddiaçı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmadığına ##.##.2018-ci il tarixdə bağlanılmış ** nömrəli müddətli əmək müqaviləsi Əmək Məcəlləsinin 43-cü maddənin 2-ci və 3-cü hissələrinə uyğun bağlanılamadığına görə etibarsız hesab edilməsi; İddiaçının Cavabdeh müəssisədə işlədiyi müddət ərzində ayrı seçkiliyə və diskriminasiyaya məruz qalmasının tanınması; Cavabdehin rəhbər şəxsləri - cavabdeh2 və cavabdeh1 tərəfindən iddiaçının ədalətli əmək haqqı almaq hüququnun pozulmasının tanınması; Cavabdeh müəssisənin Baş direktorunun ***-K nömrəli ##.##.2021-ci il tarixli, **-K nömrəli ##.##.2022-ci il tarixli, ***/*-K nömrəli ##.##.2022-ci il tarixli və ***/*-K nömrəli ##.##.2022-ci il tarixli əmrlərin, mənə töhmət verilməsi haqqında ***-K nömrəli ##.##.2022- ci il tarixli əmlərin iddiaçının razılığı olmadan qəbul edilməsinə görə iddiaçını məcburi əməyə cəlb edilmə kimi qiymətləndirilməsi; Cavabdeh müəssisənin Baş direktorunun ***-K nömrəli ##.##.2021-ci il tarixli, **-K nömrəli ##.##.2022-ci il tarixli, ***/*-K nömrəli ##.##.2022-ci il tarixli və ***/*-K nömrəli ##.##.2022-ci il tarixli əmrlərin, mənə töhmət verilməsi haqqında ***-K nömrəli ##.##.2022-ci il tarixli əmlərdə göstərilən ödənilmə barədə hissəsi etibarsız hesab edilərək vakant olan Keyfiyyətə nəzarət deportamentinin direktorun aylıq əmək haqqını 2809.04 manat əvəzinə 3336.11(üç min üç yüz otuz altı) manat hesab edilməsi və vakant vəzifəsi üzrə işlərin görülməsinə görə əmək haqqını Əmək Məcəlləsinin 61.2-ci hissəsinə müvafiq ödənilməsi barədə (ödənilmiş məbləği çıxmaq şərti), İddiaçının MMC-də işlədiyi müddət ərzində İddiaçının məcburi əməyə cəlb edilməsinin tanınması; Cavabdeh müəssisədən onun xeyrinə vergilər və digər tutulmalar xaric istifadə edilməmiş məzuniyyətə görə kompensasiya olan 3656,26 manatın 345 gün gecikməklə ödənilməsinə görə ödənc pulu 12614,10 manat pul məbləğinin; hesablanmamış və ödənilməmiş istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzinin 2075,97 manat pul məbləğinin; istifadə edilməmiş məzuniyyət günlərinə görə hesablanmamış və bu günə qədər ödənilməmiş 2075,97 manat pul məbləğinin kompensasiyaya görə ##.##.2024-cü il tarixinə məzuniyyət ilə bağlı kompensasiya üzrə gecikdirilmiş ödənc məbləği olan 7100.55 manat pul məbləğinin; arayışa əsasən 2021-ci ilin noyabr ayından vakant iş yeri üzrə əlavə icra edilmiş vəzifəyə görə hesablanmamış əmək haqqı üzrə ödəniləsi 3748,48 manat pul məbləğinin; arayışa əsasən 2021-ci ilin noyabr ayından vakant iş yeri üzrə əlavə icra edilmiş vəzifəyə görə hesablanmamış və ödənilməmiş əmək haqqı üzrə əmək haqqının müfaviq olaraq 1%-i məbləğində ##.##.2024-cü il tarixinə qədər hesablanmış ödəniləsi ödənc 36066,24 manat pul məbləğinin; gec ödənilmiş və arayışda əsasən ödəniləsi pul məbləğinin indeksləşdirmənin tətbiq edilməsi üzrə ödəniləsi məbləğ 791,22 manat pul məbləğinin; razılığı olmadan onun əmək haqqından 2022-ci il ərzində hər ay üzrə qanunsuz azaldılmış 30 manatın – toplam 300 manatın və əlavə olaraq sözügedən 300 manatın hər gecikdirilmiş gün üçün ona azı 1%-i məbləğində ödəniləsi günə qədər hesablanmalı ödənc üzrə pul məbləğinin; iddiaçıya ödənilməsi gecikdirilmiş 3625,26 manatın geçikdirilməsinə görə ödənilməli ödəncin qanunsuz özündə saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini gecikdirməklə ondan cavabdeh MMC tərəfindən faydalanmağa görə ödəncin məbləğindən əlavə iddiaçıya həmin məbləğ üzrə illik 15 faiz üzrə hesablanan pul məbləğinin; texnoloji reqlamentlərin, spesifikasiyaların, prosedurların tərtibatı, xammal giriş nəzarətinin təşkil olunması, istehsal olunan tibbi maskaların uyğunluğunun qiymətləndirilməsi, eləcə də 2018-ci ilin sentyabr ayının 20-dən 2021-ci ilin noyabr ayına qədər və 2022-ci ilin iyul ayının 1-dən həmin ilin oktyabr ayının 24-nə qədər STANDARD 100 by OEKO-TEX® standartı üzrə sertifikatlaşma ilə məşğul olduğum üçün əmək haqqı üzrə hesablanmamış və ödənilməmiş hər aya görə 500 manat olmaqla toplam 41 ay müddət ərzində görülən işlərə, o cümlədən sertifikatlaşmanın həyata keçirilməsinə görə toplam 20500 (iyirmi min beş yüz) manat pul məbləğinin; iddiaçının hazırlıq və təşkilatçılıq işləri nəticəsində 12 ədəd STANDARD 100 by OEKOTEX® standartı üzrə sertifikaına və bir ədəd uyğunluq sertifikatına görə hərəsinin alınmasına görə 600(altı yüz) manat toplam 7200 (yeddi yüz) manat işəgötürəndən iddiaçının xeyrinə tutulması, arayışın alınması ilə bağlı ödənilmiş 400 manat pul məbləğinin; təhlükəsiz və sağlam əmək şəraiti hüququmun pozulmasına görə dəymiş mənəvi zərər üzrə 1000 manat pul məbləğinin; ədalətli əmək şəraiti hüququmun pozulmasına görə dəymiş mənəvi zərər üzrə toplam 18000 manat pul məbləğinin, məcburi əməyə cəlb edilməyinə görə dəymiş mənəvi zərər üzrə 5000 avro zərərin manat ekvivalentində ödənilən günün AR Mərkəzi Bank tərəfindən təyin etdiyi manatla ekvivalent pul məbləğinin; əmək haqqının gecikdirilməsi nəticəsində baş vermiş mülkiyyət hüququma qanunsuz müdaxiləyə görə dəymiş mənəvi zərər üzrə 3000 avro manat ekvivalentində mənəvi zərərin ödənilən günün AR Mərkəzi Bank tərəfindən təyin etdiyi manatla ekvivalent pul məbləğinin; Adil Şirinovun rəhbərlik etdiyi X7 əməkdaşı olan keyfiyyətə nəzarət üzrə mütəxəssisin xidməti vəzifələrinə daxil olan uyğunluq sertifikatlarının və OEKO TEX sertifikatlarının alınmasının təşkili işlərindən ibarət əmək funksiyalarının icrasını Laboratoriya Şöbəsinin rəhbəri olan iddiaçıya cavabdeh Cəmiyyətin rəhbəri cavabdeh2 xəbəri ola ola iddiaçıya qanunsuz icra etdirdiyinə görə mənəvi zərərə görə iddiaçının xeyrinə X3 1000 (bir min) manat pul məbləğinin; ədalətsiz ***-K nömrəli ##.##.2022-ci il tarixli əmrlə əsassız töhmət verilməsi nəticəsində mənə münasibətdə ayrı seçkiliyə yol verilməsinə və işgüzar nüfuzuma zərər vurulmasına görə 5000 manat pul məbləğinin; ədalətli əmək haqqına və ayrı seçkiliyə məruz qalmamaq hüquqlarımın pozulmasına görə MMCnin sabiq rəhbərləri cavabdeh2 və cavabdeh1 hərəsindən ayrılıqda 1000 (bir min) manat mənəvi zərər iddiaçının xeyrinə tutulması, hüquqi yardımın göstərilməsi məqsədi ilə ödənilmiş 3325 manat pul məbləğinin; mediasiya xidmətlərinə görə tərəfimdən ödənilmiş 110 manat pul məbləğinin; işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş cavabdeh cavabdeh1 Camal oğlundan mənəvi təzminat olaraq 1000 manat pul məbləğinin; dövlət rüsumu üzrə ödənilmiş 410 manat pul məbləğinin iddiaçı X4 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi nümayəndə1 məhkəməyə vəsatət təqdim edərək, onun müstəqil iddia tələbini irəli sürən üçüncü şəxs qismində hazırkı işə qoşulmağı barədə ərizəsinin qanuna müvafiq olaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (hakim - Günel Tanrıverdiyeva) ##.##.2025-ci il tarixli, *(***)-***/****-*** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh1 və cavabdeh2 qarşı əmrin etibarsız və qanunsuz hesab edilməsi və pul tələblərinə dair mülki iş üzrə iddiaçı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi nümayəndə1 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşulması barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi nümayəndə1 Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli qərardadından şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/****-*** nömrəli qərardadının ləğv edilməsi haqqında qərardadın qəbul edilməsini və mübahisə predmeti barəsində müstəqil iddia tələbi irəli sürən üçüncü şəxs qismində işə onun qoşulmağı barədə ## ##### 2025-ci il tarixli ərizəsinin təmin edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/****-*** nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/****-*** nömrəli qərardadının dəyişdirilmədən saxlanılması, baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/****-*** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadının Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/****-*** nömrəli qərardadından verilmiş şikayətinin baxılmasının mümkün hesab edilməsinə dair hissəsində ləğv edilməsi, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh1 və cavabdeh2 qarşı əmrin etibarsız və qanunsuz hesab edilməsi və s. tələblərinə dair mülki iş üzrə müstəqil iddia tələbi irəli sürən üçüncü şəxs qismində işə qoşulmasına dair ərizənin təmin edilməməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)***/****-*** nömrəli qərardadından iddiaçının nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş şikayətinə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi, mülki işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. nümayəndə1 (vəkil - X5 ) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, qərardadının ləğv edilməsi haqqında qərardadın qəbul edilməsini və mübahisə predmeti barəsində müstəqil idida tələbi irəlisürən üçüncü şəxs qismində işə qarışmağı barədə ərizəsi təmin edilməklə və hazırlıq icraatının təzələnməsi və həmin ərizə ilə birgə verdiyi iddia ərizəsinin məhkəmənin hazırlıq mərhələsi iclasında qanuna müvafiq qaydada baxılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolelgiyasının ##.##.2025-ci il tarixli, 2(102)-3484/2025 qərarı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/****-*** nömrəli qətnaməsi ilə (hakim Pərvin İmamverdiyeva) iddia tələbi təmin edilməmişdir. Qətnamədən ##.##.2026-cı il tarixdə iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Eyni zamanda ##.##.2026-cı il tarixdə maraqlarına toxunan şəxs kimi nümayəndə1 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/****-*** nömrəli qərardadı ilə nümayəndə1 Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e*(***)-***/**** saylı qətnaməsindən maraqlarına toxunan şəxs kimi qəbul edilməməsi və onun ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsi ilə verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hazırkı mübahisə əmək münasibətlərindən irəli gəldiyindən, əmək münasibətləri isə məhz işəgötürən və işçi arasında yaranmaqla fərdi xarakter daşıdığından qəbul edilmiş qətnamə nümayəndə1 hüquq və vəzifələrinə toxunmur. nümayəndə1 maraqlarına toxunan şəxs kimi elektron kabinet vasitəsi ilə ##.##.2026cı il tarixli şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadının ləğv edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e*(***)-***/**** saylı qətnaməsindən iddiaçının etibarnamə üzrə nümayəndəsi nümayəndə1 verdiyi apellyasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ilə “X2” Məhdud Məsuliyyətli Cəmiyyətin (işəgötürən) direktoru arasında ##.##.2018-ci il (##.##.2018-ci il tarixindən ##.##.2018-ci il tarixinədək) əmək müqaviləsi bağlanılaraq, 18 dəfə üç aylıq müddətə uzadılmış əmək müqaviləsi əsasında Cəmiyyətin Keyfiyyətə Nəzarət Şöbəsinə Mərkəzi laboratoriyanın rəhbəri vəzifəsinə işə qəbul edilmişdir və həmin vəzifədə ##.##.2022-ci il tarixinədək işləmişdir. O, nümayəndə1 hazırkı iş üzrə iddiaçı İddiaçı ilə ## ###### 2018ci il tarixdə nikaha daxil olmuşlar və iddiaçı cavabdeh MMC-də işlədiyi müddə tərzində rəsmi nikahda olmuşlar. İddiaçı İddiaçı onunla ər-arvad münasibətlərində olmağı ilə əlaqədar məhkəməyə müraciət etdiyi onun tərəfindən ona verilmiş ##.##.2024 il tarixli etibarnaməyə əsaslanaraq onun məhkəmə prosesinə sözügedən etibarnamə üzrə onun səlahiyyətli nümayəndəsi kimi proses iştirakçısı qismində əlavə edilməsi barədə ##.##.2024-ci il tarixli ərizə məhkəmə tərəfindən təmin edilmişdir. İddiaçı İddiaçı qzının cavabdehlər cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh2 və cavabdeh1 iddia tələbin mahiyyəti əmək haqqı tələbi və əmək mübahisələridir. İddia tələbində cavabdehlərdən tələb edilən bütün vergi və tutulmalar çıxandan sonra 327114 (üç yüz iyirmi yeddi min yüz on dörd) manatın 283114 (iki yüz səksən üç min yüz on dörd) manat cavabdeh cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçının xeyrinə alınmalı görülən işlərə görə ödənilməli əmək haqqı və cavabdeh cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilməmiş və gecikdirilmiş əmək hqqına görə ödənc pulundan ibarətdir. Qalan 44000 (qırx dörd min) manat cavabdehlər tərəfindən iddiaçının ədalətli əmək haqqı və ədalətli əmək şəraiti hüququnun pozulmasından irəli gələn mənəvi zərər tələbini təşkil edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin Ər-arvadın əmlakının qanuni rejimi anlayışını müyyən edən 31.1-ci maddəsinə əsasən Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Həmin Məcəllənin Ərarvadın birgə mülkiyyətini müəyyən edən 32.1-ci maddəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin Ər-arvadın birgə mülkiyyətinin tərkibini müəyyən edən 32.2. maddəsinə əsasən Ərarvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Cavabdehlər tərəfindən iddiaçı İddiaçı qzının cavabdeh cavabdeh3 MMCdə işlədiyi 5 müddət əzrində və sonrakı müddətdə iddiaçının ədalətli əmək haqqı və ədalətli əmək şəraitinə olan hüquqlarının pozulması nəticəsində Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən iddiaçı ilə onların birgə mülkiyyəti hesab edilən iddiaçı cavabdeh3 MMC-də işlədiyi müddət ərzində əmək fəaliyyətinin nəticəsi olduğuna görə iddiaçıya ödənilməli əmək haqqı və gecikdirilmiş əmək haqqına görə ödəncin ödənilməməsi səbəbindən iddiaçının cavabdeh3 MMC-də işlədiyi müddət ərzində birgə mülkiyyəti iddiaçının ədalətli əmək haqqı hüququnun pozulması nəticəsində cavabdehlərin qanunazidd hərəkət və hərəktsizliyi nəticəsində qanuni əsaslar olmadan xeyli azaldılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Pərvin İmamverdiyeva) ## ###### 2026-cı il tarixli, e*(***)-***/**** saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması haqqında qərardad əsassız və qanunazidd olduğuna görə ləğv edilməli və onun Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** saylı qətnaməsindən ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsi ilə verdiyi apellyasiya şikayəti apellyasiya instansiya məhkəməsi tərəfindən icraata götürülərək mahiyyəti üzrə baxılmalıdır. Belə ki, iş materiallarında olan hakim Günel Tanrıverdiyevanın sədrliyi ilə keçirilmiş iclas protokollarında və hakim Günel Tanrıverdiyevanın sədrliyi ilə birinci instansiya məhkəməsi tərəfindən e-*(***)-***/**** nömrəli məhkəmə işi üzrə qəbul edilmiş ##.##.2024-cü il (S/N ***, S/N ***, S/N ***) ##.##.2024 il (S/N ***, S/N090), #.##.2025 il (S/N ***), ##.##.2025 il (S/N ***), #.##.2025 il ( S/N ***, S/N ***, S/N166), 1#.##.2025 il (S/N ***) tarixli məhkəmə qərarlarının birinci vərəqlərində onun iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayyəndəsi qismində məhkəmə prosessinin iştirakçısı olduğum təsdiq edilir. Beləliklə, işin materiallarında olan iddiaçının onun işə nümayəndə qismində cəlb edilməyi barədə ##.##.2024-cü il tarixli ərizəsini və iddiaçının ona verdiyi ##.##.2024cü il tarixli etibarnaməni nəzərə almış birinci instansiya məhkəməsinin hakimi Günel Tanrıverdiyevanın sədrliyi ilə keçirilmiş məhkəmə iclaslarında çıxardılmış məhkəmə qərarlarından görünür ki, onun tərəfindən imzalanmış Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e*(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti işdə iştirak etməsi ilə əlaqədar MPM-in 46, 47, 157.1-ci maddələrinə əsasən apellyasiya şikayətini verməyə və imzalamağa hüququ olan iddiaçı İddiaçı etibarnaməsi üzrə səlahiyyətli nümayəndəsi olan onun tərəfindən imzalanmışdır. Hakim Pərvin İmamverdiyeva nəzərə almalı idi ki, onun iddiaçının etıbarnaməsi üzrə səlahiyyətli nümayyəndə qismində proses iştirakçısı olmağı ilə əlaqədar məhkəmənin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayətinin imzalamağa səlahiyyətli şəxs olduğu onun e-*(***)-***/**** saylı iş üzrə proses iştirakçısı olduğunun iş materiallarında olan iddiaçının ərizəsi və onun verdiyi etibarnaməsi və məhkəmə qərarları ilə təsdiq edilir. Beləliklə, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə MPM-nin 363.1-ci və 364.2-ci maddələrinin düzgün tətbiq olunmaması nəticəsində onun MPM-nin 46, 47-ci və 357-ci maddələri ilə nəzərdə tutulmuş birinci instansiyası məhkəməsinin qətnaməsindən apelyasiya şikayətini vermək hüququnun pozulduğuna görə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli və apelyasiya şikayətinin baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi haqqında məhkəmə qərarı çıxardılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/****-*** nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadından nümayəndə1 maraqlarına toxunan şəxs kimi verdiyi ##.##.2026-cı il tarixli şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllnin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və gəldiyi nəticəni əsaslandırmas ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı mübahisə əmək münasibətlərindən irəli gəldiyindən, əmək münasibətləri isə məhz işəgötürən və işçi arasında yaranmaqla fərdi xarakter daşıdığından qəbul edilmiş qətnamə nümayəndə1 hüquq və vəzifələrinə toxunmur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: nümayəndə1 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-8)-611/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-611/2026
02.06.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver