Məhkəmə qərarları › İş №e-2(3-8)-628/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-628/2026

16.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-628/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq cavabdeh Cavabdeh “Hyundai Accent” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 995 manat məbləğində sığorta ödənişi, iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, ##.##.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “QAZ 33021” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Hyundai Accent” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1224/2024-cü il tarixli qərara, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən, hadisənin baş verməsində “QAZ 33021” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh İXMnin 332.4-cü maddələri ilə təqsirli bilinmişdir. Həmçinin tərəflərin polis orqanlarına verdikləri izahatlarda da bu fakt təsdiq olunur. Cavabdehin özünün də məhkəmə qərarından da aydın olduğu kimi məhkəmə iclasında iştirak etmiş, ona cərimə növündə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Bürosunun (İSB) çıxarışından, həmçinin ZBT******/** saylı “xxxx” ASC-nin ödəniş aktından və digər sığorta tələbinə aid sənədlərdən görünür ki, zərərçəkən “Hyundai Accent” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı “xxxx” ASC-də avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. İddia ərizəsinə əlavə olunmuş subroqasiya tələblərinin reyestrindən görünür ki, nettinqin nəticələrinə əsasən 995 manat məbləğində pulun ödənilməsi tələbi “xxxx” ASC tərəfindən İddiaçı Sığorta Şirkəti ASC qarşısında irəli sürülmüşdür. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Bürosunun çıxarışından və sığorta tələbinə aid sənədlərdən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh idarə etdiyi “QAZ 33021” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyət sığortası İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. Cavabdeh Cavabdeh idarə etdiyi “QAZ 33021” markalı, **-TD-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan İddiaçı Sığorta Şirkəti ASC yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair (ZBT) qaydaya və iştirakçılar arasında keçirilmiş nettinqin nəticələrinə əsasən dəymiş zərərlə bağlı 995 manat məbləğində sığorta ödənişi müvafiq qaydada “xxxx” ASC-yə ödəmişdir. ##.##.2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində Cavabdeh hadisə zamanı sığortalanmış nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi üçün ona qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdehə yazılı (pretenziya) müraciət olunsa və əlaqə yaradılsa da ödəniş edilməmişdir. Hesab edir ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 995 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır

3. Cavabdeh tərəfindən iddia tələbinə etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 680 (altı yüz səksən) manat məbləğində sığorta ödənişi və 30 (otuz) manat dövlət rüsumunun tutularaq, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində ekspertiza xərcinin 150 (yüz əlli) manat hissəsinin iddiaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti, 150 (yüz əlli) manat hissəsinin isə cavabdeh Cavabdeh tutularaq, “xxxx” MMC-nin (VÖEN: N; H/h: № AZ**IBAZ******************** “xxxx” ASC Yasamal filialı; kodu: 805562; VÖEN: 9900001881; Müxbir hesab: AZ03NABZ01350100000000002944; S.W.İ.F.T BİK: IBAZAZ2X) hesabına köçürülməsi qət edlmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmış “QAZ 33021 yük” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai Accent minik” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və bunun nəticəsində X2 məxsus avtomobilə 995 manat məbləğində ziyan dəymişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. «xxxx» ASC dəymiş zərəri aradan qaldıraraq 995 manat məbləğində sığorta ödənişini həyata keçirmişdir. Həmin qərardan müəyyən olunur ki, qeyd olunan yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh sürücülük vəsiqəsinə malik olmamışdır. Həmin avtomobilə “QAZ 33021 yük” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində zərər dəydiyindən və bu avtomobilin sürücüsünün mülki məsuliyyəti İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari qaydada sığortalandığından “xxxx” ASC dəymiş zərərlə bağlı ödənişi İddiaçı Sığorta Şirkəti ASC-dən tələb etmişdir. Nəticə etibarı ilə, iddiaçı İddiaçı Sığorta Şirkəti ASCnin cavabdehə qarşı sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, hadisə nəticəsində həmin avtomobilə dəymiş zərər 680 manat məbləğində olmuşdur.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 163.1, 936.1, 1108.2-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25, «Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» Azərbaycan Respublikasının Qanununun 7,8ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, təxminən iki il əvvəl Əliyusif adlı şəxsin avtomobili olmuşdur. Avtomobilin sürücüsü metal almaq üçün getmişdir. Avtomobildə onunla olmuşdur. Digər avtomobilin sürücüsü xəstə apardığını bildirərək yolu açmağını xahiş etmiş, avtomobili sürmək istəyəndə digər avtomobilə toxunmuşdur. Sürücülük vəsiqəsi olmamış, buna görə 500 manat məbləğində cərimə olunmuşdur. Hadisədən təxminən 1 il yarım vaxt keçdikdən sonra sığorta şirkəti tərəfindən 995 manat ödəniş edilmiş, 295 manat vəsaitin isə tərəfindən onlara qaytarılmalı olduğu bildirilmişdir. Həmin avtomobilin buferi zədələnmişdir. Dəyən zərərin bu qədər olmadığını bildirmişdir. Onlardan görüntünü tələb etsə də ona təqdim edilməmişdir. Dəymiş zərərin məbləği ilə razılaşmamışdır. Maşına heç bir zərər dəyməmiş, bu səbəbdən zərərin məbləği ilə razılaşmır. “xxxx” ASC tərəfindən tərtib edilmiş qiymətləndirmə aktından görünür ki, “Hyundai” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 995 manat məbləğində qiymətləndirilmişdir. “xxxx” ASC tərəfindən tərtib edilmiş “Yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağiı ödəniş aktından görünür ki, “Hyundai Accent” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə X2 995 manat məbləğində pul vəsaiti ödənilmişdir. “xxxx” MMC-nin MB-**/**** saylı ekspert rəyindən görünür ki, “Hyundai Accent” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 680 manat təşkil edir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətin mətnindən də göründüyü kimi cavabdeh zərərin məbləğindən narazıdır. İş üzrə ekspertiz keçirilmiş, zərərin məbləği iddia tələbində tələb edilən məbləğdən az müəyyən edilmişdir. Cavabdehin maddi vəziyyətini nəzərə alıb apellyasiya şikayəti verməmişlər. Cavabdeh narazı olması barədə vəsatət də verməyib, sadəcə şifahi bildirir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

11. Cavabdeh Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

12. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir.

13. “xxxx” ASC tərəfindən tərtib edilmiş qiymətləndirmə aktından görünür ki, “Hyundai” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 995 manat məbləğində qiymətləndirilmişdir.

14. “xxxx” ASC tərəfindən tərtib edilmiş “Yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı ödəniş aktından görünür ki, “Hyundai Accent” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə X2 995 manat məbləğində pul vəsaiti ödənilmişdir.

15. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli pretenziyadan görünür ki, cavabdehə zərər məbləğini qeyd edilən müddət ərzində şirkətə ödəməsə, “xxxx Sığorta Şirkəti” ASC müvafiq iddia ərizəsi ilə məhkəmə orqanlarına müraciət edəcəyi və bununla bağlı bütün məhkəmə xərclərinin tutulacağı barədə xəbərdarlıq olunmuşdur.

16. “xxxx” MMC-nin MB-**/**** saylı ekspert rəyindən görünür ki, “Hyundai Accent” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 680 manat təşkil edir

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

18. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu

6.2. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

19. «Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» Azərbaycan Respublikasının Qanununu: 7.1 Yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsi sahibinin, yaxud onun sürücüsünün üçüncü şəxsin əmlakına və səhhətinə vurduğu zərərin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsidir. 8.1. Üçüncü şəxs ona vurulan zərərin ödənilməsini nəqliyyat vasitəsinin sahibindən, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçısından tələb edə bilər. Onlardan biri zərəri tam ödədikdə üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur.

20. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

Maddə 332. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi

332.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görəiki yüz manat məbləğində cərimə edilir. 332.4. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görəbeş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

21. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1 məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

22. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iş üzrə tərəfi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmış “QAZ 33021 yük” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai Accent minik” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan müəyyən olunur ki, qeyd olunan yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh sürücülük vəsiqəsinə malik olmamışdır. «xxxx» ASC dəymiş zərəri aradan qaldıraraq 995 manat məbləğində sığorta ödənişini həyata keçirmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının **/* saylı, ## #### 2022-ci il tarixli qərarına əsasən təsdiqlənmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”ya əsasən iddiaçı tərəfindən isə edilmiş sığorta ödənişi müvafiq qaydada “xxxx” ASC-yə ödənilmişdir. Nəticə etibarı ilə iddiaçı İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehə qarşı sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Hadisə zamanı dəymiş zərərin məbləği ekspert rəyi ilə 680 manat müəyyən edildiyindən mhəkəmə haqlı olaraq iddianı qismən təmin etmişdir. Vurulmuş zərərin məbləği ekspert rəyi ilə müəyyən edildiyindən zərərin məbləğinin az olması ilə bağlı cavabdehin şikayəti də əsassız olmuşdur. Ekspert rəyinin qeyri-mötəbərliyi ilə bağlı isə hər hansı bir dəlil irəli sürülməmiş və bununla bağlı hal aşkar edilməmişdir.

25. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmaqla, qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlilləri isə yuxarıda qeyd olunanlara görə əsassız hesab olunur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli dəyişdirilmədən saxlanılmalıdır.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar