Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-688/2026 16.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI Sumqayıt Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakim V.Şirəliyeva) cavabdeh Cavabdeh 13000 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu qismində ödənilmiş 133,50 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh Cavabdeh qiyabi qətnamənin ləğvi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə cavabdeh Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qiyabi qətnaməsinin ləğv edilməsinə dair ərizəsinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından iş üzrə cavabdeh Cavabdeh şikayət verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi, cavabdeh Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından verilmiş şikayətin vaxtında verilmiş hesab edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılması, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. IŞIN HALLARI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq, cavabdeh Cavabdeh 14500 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 133,50 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI Cavabdeh Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından şikayət verərək, qərardadının ləğv edilməsi, ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixində ərizəçi İddiaçı xeyrinə qiyabi qətnamə elan edilmişdir. Hazırda və həmin dövrdə səhhətində ciddi stasionar müalicədə olmuşdur. Poçt, telefon, sms xəbərdarlıq ona göndərilməmişdir. Elektron kabinetdən səhhətinə görə istifadə etmir. Yalnız orta məktəbdə müəllim işlədiyi dövrdə məcburi təhsil şöbəsinin tələbi ilə SIMA sisteminə qoşulmuşdur. Ərizəçi ondan böhtanla qanunsuz, sübutsuz pul tələb etmişdir. Hesab edir ki, ədalətli məhkəmə araşdırılması üçün ##.##.2025-ci il tarixli qiyabi qətnamə ləğv edilməli və məhkəmə icraatına baxılması üçün qərardad elan edilməli, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, iş üzrə düzgün nəticəyə gəlməmişdir. HÜQUQI MƏSƏLƏLƏR Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi qiyabi qətnamənin ləğv edilməsinə dair ərizənin geri qaytarılmasını qanunvericiliyin tələblərinə riayət etməməklə vermiş, həmçinin ərizənin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət təqdim etməməsi ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəlləsinin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəməsi cavabdeh Cavabdeh qiyabi qətnamənin ləğv edilməsinə dair ərizəsinin qanunvericiliklə nəzərdə tutulmuş müddətdə verilmədiyi qənaətinə gələrək haqlı olaraq ona geri qaytarılması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10.8-1, 263, 264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI Cavabdeh Cavabdeh şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli və onunla bağlı ## ### 2026-cı il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-8)-688/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-688/2026
16.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver