Məhkəmə qərarları › İş №e-2(3-8)-701/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-701/2026

25.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-701/2026 25.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X6 və X7 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "alimentin azaldılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- *****/**** saylı, ## ###### 2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində qalması və aliment” tələbinə dair iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında ##.##.2013-ci il tarixdə bağlanmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan doğulmuş ## ##### 2014cü il təvəllüdlü X1 və ## #### 2017-ci il təvəllüdlü X2 anası Cavabdeh yanında qalması, İddiaçı Cavabdeh xeyrinə ## ##### 2014-cü il təvəllüdlü X1 və ## #### 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ## ###### 2017-ci il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 136,6 manat olmaqla, cəmi 273 (iki yüz yetmiş üç) manat 20 (iyirmi) qəpik sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh Cavabdeh icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt Şəhər Məhkəməsinin *(***)-*****/**** saylı, ##.##.2017-ci il tarixli qətnaməsinə əsasən birgə nikahdan doğulmuş ## ##### 2014-cü il təvəllüdlü X1 və ## #### 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəmə tərəfindən müəyyən edilmiş hər ay, hər bir uşaq üçün 136,6 manat olmaqla, cəmi 273 (iki yüz yetmiş üç) manat 20 (iyirmi) qəpik sabit pul məbləğində alimentin miqdarının 2025-ci il üçün Azərbaycan Respublikası ərazisində müəyyən olunmuş minimum əmək haqqının 1,17 misli miqdarında hər bir uşağa 468 (dörd yüz altmış səkkiz) manat, iki uşağa (936 manat) indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadına əsasən ərizə təmin edilərək, ##.##.2014-cü il təvəllüdlü X1 və ##.##.2017-ci il təvəllüdlü X2 üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,17 misli həddində indeksasiya olunması, alimentin indeksasiya olunmasının başlanğıcının ##.##.2025-ci il tarixdən hesablanmasını qərara alınmışdır. İddiaçı İddiaçı aylıq qazancı, ailə vəziyyəti və maddi durumu nəzərə alınmaqla onun tərəfindən hər ay göstərilən məbləğdə alimentin ödənilməsi heç cürə mümkün olmadığından hazırkı iddia ilə alimentin məbləğinin azaldılması tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş ##.##.2025-ci il tarixli f4bf4406- **ea-*b**-*c*d-*******b**b* nömrəli iş yeri haqqında arayışa əsasən İddiaçı "Mərkəzləşdirilmiş elektron informasiya sistemində məşğulluq təsnifatı üzrə ##.##.2023-cü il tarixdən suvaqçı peşəsində çalışdığı və 400 (dörd yüz) manat əmək haqqı aldığı" qeyd edilmişdir. İddiaçı İddiaçı ikinci nikahından, yəni X4 ilə ## ###### 2019-cu il tarixli rəsmi nikahından doğulmuş ## #### 2020-ci il təvəllüdlü X3 problemlər olduğundan, daimi müayinə və müalicə almaqdadır. Bundan əlavə, ikinci nikahında olduğu X4 xəstədir. Onun aldığı əmək haqqı ailəsinin zəruri ehtiyaclarını ödəməyə çatmır. Sumqayıt * saylı Mediasiya təşkilatından ##.##.2025-ci il tarixli MŞS/MT***/****-***** saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış əldə edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025ci il tarixli qərardadından göründüyü kimi, həmin qərardadla sabit pul məbləğində aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,17 misli həddində indeksasiya edilmiş, nəticədə bir uşaq üçün 468 manat, iki uşaq üçün isə 936 manat məbləğində aliment müəyyən edilmişdir Eyni zamanda, Mərkəzləşdirilmiş elektron informasiya sistemində məşğulluq təsnifatı üzrə ##.##.2023-cü il tarixdən iddiaçının suvaqçı peşəsində çalışdığı və 400 (dörd yüz) manat əmək haqqı aldığı” qeyd edilmişdir. Aliment məbləğinin iddiaçının aylıq gəlirini demək olar ki, tam şəkildə üstələməsi aliment öhdəliyinin ağlabatanlıq və mütənasiblik prinsiplərinə açıq şəkildə ziddir. Belə bir vəziyyətdə aliment öhdəliyi hüquqi mexanizm olmaqdan çıxaraq, faktiki olaraq yerinə yetirilməsi mümkün olmayan maliyyə yükünə çevrilir ki, bu da aliment institutunun hüquqi mahiyyətinə uyğun gəlmir. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş aliment məbləğinin ölkə üzrə minimum əmək haqqının 1,17 mislindən 0,50 mislinə endirilməsi uşaqların minimum maddi tələbatlarını təmin etməklə yanaşı, cavabdehin faktiki maddi vəziyyəti ilə mütənasibdir və ailə hüququnun balans prinsipinə uyğundur. 2026-cı il üçün minimum əmək haqqının 400 manat təşkil etdiyini nəzərə alaraq, alimentin hər uşağa münasibətdə 400 x 0,50 = 200 (iki yüz) manat məbləğində müəyyən edilməsi və sonrakı artımlar nəzərə alınmaqla tutulmasını əsaslı və ədalətli hesab edirlər. Göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləğinin dəyişdirilərək ##.##.2014-cü il təvəllüdlü X1 və ##.##.2017-ci il təvəllüdlü X2 üçün iddiaçı İddiaçı cavabdeh Cavabdeh xeyrinə tutulan alimentin məbləğinin, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 (sıfır tam yüzdə əlli) misli həddində sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı məşğulluq təsnifatı üzrə suvaqçı işləyir və aylıq əmək haqqısı 400 manat təşkil edir.

5. Yardımlı RİHB-nin Bozayran İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-II № ****** saylı, ##.##.2019-cu il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə X4 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında ##.##.2019-cu il tarixdə 14 nömrə ilə qeyd edilmişdir.

6. Yardımlı RİHB-nin Bozayran İƏD üzrə nümayəndəliyi tərəfindən ## #### 2020ci il tarixində verilmiş AZ-IV № ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ## #### 2020-ci il tarixində Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, atası İddiaçı, anası Ağayeva Aygün Ağamirzə qızıdır.

7. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadına əsasən, ərizə təmin edilərək, ##.##.2014-cü il təvəllüdlü X1 və ##.##.2017-ci il təvəllüdlü X2 üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,17 misli həddində indeksasiya olunması qərara alınmışdır.

8. ##.##.2025-ci il tarixli, MŞS/MT***/****-***** saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya və 10 manat məbləğində kargüzarlıq xərci ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

9. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-*****/**** saylı, ##.##.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,17 misli həddində sabit pul məbləğində olmaqla indeksasiya edilmiş alimentin məbləğinin azaldılaraq, ## ##### 2014cü il təvəllüdlü X1 və ## #### 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçı İddiaçı cavabdeh Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində alimentin tutulması, miqdarı dəyişdirilmiş alimentin tutulmasının bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1, 78.2 və 112.1-ci maddələri, “Uşaq Hüquqları haqqında” Qanunu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” ## #### 2016-cı il tarixli qərarı, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016- cı il tarixli, *-*/**** saylı qərarı, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 217.4, 217.3, 216-220, 227, 233 və 360-cı maddələri və ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

11. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı cavabdeh Cavabdeh xeyrinə birgə nikahdan doğulmuş ##.##.2014-cü il təvəllüdlü X1 və ##.##.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi alimentin məbləğini müəyyən edərkən formal yanaşma nümayiş etdirmiş, yalnız iddiaçının təqdim etdiyi 400 manat məbləğində rəsmi əmək haqqı arayışına istinad etməklə kifayətlənmişdir. Halbuki, iddiaçının könüllü olaraq iki uşaq üçün ümumilikdə 400 manat aliment ödəməyə razı olması onun faktiki maliyyə imkanlarının rəsmi gəlirindən xeyli yüksək olduğunu açıq şəkildə sübut edir. Əgər iddiaçının iddia etdiyi kimi yeganə gəliri 400 manatdırsa, bu halda həmin vəsaiti tam şəkildə alimentə yönəltməsi onun özünün və yeni ailəsinin yaşayışını obyektiv olaraq mümkünsüz edir. Bu isə iki alternativdən yalnız birini mümkün edir: ya iddiaçının təqdim etdiyi rəsmi gəlir məlumatı reallığı əks etdirmir, ya da onun əlavə, gizlədilən gəlir mənbələri mövcuddur. Hər iki halda, məhkəmənin bu ziddiyyəti araşdırmaması və hüquqi qiymət verməməsi ciddi prosessual nöqsan kimi qiymətləndirilməlidir. Eyni zamanda, qarşı tərəfin “rəsmi gəlirin aşağı olması” arqumenti aliment öhdəliyinin azaldılması üçün əsas kimi qəbul edilə bilməz. Çünki aliment öhdəliyi formal gəlir göstəricilərinə deyil, şəxsin real qazanc imkanlarına və ümumi iqtisadi vəziyyətinə uyğun müəyyən edilməlidir. Şəxsin öz gəlirlərini rəsmi sənədlərdə aşağı göstərməsi və ya gizlətməsi azyaşlı uşaqların mənafelərinə zərər vurmaq üçün əsas ola bilməz.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

15. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də apellyasiya şikayətinin dəlillərindən görünür ki, apellyatorun iradə ifadəsi qətnamənin dəyişdirilməsi ilə bağlıdır. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.İ. Cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 17.II Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34.IV Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

17. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; Maddə 27. (bənd 2) Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

19. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2016cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

20. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

23. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahlarından iki övladları anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- *****/**** saylı, ##.##.2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında ##.##.2013-ci il tarixdə bağlanmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan doğulmuş ## ##### 2014-cü il təvəllüdlü X1 və ## #### 2017-ci il təvəllüdlü X2 ana Cavabdeh yanında qalması, İddiaçı Cavabdeh xeyrinə ## ##### 2014-cü il təvəllüdlü X1 və ## #### 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ## ###### 2017-ci il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 136.6 manat olmaqla cəmi 273 (iki yüz yetmiş üç) manat 20 (iyirmi) qəpik sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadına əsasən, ##.##.2014-cü il təvəllüdlü X1 və ##.##.2017-ci il təvəllüdlü X2 üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,17 misli həddində indeksasiya olunması qərara alınmışdır. Hazırda iddiaçı digər nikahdan doğulmuş övladı və əmək haqqı nəzərə alınmaqla Sumqayıt Şəhər Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının azadılmasını tələb edir.

25. Göründüyü kimi mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddia təmin edilmişdir /bax bənd 9/.

26. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını o, halda dəyişə, yəni alimentin miqdarını artıra və ya azalda bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətlərində hər hansı dəyişiklik baş vermiş olsun. Hazırkı halda da cavabdehin ailə vəziyyətində dəyişikliklər olmuş, o yenidən ailə qurmuş, başqa nikahından da bir yetkinlik yaşına çatmayan övladı vardır. İddiaçının ailə vəziyyətində olan dəyişikliyi nəzərə alaraq məhkəmə hesab etmişdir ki, alimentin məbləği azaldılmalıdır.

27. Məhkəmə qətnaməsi ilə razılaşmayan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermşdir.

28. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

29. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı məhkəmə aktı ilə təyin edilmiş aliment miqdarının dəyişdirilməsini (azaldılmasını) tələb etmişdir.

30. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir.

31. Kollegiya qeyd edir ki, qanunverici uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu tanımaqla yanaşı, aliment təyini zamanı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halların nəzərə alınması da göstərilmişdir.

32. Uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valdeynlər birgə məsuliyyət daşıyırlar.

33. Qeyd olunmalıdır ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, hüquqlarını pozmamalıdır.

34. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.

35. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdeh X5 işəyir və əmək haqqı 400 manat təşkil edir.

36. Kollegiya hesab edir ki, hazırkı halda alimentin apellyatorun tələbinə uyğun həddə müəyyən edilməsi bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil etməklə, alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır.

37. Kollegiya həmçinin vurğulayır ki, apellyator tərəfindən alimentin iddia olunan məbləğdə ödənilməsinə dair iddiaçının zəruri vəsaitə malik olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kssasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar