Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-763/2026 24.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Hacıyev Vahid Məcid oğludan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh cavabdeh3 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək münasibətlərindən irəli gələn hüquqlarının pozulduğunu əsas gətirməklə əmək müqaviləsinin və işəgötürənin hərəkətlərinin qanunsuz hesab edilməsini, əmək haqqının və digər əmək ödənişlərinin yenidən hesablanaraq ödənilməsini, gecikdirilmiş ödənişlərə görə dəbbə pulunun tutulmasını, qanunsuz əmrlərin etibarsız sayılmasını, məcburi əmək və ayrı-seçkiliyin tanınmasını, maddi və mənəvi zərərin, habelə hüquqi yardım, mediasiya və dövlət rüsumu üzrə çəkilmiş xərclərin cavabdehdən tutulmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı İddiaçı həmin qətnamədən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğun olub-olmaması məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Həmin Məcəllənin 10-1.3-cü maddəsində təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından müəyyən edilir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilsədə həmin şikayət "Elektron məhkəmə" informasiya sisteminə PDF formatında yüklənmiş və onun tərəfindən imzalanmışdır. Lakin apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsinin tələblərinə uyğun olaraq, həmin Məcəllənin * nömrəli əlavəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin forma və məzmununa dair tələb olaraq elektron imza ilə imzalanmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinə əsasən, "Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə elektron məhkəmə icraatı çərçivəsində verilən apellyasiya şikayəti həmin Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun təqdim edilmədikdə, belə şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılmalıdır. Qanunverici bu normanı imperativ qaydada təsbit etmiş və birinci instansiya məhkəməsinə həmin prosessual tələblərə əməl olunmasını yoxlamaq və tələblər pozulduğu halda apellyasiya şikayətini qaytarmaq vəzifəsi həvalə etmişdir. Mülki Prosessual Məcəllənin qeyd olunan müddəalarının məzmunundan göründüyü kimi, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş qaydada təqdim olunmasının yoxlanılması apellyasiya instansiyası məhkəməsinin deyil, birinci instansiya məhkəməsinin prosessual vəzifəsidir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini apellyasiya instansiyasına göndərməzdən əvvəl onun qanunun forma və təqdim edilmə qaydalarına uyğunluğunu yoxlamalı, şikayətin elektron məhkəmə icraatı qaydasında mütləq elektron kabinet vasitəsilə elektron qaydada imzalanıb-imzalanmadığına və MPM-nin tələblərinə uyğun tərtib edilməsi hallarını yoxlamalıdır. Hazırkı iş üzrə isə birinci instansiya məhkəməsi iddiaçı İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə həyata keçilsə də, şikayətin elektron qaydada tərtib olunmadığına qiymət vermədən, apellyasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-in 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, MPM-in 363.4-cü maddəsinə görə bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(3-8)-763/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-763/2026
24.06.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver